Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
BAŞAYAQLILAR : Azerbaijani Explanatory Dictionary

cəm zool. Molyusk tipli deniz heyvanları sinfi. Demək olar ki, qabıqsız olan yumşaqbədənlilər də vardır, lakin bunların başlarında böyük əlcəkli bar-maqlar inkişaf etmişdir. Bunlara başayaq-lılar deyilir. "Zoologiya".

BAŞ-BAŞA : Azerbaijani Explanatory Dictionary

zərf Bir yerde, yan-yana, bir-birine sıxılaraq. □ Baş-başa durmaq
bax baş-başa vermək 3 ve
cü mena-larda. Baş-başa gəlmək
üz-üze gelmek, rastlaşmaq. Usta yarı yol getməmişdi, bir ayrı kişi ilə baş-başa verib toqquşdular və ikisi də üzlərini turşudub, sudan çıxdılar ki, bir-birini döysünlər. çemenzeminli. Baş-başa vermək
1) bir-biri ile gizli danışmaq, mehremane damşmaq, sirleşmek; // məc. quşlar haqqında. Yoxsa danışırsız dilbər sö-zünü; Veribsiniz nə baş-başa, durnalar? Q.Zakir. Otədəki iki quşcuğazın baş-başa verib də həsb-hal etməsi
. nə qədər şairanə. H.Cavid; 2) işlerini, derdlerini bir yerde müzakire etmek, götür-qoy elemek, mesle-hetleşmek. Gecə sübhədək iki yoldaş baş-başa verib tədbir tökdülər.
[Kazım:] İllər-dən bəri yan-yana yaşayan, adət və qayda-ları bir, yalnız dinləri başqa olan bu iki ailə baş-başa verib, bir-birinin dərdinə ağlayırdı. çemenzeminli; // bir yerde çalışmaq, elbir olmaq, birge hereket etmek. Baş-başa ver-məyincə daş yerdən çıxmaz. (Ata. sözü);
3) bir yerde oturmaq, yan-yana oturmaq, bir yere cemlenmek. [Qenberqulu:] [Əsger] cibindən bir qəpik çıxarıb ət almazdı ki, aparıb evində uşaqları ilə baş-başa verib abgüştdən-zaddan bişirib yesin. B.Talıblı;
4) bir-birine yaxın durmaq, yanaşı durmaq, yan-yana düzülmek, durmaq. Xəzər sahi-lində verə baş-başa; Qocaman çinarlar, yekə ağaclar. S.Rüstem. Meşələr görmüşəm qoca palıdlı; Hündür vələsləri verib baş-başa. R.Rza; 5) bir yere yığışmaq, büzüş-mek, yazıq-yazıq bir-birine sıxılıb durmaq. Uşaqlar baş-başa verib oturublar. Soyuq-dan quşlar baş-başa verib bir daldalana-caqda durmuşdu.

BAŞ-BEYIN : Azerbaijani Explanatory Dictionary

is. bax baş
ci menada.
◊ Baş-beyin getmək
ses-küyden, danışıqdan ve s.-den deng olmaq, qulaqları tutulmaq, eziyyet çekmek, tenge gelmek. [Sübhanverdizade:] Gör kim harada oturub, kişinin kabineti də yoxdur. Az qalır baş-beyni getsin. S.Rehimov. Baş-beyni aparmaq
deng etmek, qulağını batırmaq (son de-rece çox damşmaqdan, qışqırmaqdan, ses-küyden). [Seferqulu:] Baş-beynimizi aparma, bizim dərdimiz sənə qalmayıb. N.Vezirov.

BAŞBILƏN : Azerbaijani Explanatory Dictionary

sif. dan. Başçı, ağsaqqal. Baş-bilənsiz iş olmaz. (Ata. sözü). İş başbilənsiz olmaz; Sər süfrə sənsiz olmaz! M.Ə.Sabir. [Tahirzade:] Bu camaatın bir başbiləni, bu ölkənin bir sahibi yoxdurmu, ilahi! Mir Celal. [Alxan:] Bu cavan qartalı özünüzə başbilən seçin. İ.Əfendiyev.

BAŞCIĞAZ : Azerbaijani Explanatory Dictionary

"Baş"dan oxş.

BAŞCIQ : Azerbaijani Explanatory Dictionary

is. Kiçik baş.

BAŞCIL : Azerbaijani Explanatory Dictionary

sif. Başçılıq eden, rehber, esas.

BAŞÇI : Azerbaijani Explanatory Dictionary

is. Bir işin başında duran adam; rehber, sedr, reis, böyük. Araz silahlı dəstə başçılarını təyin etdikdən sonra onlara müəy-yən göstərişlər verib tüfəngləri payladı. A.Şaiq.

BAŞÇILIQ : Azerbaijani Explanatory Dictionary

is. Rehberlik, böyüklük, reis-lik, sedrlik, bir işin başında durma. □ Baş-çılıq etmək
rehberlik etmek, bir işin başında durmaq. [Ulduz] çox vaxt bu oyun-larda zirəkliyi ilə dəstəyə başçılıq edirdi. Ə.Memmedxanlı.

BAŞDAN : Azerbaijani Explanatory Dictionary

zərf Əvvel(in)den, ibtida(sın)-dan; tezeden, yeniden. Başdan danışmaq. Başdan oxumaq. Başdan başlamaq.

BAŞDAN-AYAĞA : Azerbaijani Explanatory Dictionary

ax başdan-başa. Başdan-ayağa külli-vücudum oda yandı. Nesimi. [Nurcahan:] Mən başdan-ayağa sirr dağarcığıyam. N.Vezirov. [Əli bey:] A kişi, heç kəsin sözünə qulaq asma. İstəyirsənsə oğlun adam olsun, şkolaya qoy. O ki qaldı axund Molla İman, onun fikri başdan-ayağa yanlış və xatadır. S.S.Axundov. □ Başdan-ayağa süzmək- bax başdan-başa süzmək ("başdan-başa"da). [Yehya Kamal] həyəti başdan-ayağa süzdü. Mir Celal.

BAŞDAN-BAŞA : Azerbaijani Explanatory Dictionary

zəriBütünlükle, tama-mile, her yeri, her terefi; bütöv, tamam, selt. Ət deyil, başdan-başa yağdır. Onun dedik¬ləri başdan-başa səhvdir. 0əhərə başdan-başa asialt döşənmişdir. Dəniz başdan-başa buzlarla örtülmüşdür.
Uşaqları tapıb, çiyələk, göbələk toplamağa, ya dərədə balıq tutmağa gedərdik. Bu dərə başdan-başa su qaynağı idi. A.Şaiq. Yaxşılıq insana bir sənət olsun; Dünya başdan-başa qoy cənnət olsun! S.Vurğun. O səhra ki başdan-başa tikandı, qumdu; Döndü sərin kölgə salan sərvliklərə. Ə.Cemil. □ Başdan-başa süz-mək
her terefini, her yerini gözden keçir-mek, istehzalı ve ya şübheli nezerle başın-dan-ayağına qeder baxmaq. Nəhayət, hacı gəldi. İçəri girincə əvvəlcə otağı bir quşba-xışı ilə başdan-başa süzdü. A.Şaiq.

BAŞDANSOVDU : Azerbaijani Explanatory Dictionary

BAŞDANSOVMA sif. Diqqetsiz, telesik, könülsüz. Başdansovma iş.
Mehmanın başdansovdu sözündən, soyuq söhbətindən sonra gələn adamlar da-ğılışıb getdilər. S.Rehimov. // Zəri məna-sında. Başdansovma etmek. Başdansovma cavab vermək.

BAŞDAŞI : Azerbaijani Explanatory Dictionary

is. Qebrin üzerinde baş terefde sancılan daş ve s.-den nişangah. Əsgər çox qədimdən qalmış hörgülərə, qalın barılara, sarı mamırlı başdaşılarına, üstü ağır qaya-larla örtülmüş qəbiristanlığa təsadüfiedirdi. S.Rehimov.

BAŞGICƏL(LƏ)DICI : Azerbaijani Explanatory Dictionary

sif. Adamın başını gicelden, dolandıran her şey.

DIRICI : Azerbaijani Explanatory Dictionary

ax başgicəl(lə)dici.

BAŞGICƏLLƏNMƏ : Azerbaijani Explanatory Dictionary

is. Müvazinet hissinin itmesi, gözlerin qaralması ve başın fırlanması şeklinde tezahür eden yarımbayğınlıq halı.

BAŞ-GÖZ : Azerbaijani Explanatory Dictionary

ax baş
ci menada. [Azad bey:] Səiərqulu bəy həqiqəti bilib baş-gözünü əzdikdə, mən həkimin üstə yüyürmə-yəsiniz. S.S.Axundov.
0 Baş-göz eləmək dan.
evlendirmek.

BAŞIAÇIQ : Azerbaijani Explanatory Dictionary

zərfive sif. Başında heç bir şey olmadığı halda, papaqsız, başı örtüksüz. Başıaçıq gəzmək.
Səkkiz yaşında uşaq ikən kəndimizdə
. başıaçıq, ayaqyalın təbiətin mər-həmətli qucağında, məişətin ağır və zəhərli hallarından xəbərsizyaşardım. S.S.Axundov.

BAŞIALOVLU : Azerbaijani Explanatory Dictionary

ax başılovlu. Nənəqız başıalovlu bazarı axtarıb qızlarını tapdı. S.Rehimov.

BAŞIAŞAĞA : Azerbaijani Explanatory Dictionary

BAŞIAŞAĞI
zərfi Başını aşağı dikmiş halda, başını aşağı salmış halda. Sərdar evlərinin qabağında bir daxmaya girib, səhərdən axşama kimi başıaşağı iynə vurmaqdadır. C.Memmedquluzade.
zərfi Tersine dönmüş, baş terefi aşa-ğıya çevrilmiş. Stəkanı başıaşağı qoymaq. Başıaşağı durmaq.
zərfi Getdikce aşağıya teref; mayili, eniş, yuxarıdan aşağı. Başıaşağı gedən yol. Dağdan başıaşağı enmək.
zəriçayda suyun axıb getdiyi terefe. çayla başıaşağı üzdüm.
sifi məc. Sakit, dinc, fağır, heç kesle işi olmayan, ancaq öz işi ile meşğul olan. Ba-şıaşağı adam.
Səiər doğrudan da qızların xoşuna gələnlərdən deyildi. Fağır, başı-aşağı bir oğlandı. Ə.Haqverdiyev. Evlənən kəsbkar, başıaşağı olmalı imiş. çemenze-minli. Pəri xanım Rüxsarəni başıaşağı, təmiz bir qız və dünya gözəli bir mələk kimi tanı-yırdı. S.Rehimov.

BAŞIBAĞLI : Azerbaijani Explanatory Dictionary

sii. dan.
Ağzıbağlı, düyün-lenmiş: örtülü, qapalı. Qəhrəman bu təzə düzələn dəitərxanaya girsə, yuxarıdan başı-bağlı gələn kağızları açar, oxuyar, özü də o kişilərin elmlərini öyrənə bilər. S.Rehimov.
Beh verilmiş, satılmış, lakin helelik aparılmamış (mal ve s. haqqında).
İstifadesi, toxunulması resmi suretde qadağan olunmuş. Başıbağlı mal. Başıbağlı mülk.
məc. Evli, aileli, arvadı olan.

BAŞIBATMIŞ : Azerbaijani Explanatory Dictionary

sif. ve is. dan. Söyüş,
qarğış yerinde işlenen ifadedir. [Xırdaxa-nım:] Xeyir olmamış nə var, a başıbatmış! N.Vezirov. [Cümşüd:]
Əlbəttə, xan!
dedi,
bilirsən ki, bu başıbatmış dörd məlik mənim atamla da düşmənçilik ediblər... çemenze-minli. Səhər iclas! Gecələr də qaçaq qaba-ğına çıxmaq və bu başıbatmışlar bir aydır ki, yuxunu mənə haram eləyirlər. B.Talıblı.

BAŞIBƏLALI : Azerbaijani Explanatory Dictionary

sifi. çox müsibet çekmiş, daim bela ve uğursuzluğa rast gelen, hemişe eziyyet ve zehmetde olan; talesiz, bextsiz (bezen istehza ve ya tene ile deyilir). Nə soxulmusan araya, a başıbəlalı iələ? Nə xəyal ilə olubsan belə iddialı, fələ. M.Ə.Sabir.

BAŞIBƏRK : Azerbaijani Explanatory Dictionary

sif Sürülürken başını saxla-maq çetin olan, yüyeni zorla idare edile bilen (at haqqında). Başıbərk at.