Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
BƏDHAQLIQ : Azerbaijani Explanatory Dictionary

is. Haqvermezlik. [Ustalar]
bir az əmtəələrini satdıqları tacirin bədhaq-lığından danışdılar, sonra ticarətin dayan-dığından şikayətləndilər. çemenzeminli.

BƏDHAL : Azerbaijani Explanatory Dictionary

sif. [fars. bed ve ər. hal] Halı pis, halı ağır, veziyyeti ağır. Xəstə dünən bədhal idi.
Oylə bədhaləm ki, əhvalım gö-rəndə şad olur; Hər kimin kim, dövr cöv-ründən dili-naşadı var. Füzuli.

BƏDHESAB : Azerbaijani Explanatory Dictionary

is. [fars. bed ve ər. hesab]
Haqsız. Hesabiyə dağda olsa, əgilləm; Bəd-hesaba yaman kinligirəm mən. "Koroğlu".

BƏDHEYBƏT : Azerbaijani Explanatory Dictionary

sif. [fars. bed ve ər. heybet] Qorxunc görünüşlü, pis tesir bağışlayan; deh-şetli. // çirkin, eybecer. Bu bədheybət adam [Şahmemmed] xanın gözünə sataşdıqda, sanki xanda ona qarşı bir ikrah hissi əmələ gəldi. çemenzeminli.

BƏDHEYKƏL : Azerbaijani Explanatory Dictionary

sif. [fars. bed ve ər. heykel] Pis görünüşlü, bedeni yöndemsiz, biçimsiz. Bədheykəl adam.

BƏDHƏRƏKƏT : Azerbaijani Explanatory Dictionary

sif. [fars. bed ve ər. he-reket] Reftarsız, bedxasiyyet, qılıqsız.

BƏDXAB : Azerbaijani Explanatory Dictionary

sif. [fars.] Yuxusu pis. □ Bəd-xab olmaq
yuxusu qaçmaq. [Əkber:]
.Səndən ayrılandan sonra gedib bədxab olub sübhədək yata bilməmişəm. Ə.Haqverdiyev. Bədxab etmək
yuxusunu qaçırmaq, yat-mağa qoymamaq, yuxudan ayıltmaq. [Qaro-vulçu:] Hələ olur ki, xor oxuyub, yeddi qapı qonşuları bədxab eləyir. Mir Celal.

BƏDXAH : Azerbaijani Explanatory Dictionary

sif. [fars.] Başqasının pisliyini isteyen, heç kesin yaxşılığını istemeyen; qerezkar (xeyirxah ziddi). Bədxah adam.
- Bəzən oxumuş rəfiqi-bədxah; Tədbirimi çaşdırıbmış, ey vah! M.Ə.Sabir. [Şah] zəng edənin mütləq bədxah adam olduğu fikri ilə dəstəyi götürüb nərə çəkdi. M.İbrahimov. // İs. menasında. Bədxahım olsa cümlə cəhan, çəkməzəm məlal. Xetayi. Aralıqda bədxah olmasa əgər; Sevgi sevgisindən olmaz mükəddər. Q.Zakir. [Mirze Feteli:] O vədə öz babalarının əməllərindən xəcalət çəkib xeyirxahları ilə bədxahlarını əlbəttə tanıyacaqlar. Ə.Haqverdiyev. Müəllimdən aldığımı bədxahlara satmadım. Mir Celal.

BƏDXAHLIQ : Azerbaijani Explanatory Dictionary

is. Başqasının pisliyini, ya-manlığını isteme; qerezkarlıq (xeyirxahlıq ziddi).

BƏDXASIYYƏT : Azerbaijani Explanatory Dictionary

sif. [fars. bed ve ər. xa-
siyyet] Pisxasiyyetli, pistebietli, xasiyyeti pis, yolagetmez, qılıqsız. Bədxasiyyət adam.
- [Hekim:] Atların xasiyyətini gözüm elə alıbdır ki, heç bir bədxasiyyət at fikrimə gətirə bilməyirəm ki, onu iki-üç günün içində öyrədib, faytona qoşa bilməyim. C.Memmedquluzade.

BƏDXƏRC : Azerbaijani Explanatory Dictionary

sif. [fars. bed ve ər. xerc] Pulunu semeresiz, menasız yere serf eden, xercini bilmeyen; israfçı. Bədxərc adam.
- [Cemil] arvadının niyə bu qədər tələbkar, bədxərc olduğuna dair suallar(a)
. cavab tapa bilmirdi. Ə.Veliyev.

BƏDXƏRCLIK : Azerbaijani Explanatory Dictionary

is. Pulunu semeresiz ve menasız yere serf etme; xercini bilmeme; israfçılıq.

BƏDXU : Azerbaijani Explanatory Dictionary

[fars.] köhn. bax bədxasiyyət.
Kimsə ol bədxuyə izhar edə bilməz halımı. Füzuli. Ol zalimi-bədxu, şuxü sitəmkar; Zakirin halından deyil xəbərdar. Q.Zakir. Nə qədər gər ola bu çərxi-cəfacudə bəla; Olmaz ol qədr ki, var ol buti-bədxudə bəla. S.Ə.Şirvani.

BƏDIƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Misli-beraberi görünme-miş şey, diqqeti celb eden yeni icad olun-muş şey, nadir gözel şey.

BƏDIHƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Fikirleşmeden, qa-baqcadan hazırlaşmadan söylenilen söz, şeir. // Hazırcavablıq.
Aşıq ve bediheçilerin hazırlamadan döşden dedikleri menzum parçalar.

BƏDIHƏÇI : Azerbaijani Explanatory Dictionary

is. ve sif Bedihe deyen (b ax bədihə).

BƏDIHƏGU : Azerbaijani Explanatory Dictionary

is. [ər. bedihe ve fars. gu] bax bədihəçi.

BƏDIHI : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] köhn. Aşkar, belli, aydın. [Gülnise:] Sonra Sara özü-özündən vərəm-lənəcəyi bədihidir. C.Cabbarlı.

BƏDII : Azerbaijani Explanatory Dictionary

sif [ər.]
Estetik zövqe, incesenet teleblerine cavab veren; gözel, qeşeng, ince, estetik. Romanın bədii məziyyətləri. Bədii zövq. Bədii yaradıcılıq üsulu. Bədii tərtibat. Rolu bədii surətdə ifa etmək.
[Qetibe:] Sevgi hisslərini bədii şəkildə vermək istəyən şairlər də yanılırlar. M.S.Ordubadi. Xalq mahnıları xalqın da qədim zamanlardan bu günə qədər olan tarixini bədii surətdə əks etdirir. Ə.Bedelbeyli.
Heyatı suretler vasitesile tesvir eden. Bədii ədəbiyyat. Bədii əsər.
Sabirin qüv-vətli istedadını görən qoca ustalar ona məs-ləhət gördülər ki, yenə vətənə qayıdıb bədii yaradıcılığa başlasın.. M.Hüseyn.
İncesenete, incesenet sahesinde fealiy-yete aid olan. Teatrın bədii rəhbəri.
Klub-larda kolxozçular bədii özfəaliyyət dərnəyi-nin verdiyi tamaşaya baxır və ya məruzəyə qulaq asırdılar. Ə.Sadıq.

BƏDIILIK : Azerbaijani Explanatory Dictionary

is. Gözellik, qeşenglik, incelik, estetiklik.

BƏDIMAN : Azerbaijani Explanatory Dictionary

sif. [fars. bed. ve ər. iman] Kafir, imansız, mezhebsiz. Kafirə bax, gör nə bədimandı bu! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu! M.Ə.Sabir.

BƏDIRLƏNMƏ : Azerbaijani Explanatory Dictionary

BƏDIRLƏNMƏ "Bedirlenmek"den f.is.

BƏDIRLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

f.
Dolğunlaşmaq, tam daire şeklinde, on dörd gecelik şekle düş-mek (Ay haqqında). Ay bədirlənmişdir.
məc. Ay kimi parlamaq, Ay kimi saf, temiz, aydın olmaq (klassik edebiyyatda ve xalq yaradıcılığında gözelin suretine işaredir). çıxıb on dördündə bədirlənmisən; Səni görən gedər xəyala, gözəl! (Qoşma).

BƏDIRLƏNMIŞ : Azerbaijani Explanatory Dictionary

f.sif. Tam daire şekline
düşmüş, dolğunlaşmış, on dörd gecelik. Bə-dirlənmiş Ay qalxıb, göyün bir qatında durub, bu övzaya tamaşa edirdi. Ə.Haqverdiyev. Göydə parladıqca bədirlənmiş Ay; Gümüş zəncir kimi görünürdü çay. M.Seyidzade.
0 Bədirlənmiş ay kimi
on dörd gecelik Ay kimi parlaq, temiz, saf, lekesiz, aydın (bedii edebiyyatda gözelin sureti buna teş-beh olunur). Göyçəyin üzü bədirlənmiş ay kimi şəfəqli idi. Ə.Veliyev. [Sarıtelin] hisli çırağın zəif işığında ala-yarımçıq görünən qaramtıl saçları, uzun hörükləri, bədirlən-miş Ay kimi yanaqları var idi. M.Hüseyn.