Azerbaijani Explanatory Dictionary
BOYUNSUZ : Azerbaijani Explanatory Dictionary
sif. Boynu çox qısa olan. [Casus] bayquş kimi boyunsuz, bədəninə görə yekə, lakin mütəhərrik başını əcaib və iyrənc bir surətdə hərləyib, düz arxasına, indicə girdiyi qapıya baxdı. M.Rzaquluzade.
BOZ : Azerbaijani Explanatory Dictionary
sif.
Kül rengli, qara rengle ağ ren-gin qarışmasından emele gelen (reng). Boz torpaq. Boz at. Boz qurd.
Həyətdəki sarı dirəyə ombaları çıxmış bir boz at bağlan-mışdı. S.Rehimov.
.Boz qanqallar da çiçək açmışdır. İ.Əfendiyev. [Mahmud:] Kəndi-mizin, onun boz çinarlarının, sərin bulaqla-rının əvəzi varmı? Z. Xelil.
Tutqun, dumanlı, çiskin. [Hacı Murad:]
Sabah, Allah qoysa, qurtarrıq, hava da
bozdur; bu dəxi yaxşıdır. N.Vezirov. Səhərə
məxsus ruzgar, yaşıl təpələrin üzərinə çə-
kilən dumanların boz yorğanını [atdı]..
M.S.Ordubadi.
Bitkisiz, çılpaq. Boz çöllər. Boz yerdə ot bitməz.
Parça-parça düşərək quşbaşı göydən yerə qar; Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar. A.Şaiq. Buruqlarım hayqıra-raq, nərə salır boz çöllərə. S.Vurğun.
məc. dan. Utanmaz, nezaketsiz, heyasız, çekinmeyen, sert, qaba danışan. Boz adam.
0 Boz sifət göstərmək
üze bozarmaq, nezaketsizlik etmek, özünü qaba, edebsiz aparmaq. Qəhrəmanın ciddi təkidi müqabi-lində Rüstəm acıqlanır, ona boz sifət göstə-rirdi. S.Rehimov.
BOZ : Azerbaijani Explanatory Dictionary
is. Qırqovulun dişisi.
BOZ : Azerbaijani Explanatory Dictionary
is. tib. Demrova oxşar deri xeste-liyi, keçellik.
BOZAQ : Azerbaijani Explanatory Dictionary
is.
bot. Şoran torpaqlarda biten birillik yem bitkisi.
Bu cür ot biten yer.
Boz. Qızıl qayanın üstündə olan silsilə dağları bozaq duman basırdı. S.Rehimov.
BOZAQ : Azerbaijani Explanatory Dictionary
is. Qabayunlu Azerbaycan qoyu-nu cinsi.
BOZAQGÜLÜ : Azerbaijani Explanatory Dictionary
is. bot. Bozqırlarda, yamac-larda biten çoxillik ot bitki.
BOZALAQ : Azerbaijani Explanatory Dictionary
is. bot. Baldırı enli, yarpağı bozumtul alaq otu. Bozalaq Azərbaycanda, demək olar ki, bütün rayonlarda yayılmış alaq bitkilərindəndir. Qedirov.
BOZARAQ : Azerbaijani Explanatory Dictionary
sif. Boz, bozumtul. Bozaraq pərdə çox qalın olduğu üçün burada otu-ranlar çətin
. seçilirdi. Ə.Əbülhesen.
BOZARAN : Azerbaijani Explanatory Dictionary
f.sif.
Tez solan. Bozaran parça.
Boz rengde görünen. Uzaqda bozaran dağın yamacları.
Daz başlar kimi bozaran
. binalar kəndin görkəmini korlayırdı. Ə.Əbülhesen.
BOZARANTI : Azerbaijani Explanatory Dictionary
is.
Havanın sehere yaxın alaqaranlıq halı.
Uzaqdan boz görünen şey, yer.
BOZARIŞMA : Azerbaijani Explanatory Dictionary
"Bozarışmaq"dan f.is.
BOZARIŞMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Bir-bir bozarmaq, yavaş-yavaş bozarmaq, solub boz reng al-maq. Taxıllar bozarışmağa başlamışdır.
Görünmek (boz şey haqqında). Qoyun sürüsü uzaqdan bozarışır.
BOZARMA : Azerbaijani Explanatory Dictionary
"Bozarmaq"dan f.is.
BOZARMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Boz reng almaq, boz-laşmaq. Qadın qoca olduğuna və saçlarının tamamilə bozardığına baxmayaraq, çöhrə-sində görünən təravət onun gənclikdə malik olduğu gözəlliyi andırırdı. M.S.Ordubadi. // Solmaq, rengi qaçmaq, rengi getmek. Qızın rəngi gül kimi bozarmışdı. M.Hüseyn.
