Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
POZAN : Azerbaijani Explanatory Dictionary

is. Yazı, şekil ve s. pozmaq üçün rezin parçası.

POZDURMA : Azerbaijani Explanatory Dictionary

"Pozdurmaq"dan f.is.

POZDURMAQ : Azerbaijani Explanatory Dictionary

"Pozmaq"dan icb.

POZĞUN : Azerbaijani Explanatory Dictionary

sif.
Əxlaqsız, exlaqı pis. [Qaçay:] Sizin məktəbin tələbəsi Mahmud Mərdanoğlu dünən axşam bir dəstə pozğun adamlarla qumar oynayırmış. Z.Xelil.
Pozulmuş halda olan, pozulmuş, dağıl-
mış, berbad hala gelmiş, nizamsız. Iraq və
Bağdad qoşunu bütün
. qərargahını və ərzaq
şeylərini, silah və yük mallarını buraxıb
nizamsız və pozğun bir surətdə qaçmışdı.
M.S.Ordubadi.
Perişan, pis. Əhvalım elə pozğun idi ki,
yuxu-zad məndən çox uzaq idi. C.Memmed-
quluzade.

POZĞUNLAŞDIRMA : Azerbaijani Explanatory Dictionary

"Pozğunlaşdırmaq"-
dan f.is.

POZĞUNLAŞDIRMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Pozğun hala
getirmek, berbad hala salmaq, pozub dağıt-maq.
Əxlaqca pozmaq. Pis mühit uşağı poz-ğunlaşdıra bilər.

POZĞUNLAŞMA : Azerbaijani Explanatory Dictionary

"Pozğunlaşmaq"dan f.is.

POZĞUNLAŞMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Pozğun olmaq,
exlaqı pisleşmek, xarablaşmaq.
Pozulmaq, perişan olmaq, xarablaşmaq. [Derviş:] Huşum və bədənim ləmsləşdi, poz-ğunlaşdı, özümü duymaz oldum.. A.Divan-beyoğlu.
Pozğun hala gelmek, intizamdan çıxmaq, qayda-qanuna riayet etmemeye başlamaq. Pozğunlaşmış silahlı dəstəni tərk-silah etmək.

POZĞUNLUQ : Azerbaijani Explanatory Dictionary

is.
Əxlaqsızlıq, menen pozulmuş adamın hal ve keyfiyyeti. [Zeynal] get-gedə məişət pozğunluğunun çirkabı içinə yuvarlanırdı. S.Hüseyn.
Nizamsızlıq, qarışıqlıq, perakendelik, ixtilaf, pertlik, dilxorluq. Məclisə pozğunluq düşmək.
.Süfrə başında pozğunluq yarat-maq istəmədim. M.S.Ordubadi. // Meğlubiy-yet, yenilme. Pozğunluğa uğramaq.
Perişanlıq, xarablıq. Əhvalın pozğun-luğu.
Arvad ərinin halətinin pozğunluğunu xəbər aldıqda Mirzə dedi:
Nə eləyim, ay arvad. Bu gün-sabah uşaqları məktəbdən xa-ric edəcəklər. Ə.Haqverdiyev.

POZISIYA : Azerbaijani Explanatory Dictionary

is. [lat.]
Mövqe.
Duruş, veziyyet.
Döyüş meydanı.
Baxım, rey, münasibet.

POZITIVIST : Azerbaijani Explanatory Dictionary

[yun.] Pozitivizm terefdarı.

POZITIVIZM : Azerbaijani Explanatory Dictionary

[lat. positivus
müsbet]
Obyektiv varlığın ve şeylerin mahiyyetinin derk oluna bilmesini inkar eden, tecrübeni tehrif ederek onu subyektiv hiss ve tesevvür-lerin toplusu kimi izah eden, elmin rolunu, faktları tesvir etmek ve sistemleşdirmekle mehdudlaşdıran, onların izahının mümkünlü-yünü qebul etmeyen idealist felsefi cereyan.

POZMA : Azerbaijani Explanatory Dictionary

"Pozmaq"dan f.is.

POZMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Yazını rezin ve s. ile silmek, yaxud üstünden xett çekmekle qaralamaq. Əlyazmasının bir abzasını pozmaq.
[Bala-rza:] Məni qana salma, poz, sənə deyirəm. C.Cabbarlı. Cəmilə yazdığını oxudu, bəyən-mədi, pozdu, yenidən düzəltdi. S.Rehimov.
məc. İcaze verilmeyen bir iş görmek, qaydadan kenara çıxmaq. Nizam-intizamı pozmaq. Qaydanı pozduğu üçün cərimələn-mək. // İcaze verilmeyen, qadağan olunmuş yerden keçmek. Sərhədi pozmaq.
[İnci:] Düşmənlər hüdudu pozmuşdur deyə; Gedi-rəm xanıma xəbər verməyə. A.Şaiq.
məc. Adi qayda ile inkişaf etmesine mane olmaq, qarmaqarışıqlıq töretmek, nizamsız hala salmaq, dağıtmaq. [Genc:] Birinin işlə-yən, o birinin müftə yeyən olması insanların həyatını pozmuşdur. çemenzeminli. Amansız müharibə
. [kendlilerin]yaşayışınıpozmuş, yurdlarını dağıtmış, özlərini də dilənçi halına salmışdı. T.Ş.Simurq. // məc. Mane olmaq, maneçilik töretmek, engel töretmek. Işin ge-dişini pozmaq.
Xanlar bu hərəkətilə bayram təntənəsini pozmaq istəyirdi. Mir Celal. [Gül-xar Nergize:]
.Gərək özgəsinin dincliyini pozmayasan. B.Bayramov.
məc. Nizamsız hala salmaq, qarışdırmaq, seliqeden salmaq. Əl uzadıb baş bəzəyin pozasan; Hər birin bir yana atasan dürüst.
M.P.Vaqif.
məc. Deyişmek, deyişdirmek (esasen inkarda işledilir). Rüstəm kişi isə vəziyyətini pozmadan, soyuqqanlılıqla dedi. M.İbrahimov. Pristav camaatın arasında təmkin və vüqarını pozmamağa çalışdısa da bacarmadı. Ə.Ve-liyev.
məc. Danışmağa başlamaq, sükuta, sa-kitliye son qoymaq. Sakitliyi pozmaq.
Ara-lığa çökən sükutu artıq heç kəs pozmadı. Ə.Memmedxanlı. Araya çökən sükutu poz-maq
. məqsədilə dilləndim. M.Rzaquluzade.
B ax qarışdırmaq
cü menada. Kefini pozmaq.
"Əhdi", "ilqarı", "peymanı", "vedini" sözleri ile
verdiyi sözden qaçmaq, ehdine vefa etmemek. [Nüşabe:] Olsa yer, göy mənə qarşı əlbir; Pozmaram əhdi, sözüm birdir, bir! A.Şaiq. Unudur verdiyi əhdi, ilqarı; Pozur peymanını tez insan oğlu. Aşıq Şemşir.

POZUCU : Azerbaijani Explanatory Dictionary

is.
Her hansı bir qaydanı, qa-nunu, üsulu ve s.-ni pozan.
Pozğunluq salan, nizamsızlıq, qaydasız-lıq töreden. Pozucu ünsürlər.
Dağıdıcı, yıxıcı, viranedici, xaraba qo-yan. Pozucu basqınlar.

POZUCULUQ : Azerbaijani Explanatory Dictionary

is. Pozucunun gördüyü iş, pozğunluq salma işi.

POZUQ : Azerbaijani Explanatory Dictionary

sif.
Pozulmuş, silinmiş, qara-lanmış. Sətirdə pozuq yeri oxumaq olmur.
Berbad, düzgün olmayan, tehrif edilmiş, düzgün teleffüz edilmeyen. Pozuq dildə da-nışmaq.
[Zabit:] Sizin diliniz pozuq əcəm dilidir. H.Nezerli.

POZUQLUQ : Azerbaijani Explanatory Dictionary

ax pozğunluq
cü menada.

POZULMA : Azerbaijani Explanatory Dictionary

"Pozulmaq"dan f.is. övladı başlı-başına buraxmaq
ictimai asayişin po-zulmasına səbəb olmaq, cəmiyyətə zərər ver-mək deməkdir. S.Rehimov.

POZULMAQ : Azerbaijani Explanatory Dictionary

məch.
üstünden xett çekil-mek; silinmek, qaralanmaq (yazı haqqında). Yazılan pozulmaz. (Mesel). Vaxtında dərsə gəlməyənlərin adı pozulacağı ehtimalı var idi. T.Ş.Simurq. Oğurluq haqqında çox yazıldı, pozuldu, heç bir şey çıxmadı. Mir Celal.
məc. Əhvalı pisleşmek, meyus olmaq; kefsizleşmek. Əhvalı pozulmaq.
Araz onun bu sözündən olduqca pozuldu. A.Şaiq. Kamal yuxudan ayılıb, atasının getdiyini biləndə çox pozuldu. M.Rzaquluzade.
məc. Veziyyeti pisleşmek, xesteliyi ağır-laşmaq, halı xarablaşmaq. [Ağaverdinin] maaşı xərcinə çatmadığı bir zamanda səhhəti də pozulmuşdu. S.Hüseyn. [Hüseyn:] Hacı bu gün lap pozulubdur. Qantemir.
məc. Bir-birine qarışmaq, seliqesiz halda olmaq, seliqeden düşmek. Gənc mühəndis saçlarının səliqəsi pozulmadığına tamamilə əmin olduğu halda, yenə əlini başından ayır-madı. M.Hüseyn.
məc. Adi qayda ile inkişaf etmesine maneçilik töredilmek, nizamsız hala salın-maq. Lakin bu gün Rüstəm kişinin evindəki ahəngpozulmuş, yerini soyuq bir sükuta ver-mişdi. M.İbrahimov.
.Kişisi cavan yaşında öldüyündən Durnanın həyatı pozulmuşdu.
Ə.Sadıq.
Bax qarışmaq
cı menada. Günorta hava pozuldu.
məc. İcaze verilmeyen bir iş görülmek, qaydadan kenara çıxılmaq. Küçə hərəkəti qay-daları pozulmuşdur. Intizam pozulmuşdur.
məc. Maneçilik töredilmek, heyata ke-çirilmesine yol verilmemek. Iclas pozuldu.
[Yunis:] Bu nişan pozulmalıdır. Ə.Memmed-xanlı.

POZULMAZ : Azerbaijani Explanatory Dictionary

sif. Pozulmayan, başqa şekle düşmeyen, deyişmez, sabit şekilde qalan. Müəllimin bu sözləri özünün bütün mülayim ahəngi ilə, bütün mənalı ifadəsi ilə birlikdə bir vəsiyyət kimi, pozulmaz bir and kimi Firi-dunun xəyalına yapışardı. M.İbrahimov.

POZULMUŞ : Azerbaijani Explanatory Dictionary

f.sif.
üstünden xett çekil-miş; qaralanmış, silinmiş. Pozulmuş cümlə.
Yazısı pozulmuş kağız hisdən sapsarı saral-mışdı. B.Bayramov.
məc. Adi qaydadan çıxmış, nizamsız hala salınmış; nizamsız, perakende. Pozulmuş quş dəstəsi yenidən cərgələnib uzaqlaşdı. H.Seyid-beyli.
məc. Bikef olmuş, ehvalı qarışmış; me-yus, pert. Məsumə məktubu oxuyandan sonra əhvalı pozulmuş bir halda divanda uzanıb fikrə getdi. S.Şamilov.
B a x pozğun
ci menada. Yazıq! Zə-hərlədi o gözəl qızı; Həyatın pozulmuş bir əxlaqsızı. S.Vurğun.

POZULUŞMA : Azerbaijani Explanatory Dictionary

"Pozuluşmaq"dan f.is.

POZULUŞMAQ : Azerbaijani Explanatory Dictionary

qarş. Araları deymek, küsüşmek. [İnci:] Biz Mürşidlə bu binanın üstə pozuluşduq. S.Rehman.

PÖHRƏ : Azerbaijani Explanatory Dictionary

is.
Ağac ve kolların dibinden göyeren zoğ(lar), bic(ler). Ağacın pöhrələrini qırmaq.
Illərdən bəri suyun lilləndiyi bu adalarda balaca pöhrələr əmələ gəlmiş, get-gedə qalınlaşıb meşəyə dönmüşdü. İ.Şıxlı.
Cavan budaq, qol. // Cavan ağac, fidan. Bağban təzə basdırdığı; Bir pöhrəyə dayaq vurur.. N.Refibeyli.