Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
TOTUQLUQ : Azerbaijani Explanatory Dictionary

is. Sağlamlıq, köklük, kop-puşluq.

TOTUŞ : Azerbaijani Explanatory Dictionary

məh. bax totuq.

TOV : Azerbaijani Explanatory Dictionary

is. Sığal, sığallama. □ Tov vermək
sığallamaq, yaraşıq vermek. Yanağın yanın-da zülfə tov vermiş; Ucun sancmış tər duvağın üstündən. M.P.Vaqif.
0 Tov tutmaq
bax toy tutmaq ("toy"-
da). [Şehrebanu xanım:] Vallah, ona bir tov tutaram ki, gəldiyi yolu da azar, özü də Pa-riji unudar. M.F.Axundzade. Tova düşmək
- engele düşmek, felakete uğramaq, belaya düçar olmaq.

TOVXAN : Azerbaijani Explanatory Dictionary

is. Aşıq-aşıq oyununda: aşığın bir üzü
alçı üzün arxa terefi. Aşıq oyunun-da iki şey var: tovxan və alçı. ü.Hacıbeyov.

TOVLAMA : Azerbaijani Explanatory Dictionary

"Tovlamaq^&#
dan f.is.

TOVLAMA : Azerbaijani Explanatory Dictionary

"Tovlamaq2"dan f.is.

TOVLAMAQ : Azerbaijani Explanatory Dictionary

f Terpetmek, hereket etdir-mek. [Zamanov] qol-qılçasını tovlayıb boz atı yortdururdu. S.Rehimov. Hacı istehza ilə əlini tovladı. Mir Celal. // Oynatmaq. [Deli Hesen:] Misri qılınclar tovladıq; Dərin dər-yalar boyladıq. "Koroğlu". Oğlan dedi əzə-mətlə:
Mənim də qüvvətim var; Cəbhələrdə at çaparaq qılıncını tovladı. N.Xezri.

TOVLAMAQ : Azerbaijani Explanatory Dictionary

f Dile tutmaq; aldatmaq, başdan çıxarmaq, yoldan çıxarmaq. [Süley-man bey:] Məni tovlayan çörəkçi Qulunun uşaqları oldular.. Ə.Haqverdiyev. Nə qədər müəllim [Tapdığı] tovladı, müəllimin arvadı onu dilə tutdusa da, heç kəsə qulaq asmadı. Ə.Veliyev.
0 Başını tovlamaq
bax baş.

TOVLANMA : Azerbaijani Explanatory Dictionary

"Tovlanmaq"danf.is.

TOVLANMAQ : Azerbaijani Explanatory Dictionary

məch. Aldadılmaq, yoldan çıxarılmaq.

TOVLAŞDIRMA : Azerbaijani Explanatory Dictionary

"Tovlaşdırmaq"dan f.is.

TOVLAŞDIRMAQ : Azerbaijani Explanatory Dictionary

ax tovlamaq
[Şeh-rebanu xanım:] Mən bu saatda Hatəmxan ağanı çağırram, görüm, Müsyö Jordan nəçi-dir ki, onun qardaşı oğlunu tovlaşdırıb Parijə aparır? M.F.Axundzade.

TOVUZ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] zool. Rengareng tükleri ve iri yarımdaire şeklinde quyruğu olan, Cenubi Asiyada yaşayan iri quş. □ Tovuz kimi məc.
- çox bezenmiş, bezenib-düzenmiş, cilveli gözel haqqında. Tovuz kimi xoş bəzənib du-rubsan; Ala gözə siyah sürmə vurubsan. Aşıq Əlesger.