Yetişmeye başlamaq, biçilmek (deril-mek) vaxtı çatmaq. Arpalar bozarmışdır. Qarpızlar yavaş-yavaş bozarır.
çiskinleşmek, tutqunlaşmaq; soyuq-laşmağa başlamaq, duman ve soyuq olmaq. Havalar bozarmışdır; Ağ saqqallı qış gəlir. S.Rüstem. Payız fəsli olduğu üçün havaya-man bozarmışdı. P.Makulu. // Yaxınlaşmaq, elametleri görünmeye başlamaq. Payız boza-rır, dağüstü şəhərinin özündə və ətrafında meşələrdə ağaclar lütləşir. S.Rehimov.
Bişmeye, qovrulmağa başlamaq. Ət lap bozarıb, indicə xörək hazır olacaq.
məc. üze qabarmaq; hörmetsizcesine, edebsizcesine, qabacasına cavab vermek, acıqlanmaq. Həsənov yenə bozarmaq istə-yir, lakin cəsarət etməyib susur. M.İbrahi-mov. Tahir dostunun yanında pərtliyini gizlədə bilməyib, anasının üstünə bozardı... M.Hüseyn.
0 Qızarıb-bozarmaq
bax qızarmaq.
BOZARMIŞ : Azerbaijani Explanatory Dictionary
f.sif. Boz hala gelmiş, rengi dönmüş, boz olmuş. Soyuqdan bozarmış əllər. Gündən bozarmış yarpaqlar.
[Refi-zadenin]
. sürtükünün bozarmış mahudu ilə şəvə kimi parlayan atlaz yaxalıq bir-birinə uymurdu. M.S.Ordubadi. [Kor kişinin] yıp-ranmış vücudu, bozarmış saç-saqqalı yaşının əllidən artıqlığını
. bildirirdi. S.Hüseyn.
BOZARTI : Azerbaijani Explanatory Dictionary
is.
Bozarmış reng.
Uzaqdan görünen boz rengli şey.
BOZARTMA : Azerbaijani Explanatory Dictionary
is. Yağlı etden bişirilen sulu qovurma; bozqovurma. [Şehrebanı xanım:] Nahara Müsyö Jordana qaymaq gərək, yağ gərək, axşama plov gərək, bo-zartma gərək ki, gedib öz ölkəsində deməsin ki, Qarabağ elatının arvadları mərifətsiz olurlar. M.F.Axundzade. Gecəni qiyamət keçirirdilər. Erkək ətin bozartması, soğan, sirkə... Mir Celal. □ çoban bozartması
ala-çiy bişirilmiş sulu qovurma.
"Bozartmaq"dan f.is.
BOZARTMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Boz etmek, boz reng vermek. Rəngsaz divarı bozartdı.
Soldurmaq. Paltarını günün altında bo-
zartmaq.
Yetişdirmek. İsti arpaları bozardır.
Ala-çiy bişirmek, yüngülvari qovur-
maq. Əti bozartmaq.
məc. Utandırmaq.
0 Sifətini (üzünü) bozartmaq
üzünün ifadesini sertleşdirmek, ciddileşdirmek, qaşqabağını sallamaq. Nəbi üzünü bozardıb dedi:
Sən bizdən nə istəyirsən? "Qaçaq Nebi".
.Yasavul adamlarla görüşdükdə, qabaqcadan sifətini bozardır, "böyük iş adamı" kimi sifət alır, adamları qabaqla-yırdı. S.Rehimov.
BOZBAŞ : Azerbaijani Explanatory Dictionary
is. Ət, noxud, kartof ile bişirilen sulu xörek; piti. [Telli:]
Ay Pərzad xala,
dedi,
yeri onları da yığ gətir bir yerdə yeyək, bozbaş asmışam. çemenzeminli.
Bozbaşı qoyun ətindən, özü də maça və döş hissəsindən bişirərdilər. H.Sarabski.
BOZBAŞLIQ : Azerbaijani Explanatory Dictionary
sif. Bozbaşa yarayan. Boz-başlıq ət.
BOZDAR : Azerbaijani Explanatory Dictionary
is. məh. Boztüklü qoyun itine verilen ad.
BOZQIR : Azerbaijani Explanatory Dictionary
is. Susuz, otsuz çöl.
BOZQIRLAŞMA : Azerbaijani Explanatory Dictionary
"Bozqırlaşmaq"dan f.is.
BOZQIRLAŞMAQ : Azerbaijani Explanatory Dictionary
f. Bozqır halına gelmek.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani