Azerbaijani Explanatory Dictionary
BÖYƏMƏK : Azerbaijani Explanatory Dictionary
f. məh. Suyu göllendirmek üçün arxın, çayın qabağını kesmek.
BÖYƏNMƏK : Azerbaijani Explanatory Dictionary
f. məh. Yığılıb qalmaq; qa-bağı kesilmek, qabağı bağlanmaq.
BÖYLƏ : Azerbaijani Explanatory Dictionary
köhn. bax belə. İnsan da olurmu böylə incə; Ey şux, məgər ki, huri-eynsən? Heyran xanım. Hacı Saleh qızı böylə camal sahibi görüb, oğlu Əsgərə təklif etdi ki, Züleyxanı alsın. C.Cabbarlı. Dedim, igid ömrü böylə bitirməz... R.Rza.
BÖYRƏK : Azerbaijani Explanatory Dictionary
is. anat. İnsan ve heyvanlarda: sidik ifraz eden beden üzvü. Böyrək xəstə-liyi. Sağ böyrək.
BÖYRƏKCIK : Azerbaijani Explanatory Dictionary
is. Kiçik böyrek.
BÖYRƏKLI : Azerbaijani Explanatory Dictionary
sif. məh. Qoçaq, ürekli.
BÖYRƏKÜSTÜ : Azerbaijani Explanatory Dictionary
sif. anat. Böyreklerin üs-tünde yerleşen. Böyrəküstü vəzilər.
BÖYÜCÜK : Azerbaijani Explanatory Dictionary
sif. çox böyük, olduqca bö-yük.
.Qanbur bir ixtiyar əlində böyücük bir büt yonur. H.Cavid. // Bir qeder böyük.
BÖYÜDÜCÜ : Azerbaijani Explanatory Dictionary
sif. xüs. Böyük gösteren, iri gösteren. Böyüdücü şüşə. Böyüdücü cihaz.
BÖYÜDÜLMƏ : Azerbaijani Explanatory Dictionary
"Böyüdülmek"den f.is.
BÖYÜDÜLMƏK : Azerbaijani Explanatory Dictionary
BöYüDüLMƏK məch.
Böyük hala
salınmaq. Şəkil 4 dəfə böyüdülmüşdür.
Terbiyelendirilmek, (beslenib) yetiş-
dirilmek.
Vezifesi artırılmaq, yükseldilmek.
BÖYÜDÜLMÜŞ : Azerbaijani Explanatory Dictionary
f.sif.
Böyük hala salın-
mış, irileşdirilmiş. Böyüdülmüş şəkil. Mik-roskop altında böyüdülmüş mikrob.
Şişirdilmiş. Böyüdülmüş mesele.
BÖYÜK : Azerbaijani Explanatory Dictionary
sif.
Kemiyyetce, ölçüce yeke, iri (kiçik ziddi). Böyük daş. Böyük şəhər. Böyük ev.
Ağarza yoldan kənara çəkilib, böyük və soyuq bir daş üstündə oturdu. Mir Celal. [Göyerçin:] İsmayılzadə deyir ki, bu il böyükbir saray tikəcəyik... Z.Xelil. // Geniş, vüsetli. Böyük meydan. Böyük sahə.
Bezi isimlerin qabağında güclendirici mena daşıyır. Böyük fayda. Böyük sürət. Böyük məmnuniyyətlə. Böyük maraq. Böyük dərd. Böyük arzu. Böyük sevinc. Böyük ləz-zət. Böyük həvəslə. Böyük minnətdarlıq hissi ilə.
Qəhrəman həqiqətən anası Gülüşgə-lindən də böyük nəvazişlər görmüşdü. S.Rehimov. Sözlər aydın, fikir dərin; Məna böyük, məktub qısa. R.Rza.
çox güclü, çox şiddetli. Böyük tufan. Böyük daşqın. Böyük yanğın.
Yaşca o birinden artıq olan. Böyük qar-daş. Böyük oğul. Böyük bacı. // İs. məna-sında. Yaşlı, qoca (çox vaxt cem şeklinde işlenir). Böyüklərə hörmət lazımdır.
Aqil böyüklərə məxsus bir ədəblə çəngəl-bıçaq almış, çörəyini, xörəyini qabağına çəkmişdi. Mir Celal. Şirmayı böyüklərin söhbətinə qulaq asmağa sonsuz bir maraq göstərirdi. M.Hüseyn. Elə bir zamandan danışıram ki, böyüklərin xatirəsində çox yaxşı qalıb, ki-çiklərin isə heç ağlına gəlməz. S.Rehman. □ Böyüklə böyük, kiçiklə kiçik
her kesle yola geden, her şeyin meqamını bilen, hör-metcil adam haqqında. Yeri gələndə [Möh-sün bey] böyüklə böyük, kiçiklə kiçik idi. S.Rehimov.
