Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
BAĞAYARPAĞI : Azerbaijani Explanatory Dictionary

is. bot. Adeten arxların kenarında biten enliyarpaqlı bir bitki olub, xalq tebabetinde yaraları sağaltmaq üçün işlenir. çoxillik bitki olan bağayarpağı uzun saplaqlı kökyanı yarpaqlara malikdir; yar-paqlarının forması dairəvi, kənarı isə bütövdür. Əliyev.

BAĞ-BAĞAT : Azerbaijani Explanatory Dictionary

is. Bağlıq, ağaclıq, yaşıllıq. Seyidli və onu əhatə edən kəndlərin bağ¬bağatı o dərəcədə boldur ki, göz ətrajda ot və ağacdan savayı bir şey görmür. S.S.Axundov. Daşlıca azı kənddən beş verst bağ-bağat yollarının ayrıcında bir yer idi. Mir Celal. Maştağakəndinin
. bağı-bağatı başqakənd-lərə görə bir qədər abad idi. H.Sarabski.

BAĞ-BAĞATLI : Azerbaijani Explanatory Dictionary

sif. Bağ-bağatı, yaşıllığı olan, sefalı. Bağ-bağatlı yer.

BAĞ-BAĞÇA : Azerbaijani Explanatory Dictionary

is. Bağlıq ve güllük yer. Cuma baxımsız qalmış bağ-bağçalara göz yetirirdi. Ə.Əbülhesen. Boz dağları meşə örtdü, sahilləri gül; Bağ-bağçaya şeh çilədi nazəndə səhər. Ə.Cemil.

BAĞBAN : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Bağa baxan, bağa qulluq eden adam; bağ yetişdirmekle, bağ-çılıqla meşğul olan adam; bağçı. Gördülər yüz yaşında bir bağban; Işləyir bağda səy ilə hər an. M.Ə.Sabir. Həyətimdə səfalı bir bağ salacağam mən; Yurdumda bir misilsiz bağban olacağam mən. M.Müşfiq.
məc. Qayğı ile besleyen, terbiyelendi-ren, yetişdiren adam, terbiyeçi menasında.

BAĞBANLIQ : Azerbaijani Explanatory Dictionary

is. Bağbanın peşesi, işi, seneti; bağçılıq. Bağbanlıq etmək.

BAĞBAŞI : Azerbaijani Explanatory Dictionary

is. Köhne meişetde: oğlanın öz nişanlısına gönderdiyi bağ novbarı; sovqat. Pişxidmət məcməyidə alma, armud, nar və əzgil gətirib, qonaqların qabağına qoydu. Bunlar hamısı bağbaşı olaraq kəndlərdən göndərilmişdi. çemenzeminli. Habelə yay zamanı qız evi bağa köçsəydi, oğlan evi bağbaşı aparmalı idi. H.Sarabski.

BAĞ-BƏRƏ : Azerbaijani Explanatory Dictionary

is. Ev yanında bağ-bağça. Elə gəl, elə get bağ-bərəsindən; Bülbüllər ürküşüb, gül inciməsin. Aşıq Abbas.

BAĞÇA : Azerbaijani Explanatory Dictionary

is.
Kiçik bağ, heyet bağı. Ay çıxıb bağçanı işıqlatmışdı. Ə.Memmedxanlı. Şirin bağçada səndəl üstündə oturmuşdu. İ.Əfendiyev.
məc. Güllük, çiçeklik. Bu otağın pən-cərələri
. qarşıdakı qızılgül bağçasına açı-lırdı. S.Rehimov.
Mekteb yaşına çatmamış uşaqlar üçün terbiye, eylence müessisesi ("uşaq bağçası" şeklinde de işlenir). Uşağı bağçaya verdim.

BAĞÇA-BAĞ : Azerbaijani Explanatory Dictionary

is. Güllük, çiçeklik. ürəksiz əkilən yerlər saralar; Şitillər boy atıb bağça-bağ olmaz. S.Vurğun. Qış ayazdan bitkiləri saxlayıb; 0eh salırsız bağça-bağa, buludlar! H.K.Sanılı.

BAĞÇACIQ : Azerbaijani Explanatory Dictionary

"Bağça"dan kiç. Suyun sahi-lində bir bağçacıq var. S.Vurğun.

BAĞÇALI : Azerbaijani Explanatory Dictionary

sif. Bağçası olan; heyetinde çiçeklik, güllük olan. Bağçalı ev. Bağçalı məktəb.

BAĞÇALIQ : Azerbaijani Explanatory Dictionary

ax bağça. Xanın evinin qabağı çiçəklik və böyük bağçalıqdı.
M.S.Ordubadi.

BAĞÇAPƏRƏST : Azerbaijani Explanatory Dictionary

ax bağpərəst.

BAĞÇI : Azerbaijani Explanatory Dictionary

is.
B ax bağban
ci menada. Qonşu respublikalardan gəlmiş qonaqlar Qubanın bağçıları və məktəbliləri ilə səmimi görüşü heç zaman unutmayacaqlar.
məh. İstirahet üçün yayda bağa (bax bağ
cü menada) köçen, bağda istirahet eden adam. Şəhərə yaxın olduğundan, bağ-çılar buranın [Maştağa kendinin] bağlarına çox köçərdilər. H.Sarabski.

BAĞÇI : Azerbaijani Explanatory Dictionary

is. məh. Biçinçilerin ardınca derz bağlayan işçi.

BAĞÇILIQ : Azerbaijani Explanatory Dictionary

ax bağbanlıq. Kənd klu-bunda kəndlilər savad öyrənir, əkinçiliyə, bağçılığa, maldarlığa aid məlumat alırlar. S.Hüseyn. Sağ ol, baba, sən bağçılıq işini yaxşı bilirsən. M.Seyidzade.

BAĞÇIVAN : Azerbaijani Explanatory Dictionary

is. köhn. Bağçaya baxan, bağça yetişdiren; bağban.

BAĞÇIVANLIQ : Azerbaijani Explanatory Dictionary

is. köhn. Bağçıvan işi, bağçıvan seneti; bağbanlıq. // Bağ, çiçek, ağac ve sebzevat yetişdirme. Maşallah, nə yaxşı qabilsən; Bağçıvanlıqda xeyli kamil-sən. A.Sehhet.

BAĞÇIYƏLƏYI : Azerbaijani Explanatory Dictionary

is. bot. Bostanda yetişdi-rilen iri çiyelek növü.

BAĞDATI : Azerbaijani Explanatory Dictionary

is. [xüs. is.-den]
Suvaqla suvanmış tavan, seqf. Otağın bağdatısı uçulmuşdur.
Suvağı saxlamaq üçün arakesme divar-lara ve tavana vurulan ensiz taxtalar.

BAĞIR : Azerbaijani Explanatory Dictionary

is.
Qaraciyer.
ürek, qelb menasında. Ey Füzuli, ol sənəm əfğanıma rəhm eyləməz; Daşə bənzər bağrı, təsir eyləməz əfğan ona. Füzuli. Edən qan qönçə tək bağrım o ləli-abidar olmuş. Nebati. Oxuduqca şirin-şirin diliniz; Bağ-rım olur şana-şana, durnalar. M.V.Vidadi.
0 Bağrı çatlamaq
1) davam getirmeyib ölmek, üreyi partlamaq. Atı o qədər bərk sürdü ki, heyvanın az qala bağrı çatlamışdı.
[Tarverdi:] Əgər Pərzad məni bu halda görə bilsəydi, qorxudan bağrı çatlardı. M.F.Axundzade. Bir çoxları qızın bağrı çat-lamış olduğunu zənn edərək təəssüflənirdi. M.S.Ordubadi. [Əbdül:] Indi biçarə Saraya necə deyim ki, Bəhram gəlmir, bağrı çatlar. C.Cabbarlı; 2) bax bağrı yarılmaq; 3) üreyi berk darıxmaq. Uşaq olmasaydı, qızın bağrı çatlardı. M.S.Ordubadi. [Veli:] Yaxşı ki, bir yerdəyik, tək olsaydıq, adamın bağrı çatlardı. M.Hüseyn. Bağrı daşa dönmək
çox sert olmaq, insafsız olmaq, rehmsiz olmaq, sertleşmek. Təğafül etmə-yin, Allahı sevər; Dönməsin bağrınız daşa, durnalar. Q.Zakir. Bağrı dəlinmək
bax bağrı qan olmaq (qana dönmək). Bəs ol-madı, getdi yar əlindən; Həm bağrı dəlindi xar əlindən. Mesihi. Bağrı qan olmaq (qana dönmək)
son derece müzterib ve mütees-sir olmaq, kederlenmek, qüsselenmek. Ala gözlüm, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür. Aşıq Əlesger. Bağrı yanmaq
1) susamaq; 2) məc. hesret çekmek, hicran keçirmek. Bax bu qaşa, bax bu gözə; Yandı bağrım, döndü közə. Aşıq Əlesger. Bağrı yarılmaq
1) ölmek; 2) berk qorxmaq, dehşete düşmek. Bağrım yarılır xəncəri-bürranını görcək. M.Ə.Sabir. [Meşedi Əsgerin] silisçidən bağrı yarılırdı. S.M.Qenizade. [Gülnise:] Danışanda ada-mın gözünün içinə bir tövr baxır ki, az qalır adamın bağrı yarılsın. Ə.Haqverdiyev. [Döyüldüyü üçün] uşaq molladan qaçar və molla adı gələndə bağrı yarılardı. H.Sarabski. Bağrına basmaq
meheb-betle, nevazişle qucaqlamaq. Tutuban bağrına basdın o səri-zülfü, könül; Belə fikr eylədin, ol müşk sənin canındır. S.Ə.Şir-vani. Oturmuş ana, basmış bağrına; Nazlı körpəsin, lay-lay der ona. A.Sehhet. Xədicə rəngi qaçmış
. halda içəri girdi və uşaq-larını bağrına basıb
. ağladı. S.S.Axundov. Bağrını çatlatmaq
bax bağrını yarmaq. Bağrını dəlmək
son derece keder-lenmek. Bağrını qana döndərmək (qan eləmək)
hedden artıq kederlendirmek, iztirab vermek. Ləli-nabin həvəsi bağrımı qan eylədiyin; Ah kim, qanlı yaşım qılmadı izhar sana. Füzuli. Ələsgərəm, sana qur-ban; Gəl eyləmə bağrımı qan! Aşıq Əlesger. Bağrını yarmaq
1) öldürmek; 2) berk qorxutmaq, dehşete salmaq. Bütün dağlar arasında Iskəndər bəyin adı söylənirdi. Igidlikdə, at çapmaqda, düşmən bağrı yar-maqda tayı-bərabəri yox idi. Ə.Haqverdi-yev. Yuvasında eşələnən bir qırğı onların bağrını yarmışdı. Mir Celal. [Xelil:] Ay ba-lam, bir az özünə toxtaqlıq ver, uşaqların bağrını yarma. P.Makulu.

BAĞIR-BADAŞ : Azerbaijani Explanatory Dictionary

ax bağrıbadaş.

BAĞIRBEYIN : Azerbaijani Explanatory Dictionary

is. aşp. Quzunun qaraciyeri ile beyninden ve ya quyruğundan hazırlanan xörek. Hər adama bir məcməyi verildi və üs-tündə quzu soyutması, yanında da sarımsaqlı qatıq və bağırbeyin vardı. çemenzeminli.