Azerbaijani Explanatory Dictionary
UCALANDIRMAQ : Azerbaijani Explanatory Dictionary
f. Ucaltmaq, yükselt-mek, uca etmek, qaldırmaq. □ Adını uca-landırmaq
adını yükseltmek, şöhretlen-dirmek. Bu iş Əminin adını daha da ucalan-dırırdı. N.Nerimanov.
UCALANMA : Azerbaijani Explanatory Dictionary
"Ucalanmaq"dan f.is.
UCALANMAQ : Azerbaijani Explanatory Dictionary
f. Ucalmaq, yükselmek, yükseklere qalxmaq, uca olmaq. Dul övrət isə sailə olsun, oda yansın; Ancaq mənim ava-zeyi-şənim ucalansın. M.Ə.Sabir.
UCALAŞMA : Azerbaijani Explanatory Dictionary
"Ucalaşmaq"dan f.is.
UCALAŞMAQ : Azerbaijani Explanatory Dictionary
f. Yükselmek, getdikce qalxmaq, ucalmaq. Səs ucalaşdı, qoymayın! Millət oyaşdı, qoymayın! M.Ə.Sabir.
UCALDILMA : Azerbaijani Explanatory Dictionary
"Ucaldılmaq"dan f.is.
UCALDILMAQ : Azerbaijani Explanatory Dictionary
"Ucaltmaq"dan məch.
UCALIQ : Azerbaijani Explanatory Dictionary
is.
Yükseklik, hündürlük. Da- ğın ucalığı. Boyun ucalığı. Tavanın ucalığı.
Siz öləsiz, elədi, bax, odu, Hacı Namazalı özüdü, papağının ucalığı burdan da görsənir. C.Memmedquluzade. // Ətraf saheye nisbe-ten daha hündür olan sahe, yer; tepe. ölçüsüz ucalıqda; Qorxunc bir külək qopar; Kəsərdi yollarını qanadlarımın. R.Rza.
məc. Yüksek ictimai mövqe, veziyyet. Əzalar isə süst olub indi qocalıqdan; Bir dad-rəsim yox, görməzmisən əhvalımı, düşdüm ucalıqdan. M.Ə.Sabir. [Sekine:] Yox, Rüs-təm, sən heç şeyə aldanma, nə elə ucalığını istəyirəm ki, əl çatmasın, nə də elə yıxılma-ğını ki, ayaqlar altına düşəsən. M.İbrahimov.
məc. Menevi yükseklik, temizlik, ne-ciblik, alicenablıq; şeref. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstem. [Tahir] yenə də bu xüsusda düşü-nür, Lətifənin mənəvi ucalığı ilə fəxr eləyirdi. M.Hüseyn.
UCALMA : Azerbaijani Explanatory Dictionary
"Ucalmaq"dan f.is.
UCALMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Daha da yükselmek, qalx-maq, yuxarıya doğru artmaq. Suyun səviyyəsi xeyli ucalmışdır. Binanın divarları gündən-günə ucalır. // Uzaqdan görünmek (uca şeyler haqqında). Artıq Şuşa şəhəri görünür, Xan-qızının ağ imarəti ucalır. S.Rehimov. Tor-paq yoldan bir az kənarda, yastı yamacda bir fin evi, ağ çadır və buruq vışkası ucalırdı. M.Süleymanov. // Boy atmaq, qalxmaq. [Ca-van qızın] boyu ucalıb, köksü dolğunub, sima-sında da ayrı məlahət görünürdü. çemen-zeminli. Daşlıq yolun kənarlarında ot-ələf elə ucalmışdı ki, deyərdin, buralar xüsusi biçənək yeridir. Mir Celal.
Qalxmaq, qopmaq, yükselmek, güclen-
mek, ucadan eşidilmek (ses haqqında). Na-
gəhan küçədə ucaldı səda; Vurharay düşdü,
qopdu bir qovğa. M.Ə.Sabir. Heyfa ki çıxmadı
tarın sədası; Ucalmadı kamançanın nəvası.
A.Sehhet.
məc. Hörmeti, nüfuzu artmaq, yüksel-
mek, hörmete minmek. Camaat arasında
ucalmaq.
Aşıq qocalar, gəzər; Eldə ucalar,
gəzər; Sonsuz öləndən sonra; Ruhu bacalar
gəzər. (Bayatı). Şəmşir kimi sən də doğru,
düz dolan; çox olub tarixdə enən, ucalan.
Aşıq Şemşir. // Yükseklere qalxmaq, göye
qalxmaq.
.Qırmızı bayraqlar ucalmış göyə;
Hazırlıq görürlər, qovğa var deyə. A.Şaiq.
UCALTMA : Azerbaijani Explanatory Dictionary
"Ucaltmaq"dan f.is.
UCALTMAQ : Azerbaijani Explanatory Dictionary
f
Yükseltmek, daha uca etmek, qaldırmaq, getdikce hündürlüyünü artırmaq (bina ve s. haqqında). Yeni binaları ucaltmazdan əvvəl köhnə evləri sökmək lazım idi. H.Seyidbeyli.
məc. İctimai mövqeyini, ehemiyyetini, nüfuzunu, hörmetini artırmaq, yükseltmek. Alicənab hərəkəti cəmiyyətin nəzərində onu xeyli ucaltmışdır.
Meydana buraxdığın böylə şah əsərlərlə; Ucaldırsan ölkəmin şöh-rətini, şanını. M.Müşfiq.
Güclendirmek, yuxarı qaldırmaq, zilleş-dirmek (ses haqqında). Məmmədhəsən əmi oğluna yalvardıqca oğlan səsini ucaldırdı. C.Memmedquluzade. Salman kişi səsini get-gedə ucaldırdı. Mir Celal.
UCAMƏRTƏBƏLİ : Azerbaijani Explanatory Dictionary
sif
Uca, yüksek, hün-dür, çoxmertebeli. Ucamərtəbəli ev (bina).
məc. köhn. Yüksek vezife sahibi olan, yüksekvezifeli.
UCBATINDAN : Azerbaijani Explanatory Dictionary
zərf
..sebebinden,
..üzün-den,
..teqsiri üzünden,
..sebebile. Sənin uc-batından bizə də söz gəldi.
Ac da qalsanız, susuz da, bu, bizim ucbatımızdan deyil. M.Hüseyn. [İlyas Adileye:] Tərlan da dayı-mın atı idi, amma mənim ucbatımdan o mö-cüzə məhv oldu. Ə.Memmedxanlı.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani