Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
BOYLUQ : Azerbaijani Explanatory Dictionary

is. Boy (boymaderen) çiçeyi biten yer.

BOYLULUQ : Azerbaijani Explanatory Dictionary

is. dan. İkicanlılıq, hamilelik.

BOYMADƏRƏN : Azerbaijani Explanatory Dictionary

is. bot. Koma halında
sarı çiçeyi ve xoş qoxusu olan çoxillik bitki (xalq tebabetinde işlenir). [Boymaderenin] düz duran gövdəsinin üzərində sıra ilə düzül-müş yarpaqları və gövdəsinin təpəsində sə-bət şəkilli, ağ rəngli çiçəkləri vardır. Əliyev. □ Boymadərən arağı
hemin bitkiden çekilmiş cövher, derman.

BOYMADƏRƏNLIK : Azerbaijani Explanatory Dictionary

is. Boymaderen bi-
ten yer.

BOYNUBURUQ : Azerbaijani Explanatory Dictionary

sif. dan. Mezlum, meh-zun, yazıq, fağır; yetim. // zərf Yazıq-yazıq, fağır-fağır. Gözü yolda boynuburuq qalınca; Olüm aşiqlərə xoş səadətdi. Q.Zakir.

BOYNUBÜKÜK : Azerbaijani Explanatory Dictionary

ax boynuburuq.

BOYNUDƏRILI : Azerbaijani Explanatory Dictionary

ax boynuxəzli. Onun hər şeyi təzələnmiş, bircə boynudərili palto-su əski halında qalmışdı. Qantemir.

BOYNUXƏZLI : Azerbaijani Explanatory Dictionary

sif. Yaxalığı xezden (de-
riden) olan. Boynuxəzli palto.

BOYNUYOGUN : Azerbaijani Explanatory Dictionary

sif. ve is.
Boynu nor-mal haldan yoğun olan.
məc. dan. Zehmetsiz yaşayan, müfte-xor, tüfeyli, istismarçı. Məşədi Əbdülbağı razı olmamışdı ki, dörd yüz on manat verilsin boynuyoğun molla Qivama.. C.Memmedqu-luzade. Bu yeddi günün içində plov qurşağa çıxdı; şəhərin hamı mollaları, boynuyoğun-ları, arvadları, uşaqları hər gün ehsanda cəm olurdular. Ə.Haqverdiyev.

BOYÖLÇƏN : Azerbaijani Explanatory Dictionary

is. xüs. Boy ölçmek üçün cihaz (gimnastika zallarında, sanatoriyalarda, xestexanalarda ve s.-de).

BOYSUZ : Azerbaijani Explanatory Dictionary

sif. Boyu kiçik, qısa. Boysuz adam. Boysuz qız. Boysuz otaq.

BOYSUZLUQ : Azerbaijani Explanatory Dictionary

is. Qısalıq, gödeklik.

BOYUN : Azerbaijani Explanatory Dictionary

is.
Başın bedenle birleşen his-sesi. Yoğun boyun. Əyri boyun. Uzun boyun. Boynundan yapışmaq.
Paltarın, boğazı dövreleyen hissesi.
Paltonun boynu. Dik boyun. Köynəyin boy-
nu dardır.
Arabaya ve kotana qoşulan cüt heyvan (öküz, ya kel). Tarverdi hərəsi dörd boyun, [yeni] səkkiz öküzdən ibarət iki xış əlavə düzəldib, kövşənə saldı. S.Rehimov. Qara kişi bir boyun öküz alıb. Ə.Əbülhesen.
Bir şeyin boyuna oxşayan hissesi. Elek-trik çarxının boynuna dolaşan qayışın qə-zəblə hərəkəti, mədən qarovullarının fit səs-ləri.. Jenyanı düşündürürdü. M.S.Ordubadi.
Dağın, qayanın ve s.-nin tepesi ile
döşü arasındakı hisse. Ortadakı təpənin boy-
nunda çoban dayanmışdı. S.Rehimov.
Yerlik halında: boynunda, boynumda,
boynumuzda ve s.
üzerinde, üzerimde,
üzerimizde; öhdesinde, öhdemde, öhde-
mizde ve s. Can qəmin çəkmiş idi, var idi
boynumda həqqi. Füzuli. Kimdir mənim
kimi ellər dəlisi? Hər kimsənin öz boynunda
karı var. Q.Zakir. [Ferhad:] Əmimin mənim
boynumda çox haqqı var. Ə.Haqverdiyev.
// çıxışlıq halında: boynundan, boynum-
dan, boynumuzdan ve s.
üzerinden, üze-
rimden, üzerimizden ve s. [Meherrem bey:]
Dərhal durub gəldim ki, o borcu [İmrana]
verib atamın boynundan saqit edəm.
S.S.Axundov. // Yönlük halında: boynuna,
boynuma, boynumuza ve s.
üzerine, üze-
rime, üzerimize ve s. [Alı:] Hörgü işləri
bizim boynumuza. İ.Əfendiyev.
0 Boynu gəlmək
boyunduruqdan boyun eti şişmek (heyvanın). Boynu(n) sınsın!
qarğış, nifrin yerinde işlenir. [Cenneteli:] Baxırsanmı? Ha sizin boynunuz sınsın! N.Vezirov. Boynuna almaq
1) bir işi gör-müş olduğunu etiraf etmek, açıb söylemek. Müttəhim günahlarını boynuna aldı. Oz səhvini namusla boynuna almaq.
[Əsedin] fikrincə, Mahmud əmi xortdanı görməsə və ya görüb də boynuna almasa, daha bundan sonra bir kəs onun sözünə inanmayacaq.. B.Talıblı; 2) öhdesine götürmek, üzerine götürmek. Niftalı bəy də boynuna aldı ki, Həcəri tutaram. "Qaçaq Nebi". Boynuna atılmaq
qucaqlamaq. Pəricahan xanım
. qaçaraq Əmir Aslan ağanın boynuna atılır. S.S.Axundov. Boynuna atmaq
bax boy-nuna yıxmaq. [Kapitan:] Bu [şübhe] bizə haqq vermir ki, hər şeyi onun boynuna ataq. Ə.Əbülhesen. Boynuna bağlamaq
bax boynuna qoymaq
cü menada. Buna əla-və olaraq bizim boynumuza elə bir yazı da bağladılar ki, onun sayəsində ümumə mü-yəssər olan savadı əldə etmək bizim üçün işlərin ən çətini olmuşdur. M.F.Axundzade. Boynuna çəkmək
öhdesine götürmek, üzerine götürmek, razı olmaq. Usta Zeynal gəldi və boynuna çəkdi, günü iki manata Muqdusi Akopun səqfini təmir etsin. C.Memmedquluzade. Boynuna düşmək
- 1) üzerine düşmek, öhdesine düşmek. Beləliklə, payız əkininin qalmış hissəsini başa vurmaq, tör-töküntüləri qurtarmaq Mürşüd-oğlunun boynuna düşmüşdü. S.Rehimov;
2) acığa düşmek, terslik etmek, inad etmek, tersliye başlamaq. Oğlan evinin də boynuna düşərdi, qızın talağını verməzdi, iş ölüb-öldürməyə çıxardı. H.Sarabski. Boynuna götürmək
bax boynuna çəkmək. Bir dəfə boynuma götürmüşdüm ki, mən bunu [tele-beni] ictimaiyyatdan hazırlayım. Qantemir. Mən işi öz boynuma götürməliyəm. S.Rehimov. Boynuna qoymaq
1) iqrar etdirmek, etiraf etdirmek; 2) mecbur etmek, razı etmek, qebul etdirmek. [Əmiri-topxane:]
.Onu dəxi razı edin, boynuna qoyun. M.F.Axundzade. [Koxa:] Mən özüm
. onların boynuna qoyaram ki, daha bir-dəfəlik oğurluğu tərgitsinlər. S.Rehimov;
3) üzerine yüklemek, zorla qebul etdirmek. Boynuna mindirmək
bax başına min-dirmək ("baş" sözünde). Boynuna minmək
- birinin üzerinde tam hakim olmaq, ixtiyarını elinden almaq. Boynuna minnət qoymaq
bax minnət qoymaq ("minnət" sözünde). Boynuna sarılmaq
bax boy-nuna atılmaq. Xala qapını açdı, məni gör-cək boynuma sarıldı. S.S.Axundov. [Kerim baba:] Qızımın boynuna necə sarılmışam,
. üzündən-gözündən necə öpürəm. A.Şaiq. Yarım saatdan bəri qapıda gözləyən Yemən-cik nəşəli bir çığırıq ilə atasını qarşılayıb boynuna sarılır. H.Nezerli. Boynuna təklif gəlmək
üzerine düşmek, üzerine vezife düşmek. Boynuna yıxmaq
üzerine atmaq, isnad etmek (teqsiri, günahı). Boynuna yük-ləmək
1) öhdesine qoymaq, üzerine qoymaq; 2) qebul etdirmek (işi, vezifeni). Boynunda qalmaq
öhdesinde qalmaq, borclu olmaq. Boynunda olmaq
1) öhde-sinde olmaq, üzerinde olmaq, görmeli olmaq. Bu iş sənin boynunda olsaydı, çaşıb qalardın; 2) hamile olmaq. Boynundan atmaq
redd etmek, üzerinden atmaq, öhdesine götürmemek. Boynunu burmaq
- fağır-fağır durmaq. Əbiş qollarını açaraq
- Əsirgə, Kosa, balam yazıqdır,
deyib boy-nunu burdu. S.Rehimov. Boynunu bükmək
- mehzun-mehzun, yazıq-yazıq, fağır-fağır, mezlum-mezlum oturmaq. [Tubu:] Mən ge-dib günortayacan boynumu büküb, ağanın qapısında işimdən avara ola bilmərəm.. Ə.Haqverdiyev. Hamısı boyunlarını bükə-rək, gözlərini aşağıdan yuxarı üzünə dikib baxırdı. A.Şaiq. Boynunu vurmaq
başını kesmekle edam etmek; // ceza olaraq öldür-mek.
.Vur boynumu, gəl, var isə günahım; Sevdiyim, bu qədər əzab istəməz. Q.Zakir. Boynunun ardını görəndə
heç vaxt, qe-tiyyen. Boyun əti olmaq
asılı olmaq. Boyun əymək
1) tabe olmaq, itaet etmek. Sahibkarlar tətil komitəsinin qarşısında boyun əyməkdən başqa bir çarə tapmırdılar. M.S.Ordubadi. [Ramazan:] Gedin, həmişəki kimi öz torpağınızı əkin, biçin və heç kəsə də boyun əyməyin. B.Talıblı; 2) yalvarmaq, minnet etmek, alçalmaq. Boyun qaçırmaq
- imtina etmek, qebul etmemek, boynundan atmaq. [Hacı Qurban:] Sənin heç yerdə sözün yerə düşməyibdir, indi nə üçün boyun qaçırırsan? N.Vezirov. Fəhlələr öz təşki-latlarının intizamını gözləməkdən heç boyun qaçırmazlar. M.S.Ordubadi. Boyun qoymaq
- razı olmaq, öhdesine götürmek, üzerine almaq. Kənddən gələn yoxsullar ucuz qiy-mətə işləməyə boyun qoyduqlarından, zavod işçiləri sahibkardan heç bir tələb edə bil-mədilər. H.Nezerli. Boyun olmaq
söz vermek, ved etmek. Bəyin yaxın adamla-rından biri [camadar ve delleye] ya orada pul verərdi və ya da xələt boyun olardı. H.Sarabski. [Firidun:] Kasıb bir tələbə sizin
kimi xanıma nə boyun ola bilər? M.İbrahimov; 2) boynuna almaq, düzünü demek. Kənd-lilər Nəbini gizlətdilər. Nəçənnik nə qədər qınadısa, boyun olmadılar. "Qaçaq Nebi". Boyun tutmaq
razı olmaq, qebul etmek. Boyun vermək
razı olmaq, razılıq vermek, öhdesine götürmek. Boyun-boyuna dur-maq (vermək)
mezlum-mezlum, yazıq-yazıq durmaq (bir neçe adam haqqında).

BOYUNBAGI : Azerbaijani Explanatory Dictionary

is.
Zinet üçün qadınların boyunlarından asdıqları muncuq ve s. düzümü. [Yusif şah]
.qızlarının hər birinə bir gül
. və bir üzük və bir boyunbağı və bir dəst libas
. ayırdı. M.F.Axundzade. Qadının yanında yaxşı tanıdığım bir həkim, boynun-da isə iri mirvarilərdən diqqəti cəlb edən bir boyunbağı vardı. Ə.Memmedxanlı.
dan. Qalstuk. [Musanın nevesi] səhər durdu, üzünü qırxdı, paltarını geyindi, ağ köynəyinin üstündən qara ipək boyunbağı-sını bağladı. Qantemir.

BOYUNCUQ : Azerbaijani Explanatory Dictionary

is. Balaca boyun, zerif bo-yun, nazik boyun.

BOYUNDURUQ : Azerbaijani Explanatory Dictionary

is.
İş heyvanlarını ara-baya ve s.-ye qoşmaq üçün onların boynuna keçirilen ağac çerçive şeklinde qoşqu cihazı. Boyunduruqdan qaçan öküzü kəsər-lər. (Ata. sözü). Salman kişi də arabanın boyunduruğuna oturdu. A.Şaiq.
məc. Zülm, esaret, mehkumluq mena-sında. Qaçmaq bacarmayanlar hamısı orada-burada boyunduruq altında qırılır-lar. Ə.Haqverdiyev. Qəhrəmanlar yetişdir-məyən bir xalq heç bir vaxt boynunu əcnəbi boyunduruğunun altından çıxara bilməz.
M.S.Ordubadi.

BOYUNDURUQLAMA : Azerbaijani Explanatory Dictionary

"Boyunduruqla-
maq"dan f.is.

BOYUNDURUQLAMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Qoşqu hey-
vanlarının boynuna boyunduruq keçirmek. Kəlləri boyunduruqlamaq. Oküzləri boyun-duruqlamaq.
məc. İtaet altına almaq, esaret altına al-maq, cilovlamaq, esir etmek, mehkum etmek.

BOYUNDURUQLANMA : Azerbaijani Explanatory Dictionary

"Boyunduruq-
lanmaq"dan f.is.

BOYUNDURUQLANMAQ : Azerbaijani Explanatory Dictionary

məch. Boynuna boyunduruq keçirilmek.

BOYUNDURUQLATMA : Azerbaijani Explanatory Dictionary

"Boyunduruq-
latmaq"dan f.is.

BOYUNDURUQLATMAQ : Azerbaijani Explanatory Dictionary

"Boyunduruq-
lamaq"dan icb. Kəlləri boyunduruqlatmaq.

BOYUNDURUQLU : Azerbaijani Explanatory Dictionary

sif.
Boynunda bo-
yunduruq olan, qoşulmuş. Boyunduruqlu kəlləri kənarda qoyan adamlar tündməzac qocaya baxıb gülüşdü. S.Rehimov.
məc. Əsir, mehkum, ixtiyarsız; boyun-duruq altında olan.

BOYUNLUQ : Azerbaijani Explanatory Dictionary

is. Boyuna sarılan sarğı, bo-yun sarğısı; sarğı.

BOYUNLUQLU : Azerbaijani Explanatory Dictionary

sif. Boynuna sarğı sarımış, boynunda sarğı olan.