Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
ŞÜBHƏLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

f.
Bir şeyin gerçek olub-olmadığını kesdire bilmemek, şübhe etmek, şekk etmek, inanmamaq. Seyid Əhməd mədaxili az görüb yoldaşından şübhələndi.. Ə.Haqverdiyev. Mehriban şübhələnməyə baş-ladı. S.Hüseyn. Vahid və Rübabəni tanıyan-lar arasında elə adam yox idi ki, bu iki ca-vanın evlənəcəyinə şübhələnsin. Mir Celal.
Gümanı getmek, güman etmek, zenn etmek. Dağda dərviş gəzdiyini ömründə xə-bər verən yox idi. Mən bundan şübhələndim. A.Divanbeyoğlu. Məhərrəm onun başqa bir aləmdən gəlmiş fövqəladə insan olduğuna şübhələnirdi. H.Nezerli.

ŞÜBHƏLI : Azerbaijani Explanatory Dictionary

sif.
Şübhe oyadan, şübhe do-ğuran, şübheye sebeb olan. Şübhəli adam. Şübhəli məsələ.
Katibin yumşaq rəftarı Sal-mana bir cür gəlir, şübhəli görünür, qorxu-durdu. M.İbrahimov. Mən diqqətlə ağaca baxıb qalın budaqların arasında şübhəli bir qaraltı gördüm. M.Rzaquluzade.
O qeder de inanılası olmayan, niyyeti, leyaqeti, menevi keyfiyyetleri şübhe doğu-ran. Şübhəli adam. Əxlaqı şübhəli.
Her şeye şübhe ile baxan, her şeyden şübhelenen, son derece ehtiyatlı. Aydəmir bir qaçaqdır, hər bir şeydən şübhəli. C.Cabbarlı.

ŞÜBHƏLILIK : Azerbaijani Explanatory Dictionary

is. Şübheli olma, şübheli şeyin halı.

ŞÜBHƏLI-ŞÜBHƏLI : Azerbaijani Explanatory Dictionary

zərfŞübheli halda,
şübhe edircesine, şübhe ile. Bağban şübhəli-şübhəli Həcəri nəzərdən keçirtdi.. S.Rehimov. Mürsəl duruxa-duruxa, şübhəli-şübhəli pı-çıldadı. Ə.Veliyev.

ŞÜBHƏSIZ : Azerbaijani Explanatory Dictionary

zərfMütleq, şeksiz. Şübhə-
siz mən də gələcəyəm. Şübhəsiz bu gecə yola düşməliyik.
[Geray:] Beləliklə o tabe olsa bizə; Şübhəsiz baş əyər hər əmrimizə. A.Şaiq.
ara s. Əlbette, tebii. O, şübhəsiz, doğru deyirdi. Şübhəsiz, mən onu təhqir etmək istə-mirdim. □ (Heç) şübhəsiz ki, şübhəsizdir ki...
yeqin ki, elbette ki, görünür ki, yeqin ki. Şübhəsizdi ki, Əhməd kişi də qızı dediyi sözləri deyəcəkdi. M.S.Ordubadi. Heç şüb-həsiz ki, Zərdabiyə qarşı olan şiddətli, həya-sız hücum, Seyid Əzim Şirvani kimi qüdrətli bir şair mövcud ikən, cavabsız qalmayacaqdı. M.İbrahimov. [Memmedov:] Şübhəsiz ki, hamının işlədiyinə baxmayaraq, bu işlərdə [Kerimovun] böyük fəaliyyəti olmuşdur. H.Seyidbeyli.

ŞÜCAƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.] İgidlik, reşadet, cesaret, cengaverlik, qoçaqlıq, bahadırlıq, merdlik. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. [Vezir:] Leyla, bu nə halətdir? Sən hara, Harun hara. Harun şü-caət və cəsarətdə ad qazanmış bir pəhləvan-dır. ü.Hacıbeyov. □ Şücaət göstərmək
hüner göstermek, igidlik, qoçaqlıq elemek. [Toğrul:] Eh, çox böyük şücaət göstərmişsən.
C.Cabbarlı.

ŞÜCAƏTLI : Azerbaijani Explanatory Dictionary

sif. Cesaretli, cesur, bahadır, qoçaq, igid. Ovladları qeyrətlidir, damarlı; Şücaətli, hünərli, etibarlı. A.Sehhet. [Necef bey Dilaraya:] Şücaətli qardaşın bu gün hö-kumətin əmri ilə Bakı milyonerlərindən Ağa-balayevi həbs eləmişdir. Ə.Memmedxanlı.

