Arin Turkish Etimology

AC:

-

(< > aç).
açıq. boş.
aç qızıl: açıq qırmızı.
fil dişi. qıyaq.
işgə.
qarnı boş. kovsan (> qorosnə (fars) (< kov: kav: boş).
acgöz. acur. azur. azqın. tamahkar. həris.
ac göz: gümüş göz: paradan başqa gözünə bir nə girməyən.
istək. yaxış. xahiş.
yoxsul. fəqir. kasıb. möhtac.
(ək) <> qac.
qısqac: qasac. qıyqac.
sıxqac: sıxac.
ac bolmaq: acığmaq.
ac qaraqılay: aç qarnına.
ac göz: göz ac:
alçaq ər. qarçınaq. çinis. xəsis.
toymağur. yalmağur. yutuq. utuq. ütük. suqər. soğ. doymaz. boğazçı.
ac gözlənmək: qarçınmaq. çinislənmək. xəsislənmək.
açıqağız, ac qalmaz.
qarnı boş, ac: bağdatı alaq.
ac doyuran: süfrəsi açıq. çörəkli azıqlı.
ac billac: ac, baxımsız.
ac açıq: yeyəcəksiz, barınaqsız.
ac acına: bir nə yemədən. nəştab.
ac kişi, kəndin oda salır.
ac aman bülməz.
ac çıplaq: böyük istələ, iştahla.
ac doymam, tox acmam sanır.
ac qatıq istəməz, tuxu yastıq istəməz.
ac qılıca sarılır: ax qalan üsyan edər.
ac köpək, qazan yıxar.
ac qurd aslana saldırı.
ac, yanından qaç.
acın gözü, çörək təknəsindədir.
acın yuxusu gəlmək.
aca yemək, xəstiyə yataq sorulmaz: görünən kəndə bələdəçi nə gərək.
ac kişini qurd yeməz.
ac nə olsa yiyər, acıyan nə olsa deyər.
ac, qurda oxşar, çılpaq, cinə.
acın imanı, toxun amanı olmaz. (acın imanı, toxun amanı yox).
acın qarnı doyar, gözü doymaz.
acınan toxun, arası bir çörək.
sevgi ağına bozuna baxmaz, ac olan, dadına duzuna.
aca, türmə gərəkməz.
ac qarın əsnəməz.
acın başı qarnında olur.
acından it götü yalır.
mən gedirəm, yol gedsin, çılpaq gəlib boş gedsin. nə əkən var nə biçən, toxda gəlsə, ac gedsin.
ac doyurmaq.
ac göz: taya cocuğu.
ac göz: ac qılıq, xəsiyət: azıq. xəsis.
azıqlığı burax qıl.
gözü aclılıq: soğumsızlıq. doymazlıq. tamahkarlıq. təmə;.

         
Home / Commercials /Contact / About US / Latin Words / Abced Words

All Right Reserved.Design & Programming By Sapdal Group.