TOY : Azerbaijani Explanatory Dictionary

is. Evlenme merasimi, habele hemin merasimle elaqedar olaraq düzeldilen şenlik, şadlıq meclisi. Bir yığıncaq gördüm, dedim; Bəlkə toydur, qızlar oynayır? Ə.Cavad. Min ölüm xəbəri ürəkdə yandı; Nə bir toya getdik, nə də şadlığa. S.Vurğun. □ Toy eləmək (etmək, qurmaq, vurdurmaq, çaldırmaq, tutmaq və s.)
evlenme münasibetile şenlik meclisi düzeltmek. Qızılgül butam, layla! Ətrinə batam, layla! Balam ərsəyə gələ; Toyunu tutam, layla! (Bayatı). çoban anar səni, tütəyi sızlar; Ellər toy eləməz, yolunu gözlər. Ə.Cavad. Tiqran yenicə evlənmişdi. O, kasıb da olsa, toy çaldıranda var-yoxunu əsirgəməmişdi. M.Hüseyn. [Perşan:] Hə, hə, ay nənə, Qaraş qağama bir yaxşı toy quraq! M.Ibrahimov. [Yusif] qaradonlu Gülbənizi instruktor Məsimə verdi. [Onlar] bir cah-calal açdılar, bir toy vurdular ki, bütün ra-yon tökülüb gəldi. I.Hüseynov.
0 Toy tutmaq məc.
divan tutmaq, berk cezalandırmaq. [Senem:] And olsun Allaha, sənə bir toy tutaram, özünü itirərsən. Ə.Haq-verdiyev. Sevinc ilə o baxırdı döşündəki nişa-na; Toy tuturdu yağılara ürəyində qəzəb, kin. N.Xezri. Toydan sonra nağara
vaxtı keçen-den sonra görülen faydasız bir iş haqqında. Toydan sonra nağara,
deyə Aslan qımışdı. Ə.Memmedxanlı. [Senuber:] Kənd camaatı demişkən, toydan sonra nağara? B.Bayramov.

TOYBAŞI : Azerbaijani Explanatory Dictionary

TOYBƏYİ is. Toy meclisini ida-re eden adam; serpayı. Yuxarı başda toybaşı əyləşib. Ə.Haqverdiyev. [Hesret:] Toybəyi-nin göstərişinə tabe olmaq borcumuzdur. B.Bayramov.

TOY-BAYRAM : Azerbaijani Explanatory Dictionary

is. Şenlik, şadlıq, bayram; şenlik meclisi, tentene, toy-düyün, toy, toy-büsat. [Qiyas] toy-bayram adamına bənzəyir. Mir Celal. // məc. Xoşbextlik menasında. [Yasemen:] Bir yerdə olmaq bizim üçün toy-bayramdır. S.Rehman.

TOY-BÜSAT : Azerbaijani Explanatory Dictionary

ax toy-bayram. Sağdışı Mələkdi, var toy-büsatı; Anası Nazənin, həm-zədir zatı. Aşıq Əlesger. □ Toy-büsat qur-maq
şenlik etmek, tentene düzeltmek. Hər tərəfdə quran toy-büsat mənəm; Ulduzlarla edən ixtilat mənəm. M.Müşfiq.

TOYÇU : Azerbaijani Explanatory Dictionary

is. Toyda çalan çalğıçı. Pristav xa-nımın gileyini başa düşəndən sonra toyçula-ra çığırdı ki, daha çalmasınlar. C.Memmed-quluzade.

TOY-DÜYÜN : Azerbaijani Explanatory Dictionary

Toy, toy meclisi. // Tentene,
şadyanalıq, şadlıq. Inandım ki, uzaq deyil, vüsal günüm yaxındır; Arazın o tayında da toy-düyünüm yaxındı. S.Rüstem.

TOYXANA : Azerbaijani Explanatory Dictionary

is. Toy meclisi üçün düzeldilen yer, böyük otaq ve s. Həyətdə toyxana özləri tikib, xalı, xalça, palaz, fənər tanış evlərdən yığıb, toyxananı döşərlər. R.Əfendiyev. Toy gecəsinə çox adam gələrdi. Bunun üçün böyük bina olmalı idi. Toyxana köhnə bazarlarda, böyük dükanlarda və geniş tay anbarlarında qurulardı. H.Sarabski.

TOY-MAĞAR : Azerbaijani Explanatory Dictionary

TOY-NAĞARA is. Toy bü-satı; çalğı, zurna-nağara, zurna-balaban, ten-tene. Məsumu toy-nağara ilə otağa apardılar. "Mesum". Fikirli-fikirli susduqca dağlar; Ucalır göylərə toy-mağar səsi. N.Xezri.

TOYPAYI : Azerbaijani Explanatory Dictionary

is.
Toy hediyyesi. [Qız] ana-
sının aldığı gərdənbəndi xan tərəfindən ancaq toypayı hesab edirdi. Ə.Haqverdiyev.
Keçmişde: şah, xan sarayında olan toy münasibetile ehaliden yığılan natural vergi. Sarayda toy hazırlığı gedirdi: biçilir, tikilir, kəndlərdən toypayı yığılır, gələcək qonaqların siyahısı tutulurdu. çemenzeminli.

TOYUQ : Azerbaijani Explanatory Dictionary

is.
Yumurta, tük ve et almaq üçün saxlanan ev quşu. Ətlik toyuq. Toyuq hini. // Hemin quşun eti. Toyuq bişirmək. // Sif. mə-nasında. Hemin etden bişirilmiş, hazırlanmış. Toyuq kababı. Toyuq şorbası.
[Mirze Cemil] toyuq çığırtmasından iki tikə ağzına qoyub dayandı və Pərinin danışığının dalına qulaq asdı. Ə.Veliyev.
zool. Toyuqkimiler destesinden olan quş-ların dişisi. Qırqovul toyuğu.
0 Toyuq bir qıçlıdır (ki, bir qıçlı)
de-diyi söz sehv de olsa, onun üstünde duran, dediyinden el çekmeyen, inadkar, ters adam haqqında. [Qara Keremoğlu:] Kərim bəy tər-sin biri idi. Dedi, toyuq bir qıçlıdır, deməli, bir qıçlıdır, daha danışıq ola bilməzdi. M.İbra-himov. Toyuq kimi büzüşmək
soyuqdan, ya qızdırmadan büzüşmek. Soyuqdan boy-nunu qısıb toyuq kimi büzüşmüş halda həyətə girdi. Ə.Abasov. Toyuq kimi (təki) hinə gir-mək
axşam tezden eve girib qapı-pencereni bağlamaq, evde oturmaq ve ya yatmaq. [Camal:] Əşi, ay Nəbi dayı, indidən niyə to-yuq təkin hinə girmisiniz? Ə.Abasov. Toyuq ölsə bir çəngə tükdür, dəvə ölsə dərisi bir yükdür
kiçik şeyle böyük şeyi müqayise meqamında işledilir. Toyuq tara çıxanda
(çıxan vaxt)
hava qaralan vaxt, al qaranlıq olanda, axşam. Toyuq tardan düşəndə (dü-şən vaxt)
hava işıqlaşanda, alaqaranlıqdan, seher tezden. Pambıq zavodunun həyətində, fəhlələrin qapısında toyuqlar tardan düşəndə kəl arabasına beş gözəmə buğda yüklədilər. Ə.Veliyev. Bişmiş toyuğun gülməyi gəlir (tutur)
menasız, cefeng şey ve ya söz haq-qında. [Asya:] Elə söz danışırsan ki, bişmiş toyuğun gülməyi tutur. ü.Hacıbeyov.

TOYUQBITI : Azerbaijani Explanatory Dictionary

is. zool. Əsasen toyuq kimi quşların tükleri arasında yaşayan qansoran xırda parazit.

TOYUQÇIÇƏYI : Azerbaijani Explanatory Dictionary

is. tib. Keçici uşaq xeste-liyi; suçiçeyi.