Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
BAH : Azerbaijani Explanatory Dictionary

nida. bax ba. Bah, nə yekə cana-vardır! Bah, səni xoş gördük! Dünən az qala boğulmuşdum.
Bah!

BAHA : Azerbaijani Explanatory Dictionary

[fars.]
is. Deyer, qiymet. çək-mənin bahası. Bahası on qəpiyə dəyməz.
- [Veli:] A kişi, olar ki, bir at bahası əlimizə düşə.. M.F.Axundzade. Bu sandıqda yüz min dinar bahasında daş-qaş, cavahirat vardır. M.Hüseyn. // Əvez, qarşılıq. [Mirze:] Məgər mənim imanımın bahası belə rəftardır? Ə.Haqverdiyev.
sif. Yüksek qiymetle satılan, ya alınan (ucuz ziddi). Baha qiymət. Baha mal.
Bir aydan sonra o, bir gödək berdankanı çox baha qiymətə alıb, samanlıqda gizlətdi. S.Rehimov.
Yönl. halda: bahasına
bir şeyi elde etmek üçün serf ederek, qurban vererek. O öz biliyini inadlı əmək bahasına qazan-mışdır.
[Azadın] baqi qalan son dəqi-qələri, onun hər nəfəsi bir düşmən həyatı bahasına tamam olur. Ə.Memmedxanlı. // Yolunda, uğrunda. Qədəh bahasına can vermək istərəm, amma; Nə çarə kim, iki aləm olur bəhayi-qədəh. S.Ə.Şirvani.
0 Baha oturmaq
çox bahaya, böyük sey ve zehmete mal olmaq, yaxud çox pis neticelenmek, neticesi pis olmaq. [Əlyarov:] Yazıqsan, bala, cavanlığını nəzərə alıram, yoxsa bu səhvin sənə baha oturardı. M.Hüseyn. Od (qızıl) bahasına
çox baha, heddinden artıq baha qiymete.

BAHACIL : Azerbaijani Explanatory Dictionary

sif. Malını çox baha satan. [Xu-dayar bey:] Yaxşı, yaxşı, mən çoxdan bilirdim ki, sən bahacılsan. C.Memmedquluzade.

BAHAÇILIQ : Azerbaijani Explanatory Dictionary

is. Bahaçı adamın xasiyyeti. Mircümə ilə başqa qaçaqların bir fərqi vardısa, o da Mircümənin bahaçılığı idi. P.Makulu.

BAHADIR : Azerbaijani Explanatory Dictionary

is. [fars.] tənt. Qoçaq, igid, qehreman. Bahadır deməzlər hərgiz sayana; Görüm lənət olsun yardan doyana. M.P.Vaqif.

BAHADIRLIQ : Azerbaijani Explanatory Dictionary

is. Qoçaqlıq, igidlik, qeh-
remanlıq. Bahadırlıq göstərmək.

BAHALANDIRILMAQ : Azerbaijani Explanatory Dictionary

məch. Baha edil-
mek, qiymeti qaldırılmaq.

BAHALANDIRMA : Azerbaijani Explanatory Dictionary

"Bahalandırmaq"dan f.is.

BAHALANDIRMAQ : Azerbaijani Explanatory Dictionary

f. Qiymetini qaldır-
maq, bahalaşdırmaq, yüksek qiymete çıxar-maq. // Bahalığa, bir şeyin bahalanmasına sebeb olmaq, bahalıq salmaq.

BAHALANMA : Azerbaijani Explanatory Dictionary

"Bahalanmaq"dan f.is.

BAHALANMAQ : Azerbaijani Explanatory Dictionary

f. Qiymeti yükseltmek, qiymeti baha olmaq; bahalaşmaq.

BAHALAŞDIRILMAQ : Azerbaijani Explanatory Dictionary

ax bahalandı-rılmaq.

BAHALAŞDIRMA : Azerbaijani Explanatory Dictionary

"Bahalaşdırmaq"dan
f.is.

BAHALAŞMA : Azerbaijani Explanatory Dictionary

"Bahalaşmaq"dan f.is.

BAHALAŞMAQ : Azerbaijani Explanatory Dictionary

f. Daha da baha olmaq;
bahalanmaq.

BAHALATMA : Azerbaijani Explanatory Dictionary

"Bahalatmaq"dan f.is.

BAHALATMAQ : Azerbaijani Explanatory Dictionary

ax bahalandırmaq.

BAHALI : Azerbaijani Explanatory Dictionary

sif.
B a x baha
ci menada. Bahalı parça.
[Gövherin] ağzı, içi bahalı daş-qaşla dolu bir mücrü kimi açıldı, sədəf kimi dümağ dişləri göründü. Ə.Veliyev.
məc. Nadir, çox az tapılan. Platin bahalı filizdir.

BAHALIQ : Azerbaijani Explanatory Dictionary

is. Her şeyin qiymeti çox yük-sek olduğu veziyyet. Bahalıq düşmək. Bahalıq salmaq.
Bahalığın qabağını almaq üçün yeyinti şeylərini ucuz qiymətə satmaq lazımdır. M.S.Ordubadi. [Pirqulu:]
.Bu bahalıqda dolana bilmərik. Ac adam işləyə bilməz. C.Cabbarlı.

BAHAR : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
İlin qış, yay arasında olan fesli; yaz. Bahar ayları. Bahar yağışı. Havadan bahar qoxusu gəlir (yaz yaxın-laşır.)
Qurbani der: bahar olur, gəlir yaz; Göllərdə üzüşür ördək ilə qaz. Qurbani.
.Şairlər bahar fəslini hamıdan artıq dost tuturlar. C.Memmedquluzade. Arvadlarımız bahar girəndən sonra payızın axırınadək bağda, əkində gedib işləyirlər. Ə.Haqver-diyev. □ İlk bahar şair.
yaz, yaxud ba-harın teravet saçan ilk çağı, ilk dövrü. Gül üzünün çiçək açmış gülləri; Ilk baharın müj¬dəsidir aləmə. S.Vurğun. Son bahar şair.
payız. Məktəbin həyətində son bahar yaşıllığının üstünə gəbə, kilim də döşənmişdi. İ.Şıxlı. // Obrazlı teşbihlerde. Bülbüli-qəmzədəyəm, bağü baharım sənsən. Füzuli. Mənim bağım, baharım, həm gülüm, həm bülbülüm sənsən! Nə lazımdır mənə bağü baharü busitan sənsiz. S.Ə.Şirvani. Əyyami-baharü güldür, oğlum! Qoyma məni qəmdə, güldür, oğlum! M.Ə.Sabir. Yavrum, quzum, bahari-həyatın nə cür olar? A.Sehhet. O qartallı dağları sor, nə deyir:
Yüz min bahar gördüm, gəncəm, bax, yenə. A.Şaiq. Keçdi gəncliyimdən otuz beş bahar; Keçdi-yim yollara baxdım bir daha. S.Vurğun.
məc. şair. Genclik; gencliyin dadlı xeyal ve arzularla dolu olan dövrüne işaredir. Omrünün bahar çağında.
məc. Yaz havasını xatırladan, yumşaq, ilıq, açıq, mülayim hava haqqında. Bayırda lap bahardır.

BAHARI : Azerbaijani Explanatory Dictionary

is. köhn. Keçmişde: qısaqollu don, arxalıq.

BAHARISTAN : Azerbaijani Explanatory Dictionary

is. [fars.] şair. bax bahar
ci menada. Baharistani-ömrümdə tərən-nümsaz olur bülbül; Həzari-naləkarəm, baği-aləm gülistanımdır. M.Hadi.

BAHARIYYƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] əd. Klassik Şerq edebiyyatında bahar mövsümünü vesf ve tesvir eden şeir. Xətayinin bahariyyəsi.

BAHAROTU : Azerbaijani Explanatory Dictionary

is. bot. İlk baharda yetişen, çox xırda boylu bir bitki.