ŞÜƏRA : Azerbaijani Explanatory Dictionary

is. [ər. "şair" söz. cemi] klas. Şair-ler. Əgərçi Sədi və Hafizdən sonra Iranda şeir qayətdə tənəzzülə düşüb, şüəranın əşarı küllən biməzmun və məhz puç ləffazlıq ol-muşdu. M.F.Axundzade. Seyyida, bunca ki məsciddən edirlər nifrət; Nə görüblər, görə-sən kim, şüəra məsciddə? S.Ə.Şirvani.
.Bizim şüəra cismən fövt olublarsa da, ruhən və mənən həlak olmayıblar. F.Köçerli. [A.Seh-het] gənc ikən şeirlə maraqlanaraq Seyid Əzimə təqlidən bir çox qəzəlyazmışdır. Ədəbi qaydanı, xüsusən, əruz vəznini Şamaxı şüəra və ürəfasından sayılan Hacı Cabbar Sabit-dən öyrənmiş(di).. A.Şaiq.

ŞÜGL : Azerbaijani Explanatory Dictionary

is. [ər.] klas. İş, meşğele, meşğu-liyyet. [Peri xanım:] A qadan alım
. sözümə qulaq as, o qədər şüğlüm var ki, səni görmək olmur. M.F.Axundzade. Ər deyil, şair imiş xanəxərab; Fikri yazmaq, oxumaq, şüğlü ki-tab. M.Ə.Sabir. [Selime nene:] Şüğlüm çox-dur; vaxt tapmayıram ki, gəlib səninlə söh-bət edəm. S.S.Axundov. // Əlleşme, bir şeyle meşğul olma.

ŞÜĞÜLZÜMMƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn. din. Müsel-manlıqda: Allah qabağında günahkarlıq, teq-sirkarlıq. □ Şüğülzümmə eləmək (etmək)
günaha batırmaq, günahkar elemek. Mər-humun varisləri bir-birlərinin üzünə baxıb, ürəkləri yumşalmış hallarında ölülərini şü-ğülzümmə eləmək istəməyib pulları verirlər. Ə.Haqverdiyev. Şüğülzümmə olmaq
gü-naha batmaq, günahkar olmaq.

ŞÜHUDI : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] dilç. Felin iki keçmiş for-masından birinin adı. Şühudi keçmiş.

ŞÜKKÜTMƏ : Azerbaijani Explanatory Dictionary

"Şükkütmek"denf.is.

ŞÜKKÜTMƏK : Azerbaijani Explanatory Dictionary

f. Qondurmaq, oturtmaq. [Selim bey:] Amma indi... Bir çolaq yabını minirsən, bir quşu şükkütürsən barmağının başına, onun da bir gözü kor, bir gözü də məyub. Ə.Haqverdiyev.

ŞÜKRAN : Azerbaijani Explanatory Dictionary

is. [ər.] klas. Yaxşılıq bilme, edi-len yaxşılığa müqabil edilen minnetdarlıq, teşekkür, şükür. Sən azad eylədin qəmdidə hürriyyətpərəstanı; Sənə ləbrizi-şükrandır bütün əhrar, hürriyyət! M.Hadi.

ŞÜKRANƏ : Azerbaijani Explanatory Dictionary

[ər. şükr ve fars.
..ane] klas.
Bax şükran. [Divanbeyi:] Bari bu işin şükranəsinə nizama tabe olun, əyərçi heç ni-zamı və zabitəni anlamırsınız! M.F.Axund-zade. // Şükranla şeklinde
minnetdarlıqla, teşekkürle, derin razılıq hissi ile. Ey əzizi-dilü can, ey fərəhi-qəlbi-məlul! Edərəm iştə bu təklifini şükranə qəbul. A.Sehhet.
is. Teşekkür, minnetdarlıq, razılıq ela-meti olaraq verilen şey.

ŞÜKRLILLAH : Azerbaijani Explanatory Dictionary

ŞüKRüLLAH [ər.] ara s. Allaha şükür, xoşbextlikden, bextimden. Mən Vaqifəm, kuyin mənə Kəbədir; Şükrlillah, mü-səllayə dönmüşəm. M.P.Vaqif. Şükrlillah, hər nə istərdim, mühəyyadır mənə. Q.Tebrizi.

ŞÜKUFƏ : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Gül, çiçek. Baş çı-xarmış şükufələr seyr elər; Yaşılına, o alına sevdiyim! M.V.Vidadi. Səba gətirdi genə müjdəyi-gülüstanı; Şükufələr açılır, fəsli-növbahar gəlir. S.Ə.Şirvani. Bəzəklənir, dü-zəklənir, bağın fəzası rənglənir; Yaşıllanır, həm allanır, şükufələr çiçəklənir. A.Sehhet.

ŞÜKUFƏLƏNMƏ : Azerbaijani Explanatory Dictionary

"Şükufelenmek"den f.is.

ŞÜKUFƏLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

f. Açılmaq, çiçeklen-
mek, zahir olmaq (gül haqqında). Şükufə-lənmiş (f.sif.) güllər nəsimin dəyməsindən enib qalxdıqca Gülsümün vidasına cavabən "Get, Allah səni xoşbəxt eləsin!" deyirdilər. Ə.Haqverdiyev.

ŞÜKUH(Ə) : Azerbaijani Explanatory Dictionary

[fars.] klas. Böyüklük, ululuq, ezemet, calal, heşemet; şan-şeref. Bir təxti-rəvan içində Leyli; Nə şövkətə, nə şükuhə meyli. Füzuli. Gərək küllən gedib, kəmali-şükuh və təntənə ilə [Yusif Serracı] gətirib, bu təxtin üstündə oturdub müstəqillən özünü padşah biləsiniz. M.F.Axundzade. Hər bir təkyə sahibi, təziyəsinin şükuhu üçün Sofi Hü-seyni çağırmağı vacib bilərdi. Ə.Haqverdiyev.

ŞÜKUHLU : Azerbaijani Explanatory Dictionary

sif. klas. köhn. Tenteneli, eze-metli, calallı; şan-şerefli. Toy çox şükuhlu (z.) keçdi. Ə.Haqverdiyev.

ŞÜKÜR : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Edilen yaxşılığa qarşı min-netdarlıq, teşekkür, razılıq ifadesi. [Kerbe-layı Mehemmed:] Pərvərdigara! Səndən üzülməyənə heç zad olmaz imiş. Sənə min şükür!
deyib, əlini ustanın toqqasına atdı. çemenzeminli. [Əli emniyyebaşı:] Bir gecə-lik qonağıq, ev sahibi nə versə, ona da şükür. M.İbrahimov. □ Şükür (şükür-səna) et-mək (eləmək, qılmaq)
razılıq etmek, min-netdarlığını bildirmek, teşekkürünü ifade etmek, razılığını bildirmek. Birini gör, fikir elə; birini gör, şükür elə. (Ata. sözü). Meh-man kişi qızının gözlərinə diqqətlə baxdığı vaxt Qəmərin ürəyi dağ boyda olur, qəlbən fərəhlənir, sürdükləri asudə həyat üçün şükür-səna edirdi. Ə.Veliyev.
◊ Şükür Allaha (Tanrıya, Yaradana və s.)
1) yaxşı ki oldu, xoşbextlikden, bexti-mizden (bextinizden). [Xeste sövdager:] Şü- kür olsun Allaha, şəfa tapdım, daha canımda bir dərd qalmadı. E.Sultanov; 2) razılıq, min-netdarlıq, teşekkür ifadesi. [Senem:] Nə üçün, şükür Allaha, yaxşıyam. ü.Hacıbeyov. [Qur-ban:] Nə deyim, haqqın kərəminə şükür. Ə.Haqverdiyev. [Ana:] Oğlumu evləndirəndə, onun arvadına [hamayili] bağışlayaram. Nə eləyim? Şükür dərgahına, qismət deyilmiş. B.Talıblı. Şükür (şükürlər) olsun!
bax Allaha şükür! Hədsiz şükürlər olsun dün-yada gördüyüm günlərə! C.Memmedqulu-zade. [Hesenağa:] Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər yanıma, gəlsinlər bir söhbət edək. Ə.Haq-verdiyev. Şükür olsun ki, hazırda ixtiyar əli-mizə keçmişdir. M.S.Ordubadi.

ŞÜLƏ : Azerbaijani Explanatory Dictionary

is. məh. Her iki terefe uzadılmış qol-ların arasındakı mesafe (şerti uzunluq ölçüsü).

ŞÜLƏK : Azerbaijani Explanatory Dictionary

is. Parça zolağı, parça topu. Pəncə-rədən düşən işıq ağ ipək şüləyi kimi uzanıb, Muradın sol döşünə yayılmışdı. Ə.Veliyev. Bircə dəqiqənin içində qırmızı şüləklər qol-lara bağlandı. Ə.Əbülhesen.

ŞÜLƏKLƏMƏ : Azerbaijani Explanatory Dictionary

"Şüleklemek"den f.is.