Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
BICA : Azerbaijani Explanatory Dictionary

sif. ve zərf[fars.]
Yersiz, müna-sibetsiz, menasız. Bica söz. Bica danışıq.
[Müellim:] Amma uşaq tayfasına o cür söz-ləri deməyiniz, bir az bicadır. C.Memmed-quluzade. Anladım mətləbini, etmə məzəm-mət bica. A.Sehhet.
Bihude, ebes, boş-boşuna, nahaq (çox vaxt "bica yere" şeklinde işlenir). Bica əlləşmə.
Düşmə bica yerə sən bu təməi-xamə, könül. S.Ə.Şirvani. Bicayerə hər ləh-zdə min şurü şərin var; çox pis nəzərin var. M.Ə.Sabir. [Movlamverdi:] Ay bacılar, ay qardaşlar, axır sizin ağlamağınız bicadır. C.Memmedquluzade. [Sara:] Atam üçün qüssə edəcəyimdən qorxursansa, o da bicadır. C.Cabbarlı.
bica-bica zərf bax bica
ci menada. Həzrət saqqalını bica-bica saxlamayırdı. Ə.Əbülhesen.

BICƏK : Azerbaijani Explanatory Dictionary

is. məh.
B ax bic

Noxud.
Daha kiçik yaşda iken doğan düye,
erken doğan düye.

BICƏNGƏ(NƏ) : Azerbaijani Explanatory Dictionary

sif. məh. Hiylebaz, bic.
[Dayıoğlu:] Amma elə ki, bicəngə xalaoğlum başladı dayımı yamsılamağa və dayım kimi dodaqlarını tərpətməyə,
. burada, doğrusu, mən də gülməyə başladım. C.Memmedqu-luzade.

BICLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary

"Bicleşmek"den f.is.

BICLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary

f. dan. Getdikce ustalaşmaq, hiylegerleşmek; kelekbaz (diribaş, tedbirli) olmaq. O, yaman bicləşibdir, aldatmaq olmur.

BICLIK : Azerbaijani Explanatory Dictionary

is. Hiyle, kelek, fend, fırıldaq;
hiylegerlik, kelekbazlıq, fendgirlik. Biclik etmək.
Hər fənd və bicliklə edər kəsb maaşın; Saxlar özü başın. M.Ə.Sabir. çər-çizadə nə qədər bicliyi, bacarığı, istedadı vardı, ortaya çıxardı. Ə.Veliyev. □ özünü bicliyə qoymaq (vurmaq)
hiyle işletmek. "Molla Nəsrəddin" və "Tərcüman"ları kö-məyə çağıranda, onlar da özlərini qoyurlar bicliyə. C.Memmedquluzade.

BIÇARƏ : Azerbaijani Explanatory Dictionary

sif. [fars.]
Yazıq, miskin, fağır, mezlum; bedbext. Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzade. Bu soyuq, tozlu gecədə bi-çarə Məşədi Əsgər adlı bir kişi balaları üçün ruzi axtarırdı. S.M.Qenizade.
.Biçarə qızın zahiri çirkinliyi bir yanda dursun, toy edib ərə getmək üçün azacıq bir cehizi də yox idi.
B.Talıblı..
çaresiz, elacsız; aciz. Axır biçarə ananız sizə deyirdi:
Bala, ağlama, xortdan gələr, səni aparar. C.Memmedquluzade. [Əşref bey:] Biçarə müsəlmanın hər bir işi daş ara-sından çıxır. N.Vezirov. Cahillər isə biçarə Bəşiri xəncərlə öldürüb qaçırlar. S.S.Axun-dov. // İs. menasında. [Sekine xanım:] Biçarə iki il sərasər mərhum qardaşıma yalvardı ki, məni ona versin. M.F.Axundzade. Sən iki biçarəni bir zəxmlə qıldın həlak. S.Ə.Şirvani.

BIÇARƏLIK : Azerbaijani Explanatory Dictionary

is. çıxılmaz veziyyet, kö-meksizlik, acizlik.
.Biz burada məmləkəti aclıq, biçarəlik və acizliyə aparan əcnəbi kapitalının törətdiyi faciələri faş etməliyik. M.İbrahimov.

BIÇDIRILMƏ : Azerbaijani Explanatory Dictionary

"Biçdirilmek"den f.is.

BIÇDIRILMƏK : Azerbaijani Explanatory Dictionary

"Biçdirmek"den məch.

BIÇDIRMƏ : Azerbaijani Explanatory Dictionary

"Biçdirmek"denf.is.

BIÇDIRMƏK : Azerbaijani Explanatory Dictionary

"Biçmek"den (1 ve

menalarda) icb. Taxılı biçdirmək.
[Hacı Nuru:] Sən mülkədarsan, sənə lazım idi ki, əkdirəydin, biçdirəydin, dövlət qazanaydın. M.F.Axundzade.

BIÇƏNƏCƏK : Azerbaijani Explanatory Dictionary

ax biçənək. İlxı dağdan, düzdən keçib gəldi, ballıcalı Qara xanın bı-çənəcəyinə doldu. "Koroğlu".

BIÇƏNƏK : Azerbaijani Explanatory Dictionary

is. Biçilecek yer, otlaq, çemen-lik. Nəbi biçənəyin içində oturub, atını ota-rırdı. "Qaçaq Nebi". Taxıl zəmiləri arasın-dakı biçənəklər yenicə toxunmuş əlvan xalılar kimi yerə sərilmişdi. M.Hüseyn. Daşlıq yolun kənarında ot-ələf elə ucalmışdı ki, deyərdin buralar xüsusi biçənək yeridir. Mir Celal.

BIÇICI : Azerbaijani Explanatory Dictionary

xüs.
is. Paltar ve s. biçen usta (derzi).
sif. Paltar biçmekle meşğul olan. [Tikiş fabrikinin] biçici sexində iki pres qoyulmuş-dur. (Qezetlerden).

BIÇILMƏ : Azerbaijani Explanatory Dictionary

"Biçilmek"denf.is.

BIÇILMƏK : Azerbaijani Explanatory Dictionary

"Biçmek"den məch. Paltar biçilmişdir.

BIÇILMIŞ : Azerbaijani Explanatory Dictionary

"Biçilmek"den f.sif. Biçilmiş paltar. Biçilmiş taxıl. Əsən asta külək biçilmiş otların qoxusunu kəndə doldurdu. İ.Şıxlı.

BIÇIM : Azerbaijani Explanatory Dictionary

is.
Biçilmek terzi; paltarın for-ması, fasonu, ülgüsü. Bu biçimdə paltar gör-məmişəm. Onun paltosunun biçimi çox gö-zəldir.
[Kor kişinin] əlbəsəsinin tərzi, biçimi avamlığını
. andırırdı. S.Hüseyn. // Şekil,
qayda, üsul, forma. Qəhrəman kağızı əlində müxtəlif biçimdə qatlayaraq, o tərəf-bu tərə-fini hamarladı. Ə.Veliyev.
ölçü, böyüklük. Küçələrdəki iki cərgə söyüd ağacları bir biçim və bir ölçüdə idi. M.S.Ordubadi. Mən bütün uşaqlara bir bi-çimdə
. olan konserv qutularına yanaşan kimi yanaşmamışam. Mir Celal.
Beden, boy-buxun, qedd-qamet mena-sında. İnsanın biçimi.
[Bedircahan:] Zü-leyxa xanım təəccüb edir, sizin məlahəti-nizə, şücaətinizə,
. deyir, bu biçimdə mən ömrümdə adam görməmişəm. N.Vezirov.

BIÇIMLI : Azerbaijani Explanatory Dictionary

sif. Biçimi düzgün, quruluşu düzgün; tenasüblü, yaraşıqlı, qeşeng, ser-rast, tendürüst. Biçimli adam.
[Mahrunun] nazik və biçimli dodaqları iyul günəşindən solan qızılgülün yarpağı qədər küskün idi.
M.S.Ordubadi.

BIÇIMSIZ : Azerbaijani Explanatory Dictionary

sif.
Beden quruluşu, görü-nüşü pis; bedeni qeyri-mütenasib, eybecer, yöndemsiz. Biçimsiz adam. Biçimsiz bədən.
Qısaboylu, biçimsiz bir adam sol ayağını çəkə-çəkə içəri girdi. A.Şaiq.
Pis biçilmiş, pis tikilmiş, yaraşıqsız, se-liqesiz, tenasübsüz. Biçimsizpaltar.
Şəkil-də görünən zatın
. əynindəki gen və biçimsiz şalvar, onun ayağındakı qıvraq çarıq qızın diqqətini özünə cəlb etmişdi. M.S.Ordubadi.
ümumiyyetle, pis, çirkin, kobud mena-sında. [Jenya:] Biçimsiz və tez-tez dəyişib, başqa rəng alan düşüncələr səni tez-tez o tərəf-bu tərəfə çırparaq yormaqdadır. M.S.Ordubadi. Vaxtı ilə musiqidə formalizm tərəfdarları da melodiyanı nizamsız və bi-çimsiz kobud səslər yığını ilə əvəz etmişdi-lər. Ə.Bedelbeyli.

BIÇIMSIZLƏŞDIRILMƏK : Azerbaijani Explanatory Dictionary

məch. Biçim-siz, yaraşıqsız hala salınmaq; çirkinleşdirilmek.

BIÇIMSIZLƏŞDIRMƏ : Azerbaijani Explanatory Dictionary

"Biçimsizleşdir-
mek"den f.is.

BIÇIMSIZLƏŞDIRMƏK : Azerbaijani Explanatory Dictionary

f. Biçimsiz, yara-
şıqsız hala salmaq, çirkinleşdirmek.