Azerbaijani Explanatory Dictionary
BÜZÜLMƏK : Azerbaijani Explanatory Dictionary
f.
Yığışmaq, qırışmaq, büzük hala düşmek. [Qızın] qaşlarının qo-vuşduğunu, dodaqlarının, büzüldüyünü
. gö-rürdüm. M.S.Ordubadi.
Sığınıb durmaq, yazıq-yazıq durmaq (oturmaq), susmaq, dinmemek. Ata ümmid ilə baxar uşağa; Büzülübdür anası bir bu-cağa. A.Sehhet. Ayrım qızının belə öyünmə-sindən, Kərim babanın elə sükut ilə büzülüb durmasından bir qəhqəhə qopdu. A.Şaiq. // Yığışmaq, öz bedenini yığışdırmaq. Hey-vanlar eyvanın küncündə büzülüb yatan Qəhrəmanı qoxulayır. S.Rehimov.
BÜZÜRG : Azerbaijani Explanatory Dictionary
is. [fars.] mus. Azerbaycan klassik muğamlarından birinin adı.
BÜZÜŞDÜRMƏ : Azerbaijani Explanatory Dictionary
"Büzüşdürmek"den f.is. BüZüŞDüRMƏK f.
Büzük-büzük et-
mek, büzük hala salmaq, qırış-qırış etmek, ezmek. Köynəyi büzüşdürmək.
Büzüşmesine sebeb olmaq. Sabah ertə-nin soyuğu [Xosrov ve Mededi] büzüşdür-müşdü. S.Rehimov.
Ağzın, dilin selikli qişasını çekib yığ-maq (turş şey haqqında). Zəy ağzı büzüşdü-rür. Göyəm ağzımı büzüşdürdü.
BÜZÜŞDÜRÜCÜ : Azerbaijani Explanatory Dictionary
sif. Ağzın, dilin selikli
qişasını yığan, büzüşdüren. Zəy ağız büzüş-dürücü maddədir.
BÜZÜŞDÜRÜCÜLÜK : Azerbaijani Explanatory Dictionary
is. Büzüşdürücü
şeyin xassesi.
BÜZÜŞDÜRÜLMƏ : Azerbaijani Explanatory Dictionary
"Büzüşdürülmek"den f.is.
BÜZÜŞDÜRÜLMƏK : Azerbaijani Explanatory Dictionary
məch. Büzük hala
salınmaq, qırış-qırış edilmek, ezişdirilmek.
BÜZÜŞMƏ : Azerbaijani Explanatory Dictionary
"Büzüşmek"den f.is.
BÜZÜŞMƏK : Azerbaijani Explanatory Dictionary
f.
Yığılmaq, yığışmaq, bü-rüşüb kiçilmek, quruyub yığılmaq, solmaq, pejmürde olmaq. [Meşedi Kazım ağanın] kirpikləri bir-birinə qarışıb, bütün vücudu ölüşgəmiş və əndamı quru alma kimi büzüş-müş(dü). M.S.Ordubadi.
ütüsü ve hamarlığı pozulub qırış-qırış olmaq (paltar, kağız ve s.).
Turş bir şeyin tesiri ile yığılaraq çekil-mek, qamaşmaq. Göyəmdən ağzım büzüşdü.
B a x büzülmək
ci menada. Yabançı bir adam kimi büzüşüb oturan Qulu furqona bir soyuqluq gətirdi. M.İbrahimov. Tapdıq
. büzüşüb qapıya söykəndi. Ə.Əbülhesen.
BÜZÜŞMÜŞ : Azerbaijani Explanatory Dictionary
"Büzüşmek"den f.sif. Mah-
mud əmi müəllimin arxasında durub, qoca-lıqdan büzüşmüş və qırışlar altında itmiş gözləri ilə hər tərəfə baxırdı. B.Talıblı.
BÜZÜŞÜKLÜK : Azerbaijani Explanatory Dictionary
is. Büzüşmüş şeyin halı.
C : Azerbaijani Explanatory Dictionary
Azerbaycan elifbasrnrn üçüncü herfi. Bax ce.
CABƏCA : Azerbaijani Explanatory Dictionary
zərf [fars.] Yerbeyer, yerli-yerinde, qaydasınca, lazımrnca. İşini cabəca yerinə yetirdi.
[Ağa Kerim xan:] Adbaad hər nə ki sizə buyııracağam, o bu gün gərək cabəca əmətə gəlsin. N.Vezirov. [Meşedi Ibad:] Allaha şükür, dişlərim hamısı öz ye-rində cabəca, saqqalım da qapqara şəvə kimi. ü.Hacıbeyov. □ Cabəca eləmək
yerbeyer elemek. [Seyidler] ildə bir dəfə evlərinə qayıdıb, ailələri ilə görüşüb, gətir-dikləri pulları cabəca edib, yenə gedirlər qazanc dalınca. Ə.Haqverdiyev.
CAD : Azerbaijani Explanatory Dictionary
is. Darı unundan bişirilen çörek. [Araz] içəri atılan kimi bərk şeyin nə oldu-ğunu bilmək üçün onu əli ilə axtarıb, nəhayət, tapdı. Girdə quru cad çörəyi idi. A.Şaiq. Safo danışa-danışa xeyli yavaşıdı, əlini uzadıb bir cad götürdü. S.Rehimov.
CADAR : Azerbaijani Explanatory Dictionary
is. məh. Bataqlıq yerin quruyan-dan sonra çox ve xırda çatlaması.
CADAR-CADAR : Azerbaijani Explanatory Dictionary
sif. ve zərf çatlaq-çat-laq, yarıq-yarıq, her terefi çatlamış. Ağayev zamanın məhvedici təsirindən pozulmuş, cadar-cadar olmuş divarlara bir də baxdı. M.Süleymanov. Ustaların tavanlara, divar-lara çəkdikləri suvaq və rəngdən danışmağa dəyməz. Bir ay keçməmiş onların suvağı şoran torpaq kimi cadar-cadar olmuşdu. "Kirpi".
CADARLANMA : Azerbaijani Explanatory Dictionary
"Cadarlanmaq"dan f.is.
CADARLANMAQ : Azerbaijani Explanatory Dictionary
f. Cadar-cadar olmaq, çatlamaq. Katibin gözləri qurumuş, dil-dodağı təpimiş və cadarlanmış (f.sif.) do-daqlarından qan çırtlayaraq çənəsinə qədər uzanmışdı. S.Rehimov. Susuz torpağın dili cadarlanmışdı. Ə.Veliyev.
CADDƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] İşlek yol, magistral yol. Gözümə görünən çiçəkləri toplaya-toplaya bir caddə yola çıxdım. A.Divanbeyoğlu. // köhn. Baş küçe, prospekt. Odanın bir qa-pısı ilə iki pəncərəsi sağ tərəfdən caddəyə açılır. H.Cavid.
CADU : Azerbaijani Explanatory Dictionary
is. [fars.]
Sehr, sehrbazlıq. [Xan-peri:] [Dervişin] cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə, bu saatda məni qo-camdan boşadar. M.F.Axundzade. [Xırda xa-nım:] Ağa dərviş, deyirlər siz cadu ilə mö-cüzələr görsədirsiz, doğrudurmu? N.Vezirov. Məmmədsadıq kişi caduya, fala, falçıya ina-nan deyildi. B.Bayramov. □ Cadu eləmək, caduya salmaq
bax cadulamaq. [Xala Yunusa:] [Yaqutun anasının] ağzı qurusun, sənə qarğış edirdi. Deyir, qızımı caduya sa-lıbdır. Ə.Memmedxanlı.
Obrazlı teşbehlerde: valehedici, füsun-kar menasında. Cadu baxışlar. Cadu tellər.
Atdı müjgan oxun, keçdi sinəmdən; Cadu qəmzələri canıma düşdü. Aşıq Əlesger. Bir şux qıya baxdı, huş aldı sərdən; O cadu gözlərdə bir cadu gördüm. Aşıq Dilqem. Bir qızım var ki, bu cahan canı; Gözləri məst, qəmzəsi cadu. S.Ə.Şirvani.
CADUBAZ : Azerbaijani Explanatory Dictionary
ax cadugər.
CADUBAZLIQ : Azerbaijani Explanatory Dictionary
ax cadugərlik. Genə dualar, genə cadubazlıq meydana gəldi. N.Nerimanov.
CADUÇU : Azerbaijani Explanatory Dictionary
ax cadugər.
CADUÇULUQ : Azerbaijani Explanatory Dictionary
ax cadugərlik. Kahin-lərin falçılığı, caduçuluğu, cindarlığı və til-simçilik sənətləri hindulər arasında çox mütədavildir. F.Ağazade.
CADUGƏR : Azerbaijani Explanatory Dictionary
is. ve sifi [fars.] Cadugerlikle meşğul olan; sehrbaz, ovsunçu. [Dosteli dervişe:] Bu sirdən heç kəs əyan ola bilmir. Hərgah sən cadugərsənsə bu sirri faş et. ü.Hacıbeyov. çaykovskinin "Sonalar gölü" baletinin ikinci pərdəsində cadugər Rot-bardın tilsimi nəticəsində qu quşuna çevrilən gözəl qız Odilliya ilə şahzadə Ziqfridin birgə ifa etdikləri rəqs adajiodur. Ə.Bedelbeyli.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani