Azerbaijani Explanatory Dictionary
TITRƏTMƏ : Azerbaijani Explanatory Dictionary
"Titretmek"den f.is.
B a x titrətmə-qızdırma.
TITRƏTMƏK : Azerbaijani Explanatory Dictionary
t-li.
Azacıq o yan-bu yana hereket etdirmek, esdirmek, terpetmek.
.Süb-hün həzinyeliyaşılyarpaqları titrədir,
.çiçək-lər baş-başa verərək bülbülün yanıqlı nəğmə-sinə səbəb olurdu. çemenzeminli. [Fehle] gözünü yavaş-yavaş aşağı enən kvadrata di-kərək tormozun dəstəyini asta-asta titrədir və qazırdı. M.Ibrahimov. // məc. Sarsıtmaq, yerinden terpetmek. Hər gün top kimi gurul-dayan səslər yüksək, başıqarlı, dağları titrə-dir. M.Ibrahimov. Bütün gecəni davam edən şiddətli tufan səhərə kimi dağları, dərələri tit-rətdi. Ə.Memmedxanlı.
Bedenine titretme, üşütme düşmek. [Fat-ma xanım:] Bu gecə sabaha kimi titrətmişəm. N.Vezirov. [Servnaz Şahmara:] Nəcəfalı tit-rədib, yıxılıb yorğan-döşəyə. Od kimi yanır, heç halı özündə deyil. B.Bayramov.
məc. "üreyini", "qelbini", "vücudunu" ve s. sözlerle
heyecanlandırmaq, heye-cana getirmek, sarsıtmaq. Həzin musiqi səsi ürəkləri titrədir.
Barmağını zəngin düy-məsinə basdıqda, içəridən [Mehribanın] yek-nəsəq.. səsi eşidildikdə Zeynalın sanki vücu-dunu titrətdi. S.Hüseyn.
TITRƏTMƏ-QIZDIRMA : Azerbaijani Explanatory Dictionary
is. Titredib- qızdırma; titretme, malyariya.
TITRƏTMƏQOVAQ : Azerbaijani Explanatory Dictionary
is. bot. bax əsmə-qovaq.
TITRƏTMƏLI : Azerbaijani Explanatory Dictionary
sif.
Titretme (malyariya)
xesteliyine tutulmuş; titretme-qızdırmalı.
.Titrətməli adamlar kimi dişləri bir-birinə dəyə-dəyə pəncərənin altında çömbəltmə oturdu. Ə.Abasov.
Titretme xesteliyi menbeyi olan, tit-retme-qızdırma xesteliyini yayan. Bağ salır keçmişin məkan tutduğu; Sarı, titrətməli göl-lərdə gürcü. M.Müşfiq.
TITRƏYIŞ : Azerbaijani Explanatory Dictionary
is. Titreme, esme; titreme işi. Danışdıqca Zeynəbin səsi titrəyirdi, bu tit-rəyişdə həm dərin bir iztirab,
. həm də incə giley-küsü vardı. M.Ibrahimov. Veys yorul-muşdu, onun qollarında və dizlərində nə isə bir gizilti və titrəyiş vardı. Ə.Əbülhesen.
TITRLƏMƏ : Azerbaijani Explanatory Dictionary
f.is. Her hansı mehlulda olan maddelerin miqdarını, onun reaksiyasını, maddelerinin miqdarı melum olan reaksiya-larla müqayise edecek müeyyenleşdirme.
TITRLƏMƏK : Azerbaijani Explanatory Dictionary
f. kim. Titrini müeyyen et-mek (b a x titrləmə).
TITUL : Azerbaijani Explanatory Dictionary
[fr. titulus]
Feodal ve ya burjua cemiyyetinde: nesilden-nesle keçen, yaxud sonradan verilen fexri ad, rütbe. İmperator titulu. Knyaz titulu. Xan titulu.
mətb. Kitabın serlövhesi, adı. // Kitabın adı, müellifinin adı, neşr olunduğu il, yer ve s. gösterilen birinci sehifesi.
xüs. Sovet dövründe: titul siyahısına da-xil edilmiş esaslı tikinti smetasının obyektler üzre adı. □ Titul siyahısı xüs.
layihe ve smetası tesdiq olunmuş esaslı tikinti obyekt-lerinin siyahısı.
hüq. Burjua hüquqşünaslığında: her hansı bir hüququn esası. Mülkiyyət titulu.
TIYAN : Azerbaijani Explanatory Dictionary
is. Adeten içinde qır eridilen, de-mirden ve s. metaldan qayrılmış çox iri, derin qazan. Qırı tiyana tökmək.
[Xoca Əziz] oca-ğı asıb, qır-saqqızı tökdü tiyana, əridib elədi mum kimi. "Koroğlu". // Iri qazan. Anbardan sonra Rüstəm bəy bişmiş tiyanına yanaşdı, xörəyi daddı, məmnun qalmadı, ağıza alınası deyildi. çemenzeminli. Gömgöy su ilə dolu-dur; Qalaylı tiyan. R.Rza.
TIYANÇA : Azerbaijani Explanatory Dictionary
is. Balaca tiyan, kiçik tiyan. Qumru qalayı getmiş paxırlı tiyançanı gəti-rib küncə qoydu. Mir Celal.
TIYANÇI : Azerbaijani Explanatory Dictionary
ax qırçı.
TIYANÇILIQ : Azerbaijani Explanatory Dictionary
ax qırçılıq.
TIYƏ : Azerbaijani Explanatory Dictionary
is. Qılınc, bıçaq ve s. kesici aletlerin kesen (iti) terefi, ağzı. [Zeynal bıçağın] itili-yini nümunə etmək üçün barmağı ilə tiyəsinə təmas etdi. çemenzeminli. Bu zorba bıçağın üç-dörd tiyəsi, qayçısı... vardı. M.Hüseyn.
TIZFƏHM : Azerbaijani Explanatory Dictionary
sif [fars. tiz ve ər. fehm] Tez başa düşen, çox anlaqlı, çox zirek, çox fera-setli, zekalı. Mansur böyük bir həvəslə oxu-maqla bərabər, çox zirək və tizfəhm olduğu üçün arif olanlar gələcəkdə bu yetim cavanı gözəl səadət gözləyəcəyini bilirdilər. C.Cab-barlı.
TOGAY : Azerbaijani Explanatory Dictionary
is. coğr. çay vadilerinde meşe, çaybasar meşe.
TOGLU : Azerbaijani Explanatory Dictionary
is. On aylıq (bezen de birillik) qo-yun balası. Erkək toğlu. Dişi toğlu.
[Şeref-nise xanım:] Neyləyək, ana, bir-iki yüz toğlu satarıq, genəpul olar. M.F.Axundzade.
TOĞLUBAŞI : Azerbaijani Explanatory Dictionary
sif dan. Tikintiye yaramayan eyri-üyrü, kele-kötür daş. Bəziləri paya kəsib hazırlayır, çayın içinə salınmış iri daşların da-lına sancıb şəl basır və böyürlərinə toğlubaşı daşlardan töküb, çayın ağzını əkinlərin üzə-rindən azdırırdılar. Ə.Veliyev. // Is. menasın-da. Toğlubaşıdan divar olmaz.
TOX : Azerbaijani Explanatory Dictionary
sif.
Aclıq hiss etmeyen, yemeye ehtiyacı olmayan, yeyib doymuş (ac ziddi). Tox adam.
Təranə deyir:
Toxam; Yemək istəmirəm mən. R.Rza. □ Tox olmaq
yeyib doymaq, daha yemek istememek, ac olma-maq. Tox oldu, ac qarınlar cümlə doldu. S.Ə.Şirvani. // Is. menasında. Toxun acdan nə xəbəri. (Mesel).
Beslenmiş, yedirdilmiş, beslenib kökel-dilmiş, yeyib doymuş. Tox inəklər quyruqla-rını bulaya-bulaya tənbəl-tənbəl yeriyirdilər. I.Hüseynov.
məc. Firavan yaşayan, dövletli, varlı. Tox adam. Tox (z.) yaşamaq. // məc. özündenrazı, lovğa, harın. Rüxsarə xanım Kərbəlayı Səfdə- rin tox və harın sifətini görüb bir söz demədi, ətrafına göz gəzdirdi. T.Ş.Simurq.
məc. Tenge gelmiş, çiyrenmiş, doymuş. "Sözdən, məhəbbətdən toxam"
dedin; Indi də sən məndən həyat istədin. B.Vahabzade.
0 Gözü tox olmaq
bax göz. özünü tox tutmaq (saxlamaq)
özünü saxlamaq, özü-nü sındırmamaq.
TOX : Azerbaijani Explanatory Dictionary
sif Reng adlarının evveline gelib tündlük menası verir; tünd. Tox qırmızı.
TOXA : Azerbaijani Explanatory Dictionary
is. Ketmen. Pas atır toxalar, bel-lər, kürəklər; Barmaqlar dincəlir, əllər şad olur. S.Vurğun. Kəndli qadın əlində alakeş, kürək, toxa gəlirdi. Mir Celal.
TOXAC : Azerbaijani Explanatory Dictionary
is. Yeri, torpağı, qırı, asfaltı ve s.-ni döyüb, ya basıb berkitmek üçün alet.
TOXACLAMA : Azerbaijani Explanatory Dictionary
"Toxaclamaq"dan f.is.
TOXACLAMAQ : Azerbaijani Explanatory Dictionary
f. Toxacla döyecleyib (ba-
sıb) berkitmek.
TOXACLANMA : Azerbaijani Explanatory Dictionary
"Toxaclanmaq"dan f.is.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani