Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
CAMAŞIRÇI : Azerbaijani Explanatory Dictionary

is. Camaşır yumaqla meş-ğul olan adam. Camaşırçı qadın.

CAMAŞIRÇILIQ : Azerbaijani Explanatory Dictionary

is. Camaşırçı işi.

CAMAŞIRXANA : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Paltar yumağa mexsus yer, paltar yumaqla meşğul olan müessise. Süfrə, dəsmal, pərdə və qapı-pən-cərə örtüklərinin yuyulması üçün ayrıca ca-maşırxana açılması işi bu sahəyə sərf edilən xərcləri 50 faiz azalda bilər. (Qezetlerden).

CAME : Azerbaijani Explanatory Dictionary

[ər.] köhn.
sif Toplayan, cem eden.
is. Toplama yeri.
sif. İçine alan, ibaret olan.
is. Yekun.

CAME : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Böyük mescid. Came nə qədər böyük olsa, imam yenə bildiyin oxur. (Ata. sözü). Midhət
. düşündü və bu iki ne-məti [hürriyyet ve gözelliyi] yalnız Süley-maniyyə cameində tapacağına qane oldu. çemenzeminli. Gəl çıxaq bu camein möh-təşəm binasından; Yaşılgözlü Bosforu seyr eləyək bircə an. N.Refibeyli.

CAMƏ : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Paltar, camaşır. çak ey-lədi camə, çəkdi nalə; Halı bədəl oldu özgə halə. Füzuli. Qoysun başına molla gərək üç pud əmmamə; Yay, qış ola əynində onun bir cürə camə. Ə.Qemküsar.

CAMIŞ : Azerbaijani Explanatory Dictionary

is. Qısaboyunlu, irigövdeli göv-şeyen ev heyvanı. İnək, camış, qoyun, quzu çıxar naxıra otlağa; Köçər arandan el, ge-dər yavaş-yavaş yaylağa. A.Sehhet. Qərən-fil bacı həyətdə camış sağırdı. İ.Əfendiyev.

CAMIŞÇI : Azerbaijani Explanatory Dictionary

is. Camışçılıq mütexessisi. // Camış saxlamaqla, camışçılıqla meşğul olan adam.

CAMIŞÇILIQ : Azerbaijani Explanatory Dictionary

is. Camış yetişdirme, camış saxlama. Camışçılıq təsərrüfatı.

CAMLI : Azerbaijani Explanatory Dictionary

sif. Şüşeli, vitrinli. Artıq şəhərin iri, geniş küçələrilə gedirdik: hər zaman gözümüzün alışdığı küçələr, böyük evlər, iri camlı mağazalar.. A.Şaiq.

