Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
AGCIYƏR : Azerbaijani Explanatory Dictionary

sii. Qorxaq, cesaretsiz, ürek-siz, aciz. Ağciyər adam.
[Meherrem:] Sən nə ağciyər adamsan, Fərhad, qoy bir tamaşa edək, görək Səadət xanımın ruhi-rəvanı necə oğlandır. N.Vezirov.

AGCIYƏRLIK : Azerbaijani Explanatory Dictionary

is. Qorxaqlıq, cesaretsizlik, üreksizlik, acizlik. [Keyan:] Zərər yoxdur, Qulam, ağciyərlikdən ağsaç olmaq yaxşıdır! Ə.Əbülhesen.

AGDAŞ : Azerbaijani Explanatory Dictionary

is.
Tabaşir.
Tikintide istifade edilen daş növü. Son-ralar
. bir ağdaş yonana şagird oldum; daş yona-yona şikəstə oxuyardım. H. Sarabski.

AGDƏRILI : Azerbaijani Explanatory Dictionary

sii. ve is. Derisinin rengi ağ olan (adam).

AGDIŞ : Azerbaijani Explanatory Dictionary

is. zool. Memelilerin cücüyeyen-ler destesine mensub, ev siçanından kiçik heyvan.

AGGÖZ : Azerbaijani Explanatory Dictionary

sifi. dan.
Qorxaq, cesaretsiz, ağciyer.
məc. Şiddetli, qarlı, gece-gündüz qar yağan. Qabaqdan da ağgöz qış gəlirdi. S.Rehimov.

AGGÖZLUK : Azerbaijani Explanatory Dictionary

is. dan. Qorxaqlıq, cesaret-sizlik, ağciyerlik.

AGGÜN(LÜ) : Azerbaijani Explanatory Dictionary

sifi. dan. Xoşbext. □ Ağgünlü olmaq
xoşbext olmaq. [Kiçikbeyim Memmed beye dedi:] Ağgünlü olmuş, məni bu yaşımda gör gətirib haralara çıxarırsan. çemenzeminli.

AGI : Azerbaijani Explanatory Dictionary

is.
Zeher. Aşiqə vəfialı bir həmdəm gərək; Həmdəmsiz bal yesə, ona ağıdır. M.P.Vaqif. Məni bir məst qıl, saqi, aman ey gözlərin yağı; Şərabın yox, gətir ağı, qula-ğın niyə kar olmuş? Nebati. Məcnun kimi gəzdim səhranı, dağı; Fələk şərbətimi eylədi ağı. Aşıq Kerem. □ Ağıya düşmək
zeherli bir şey yeyib zeherlenmek. Ağıya salmaq
heyvanı zeherli ot olan yerde otarmaq; insana ve ya heyvana zeherli şey yedirmek, ya içdirmek.
məc. çox acı şey haqqında; zeqqum. Ağzım o qədər acıdır ki, elə bil ağı yemişəm.
0 İlana ağı verən
b a x ilan.

AGI : Azerbaijani Explanatory Dictionary

is. Köhne meişetde: arvadların ölü üstünde, yasda avazla söyledikleri yanıqlı sözler. Içəridən ağı səsi gəlirdi. çemenze-minli. □ Ağı demək (oxumaq, çəkmək, tutmaq)
1) ölünün üstünde ağız açıb ağlamaq. Qoca arvadlar ağlaşma qurub, ağı oxumaq istədilər. M.Hüseyn. Zavallı ana! Hələ cəmdəkləri soyumayan balaları üstünə döşənib ağı çəkir. Ə.Əbülhesen; 2) məc. feğan etmek, feryad etmek. Elə bil ağaclar dillənib ağlaşdı, bülbül də öz iəğanı ilə onlara ağı tutdu. S.Rehimov.

AGIÇI : Azerbaijani Explanatory Dictionary

is. Köhne meişetde: ağlaşma zamanı ağı söyleyen, ölünü oxşayıb ağlayan qadın. [Şirin:] Nurcahan,
. əvvəl ki sən ağıçı idin, balam, sonra bu mərsiyəxanlıq nə idi? N.Vezirov. Ağıçının gözəl səsi və nisgilli ağısı adamı mütəəssir edirdi. çemenzeminli. // Ağıya aid olan (b a x ağı2). Ədəbiyyat iki qisimdir. Bir qismi ağızda söylənən nəql, hekayətlərdən, cürbəcür milli nəğmələrdən, aşıq sözlərindən, məsəllərdən, tapmacalar-dan, yanıltmaclardan, ağıçı sözlərindən, bayatılardan ibarətdir. F.Köçerli.

AGIL : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
İnsanda düşünme ve derketme qabiliyyeti; zeka. // Şüur, idrak. Bu növcavan gülüzlü, xoşsiiətli olub, ağıl və kamalı üzündən məlum edirdi. N.Nerimanov. Ağıl deyir, qalmayacaq yer üzündə qandan əsər; Hər könülə ilham kimi gələcəkdir gözəl səhər. S.Vurğun.
Hafize, zehin, xatir, yad, yaddaş, fikir. Ağlımda heç bir şey qalmadı. Ağlıma indi gəldi. Səninlə oxumağım heç ağlıma gəlmir.
Hər kəs ağlına hər nə çatır, əmələ gətirir. M.F.Axundzade.
0 Ağıl dəryası
çox ağıllı, çox bilikli, derin melumatlı (bezen zarafat ve istehza ile deyilir). Ağıl dişi
bax diş. Ağıl eləmək
- baş işletmek, fikirleşmek, düşünmek, mülahize etmek, fikirleşib bir yol tapmaq. Ağıllı ağıl eyləyincə, dəli vurdu Kürü keçdi. (Ata. sözü). Ağıl öyrənmək
başqasından bilik ve tecrübe exz etmek, ibret götürmek, ibret dersi almaq. Ağıl öyrətmək
yol göstermek, iş öyretmek, nesihet vermek. Hər iş adama bir ağıl öyrədir. (Ata. sözü). Ağıl vermək
başına ağıl qoymaq, öyüd vermek, yol göstermek, pis yoldan uzaqlaş-dırmaq. Ağıl-ağıla vermək
bir yerde otu-rub düşünmek, fikirleşmek, meslehetleş-mek. Ağıldan kasıb (kəm, naqis)
axmaq, gic, ağlı az, zehni cehetden az inkişaf etmiş. Eh, ay əmioğlu, sən də məndən beşbetər ağıl-dan kasıbsan, ha! M.Hüseyn. Ağla batmaq (yatmaq)
inana bilmek, mümkün hesab etmek, inanmaq. Anasının sözləri Dilarənin ağlına batdı. M.İbrahimov. Doktorun sözü ağlıma batdı. Mir Celal. [Beşir:] Məsləhətin bəd deyil, ağlıma yatır, anam da məni rahat qoymur. S.S.Axundov. Ağla çatmaq
anlaya bilmek, düşüne bilmek, derk ede bilmek. Ağla sığmaq
inanıla bilmek, mümkün olmaq. Ağlı azmaq
1) deli olmaq, ağlını çaşdırmaq, ağlını itirmek; 2) sözünü, hereketini, işini bilmemek, başdan çıxmaq. Ağlı (başından) oynamaq
deli kimi olmaq, ağlı çaşmaq. Ağlı ala qayada
huşu başında olmayan, huşu dağınıq, fikri ayrı yerlerde olan adam haqqında. Ağlı başına gəlmək
1) özüne gelmek, ayılmaq; 2) məc. ağıllanmaq, pis işden, avaralıqdan el çekib doğru yola düşmek, düzelmek. Ağlı başında
- ağıllı, derrakeli, düşünceli, öz işini, xeyrini-zererini bilen adam haqqında. Ağlı başında olmaq
öz işi ve hereketlerinde ayıq ve derrakeli olmaq, öz xeyir ve zererini bilmek. Ağlı başından çıxmaq
1) b a x ağlı başından getmək
cü me-nada; 2) məc. berk hirslenmek, acığı tutmaq.
.Bir gün eşitdik ki, kəndin yaxınlığında pə-ləng üç inək parçalamışdır, ağlım başımdan çıxdı. A.Şaiq. Ağlı başından getmək
1) ağlını itirmek, ağlını çaşdırmaq, deli olmaq, sersemlemek; 2) məc. azmaq, doğru yoldan çıxıb pis yola düşmek; 3) məc. meftun olmaq, vurulmaq, valeh olmaq. Ağlı çaşmaq
çaşıb qalmaq, ne edeceyini bilme-mek. [Hacı Hesen:] Ay arvad, sən Allah, tez ol, durma! Bilmirəm [Şeyx şeherin ölülerini] dirildəcək, ya diriltməyəcək. O bağlıdır ağanın iltifatına. Mənim özümün də ağlım çaşıb; Heç bilmirəm nə cür dirildəcək? C.Memmedquluzade. Ağlı getmək
b a x ağlı başından getmək
cü menada. Ağlı kəsmək
1) ağlına batmaq, inanmaq, gü-man etmek, etiraf etmek; mümkün bilmek. Tükəz xalanın ağlı kəsdi, hər nə fənd olursa olsun kişini qurtarmaq lazımdı. S.Rehimov; 2) anlamaq, başa düşmek. [Tapdıq] xüsusilə üç yaşı tamam olandan və yavaş-yavaş da olsa ağlı kəsəndən sonra daha tələbkar oldu. Ə.Veliyev. Cumanın dediyinə və özünün də ağlı kəsdiyinə görə bu çox gərəkli məlumat idi. Ə.Əbülhesen. Ağlı kəsməmək
- 1) başa düşmemek, derk ede bilmemek. Uşaqdır, ağlı kəsmir; 2) mümkün hesab etmemek, güman etmemek. [Hacı Hesen:]
.Axır ağlım kəsmir ki, gözümüz ilə gördü-yümüz işlərin hamısı yalana çıxsın. C.Memmedquluzade. Ağlı uçmaq
b a x ağlı getmək. Ağlı(nı) baş(ın)a yığmaq
ağıllanmaq, ağıllı olmaq, öz hereketini ölçüb-biçmek, fikirleşmek, düşünmek. Ağlı(nı) uduzmaq
1) hiyleye aldanmaq, uymaq, gözü bağlanmaq; 2) yanılmaq, sehv etmek. Ağlına çatmaq
derk etmek, anlamaq, başa düşe bilmek, xeyalına getir-mek.
.[Heremlerin] ağıllarına çatmırdı ki, Şah Abbas qəflətən bir Abbas Məhəmməd oğlu ola. M.F.Axundzade. Ağlına gətirmək
- yadına salmaq, fikrine getirmek, tesevvü-rüne getirmek.
.Heç ağlınıza gətirirsinizmi ki, cümə günü dükanlar bağlı olsa, cavan dükan şagirdləri
. nəyə məşğul olacaqlar? C.Memmedquluzade. [Seriyye xala] gələ-cək qarşısında böyük bir vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün
. ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. M.İbrahimov. Ağlını aparmaq
- başdan çıxarmaq, heyran etmek, meftun etmek, valeh etmek. Ağlını başına cəm etmək
b a x ağlını başına yığmaq. Ağlını başından çıxarmaq
1) azdırmaq, pis yola çekmek; 2) məc. meftun etmek, valeh etmek. Ağlını itirmək
1) deli olmaq; 2) b a x ağlı başından çıxmaq.

AGIL : Azerbaijani Explanatory Dictionary

is. İçerisinde mal-qara ve qoyun saxlamaq üçün etrafı tikan ve ya ağac ile hasarlanmış üstüaçıq yer. Qoyunlar sağılıb qurtardıqdan sonra, ağılın ağzını açarkən, ana-bala mələşə-mələşə qaçaraq bir-birinə qarışırdı. A.Şaiq. Böyük ağıla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb mələşirdi. İ.Əfendiyev.

AGILAMA : Azerbaijani Explanatory Dictionary

"Ağılamaq"dan f.is.

AGILAMAQ : Azerbaijani Explanatory Dictionary

f. Ağı vermek, zeherlemek.

AGILANMA : Azerbaijani Explanatory Dictionary

"Ağılanmaq"dan f.is.

AGILANMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Zeherlenmek.
vulq. Yemek.

AGILÇATMAZ : Azerbaijani Explanatory Dictionary

sif. Anlaşılmaz, başadü-şülmez, derkedilmez, helledilmez. Ağılçat-maz məsələ.

AGILKƏSƏN : Azerbaijani Explanatory Dictionary

sif. İnanıla bilen, mümkün ola bilen, heqiqete uyğun olan, ağlabatan. Ağılkəsən iş.

AGILLANDIRILMAQ : Azerbaijani Explanatory Dictionary

məch. Pis yoldan
saqındırılmaq, doğru yola sövq edilmek, islah edilmek.

AGILLANDIRMA : Azerbaijani Explanatory Dictionary

"Ağıllandırmaq"dan f.is.

AGILLANDIRMAQ : Azerbaijani Explanatory Dictionary

f. Pis yoldan saqın-dırmaq, doğru yola sövq etmek, düzeltmek, islah etmek.

AGILLANMA : Azerbaijani Explanatory Dictionary

"Ağıllanmaq"dan f.is.

AGILLANMAQ : Azerbaijani Explanatory Dictionary

f. Ağıllı olmaq, ağlını başına yığmaq, düzelmek, ciddileşmek, pis işlerden el çekmek. Yaşa dolduqca ağılla-şır.
[Mirpaşa:] Mahmud
. ağıllanmaq əvəzinə məktəbi buraxıb qaçıb kəndə. Z.Xelil. Yəqin Həpir ağıllanıb,
. uşaqlıq xasiyyətlərini yerə qoyub, kamil adam olub. Mir Celal. // Peşman olmaq (pis emelden), düz yola düşmek, pis yoldan qayıtmaq. Başı daşa dəydi, ağıllandı. O, hələ də ağıllanma-mışdır.