Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
BAKALAVR : Azerbaijani Explanatory Dictionary

is. [lat.] Ali mekteblerde tehsilin dördillik ilk merhelesi.

BAKENBÄRD : Azerbaijani Explanatory Dictionary

is.[alm.] köhn. Buxaq qır-xılmaqla üzde saxlanan saqqal ve yarım-saqqal.

BAKENBARDLI : Azerbaijani Explanatory Dictionary

sif. Bakenbard qoymuş (bax bakenbard). Içəriyə boz kolenkor döş-lüklü, qaşqabaqlı, bakenbardlı, üzüqırxıq ağır bir lakey daxil oldu. Tolstoydan.

BAKIR(Ə)LIK : Azerbaijani Explanatory Dictionary

is. Qızlıq, saflıq, temizlik.

BAKIR(Ə) : Azerbaijani Explanatory Dictionary

sif [ər.]
Pozulmamış, toxu-nulmamış. Bakirə qız.
məc. Saf, temiz, korlanmamış, lekesiz. Bu incə rəqslərdə nə qədər gözəllik, nə qədər bakir hissin ifadəsi vardı. çemenzeminli. [Uşaqların] saf, bakir, həyat və gələcək dolu şən səsi dillərin ən böyük mahnısı,
. dünyanın ən dadlı musiqisidir. Mir Celal.
məc. İnsan eli deymemiş, toxunulma-mış. Bakir meşələr.
Birinci dəfə Nobel, adanın bakir torpağını ilk kəşfiyyat buruğu ilə zədələrkən çox məyus olmuşdu. Ə.Memmed-xanlı.

BAKTERIOLÖGIYA : Azerbaijani Explanatory Dictionary

[yun.] Bakteriyalar-dan behs eden elm; mikrobiologiya.

BAKTERIOLOJI : Azerbaijani Explanatory Dictionary

sif.
Bakteriologiyaya aid olan. Bakterioloji institut. Bakterioloji tədqiqat. Bakterioloji analiz.
Xestelik töreden bakteriyalar tetbiqine aid olan. Bakterioloji silah. Bakterioloji mü-haribə.

BAKTERIÖLOQ : Azerbaijani Explanatory Dictionary

[yun.] Bakteriologiya mütexessisi.

BAKTERIYA : Azerbaijani Explanatory Dictionary

[yun.] Xestelik töreden mikroskopik (adi gözle görünmeyen) bir-hüceyreli orqanizm; mikrob. Xəstəliktörə-dici bakteriyalar. Vəba bakteriyası.

BAQÄJ : Azerbaijani Explanatory Dictionary

[fr.] Neqliyyat vasitesile daşını-lan şexsi yüklerin ümumi adı. Vağzalın baqaj şöbəsi. Baqaj kassası.
[Gülperi] cəld nökəri Cəfəri göndərib, iki nəfər hambalı ça-ğırtdı, yanındakı və baqajdakı şeyləri daşı-yıb, ikinci klas salonunda yığdırdı. S.S.Axun-dov. // Sernişinden ayrı olaraq gönderilen şey haqqında. [Mesum kişi] pal-paltarını bağlayıb, baqaja verdi. Mir Celal.

BAQAJÇI : Azerbaijani Explanatory Dictionary

is. Demir yolunda ve s.-de baqaj qebul eden işçi.

BAQAJLIQ : Azerbaijani Explanatory Dictionary

is. Minik maşınlarında, mo-tosikletlerde ve s. neqliyyat vasitelerinde baqaj qoymaq üçün xüsusi yer.

BAQI : Azerbaijani Explanatory Dictionary

sif. [ər.]
Daimi, ebedi. □ Baqi etmək
daimileşdirmek, ebedileşdirmek. Məcmuəmizin naqqaşı səni görən kimi gözəl surətini məcmuəmizə salıb, sənin ismü rəs-mini baqi və yer üzündə məşhur olmağına ciddi-cəhd edərdi. C.Memmedquluzade. Baqi qalmaq
davam etmek, yaşamaq.
// Xeber şekilçisi ile: baqidir
qalmışdır, hele de vardır, davam edir, yaşayır. Hələ baqidir yerində köhnə qaydalar, adətlər.
R.Rza.
Qalan, artıq. Pulun baqisi.
Gətir saqi, meyi-baqi, bu bəzmi eylə bir rövşən. Nebati. [Azad] durmadan atəş açır, onun baqi qalan son dəqiqələri, onun nəfəsi düşmən həyatı bahasına tamam olur. Ə.Memmedxanlı.

BAQQAL : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn. Keçmişde erzaq malları satan dükançı. Baqqal ölənin bor-cunu dirilərə yüklər. (Ata. sözü). Novruza bir həftə qalmış baqqal dükanlarının qaba-ğını ayna, xalça və cürbəcür şəkillərlə bəzər-dilər. H.Sarabski. [Kürd Əhmed:] Bu işdə kargər də, kəndçi də, ziyalı da, istəsəniz baq-qal da bir cəbhədə olmalıdır. M.İbrahimov.

BAQQALİYYƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Baqqal düka-nında satılan mallar: çay, qend, un, düyü, quru meyve ve i.a.
Bu cür şeyler satılan mağaza, dükan.

BAQQALLIQ : Azerbaijani Explanatory Dictionary

is. köhn. Baqqal seneti. Baqqallıq etmək.

BAL : Azerbaijani Explanatory Dictionary

is.
Arıların çiçek ve meyve şire-sinden hasil etdikleri qatı şirin madde. Şan balı.
Bal tutan barmaq yalar. (Ata. sözü). [Piri kişi:] Ağca xanım, bu pətəyi sənin adına saxlayacağam,
. haçan könlün bal istədi, gələrsən, kəsib verərəm. S.S.Axundov. □ Bal arısı
bal hasil eden arı. Hərdənbir bal arılarının
. vızıltısı eşidilirdi. Ə.Veliyev. Ana balı
qoca arıların hasil etdikleri bal (beçe balına nisbeten rengi tutqun olur). Beçə balı
cavan arıların hasil etdiyi bal. Qoca balı
bax ana balı. Şəhd balı
şan-dan çıxarılan mumsuz bal.
məc. çox şirin, çox dadlı, çox lezzetli şey haqqında. Armud deyil, baldır. Bal kimi (çox şirin).
0 Ağzından bal tökülmək
çox şirin sözler danışan adam haqqında.

BAL : Azerbaijani Explanatory Dictionary

is. [fars.] klas. Qanad. Klassik ede-biyyatda çox vaxt "balü per", yaxud "perü bal" şeklinde işlenir
qol-qanad. Cida düşdüm o tuti ləhcədən, balü pərim sındı. S.Ə.Şirvani. [Ceferqulu xan:] Atamızın qoşunu tərk olub, balü pəri qırılandan sonra bir yerdə Ədil şaha əsir olmuşuq. Ə.Haqver-diyev. Döyüşdükcə qoca qartal; Qüvvət alır balü pəri. S.Vurğun. O yazıq quşların balü pərini
. kəsmişdilər. M.Rahim. □ Balü pər vermək klas.
qanadlandırmaq, ruhlandır-maq. Oz asar və əşarı ilə onlar [edib ve şairler] millətin cisminə şəfa, ruhinə səfa, fikrinə cila, əqlinə və mənəvi və ruhani qüv-vələrinə balü pər verib, uca məqamə qaldırırlar. F.Köçerli.

BAL : Azerbaijani Explanatory Dictionary

[fr.] Böyük reqs gecesi. Bir azdan sonra musiqi gurladı, zalın qapıları açıldı və bal başlandı. Puşkinden.

BAL : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn. ürek, qelb, könül.

BAL : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn.
Fikir, düşünce.
Yaddaş, hafize.
Xatire.

BAL : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn. Böyük ağır çekili su memelisi; balina.

BAL : Azerbaijani Explanatory Dictionary

is. [fr.]
çeşidli tebiet hadisele-rinin (küleyin, zelzelenin ve s.) gücünün ölçü vahidi.
Tehsil müessiselerinde bilik, exlaq, çalışma derecesini bildiren qiymet ve ya qebul zamanı alınan qiymetlerin mecmusunu gösteren reqem.

BALA : Azerbaijani Explanatory Dictionary

is. övlad, uşaq, oğul. Ana və bala. Balalara hədiyyə.
Bala baldan şirindir. (Ata. sözü). Biçarə Məşədi Əsgər indi üç gün idi ki, gözüyaşlı ac-acına balalarının əhvalına alışırdı. S.M.Qenizade. [Ana:] Qulaq asın, mənim balalarım, ürə-yimə damıb ki, mən bu yataqdan durmaya-cağam. M.İbrahimov. // Mec. menada. [Baş leytenant:] Qafqaz balası, bu körpü cəb-hənin mühüm keçidlərindəndir. Mir Celal.
Kiçik, körpe heyvan, quş. Pişik balası. Tülkü balası. Qarğa balası.
Gah yetişmiş meyvələri dərib yeyərdik, gah quş yuvala-rından bala düşürüb oynardıq. S.S.Axundov. □ Bala vermə
heyvanların bala doğma qabiliyyeti. Bala salma
balanın vaxtından evvel doğulması, abort.
Xitab yerinde (çox vaxt "a balam", "ay balam", "balam" şeklinde de işlenir). Papaqçı dedi:
Bala, mənə şəyird durar-sanmı? Rəsul dedi:
Nə üçün durmaram. "Aşıq Qerib". Ay balam, eybini qan; Bir həya eylə, utan! M.Ə.Sabir. [İsmayıl ağa:] Balam, nə olar bizləri də yada salasan! Uç gündür eşitmişəm buradasan, di gəl, tapa bilmirəm. Mir Celal. [Xeyransa:] A balam, deyirəm bir kişiyə məsləhət eləyim, sonra gedək. H.Sarabski.
sif. Kiçik, balaca, xırda, körpe. Tamam ağ bədənin güldən əladır; Qamətindir sənubərdən, bala qız. M.P.Vaqif. Aristokra-tiya xanımları, yenə də gözəl bala dərvişin şəklini
. öpür. M.S.Ordubadi. Xan Sultan qoyunu gözləmək üçün bala çobanı dik qayanın başına qaldırmışdı. S.Rehimov.
bala-bala zərf dan. Yavaş-yavaş, az-az, aheste-aheste.

BALABACI : Azerbaijani Explanatory Dictionary

is. dan. Qohum-eqreba ara-sında hörmet üçün kiçikler terefinden böyüklere (qadınlara) müraciet (ad çekme-mek üçün işlenen söz).