Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
TİRLİ : Azerbaijani Explanatory Dictionary

sif Tiri (tirleri) olan, üstüne tir qo-yulmuş, yaxud tir dayağı olan.

TİRMƏ : Azerbaijani Explanatory Dictionary

is. Şerqde: yun ve ya ipekden to-xunma naxışlı qiymetli şal parça; tirmeşal. 5 metr tirmə. // Hemin parçadan olan. Bala-ca nimçələrdə tirmə süfrənin ortasına düzül-müş xuruşlar vəyeməklər hamıdan artıq Mə-şədi Məmmədin diqqətini cəlb edirdi. B.Talıblı. [Qadın] tirmə şallı, cavan və yaraşıqlı bir gəlin idi. Mir Celal.

TİRMƏLİ : Azerbaijani Explanatory Dictionary

sif. Tirmeden tikilmiş paltar gey-miş ve ya şal örtmüş. Tirməli gəlin lap cavan idi. Mir Celal.

TİRMƏŞAL : Azerbaijani Explanatory Dictionary

ax tirmə. Bu küçənin tirmə-şal qurşaq tacirləri ilə boğazı qalstuklu fab-rikant və mədənçiləri.. bir müqəddərat daşı-yırdılar. S.Hüseyn.

TİRTAP : Azerbaijani Explanatory Dictionary

zərf: tirtap düşmək (uzanmaq)
çox yorğun olduğundan el ve ayaqlannı uza-daraq uzanmaq, berk yatmaq. [Rizvan] durub, canın dişinə alıb, özün yetirdi məndəcarlığa. Gördü ki, arvadı Nisə tirtap uzanıbdı. (Nağıl). Əleyhqazlarımızı başımızın altına qo-yub tirtap düşərdik. Mir Celal.

TİR-TİR : Azerbaijani Explanatory Dictionary

zərf: tir-tir titrəmək (əsmək)
soyuqdan, qorxudan, heyecandan berk titre-mek, esim-esim esmek. [Əren:] Hər kəs Nə-bini dəhşətlə dinləyir, qorxudan tir-tir əsirdi. çemenzeminli.

TİRYƏK : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Yetişmemiş xaşxaşın qüvvetli narkotik madde olan qurudulmuş şiresi (bezen derman maddeleri istehsalında istifade olunur). [Xart Tehraniye:] Tiryək sizi qurutmuşdur, qoca, hansı aslan ağzına alsa, ürəyi bulanıb geri qaytaracaq. Ə.Memmed-xanlı.
Beyini, ağılı kütleşdiren, heqiqi varlığı düzgün derk etmeye mane olan şey haqqında. Din yoxsullar üçün bir tiryəkdir ki, onları qəflətdə saxlayıb oyanmaqlarına mane olmuş-dur. S.S.Axundov.

TİRYƏKÇİ : Azerbaijani Explanatory Dictionary

ax tiryəki. Burada köhnə tiryəkçilər var, otuz illik stajı olanlar var.
B.Talıblı.

TİRYƏKXANA : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Tiryek çekilen
yer. Abkənarda çayxana olmadığı kimi, tir-yəkxana da yox idi. S.Hüseyn. Bir kimsə qal-madı tiryəkxanada; Azacıq halına yoxdur ya-nan da. M.Müşfiq.

TİRYƏKİ : Azerbaijani Explanatory Dictionary

sif. [fars.] Tiryek çeken adam; tiryekçi, narkoman. [Qadın:] Bu mənim oğ-lumdur,
. tənbəl, biqeyrət, biar və tiryəkinin birisidir. S.Hüseyn. Mən cılız və tiryəki bir adamın səsinə oxşar bir səs eşitdim.. M.Ibra-himov.

TİSƏKLƏMƏ : Azerbaijani Explanatory Dictionary

"Tiseklemek"den f.is.

TİSƏKLƏMƏK : Azerbaijani Explanatory Dictionary

f çisemek, çiskinlemek, narın-narın yağmaq (yağış haqqında). Bəzən tisəkləyən, bəzən də güclənən bahar yağışı belə [Terlangili] yerlərindən tərpədə bilmədi. M.Hüseyn.

TİŞƏ : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Daş ve s. üzerinde naxış qazımaq üçün ucuiti alet; qelem.
Külüng. [Seferin] cavanlıq vaxtında.. ağ sal daşlara vurduğu tişənin ahəngdar səsi gecə də qulağından getməzdi. Mir Celal.

TİTÄN : Azerbaijani Explanatory Dictionary

[yun.]
kim. Boz-gümüşü rengli berk metal-kimyevi element.
Su qaynatmaq üçün xüsusi quruluşlu bö-yük qab, cihaz.

TITANIT : Azerbaijani Explanatory Dictionary

is. [yun.] Şeffaf növleri yarım-qiymetli daş olan mineral.