CAN : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Dini etiqada göre, ölüm-le vücuddan ayrılan qeyri-maddi varlıq; ruh. Hələ canı var.
çıxmayan cana ümid var. (Mesel). Südlə gələn canla çıxar. (Ata. sözü). Səni canan sanıram, çıx bədənimdən, ey can! Füzuli. Kərəm deyər: Haqq buyurdu ayəndə; Can hava quşudu, durmaz bu təndə. "Əsli ve Kerem". Könül həsrət, can mün-təzir, göz yolda; Qmr azaldı, vədə keçdi san
ilə. M.V.Vidadi.
Heyat, varlıq. Canını qoymaq. Canını əsirgəməmək.
Tab, taqet, hey. Səndə heç can yoxdur. Onda heç can qalmayıb.
Beden. Canım ağrıyır. Canına üşütmə düşmək.
Mən aşıq ahü-zarda; Canım dərd-də, azarda. O gündən ki qul oldum; Satırlar hər bazarda. (Bayatı).
Adam, insan, ferd. Əziziyəm, nə qandır; Gözdən axan nə qandır; Daş deyil, kəsək de-yil; Rəhm eylə, bu ki candır. (Bayatı). Köç edib yaylağa ellər, obalar; Bulaqlar başına min bir can gəlir. Aşıq Şemşir.
məc. Bir şeyin esası, mahiyyeti, meğzi. Məsələnin canı. Sözümün canı.
Canım, canım-gözüm şeklinde
1) mehribanlıqla müraciet meqamında. Ca-nım-gözüm, de görüm nə istəyirsən? 2) eti-raz, narazılıq meqamında. Canım, nə düş-müsən üstümə.
[Qoca kendli:] Canım, boş qışqırmağın yeri yoxdur. Ə.Haqverdiyev. [Musa sahibkara:] Yox, canım, mən.. Sabirin şerini oxuyurdum. S.Veliyev.
◊ Can alıb, can verir
meftunedici gö-zelliye, dilberliye işare. Bir qızım var ki, bu cahan canı; Can alır, can verir kaman qaşı. S.Ə.Şirvani. O gərgin qaşların kölgəsində-ki; Can alıb, can verən gözlərə qurban. Ə.Cavad. Can almaq
bax canını almaq. Məgər ol mah tamam ömrdə bir yarı gecə; çıxıban busə verə, can ala, nöqsan eylər? S.Ə.Şirvani. Bir nəğməydi ağ suların axını; Nərgizlərin can alırdı baxışı. M.Rahim. Can atmaq
bir şeyi elde etmeye ve ya heyata keçirmeye heddinden artıq sey gös¬termek, bütün varlığı ile çalışmaq. [Seriy-ye:] Havalar yaxşı keçdiyindən biz tələsir, payızyağışları başlayana qədər işləri görüb qurtarmağa can atırıq. İ.Əfendiyev. Quş uçmağa can atıb, bir qədər yüyürdü. M.Rzaquluzade. [Behlul:] Sənin oğlun da, lap çoxdandır, sən bunu bilirsən, bu cavan-ların sırasına qoşulmağa can atır. İ.Hüsey-nov. Can bahasına
qan tökerek, özünü ölüme vererek, canını qurban ederek. Həqi-qətdə də hərgah Aslan canının bahasına belə oturacaq bir çarə tapsaydı, öz canını əsirgəməyib, Mansuru bu dərddən azad edərdi. C.Cabbarlı. Can bəsləmək
özüne yaxşı qulluq etmek, rahatlığına, yemek
içmeyine fikir vermek. Can çəkmək
tenbellik elemek, bir işi çox könülsüz gör-mek, zorla elemek, elemek istememek. [Meşedi İman:] Rəhmətliyin uşaqları, pulu alanda alırlar, verəndə can çəkirlər. Ə.Haq-verdiyev. [Altun bay:] Torpağıma qarşı töycü verməyə də can çəkirsiniz. C.Cabbarlı. Can çürütmək
bax can qoymaq. [Əhmed:] Mən on beş il qara gün içində can çürüdüb təhsil alım, sonra da bu canımı, bu biliyimi qurban verim? A.Şaiq. [Tamaşa qarı oğlu-na:] Axı hökumət yolunda can çürütmüşəm. Plan plan dalınca doldurmuşam. Ə.Əbül-hesen. Can damarı
bir şeyin özülünü, esasını teşkil eden mühüm cehet. Təbir caiz görülsə, demək olar ki, Hacı Aslan bu küçə-nin can damarı misalında idi. S.Hüseyn. Can damarını tutmaq
baxdamarını tut-maq. Can deyib, can eşitmək
çox mehri-ban, semimi olmaq. [Benövşe:] Nə olub, yoxsa aranız soyuqdur. Bəs bir neçə il bun-dan qabaq can deyib, can eşidirdiniz? S.Rehman. Insana könül həmdəmi hər şey-dən fərzdir. Can deyib, can eşidəsən, bir-birinin başına and içəsən. Mir Celal. Can evi
məc. Ən hessas yer, ürek, könül. Vur-du can evini yaman ayrılıq.. Şehriyar. Can evimə sığışmayan arzular; Bir dünyada neçə dünya arzular.. S Vurğun. Can gəz-dirmək
zorla ayaq üste durmaq, çox üz-gün, taqetsiz olmaq. Halı pisdir, can gəzdi-rir. Can qalmamaq
tamam üzülmek, ta-qetden düşmek, elden-dilden düşmek. Xü-lasə, kəndə yetişənə kimi mənimki mənə də¬yib, lap ölüb getmişəm, dəxi məndə can qal-mayıb. C.Memmedquluzade. [Orxan:] Mən-də artıq can qalmamış, mərhəmət!; Mər-həmət qıl, insafsız olma, Ismət! H.Cavid. Can qoymaq
müqeddes bir iş uğrunda canından keçmek, özünü feda etmek. And içirik bu dərəyə, bu dağa; Əcdadımız can qoyduğu torpağa. R.Rza. [Böyük xanım:]
.Müharibədə can qoyan adamın balasını nöş belə gözümçıxdıya salmısınız? B.Bay-ramov. Can qoymamaq
çox incitmek, eziyyet vermek, tamam elden salmaq. Fut-bol uşaqda can qoymadı. Can üstə olmaq
axır deqiqelerini yaşamaq, can vermek. Deyir: "Qoy isinsin, o, can üstədir; Əziyyət çəkməsin bir neçə günlük". M.Rahim. Şair yatırxəstədir; Deyirlər, can üstədir. B.Vahab-zade. Can vermək
1) son deqiqelerini ya-şamaq, can üste qoymaq. [Selma:] Həsrəti könlündə can verən övlad; Ah! Qəhrəman oğul! Nakam Qanpolad! H.Cavid. Qılınclar, nizələr keçdi döşündən; Cəllada can verdi, dilində: "Vətən!". S.Vurğun. [Aslan] özünü anasının yanına yetirdikdə onun can ver-diyini görür. S.Veliyev; 2) məc. diriltmek, canlandırmaq, heyat vermek. Torpağa can verirsən; Dilsiz daşları belə; Sən dilə gətirirsən. B.Vahabzade; 3) məc. ruhlan-dırmaq. Təmiz hava kimi, sərin su kimi; Şair, şeirlərin mənə can verdi. Aşıq Hüseyn. Can yandırmaq
1) qayğısına qalmaq, qey-dini çekmek, derdine qalmaq. Qarı Kərbə-layını özünə oğul hesab edib, ona artıq can yandırardı. çemenzeminli; 2) ürekle çalış-maq, sey göstermek. [Sedr:]
.öz işimizdir, gərək can yandıraq. İ.Əfendiyev. [Şah İs-mayıl:] Bizdən nə istəyirsiniz?
. Düşüncəli olmaq, can yandırmaq. Ə.Sadıq. Cana dol-maq
bax ətə-cana dolmaq (gəlmək). Cana gəlmək
1) zehlesi getmek, tenge gelmek, darıxmaq, bıqmaq, usanmaq. Bəs deyilmi, baxdım sənin sözünə; Bəs deyilmi, burda gəldim cana mən? M.Müşfiq; 2) dir-çelmek, dirilmek, canlanmaq. [İnek] başını, boğazını, kürəyini ucdantutma yaladıqca, sanki buzov cana gəlir, dirçəlirdi. M.İbrahi-mov. Qurumağa üz tutmuş ağaclar su içib cana gəldilər. Ə.Memmedxanlı. Torpaq cana gəldi, yer cana gəldi; Tıpır-tıpır yağan yay yağışından. B.Vahabzade. Cana gətirmək (doydurmaq)
1) tenge getir-mek, bıqdırmaq, bezikdirmek, usandırmaq. [Xortdan:] Iblisi cəhənnəm əhli bir növ ca-na gətirmişdi... Ə.Haqverdiyev. [Babek:] Xəlifə və sarayın hədsiz-hesabsız vergiləri hamını cana gətirib... M.Rzaquluzade; 2) dirçeltmek, diriltmek, canlandırmaq. Gülə sənsiz nəzər etsəm, gətirər canə məni. S.Ə.Şirvani. Işıqlar yayılır burdan hər yana; Su cana gətirir boz torpaqları. H.Hü-seynzade. Cana sinmək
bax ürəyə yat-maq. Cana yetirmək
bax cana gətir-mək. Ey bivəfa, məni cana yetirdin; Munca cövrü-cəfa birdən olurmu? Q.Zakir. Can-bir qəlb(də)
çox yaxın, çox mehriban, se-mimi. Canbir qəlb yaşamaq. Iki ailə canbir qəlbdə yaşayır.
Birgə oynadığım, qoşa gəzdiyim; Yoxsul qonşuların uşaqlarıydı; Biz ki canbir qəlbdə dost idik, deyim; Dost-luq sudan duru, aydan arıydı. N.Xezri. Can-dan düşmək
üzülmek, zeiflemek, elden düşmek. Candan eləmək
öldürmek, he-yatdan mehrum elemek. Mən aşiqəm, dər-din üz; Güldü bağban, dərdin üz; Ya məni candan eylə; Ya canımdan dərdin üz. Sarı Aşıq. [Aftil İbada:] Sən iki arvadı candan elə-misən. C.Cabbarlı. Candan keçmək
bax canından keçmək. [Kerem:] Cavanam, can-dan keçmişəm; Gör necə dərdə düşmüşəm; Qan ağlayır elim mənim. "Əsli ve Kerem". Burda gördüm Vətən üçün; O tökülən al qanları; Burda gördüm el yolunda; Candan keçən aslanları. B.Vahabzade. Candan-başdan keçmək
bax canından keçmək. Qızıl gülü seçərlər; Budağından biçərlər; Vəfalı yar yolunda; Candan-başdan keçə-rlər. (Bayatı). Canı (... yanında) qalmaq-birinin, ya bir şeyin nigarançılığını çekmek, onun üçün narahat olmaq, intizar qalmaq. [Ağayarın] canı məktəbdə, oğlunun yanında qalmışdı. Ə.Əbülhesen. Canı (canın, canı-nız) sağ olsun!
intonasiyadan asılı olaraq, teselli, sağlıq arzusu, yaxud narazılığı isteh-za şeklinde bildirir (bezen de üstüörtülü şe-kilde hede bildirir). [Hacı Əhmed Almaza:] Ya səhv olub, ya elə belə demişsən, keçib gedib, canın sağ olsun! C.Cabbarlı. Canı (canın) yansın!
qarğış ifadesi. Ay qız, ca¬nın yansın, haralardasan? Canı ağzına gəlmək
üzülmek, usanmaq. Canı ağzın-dan (boğazından) çıxana qədər
öle-
necen, son nefese qeder. Insan canı ağzın-dan çıxana qədər yaşamaqdan ümidini üz-mür. Ə.Abasov. Canı boğazına yığılmaq (gəlmək)
cana gelmek, tenge gelmek. Hər dəfə, əl boyda qəbzlərə, ya dilucu tap-şırığa, anbar açdırıb taxıl buraxanacan Gəl-diyevin canı boğazına yığılırdı. Mir Celal. [Fizze xanım Ferideye:] Vallah, adamlara yaxşılıq eləməkdən lap canım boğazıma gəlib. Ə.Memmedxanlı. Canı cəhənnəmə!
- ne edir etsin, ne olur olsun, ölsün, cehen-neme ki menalarında qarğış ifadesi. Canı cəhənnəmə, qoy getsin! Canı çıxmaq
öl-mek. Qürbətdə çıxacaq canı Zakirin; Yoxdu xeyirxahı o yar yanında. Q.Zakir. [Sona xa-nım:] Yoxsa dustaq kimi qalmışam dörd di-var arasında, xiffət eləməkdən az qalıb ca-nım çıxsın. Ə.Haqverdiyev. Uşaq yerə dəy-sə idi, o saat canı çıxacaqdı. Mir Celal. Canı çıxsın!
ölsün! (hirs, acıq meqamında işlenir). [Fatma xanım:] Iç, beşini iç, ağzı-nacan da qənd doldur, qazananın canı çıx-sın! N.Vezirov. [Şerif:] Uşaqdır, canı çıx-sın, dilin saxlasın. C.Cabbarlı. Canı dincəl-mək
rahatlanmaq, rahat olmaq, sakitleş-mek. [Şirinnaz] hər zaman başıaçıq gəzər, o ətrafda yeganə olan içməli su aparmağa gəldikdə bir neçəsi ilə dalaşmayınca canı dincəlməzdi. S.Hüseyn. Canı
əlində ol-maq
birinden asılı olmaq. Canı qurtarmaq
- azad olmaq, xilas olmaq, qurtarmaq. [Be-can:] Əgər dediyini eylədin
canın qurtar-dı, eləmədin
bütün nəslini kəsəcəyəm. "Qurbani". [Memmed:] Kaş mən öləydim, biryolluq canım qurtaraydı.. E.Sultanov. Canı od tutub yanmaq
1) berk qızdır-maq, herareti artmaq. Qızdırmadan uşağın canı od tutub yanır; 2) məc. berk hirslen-mek, qezeblenmek, odlanmaq. Nahaq söz-dən canım od tutub yandı. Canı sızıldamaq
- bedeninde ağrı-sızı hiss etmek. [Mele-kin] canı sızıldayır, ağladığı səsinin titrə-məsindən anlaşılırdı. A.Divanbeyoğlu. Canı suludur
bax canında hələ su var. Yet-mişdən artıq yaşamış Hikmət Isfahani, canı nə qədər sulu olsa da, axır mənzilə yaxın¬laşmışdı. M.Ibrahimov. Canı üçün qorx-
maq
özüne xeter gelmesinden ehtiyat et-mek, qorxmaq, öz canının harayında olmaq. Gülzar artıq öz canı üçün qorxurdu, zira müsəlmanlar həmişə belə bir xəyanəti və təhqiratı qan ilə yuyurlar. C.Cabbarlı. Canı yanmaq
bax ürəyi yanmaq. Canım (ca-nın, canınız, canı) üçün.
and ifadesi. [Qa-sım emi oğluna:] Oğlum, canın üçün, xalova deyərəm, sənə bir yaxşı çarxı xoruz gətirsin. C.Memmedquluzade. [Kelenterli Əmir-liye:] Bilsəydim ki, siz mədəniyyətlə iqtisa-diyyatı belə qarşı-qarşıya qoyursunuz, ca-nım üçün, heç ağzımı da açmazdım. I.Hü-seynov. Canım qurban!
oxşama, ezizle-me, nevaziş, yaxud yalvarış menasında. [Kerbelayı Qurban:] Razısanmı? Canım sənə qurban! ü.Hacıbeyov. [Bebir:] Xala! Ca-nım sənə qurban! H.Nezerli. Canım sənə (sizə) desin.
belelikle, axırı ki, xülase me-nalarında ara söz kimi işlenen ifade. Sonra, canım sənə desin, günlərin bir günündə səni tutub salırlar türməyə. "Kirpi". Canına birə düşmək
bax kürkünə birə düşmək. Canına cəfa basmaq
özüne eziyyet ver-mek, zehmete dözmek. [Semender:] Bu il fəhləyəm, canıma cəfa basıb oxuyaram, beş-altı ildən sonra olaram mühəndis. M.Hü-seyn. Canına döşəmək
berk danlamaq, töhmetlemek, tenqid etmek. O ki var canına döşədilər. Canına lərzə (uçunma, iişiitmə, titrəmə) düşmək
bax canına vicə (vic-vicə) düşmək. [Ataş] dinəndə elə tutarlı cavab verir ki, qabağındakının canına lərzə düşür. Ə.Veliyev. Belə deyirlər ki, bu yaxınlarda dərvişlərin qulağına çatıb ki, tüfeyli həyat sürənlərlə ciddi mübarizə başlanıb. Bu xəbərdən onların canına üşüt-mə düşüb. "Kirpi". Canına od (atəş) sal-maq
1) berk qorxuya salmaq, teşvişe sal-maq; 2) yandırıb-yaxmaq. Eşq atəşi bir od salıb canıma; Yanmaqda yetişməz səməndər mənə. Q.Zakir. Canına vəlvələ düşmək
bir şey olacağından qorxaraq berk heyecan ke-çirmek, teşvişe, vahimeye düşmek. Canına vəlvələ (qorxu) salmaq
berk qorxutmaq, teşvişe salmaq. Canına vicə (vic-vicə) düş-mək
soyuqdan, ya qorxudan titremek, esim-esim esmek. Soyuqdan canına vicə düşdü. Dəhşətli xəbərdən canına vic-vicə düşdü. Canına yatmaq (sinmək)
bax ürəyinə yatmaq. Yarməmmədin üzdən çox məsum görünən tərəfləri özü də hiss et-mədən [Rüstemin] canına yatırdı. M.Ibra-himov. Canına yazığın gəlsin!
özüne rehm et, özünü elden salma, öz canını dü-şün menasında meslehet ifadesi. [övret erine:]
.Bir canınayazığın gəlsin, bir usan.. C.Memmedquluzade. Salma özünü atəşi-piranə, a molla! Gəlsin yazığın canına, di-vanə, a molla! M.Ə.Sabir. Canında az yox-dur
çoxbilmiş, gizlinden iş gören adam haqqında. Canında hələ (su) var (su çox-dur)
qocalığına baxmayaraq, hele işleye bilen, fealiyyet göstere bilen adam haq-qında. [Camal:] [Pirinin] qocalığına bax-mayın, canında hələ su çoxdur. M.Süley-manov. Canında olmaq
birine xas olmaq, tebietinde, qanında olmaq. Canından be-zar olmaq
usanmaq, tenge gelmek; cana doymaq. Canından bezar olan Tanrıya qar-ğar. (Ata. sözü). Canından əl çəkmək
- özünden bezikmek, tenge gelmek, bıq-maq. [Meşedi Ibad:] Ayrı düşdüm yarım-dan; Əl çəkmişəm canımdan. ü.Hacıbeyov. [Qaçay] pambıq zavoduna gələndə həyat-dan küsmüş,
. canından əl çəkmişdi. Ə.Ve-liyev. Canından keçmək
özünü qurban vermek, özünü feda etmek, canını vermek. [Zalxa:] [Bayram] Pərzaddan ötrü indi ca-nından keçər, at, mal nə şeydir. M.F.Axund-zade. Ala gözlüm, səndən ayrı gülmərəm; Canımdan keçsəm də, ölə bilmərəm. Aşıq Əlesger. Canından olmaq
bax ürəyin-dən olmaq. Canını almaq
öldürmek. Sor-dun zəlitək sən hamının qanın, a molla! Al-dın canını xəstə müsəlmanın, a molla! M.S.Ordubadi. Qorudum öz canımı vuruş-larda ölümdən; Canıma qıyanların canını almaq üçün. S.Rüstem. [Canbalayev:] Bu dəfə də mənim ürəyimi kəsib atmaq, biryol-luq canımı almaq istəyirsən. I.Hüseynov. Ca-nını azar (dərd) alıb
tenbel, hevessiz, üreksiz iş gören adam haqqında. [Şerebanı:] [Əliqulunun] canını azar alıb, nə güc vurur, nə itələyir. C.Cabbarlı. Canını bağışlamaq
- ölmek. Vaxt gəldi, Əhmədin atası qəfildən azarlayıb canını bağışladı oğluna. (Nağıl).
Canını boğazına yığmaq (gətirmək)
bax cana doydurmaq. [Hacı Mehdi:] Canımı boğazıma yığdınız. Ə.Haqverdiyev. [Bala-xan Aydına:] Sən canımı boğazıma yığdın, bu xalqı kişi saymırsan? C.Cabbarlı. Canını çı-xarmaq
incitmek, eziyyet vermek. Canını çölə atmaq
öz canına zerer olacaq dere-cede işlemek, canına fikir vermemek, öz qeydine qalmamaq. Elə bil canını çölə atıb, gecə-gündüz dincəlmək bilmir. "Kirpi". Canını çürütmək
1) b a x ürəyini çürüt-mək; 2) boş yere zehmet çekmek, çalışmaq. Canını dişinə tutaraq (tutub)
könülsüz, hevessiz, istemeden, özünü mecbur ederek. [Semed] canını dişinə tutub, bacısını və Zeynəbi Nadirin yanına apardı. B.Talıblı. [Topuş]
. gözlərini yumub açdı və canını dişinə tutaraq, özünü başıaşağı Nərgizin ayaqlarına atmaq istəyirdi ki.. birdən sək-sənib divar üstündə dikəldi. Ə.Memmed-xanlı. [Şofer:] Müxtəsəri, canımı dişimə tutub, birtəhərlə özümü qayığa saldım. M.Rzaquluzade. Canını işə verməmək
zehmeti, işlemeyi sevmemek, tenbel heyat keçirmek, işden boyun qaçırmaq. Heç canını işə vermir. Canını qoymağa yer axtarmaq
ne edeceyini bilmemek, özüne yer tapmamaq, çaşıb qalmaq. Canını qoy-maq
bütün qüvvesini, enerjisini, baca-rığını serf etmek. [Reis:] Bu mükafat Baxış Baxışovun ailəsinindir. O kişi canını tikin-tidə qoyur. Mir Celal. Canını qurtarmaq
özünü qurtarmaq, xilas olmaq, yaxasını qurtarmaq. [Mecid:] Allah qüvvət versin, ay Nadir, bu bəylərin əlindən canın yaxşı qurtardı. B.Talıblı. Ay arvad, Allah istəsə heç kimi yoxsul yaratmaz deyə, Aslan kişi mətləbə dəxli olmayan müxtəsər bir cavabla canını qurtarmaq istədi. Ə.Veliyev. Canını sıxmaq
bax ürəyini sıxmaq. Naşad əfən-di heç də mətləbə dəxli olmayan lüzumsuz sözlərlə [Mehribanın] canını sıxırdı. S.Hü-seyn. Canını tapşırmaq (təslim etmək)
ölmek. Ev sahibi çoxdan canını tapşırıb. H.Seyidbeyli. [Kişi] bir həftədən sonra ca-nını tapşırdı. Ə.Sadıq. Canını vermək
özünü qurban vermek, özünü feda etmek, canından keçmek. [Meşedi Ibad:] A quzum, gəl yanıma; Canımı verərəm mən yarıma.
ü.Hacıbeyov. Namusla sürmüşəm öz döv-ranımı; Verərəm haqq üçün şirin canımı. M.Rahim. Canının hayında (harayında) olmaq
ancaq özü haqqında düşünmek, öz qeydine qalmaq. Ağagül Nabatov bu xəbər-dən şadlansa da, öz canının harayına qalıb əlləşir. S.Rehimov. Bu saat Sərhəng öz ca-nının hayındadır. M.Ibrahimov. Canının qeydinə (dərdinə) qalmaq
özüne fikir vermek, öz qeydine qalmaq, sağlamlığını qorumaq. Canlara dəyən (dəyər).
xoş-xasiyyet, mehriban, necib, merd, semimi adam haqqında. [Ağca:] A kişi, mən oğlanı görməmişəm, anası canlara dəyən bir adamdır. H.Sarabski. [Dostum:] Hər ikisi canlara dəyən oğlandır, Rəşidi tanıyırsan, bu da onun dostu və "rəqibi". M.Rzaqulu-zade. Yarı canı qalmamaq
çox arıqla-maq, üzülmek, zeiflemek. Yoluna göz dik-məkdən; Qalmayıb yarı canı. (Bayatı). Rən-gi saralıb, qalmayıb əsla yarı canı; Bir gül-məz oğul, vay! M.Ə.Sabir.

CANA-CUNA : Azerbaijani Explanatory Dictionary

sif dan. Boş, bekara, de-yersiz. [Şahbey:] [Bülend] bir-iki araba ayın-oyunla camaatı necə ələ aldı! Cana-cuna adam deyil! Ə.Əbülhesen.

CANALAN : Azerbaijani Explanatory Dictionary

CANALICI sif.
Cellad,
adamöldüren, qaniçen. [Rüstem:] Bundan sonra mən canalıcı cəllada dönməliyəm... C.Cabbarlı. Ilməc. üzücü, çox eziyyetli. çox canalan işdir.
məc. Füsunkar, meftunedici, dilber. Dil-bilən, bir canalan, bir qəddi-şümşad alma-yım? ömrümün axır dəmində almayım, şad olmayım. Ə.Nezmi. Tovuzun canalıcı səsi [Əhmedi] dəlicəsinə məftun etmişdi. M.Sü-leymanov. [Qızın] canalıcı qaynar ala göz-ləri indi xüsusi bir qızğınlıqla parıldayır, ehtirasdan alışıb yanırdı. V.Şıxlı.

CANAMAZ : Azerbaijani Explanatory Dictionary

is. [fars.] din. üstünde namaz qılmaq üçün xüsusi şekilde tikilib hazırla-nan dördkünc parça. Qədim axşam evə qa-yıtdıqda, arvadının birisi onun üçün dəstə-maz almaq üçün su hazır etsəydi, o birisi canamaz hazırlayırdı. T.Ş.Simurq. [Kişi] bir bucaqda salınmış qələmkar canamaz üstə qiraətlə namaz qılır. H.Sarabski.

CANAN : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Sevgili, yar, dilber, mehbube. Fələk ayırdı məni cövr ilə cana-
nımdan. Füzuli. Nə xoşdu canana canı ye-tirmək; Doyunca tamaşa eləyib ölmək. Q.Za-kir. [Tahir:] El qəhrəmanlarının çoxusu canan yolunda min bir əziyyətə qatlaşır. M.Hüseyn.

CANASlNƏR : Azerbaijani Explanatory Dictionary

sif ve zərf Xoşagelen, ca-nayatan, üreyeyatan. Canasinər iş. Canasi-nər hərəkət etmək.
Molla, indi ki bizi qo-naq eləyirsən, gəl öz istədiyimiz kimi elə ki, canasinər yeyək. "M.N.letif.".

CANAVAR : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
It cinsinden derisi boz, yırtıcı heyvan; qurd. Kəhər at qulaq-larını şəkləyib, canavar tərəfə baxır, öküzlər böyrüşməkdə davam edirdi. Ə.Veliyev. ço-ban sürüyə canavar düşdüyünü zənn edib qışqırdı. I.Hüseynov.
məc. çox qeddar, vehşi, yırtıcı, rehm-siz adam haqqında. [Durna:] Sonra bir gün Əsəd bəy, o yırtıcı canavar; Məni kənddə yalqız görüb istədi ki, qaçırsın. C.Cabbarlı. Zaman çapır öz atını! Od parlayır süngü-lərdən; Rəzil düşmən yaralanmış yırtıcı bir canavardır. S.Vurğun.

CANAVARLIQ : Azerbaijani Explanatory Dictionary

is. Vehşilik, yırtıcılıq, qed-
darlıq. Bütün, bu vəhşiliklərə, bu canavar-lıqlara qulaq asmaqdan təngə gəlmiş Molla deyir.. "M.N.letif.".

CANAZAR : Azerbaijani Explanatory Dictionary

sif. [fars.] Cansız, arıq, zeif, sısqa. Canazar uşaq.

CAN-BAŞ : Azerbaijani Explanatory Dictionary

is. Adamın cismani ve menevi halı; canlı dilde sehhet menasında işlenilir. Canın-başın salamatdırmı? Canın-başın ne-cədir?
[Dostumun] rast və gözəl qaməti əyi-lib, rəngi soluxub.. qərəz, canı-başı salamat, təndürüst və müqtədir bir halda ikən indi çox həqir və məyus görünürdü. F.Köçerli. Odur ki, canımız-başımız sağdır; Elin yanında da üzümüz ağdır. S.Vurğun. Iyirmi dörd yaşlı, canı-başı sağlam, istiqanlı bir oğlan özünü nə qədər saxlayacaqdı. M.Ibrahimov.

CANBAZ : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Tamaşa yerlerinde öz canı üçün tehlükeli oyunlar gösteren sirk artisti; kendirbaz, akrobat.
məc. Oyunbaz. Hoqqabaz. [Piri:] Şiras-lan, yaxşı bilirik ki, canbazsan. M.Süleyma-nov.

CANBAZLIQ : Azerbaijani Explanatory Dictionary

is.
Canbazın işi, kendir ve ya at üzerinde ve s.-de gösterdiyi me-haret, hüner.
məc. Hiylegerlik, hoqqabazlıq, fırıldaq-
çılıq.

CANBƏXŞ : Azerbaijani Explanatory Dictionary

sif [fars.] klas. Can veren, canlandıran; heyatveren, adamı şad ve memnun eden, ferehlendiren.

CANBIR : Azerbaijani Explanatory Dictionary

sif. ve zərfçox yaxın, mehriban, ayrılmaz. Canbir yoldaş. Canbir olmaq. Uzun əsrlərdən bəri can deyib, can eşidən gürcülər, azərbaycanlılar həmişə canbir, qəlbbir ol-muşlar.

CANBIRLIK : Azerbaijani Explanatory Dictionary

is. çox yaxınlıq, semimilik, mehribanlıq.