Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
ŞÜLƏKLƏMƏK : Azerbaijani Explanatory Dictionary

f. Şülek halına salmaq,
sarıyaraq top halına salmaq. Parçanı şülək-ləmək.
Veys özü izah etdi:
Bu qırmızı şüləni Həmzənin dükanından götürmüşəm,
parçanı şüləkləməyə başladı. Ə.Əbülhesen.

ŞÜMAL : Azerbaijani Explanatory Dictionary

sif.
Yeni dikelib göyeren budaq, zoğ. çəkil şümalı.
Bir şümal pöhrəni; Bir vurğuda qələm elədi; Və qürurla dedi; Ovxa-rını gördünmü baltanın? R.Rza.
Düz, hamar. Sahildəki şümal və ziləv daşların bir parası yuyulub təmizləndikdən sonra daha parlaq görünür. Ə.Veliyev. Yunis bıçağa işarə etdi:
Yaxşı itilənsə, yüz əlli ödə-yərsən. Bu taxta qurudur, şümaldır. Mir Celal.
məc. Yeniyetme, boylu-buxunlu. Məm-məd bəy on iki-on üç yaşında alagözlü, qum-ralsaçlı, genişkökslü, şümal bir oğlandı. çemenzeminli.

ŞÜMAR : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Say, hesab. □ Şümara gəlməmək
saya, hesaba gelmemek. Mə-kani-əslimdən düşdüm avarə; Dərdimin ədədi gəlməz şümarə. Aşıq Baxış.

ŞÜMARƏ : Azerbaijani Explanatory Dictionary

is. [fars.] köhn. Əqreb (saatda). Saatı çıxardım, qoydum stolun üstə ki, görüm, saatın şümarələri nə vaxt gəlib
ün üstündə duracaqdır ki, börkümü götürüm, qaçım evə. C.Memmedquluzade.

ŞÜMƏRƏK : Azerbaijani Explanatory Dictionary

sif. Cavan, yenice qalxmış. Zeynalın, üzərində dayandığı bu cığır bitməz-tükənməz şümərək ağaclar arasında qaib olur. Ə.Əbülhesen.

ŞÜMŞAD : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Cürbecür aletler, ev eşyalari ve s. hazırlanan çox möhkem oduncaqlı hemişeyaşıl ağac.
Müqayiselerde işlenir. Könül mayil olub siyah telinə; Nazik barmağına, şümşad əlinə. Aşıq Əlesger. Bir az müddət keçəndən sonra qız şümşad əliniyaxasına uzadıb saata baxıb və yerindən tez durub getdi. N.Nerimanov. Hamıdan irəlidə dayanmış nazik əndamlı, qarabirçək, şümşad qamətli gəlin Xəlilin sa-lamını almağa macal tapmadı. M.Hüseyn.

ŞÜMUL : Azerbaijani Explanatory Dictionary

is. [ər.] klas. Şamil olma, dexli olma, aid olma; aidiyyet. [Mollabaşı:] Ona binaən mən cəmi xütəbaya hökm yazdım ki, tamam vilayətlərin mənabirində xalqa elan etsinlər ki, haman əhadisin silsileyi-səfəviy-yəyə şümulu yoxdur. M.F.Axundzade.
ŞüMüRis. [ər. xüsusi addan
Şümr] Zalım, qaniçen, qatil, cellad menasında. Düzü elə millətin əyri-üyrüsü üçün sənin kimi əli əsmə-yən bir şümür lazımdır!
deyə, Müqim bəy Cavanşir Mirzə Polad müəllimi gözlərinin qa-bağına gətirib hiddətlə söyləndi. S.Rehimov. [Hesenov:] Şümürə, Yezidə gələn lənət mənim atama gəlsin, əgər mən [Abbası] kolxoza bu-raxsam. M.İbrahimov.

ŞÜRU : Azerbaijani Explanatory Dictionary

[ər.]: şüru etmək (eləmək)
baş-lamaq. Sərdar Zaman xan sözə şüru elədi. M.F.Axundzade.
.Məşədi Əsgər gəmiçilik işinə mahir olduqda özü üçün bir barkaz alıb işləməyə şüru etdi. S.M.Qenizade. Orada bir həftənin ərzində təzə bir otaq tikməyi bizə tap-şırdı. Biz işə şüru etdik. M.İbrahimov.

ŞÜRUT : Azerbaijani Explanatory Dictionary

[ər. "şert" söz. cemi] Şertler (be-zen şert-şürut şeklinde işlenir). [Şeyx Əhmed:] Keçər. Amma ortada bir neçə şərt var. [Şeyx Nesrulla:] Iki dost arasında nə şərt, nə şürut. S.Rehman. □ Şürut bağlamaq (qoymaq)
şert (şertname) bağlamaq. [Yusif şahın hökmranlığı dövründe Qolland tayfa-sından]
.bir elçi əmələsi ilə Qəzvinə varid oldu ki, Iran dövləti ilə
. ticarət üçün şürut bağlasınlar. Elçinin əmələsi ilə Yusif şahın hüzuruna yetirdilər. M.F.Axundzade.

ŞÜŞ : Azerbaijani Explanatory Dictionary

is. Nazik ağac, çubuq. Lobya ləklərinə şüş basdırmaq.

ŞÜŞƏ : Azerbaijani Explanatory Dictionary

is.
Kvarslı qumu eridib kimyevi üsulla işlemek neticesinde alınan sert, şef-faf material. Şüşə istehsalı. Tutqun şüşə. Na-xışlı şüşə. Şüşə zavodu. □ Şüşə kimi (tək)
1) öz parıltısı, şeffaflığı ve s. cehetden şüşeye oxşayan (teşbehlerde işlenir). Silinib çəkməsi, şüşətək parlaq; Daranmış saçları geriyə qıv-raq. H.K.Sanılı; 2) məc. Durğun, ölgün, he-reketsiz, cansız. Qaraşın sifəti iri, durğun, şüşə kimi soyuq gözləri vardı. M.Hüseyn.
Bu materialdan hazırlanan nazik lay, tebeqe ve ya başqa formalı şey, memulat. Stolüstü şüşə. Şüşə güldan. Lampa şüşəsi. Şüşə tıxac. Şüşə boru.
Kitab şkafının şüşə-ləri tərtəmiz silinmişdi. Mir Celal. Qutupən-cərə şüşəsini para-para elədi. S.Rehman. // Şüşe qırığı, şüşe parçası. Əlimi şüşə kəsib. □ Böyüdücü şüşə
şeyi çox böyüdülmüş şekilde gösteren linza, edese. // Butulka. Bir şüşə limonad. Iki şüşə şərab.
Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazım-dır: xəlvət otaq və bir şüşə şərab. Ə.Haq-verdiyev. Murad bəy və yoldaşları içki şüşə-lərindən bir neçəsini boşaltmış və oturmaq-dan yorulub uzanmışdılar. T.Ş.Simurq.

ŞÜŞƏBƏND : Azerbaijani Explanatory Dictionary

ax aynabənd.
.Sona xala şüşəbənd otaqda masaya süfrə salıb məni oraya təklif etdi. S.S.Axundov. Zeynalgeniş bir şüşəbəndi keçib, yemək otağına girdi. S.Hüseyn.

ŞÜŞƏBƏNDLI : Azerbaijani Explanatory Dictionary

ax aynabəndli. Qoca usta fikirli-fikirli, beş-altı pilləli daş pilləkənlə qalxıb şüşəbəndli balkona çıxdı. M.Hüseyn. Iki tərəfinə yeni səliqə ilə balkonlu, eyvanlı, dik damlı, şüşəbəndli qəşəng evlər düzülmüş asfaltlı küçə gündüz kimi işıq idi. M.Rza-quluzade.

ŞÜŞƏCIK : Azerbaijani Explanatory Dictionary

is. Kiçik şüşe alet. Sınaq şüşə-ciyi. Mikroskop şüşəciyi.

ŞÜŞƏÇI : Azerbaijani Explanatory Dictionary

is.
Şüşe senayesi fehlesi, şüşe istehsalı işçisi.
xüs. Ərgin şüşeden üfleme yolu ile müx-
telif qablar, fiqurlar ve s. hazırlayan usta.
B ax şüşəsalan.

ŞÜŞƏÇILIK : Azerbaijani Explanatory Dictionary

is. Şüşesalanın işi, seneti, peşesi.

ŞÜŞƏKƏSƏN : Azerbaijani Explanatory Dictionary

sif. Şüşe kesmeye mexsus. Şüşəkəsən alət. // İs. menasında. Şüşəkəsənlə şüşələri kəsmək.

ŞÜŞƏKI : Azerbaijani Explanatory Dictionary

is. məh. Rişxend, elesalma, ara-yaqoyma; masqara, fitebasma. □ Şüşəkiyə basmaq (qoymaq) məh.
lağa qoyub gülmek, istehza etmek, araya qoymaq, ele salmaq, fite basmaq.
.Əgər buraya bir qəribin yolu düşsə, onu şüşəkiyə basacaqlar. C.Memmed-quluzade.

ŞÜŞƏLƏMƏ : Azerbaijani Explanatory Dictionary

"Şüşelemek"den f.is.

ŞÜŞƏLƏMƏK : Azerbaijani Explanatory Dictionary

f. Şüşe salmaq. Pəncərə-ləri şüşələmək.

ŞÜŞƏLƏNMƏ : Azerbaijani Explanatory Dictionary

"Şüşelenmek"den f.is.

ŞÜŞƏLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

f. Şüşe vurulmaq, şüşe salınmaq. Otağın işıq mənbəyi bircə qapı və bir də damdakı şüşələnmiş (f.sif.) balacapən-cərəvari bir baca olduğundan otaq lazımi qədər işıq deyildi. T.Ş.Simurq.

ŞÜŞƏLƏŞDIRMƏ : Azerbaijani Explanatory Dictionary

"Şüşeleşdirmek"den f.is.

ŞÜŞƏLƏŞDIRMƏK : Azerbaijani Explanatory Dictionary

f. Əridib şüşe halına salmaq, şüşe kimi etmek. Qumu şüşələşdir-mək.

ŞÜŞƏSALAN : Azerbaijani Explanatory Dictionary

is. Şüşe salmaqla meşğul olan adam; aynasalan, aynasaz, şüşeçi. [Memmed Əliyev] yaxşı dülgər, səliqəli şüşəsalan, mahir daşyonan idi. Ə.Sadıq.