TITƏ : Azerbaijani Explanatory Dictionary

is. Bezi adamların göz bebeyinde olan ağ leke.

TITƏLI : Azerbaijani Explanatory Dictionary

sif. Titesi olan, lekeli. Titəli göz.

TITR : Azerbaijani Explanatory Dictionary

[fr.]
Kinolentde yazı, izahedici ve ya danışıq metni.
kim. Titrleme üçün işledilen mehlulun qatılığı.
Toxuculuq senayesinde: ipek sapın ve ya lifin qalınlığının çeki vahidleri ile ifade olunan xarakteristikası. Təbii ipək saplarda nömrə əvəzinə titr işlədilir. Titr 45 metr uzun-luğunda olan sapın çəkisi deməkdir. "Əmtee-şünaslıq".
TITRƏDIcI sif Sarsıdıcı. Araz çayı körpü-sündən İrana keçən ağır topların gurultusu hava gurultusu qədər dəhşətli və titrədici idi.
M.S.Ordubadi.

TITRƏK : Azerbaijani Explanatory Dictionary

sif.
Titreyen, titrer, esen. Arvad zəif, titrək əlilə uşağın başını oxşayıb ovut-mağa çalışırdı. M.Ibrahimov. Nə xoşbəxtəm, bir yerdəyəm öz anamla indi mən; Əllərimi çəkməyirəm onun titrək əlindən. Z.Xelil. // Mec. menada ses haqqında. O gün sənin titrək laylan yollarıma işıq salır. Ə.Cavad. Boğulmasın titrək səsin; Saçlarına dən düş-məsin. S.Vurğun.
məc. Yanıb-sönen, sayrışan (işıq haqqın-da). Yanır qəribanə kənd axşamları; Titrək işıqlarla məscid şamları. S.Vurğun.
Terpenen, azacıq lepelenen. Titrək dəniz.
Elə uçur, qanadlanır ki; Onun tək zərifdir, titrəkdir Göygöl. N.Xezri.

TITRƏQUŞ : Azerbaijani Explanatory Dictionary

is. dan. Soyuğa hessas olan, azacıq soyuqdan titremeye başlayan adam. Titrəquşun biridir.

TITRƏMƏ : Azerbaijani Explanatory Dictionary

"Titremek"den f.is. Işığın tit-
remesi. Monometr əqrəbinin titrəməsi.
[Meleyin] canı sızıldayır və ağladığı səsinin titrəməsindən anlaşılırdı. A.Divanbeyoğlu. İkram, qızın zərif əllərinin titrəməsindən, yas və iztirabla dolu gözlərinin küskün baxışların-dan nə isə bir az ehtiyat elədi. Ə.Əbülhesen.

TITRƏMƏK : Azerbaijani Explanatory Dictionary

f.
Titreme tutmaq, esmek.
Geyər cırıq bürünməsin, soyuqda titrəyər, əsər; Gedər odunçu meşəyə, ağac qırar, odun kəsər. A.Sehhet. Mehriban əsəbiləşdiyindən titrəyən (f.sif.) əllərilə kəlağayısını başına doladığı halda [dedi]. S.Hüseyn. // məc. Əs-mek. Qoca kövrək səsinin titrədiyini duyub susdu. M.Hüseyn.
məc. Yanıb-sönmek, sayrışmaq, titrek işıq vermek. O gündən titrədi məscid şam-ları; Qərib gecələrin Ay işığında. S.Vurğun.
məc. Iztirab, narahatçılıq keçirmek, nara-hat olmaq. Qəhrəmanın öz oğlu üçün nə qədər titrədiyini Firəngizyaxşı bilirdi. S.Rehimov. // Dalğalanmaq, esmek. Xalqın ciyərindən dalğalanaraq; Əllərdə titrədi bir qızıl bay-raq. S.Vurğun.
məc. Herekete gelmek, telatüme gelmek, sarsılmaq. Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yu-xudan oyanıb gözlərini açdılar. C.Memmed-quluzade. Göyə lərzə düşür bomba səsindən; Dağlar da titrəyib gəlir baş-başa. S.Vurğun.

TITRƏR : Azerbaijani Explanatory Dictionary

ax titrək. [Derviş:] Ruqiyyənin yarpaq kimi titrər əlindən mənim əlimə bir atəş [keçdi]. A.Divanbeyoğlu.

TITRƏŞMƏ : Azerbaijani Explanatory Dictionary

"Titreşmek"den f.is.

TITRƏŞMƏK : Azerbaijani Explanatory Dictionary

qarş. Titremek (çox adam
ve ya şey haqqında). Göyərtədə durmuş adam-ların rəngbərəngyaylıqları titrəşirdi. M.Hü-seyn. Səhərdir, titrəşir otlar, tər otlar. N.Xezri.