Sayca çox, külli miqdarda olan. Böyük dəstə. Böyük kapital. Böyük məbləğ. Böyük ailə. // İzdihamlı, qelebelik, tenteneli, deb-debeli, ezemetli. Böyük ziyafət. Böyük qo-naqlıq. Böyük nümayiş.
Fövqelade tarixi ve siyasi ehemiyyeti olan. // Elm, edebiyyat ve incesenet eserleri haqqında. Azərbaycan klassik ədəbiyyatının böyük əsərləri. Yazıçılarımız, bəstəkarları-mız əsrimizə layiq böyük əsərlər yaratmışlar.
Dahi, ulu, xariqülade zeka sahibi olan. Böyük Nizami. Böyük rəhbər. Böyük sərkər-də. Böyük insan. // Tarixde çox görkemli rol oynamış şexsiyyetlerin adlarına elave edi-len epitet. Böyük Pyotr. Böyük İsgəndər. // Görkemli, meşhur ad ve hörmet qazan-mış. Səy elə sən də böyük insan ol; Doğru-luqla bu ada şayan ol! A.Sehhet. [Tamam:] Sən heç kəsə qulaq asma, get oxu, böyük adam ol. S.S.Axundov. // Mahir. öz işində böyük ustadır.
çox mühüm, ehemiyyetli, vacib. Bö-yük iş. Böyük məsələ.
Böyük günlər, şanlı günlər, şən günlər; Yoluna düşən günlər; Hələ qarşımızdadır. M.Müşfiq. [Şair] Afaqı tapmaq, onu görmək, ona deyilməmiş böyük sözünü demək istədi. Ə.Memmedxanlı.
is. dan. Başçı, reis, rehber; başda duran, idare eden adam, yüksek vezife sahibi. Ailə-nin böyüyü kimdir? Qoşun böyüyü.
Böyük-lərdə güc olar, yalan olmaz. (Ata. sözü). Kənddə qiyamətdi.. Naçalnik gəlib kəndə. Yanınca o qədər böyük gəlib ki, lap məəttəl qalmalı işdi. C.Memmedquluzade. İndi Hacı Əsgər mötəbər şirkətin bani və böyüyü hesab olunur. S.M.Qenizade.
böyük-böyük
zərf Yeke-yeke, lovğa-lovğa. Böyük-böyük danışmaq.
sif. Böyüklük ve eyni zamanda çoxluq gösterir. Böyük-böyük evlər. Qarşımızda böyük-böyük məsələlər durmuşdur. çöllərdə böyük-böyük sürülər otlayır.
BÖYÜKCƏ : Azerbaijani Explanatory Dictionary
sif. çox böyük, yaxud bir qe-der böyük. Qısaboylu, böyükcə burunlu, çu-xura düşmüş gözlü bu adamın
. boz saçları boynunun ardına tökülmüşdü. H.Nezerli.
BÖYÜK-KIÇIK : Azerbaijani Explanatory Dictionary
is.
Yaşlarından asılı ol-mayaraq hamı. [Sarxan] daima lətifələrlə danışar, böyük-kiçiyə baxmadan zarafat eləməyi sevərdi. M.İbrahimov. Böyük-kiçik hamı çıxır. Ə.Əbülhesen. // Bezen "böyüklü-kiçikli" şeklinde işlenir. Böyüklü-kiçikli, hamı küçələrə çıxdı. S.Rehimov.
Vezifece, yaşca böyük ve kiçik olan-lar. Yasavul böyüməsinə baxmayaraq, böyük-kiçik tanıyır, yuxarının qabağında daha ar-tıq xidmət göstərir. S.Rehimov.
BÖYÜKLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
f.
özünü böyük gös-termek, iddia satmaq, böyüklük etmek iste-mek, başqalarını özüne tabe etmek istemek.
Vezifesi böyümek, rütbesi artmaq. Dö-nüb pristav olandan sonra dedim, böyük-ləndi, daha mənə baş qoşmaz. S.Rehimov.
BÖYÜKLÜK : Azerbaijani Explanatory Dictionary
"Böyük"den (1, 2, 5, 6 ve
ci menalarda) mücər. Evin böyüklüyü. Dalğanın böyüklüyü. Dənizin böyüklüyü. Meşənin böyüklüyü.
Xalqın böyüklüyü onun sayı ilə təyin edilmir, bəlkə tarixdəki müsbət rolu ilə təyin edilir. M.Hüseyn. Gör-düyü sonsuz iztirablar içərisində
. [Ulduz] insanın böyüklüyü və ruhi qüdrətini kəşf etdi. Ə.Memmedxanlı.
□ Böyüklük etmək
1) yol göstermek, qayğısına qalmaq. [Mahmuda] böyüklük edən olmadı. Z.Xelil; 2) buyurmaq, emr et-mek, gösteriş vermek. [Kerim:] Heç vaxt sənin həddin yoxdur ki, o qıza böyüklük edəsən! M.F.Axundzade. Böyüklük satmaq
teşexxüslenmek, qürurlanmaq, kibrlen-mek, lovğalanmaq, özünü böyük gösterme-ye çalışmaq.
BÖYÜKRAQ : Azerbaijani Explanatory Dictionary
müq.dər. köhn. Bir qeder böyük.
BÖYÜKSÜZ : Azerbaijani Explanatory Dictionary
sif. Başçısız, böyüyü, baxı-cısı olmayan; hamisiz. Böyüksüz evdə xeyir-bərəkət olmaz. (Ata. sözü).
BÖYÜKSÜZLÜK : Azerbaijani Explanatory Dictionary
is. Baxıcısızlıq, hami-
sizlik.
BÖYÜKYANA : Azerbaijani Explanatory Dictionary
zərf Böyük-böyük, yeke-yeke, lovğa-lovğa. [Hikmet İsfahani] aram-la və böyükyana danışmağa başladı. M.İbrahimov.
BÖYÜKYAŞLI : Azerbaijani Explanatory Dictionary
sif. Yaşca o birilerinden böyük olan. Böyükyaşlı uşaqlar. // İs. me-nasında. Böyükyaşlılar arasında keçirilən ümumittifaq yarışları.
BÖYÜMƏ : Azerbaijani Explanatory Dictionary
"Böyümek"denf.is.
BÖYÜMƏK : Azerbaijani Explanatory Dictionary
f.
Hecmce ve ya miqdarca artmaq, genişlenmek. Şiş böyümüşdür. Mik-roskop altında mikrob yüz dəfə böyümüş-dür. Sürülər xeyli böyümüşdür.
Al rənglər getdikcə artır, böyüyür, bir məşəl, bir azad¬lıq günəşi kimi bütün dünyanı işıqlandırır. M.İbrahimov.
Artmaq, şiddetlenmek, güclenmek, qüv-vetlenmek. Mübahisə böyüdü. Qovğa böyüdü. Söhbət böyüdü.
Narazılıq çox zaman böyüyər və ədavətə çevrilərdi. H.Sarabski.
Boy atmaq, uzanmaq, yetişmek, inkişaf etmek. Uşaqlar böyüyür. Evkalipt ağacı çox tez böyüyür. Taxıllar bu il çox gec böyüdü.
Her hansı bir yerde ömür keçirmek, yaşamaq, cavanlığını, uşaqlığını keçirmek. Uşaq yaxşı mühitdə böyüyür.
Girdman dağlarının təmiz havasında böyümüş bu qocanın yetmiş yaşı vardısa da, hələ qocalmaqdan şikayət etmirdi. M.Hüseyn.
Vezifesi, rütbesi, nüfuzu, hörmeti art-maq; yükselmek. Onun vəzifəsi böyümüş-dür.
[Zeyneb:] İndi böyümüsən, daha bizə etina göstərməyirsən. B.Talıblı.
BÖYÜR : Azerbaijani Explanatory Dictionary
is.
Bedenin çiyninden ombaya qeder olan sağ ve sol terefi. Böyrü əzilmək. Böyrü üstə uzanmaq.
Namərd güllə yazıq uşağın sol böyründən dəyib, kürəyindən çıx-mışdı. S.S.Axundov. Uşaq yumaq kimi bü-külüb, böyrü üstə yıxılmışdı. Ə.Memmed-xanlı. // Heyvanlar haqqında. İnəyin böyrü batmışdır.
Yan. Qab böyrü üstə düşdü.
[Mem-med:] Bütün köhnə, böyrü üstə əyilmiş çəm-bərəkəndi yox olmuşdur. C.Cabbarlı. Qayıq dəniz buruqlarının, böyründən şütüyərək açıq dənizə çıxdı. M.Hüseyn.
0 Böyrü üstə yatmaq
heç bir iş görme-mek, tenbellik etmek. Böyrünü yerə vur-maq
1) yan üste uzanmaq. Böyrün yerə vurub çoban dağ üstə; Hərdən deyir bir yanıqlı şikəstə. A.Sehhet; 2) b ax böyrü üstə yatmaq. Böyürdən törəmə
gözlen-meden meydana çıxan şey haqqında. Böyür-dən çıxmaq
gözlenmeden ortaya çıxmaq. Əlini böyrünə vurmaq
bax böyrü üstə yatmaq.
böyür-böyürə zərf Yan-yana, bir-biri-nin yanında, bir-birine lap yaxın. Böyür-böyürə oturmaq. Böyür-böyürə yaşayırsı-nız, bir-birinizdən xəbərinizyoxdur.
Hatəm dayının nəzərləri
. gəlib çardaq altında böyür-böyürə vermiş dolu çuvallarda da-yandı. Mir Celal.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani