Azerbaijani Explanatory Dictionary
CANIŞIN : Azerbaijani Explanatory Dictionary
is. [fars.]
Bir menseb sahibini evez eden, onun yerinde oturan şexs. [Ferraş Settara:] Məgər sən özbaşınasan? O, şahza-dədir, şahın oğludur, şahın canişinidir..
P.Makulu.
tar. çar Rusiyasında: ucqar vilayeti padşah adından idare eden ve ali hakimiyyet hüquqlarına malik olan şexs. Oradan alınan xəbərlərə görə Sərdar Rəşid iki günün içərisində Qafqaz canişininə səkkiz teleq-ram göndərmişdi. M.S.Ordubadi.
CANIŞINLIK : Azerbaijani Explanatory Dictionary
is. tar.
Canişin vezifesi, adı. II Canişin idaresi. Vəfadar Tiflisə cani-şinliyə getmək, orada paruçik Ivanovla gö-rüşmək barədəki xahişini bildirdikdə Idris razılıq verdi. M.Ibrahimov.
Canişinin idaresi altında olan vilayet. Qafqaz canişinliyi.
CANQURTARAN : Azerbaijani Explanatory Dictionary
CANQURTARICI sif Tehlükeli, çetin, çıxılmaz veziyyetden qur-taran, dardan qurtaran, dadaçatan. Canqur-taran yol. Canqurtarıcı cavab.
CAN(LA)-BAŞLA : Azerbaijani Explanatory Dictionary
zərfçox hevesle, ürek-den, sey ve qeyret göstererek. Can(la)-başla işləmək. Can(la)-başla razı olmaq.
Nə qə-dər varsa bu dünyada sevinc inciləri; öz bö-yük qəlbinə can-başla yığırsan gecələr. S.Rüstem. Fərman can-başla çalışmaq, işin nəzəri cəhətini öyrənmək sayəsində püxtələş-miş və öz işinin ustası olmuşdu. Ə.Sadıq. [Hümmet Ferecova:] çox gözəl, xoş gəlmisi-niz, nə qulluğunuz olsa, can-başla təşkil et-məyə hazırıq. B.Bayramov.
CANLANDIRICI : Azerbaijani Explanatory Dictionary
sif. Canlandıran, canve-rici, heyatverici, dirçeldici, gümrahlaşdırıcı. Canlandırıcı dağ havası. Günəşin canlandı-rıcı hərarəti.
CANLANDIRILMA : Azerbaijani Explanatory Dictionary
"Canlandırılmaq"dan
f.is.
CANLANMAQ : Azerbaijani Explanatory Dictionary
CANLANDIRILMAQ "Canlandırmaq"-
dan məch. Vaqif əsərdə dövrünün həqiqi xalq qəhrəmanı, xalqın bütün mənəvi həyatı və zənginliklərinin tərcümanı kimi canlan-dırılmışdır. M.Arif.
CANLANDIRMA : Azerbaijani Explanatory Dictionary
"Canlandırmaq"dan f.is.
CANLANDIRMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Can vermek, diril-
tmek. Xanlar belə bir insanı canlandırıb ya-rada bilərmi? S.Rehimov. II Ayıltmaq, özü-ne getirmek. özündən getmiş adamı can-landırmaq.
Bu fikirlər Veranı canlandırdı. S.Rehman. [Hüseyn:] Onda canlandırar üfüqlər məni; Istəyənlər baxıb görərlər məni... M.Rahim. II məc. Yeni heyat ver-mek, dirçeltmek, şenlendirmek; canlı gös-termek. Dəmir yol ucqar yerləri canlandırdı.
[Aktyor] surətin fərdi, insani, psixoloji gözəlliyini və zəifliyini də canlandıra bilir. M.Ibrahimov. Mühəndislər, fəhlələr gəldilər. Onlar boz səhranı canlandırdılar.
məc. Unudulub getmiş, yox olmuş bir şeyi hafizede berpa etmek, yada salmaq, onun haqqında aydın tesevvür yaratmaq. [Ke-rimxan] xəyalında həyatının başqa sahələrini canlandırmağa çalışır. M.Ibrahimov. Indi isə şairin şüuru bu gecə gördüyü xarabadan mütəəssir olaraq, bir vaxtlar zəif bir duman kimi tutub saxladığı o qorxunc mənzərələri yenidən canlandırır.. Ə.Memmedxanlı.
məc. Güclendirmek, fealiyyetini daha da artırmaq. Kənddə ticarəti canlandırmaq. Işləri canlandırmaq lazımdır. Dərnəyin fəa-liyyətini canlandırmaq.
Şenlendirmek, herekete getirmek.
Qəhrəman sakit olmuş məclisi canlandırdı.
Ə.Veliyev.
CANLANMA : Azerbaijani Explanatory Dictionary
"Canlanmaq"dan f.is. Bir canlanma, bir şənlik var; Geniş sinif ota-ğında. M.Dilbazi. Məclisdə əvvəlki şuxluq olmasa da, yenə canlanma, tərpəniş baş-ladı. B.Bayramov. Beş-altı dükandan və zi-billi meydançadan ibarət həftə bazarında böyük canlanma vardı. Ə.Abasov.
CANLANMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Dirilmek, dirçelmek.
Canlanır yenidən sönən bir həyat; Nə gözəl yaraşır sizə ağ xalat! S.Vurğun. [Bibixanı-mın] solğunlaşıb altı kölgələnən gözləri elə bil yenidən canlandı.. B.Bayramov. IIözüne gelmek, ayılmaq. Su içən kimi canlandım.
məc. Daha feal, daha süretli, daha canlı getmek, feallaşmaq. Şirzad katibin gəlmə-silə işlərin canlanacağını güman edib sev-inirdi. M.Ibrahimov. Şagirdlər bir-bir gə-lir; Otaq birdən canlanır. M.Seyidbeyli.
məc. Hafizede, xeyalda berpa olmaq, tecessüm etmek, yada düşmek. Yeddi il əv-vəl.. [Xedice ile] keçirdiyim saatlar tama-milə xəyalımda canlanmışdı. S.Hüseyn.
.Ulduzun gözləri qarşısında isəyeddi nəfər döyüşçüsü ilə vuruşan Azadın son saatları canlanırdı. Ə.Memmedxanlı. II məc. Canlı bir şey kim görünmek. Bu təpədən baxdıqda Bakının mənzərəsi bütün əzəməti ilə göz qarşısında canlanırdı. S.Rehman.
.Indi qar-şımda canlanan mənzərə də bunların heç birinə bənzəmirdi. M.Rzaquluzade.
məc. Oyanmaq, dirçelmek, cana gel-mek. Təbiət canlanır, bahar çağıdır; Bağ-çalar, yamaclar çiçəklənmədə. A.Şaiq. Iç-dikcə içib doydu; Bol-bol yağışı torpaq; Canlandı şeh altında; Ilk dəfə açan yarpaq. M.Dilbazi. Qış qurtarır, yer canlanır; Ba-harın xoş nəfəsilə. B.Vahabzade.
CANLATMA : Azerbaijani Explanatory Dictionary
"Canlatmaq"dan f.is.
CANLATMAQ : Azerbaijani Explanatory Dictionary
ax canlandırmaq. Mən
səni canlatmağa; Yeni yollar bulurdum; Yeni oynaq qanadlar; Yeni qollar bulur-dum. M.Müşfiq.
CANLI : Azerbaijani Explanatory Dictionary
sif.
Diri, sağ, yaşayan (ölü zid-di). Canlı orqanizm. Canlı hüceyrə.
Uca-lan heykəl canlı bir insan kimi görünürdü. S.Rehimov. II is. mənasında. Diri adam (hey-van), sağ adam (heyvan). Bu kəndə getsən, ancaq arvad, uşaq və qoca kişilərdən başqa bir canlı görməzsən. Ə.Haqverdiyev. Mən də bir insanam, mən də canlıyam; Mənim də qəlbimin arzuları var! S.Vurğun. II məc. Əbe-di, daimi, ölmez. Canlı obraz. II Qurumamış, solmamış, ter. Canlı çiçəklər. Canlı ağac.
Canlılar ve bitkiler alemine mensub olan; orqanik, üzvi. Canlı təbiət. Canlı ma-teriya. Canlı aləm.
Uşaq canlı həyatı daha yaxşı görməlidir. S.Rehimov. II Insanlardan, heyvanlardan ibaret olan. Canlı qüvvələr. Düşmənin canlı qüvvələri tükənmişdir.
Iri, yeke, zorba, möhkem, qüvvetli.
Kabab qanlı, igid canlı. (Ata. sözü). Dəmir-
çioğlu atasından gizlin bir canlı kotan zən-
cirini də götürüb toqqa əvəzinə belinə bağ-
ladı, çənlibelə tərəf yola düşdü. "Koroğlu".
Novruz 30 yaşında, gödəkboy, canlı bir
oğlan idi. N.Nerimanov. Yaşıl, düz və canlı
qələmə ağacları baş-başa verib elə ucalır
ki, deyərsən, bunlar havadan, günəşdən doy-
mur. Mir Celal.
məc. Feal, qızğın, coşqun, işgüzar. Canlı söhbət başlandı. Məşğələ çox canlı keçdi.
Azərbaycan
. ədəbiyyatı canlı bir yaradı-cılıq həyatı keçirir.. M.Ibrahimov. Iclas çox canlı keçdi. H.Seyidbeyli. II Canlılıq, heyat, maraq ifade eden; ifadeli. Canlı gözlər. Canlı baxış. Canlı sifət.
məc. Güclü, parlaq. Canlı üslub. Canlı boyalar. Canlı təxəyyül.
[Cemaleddin:] Ailəsi xüsusunda söyləyəcəyim sözlər [Mirze Rzanın] mətanət və sədaqətinə bir canlı sü-but olacaqdır. C.Cabbarlı. Kənd həyatında, təbiətin o zəngin və geniş qucağında nə qədər canlı lövhələr, unudulmaz xatirələr vardır! A.Şaiq. Usta bu fikri bir çox canlı misallarla uşaqların beyninə yeridirdi. Ə.Sadıq.
Diribaş, hereketli, çevik, qıvraq. Canlı uşaq.
◊ Canlı çiçək
teze derilmiş tebii çiçek. [Sevda:] Ah, harda o dilbər kələbəklər; Bur-dan süzülən canlı çiçəklər. H.Cavid. Canlı dil
1) kitab dilinden ferqli olaraq xalqın da-nışdığı dil. Səmədin
. ədəbi dili təşbehlər, idiomlarla dolu canlı xalq dilidir. O.Sarı-velli; 2) bir xalqın ünsiyyet vasitesi olan dil. Canlı Şərq dilləri. Canlı əlaqə
1) insanla-rın özleri terefinden heyata keçirilen elaqe. Telefon vasitəsilə əlaqədən başqa, canlı əlaqə də lazımdır; 2) sıx, daimi, bilavasite. Canlı əlaqəni davam etdirmək. Məktəblə canlı əlaqə yaratmaq. Canlı inventar
iş-lek ve südlük mal-qara. Canlı qüvvə
adamlar ve heyvanlar (mexaniki qüvve, texnika qarşılığı olaraq). Canlı söz
yeni, maraqlı fikir ifade eden ve dinleyiciye nü-fuz eden danışıq haqqında. Adamlara canlı söz demək lazımdır. Canlı tarix
tarixi, keçmişi hadiseleri, real varlığı eyani su-retde eks etdiren şey haqqında.
CANLICA : Azerbaijani Explanatory Dictionary
sif. çox canlı, çox güclü, qüv-vetli, cesametli. Canlıcadır, zorbacadır baldırım; Sındıra bilməz məni heç ildırım.
M.Ə.Sabir.
CANLI-CANSIZ : Azerbaijani Explanatory Dictionary
top. Hem canlılar, hem
cansızlar, hamısı. Gecələr canlı-cansız uyurkən dərin-dərin; Fəqət sən mənim kimi uyumazsan doyunca. M.Müşfiq.
CANLIQ : Azerbaijani Explanatory Dictionary
is. Isti alt paltarı; candonu. [çim-naz]
.pambıqlı canlığını əyninə taxdı, qızına da təzə paltarını dəyişməyi təklif elədi. Ə.Əbülhesen. [Əsgerlerin] əyinlərinə görə olmasa da, qışda onların isti papağı, yun canlığı, yaxşı ayaqqabıları vardı. Mir Celal.
CANLILIQ : Azerbaijani Explanatory Dictionary
is.
Canlı şeyin halı. [Arva-dın] gözlərində, üzündə, bütün hərəkətlərində qeyri-adi bir canlılıq vardı.. M.Ibrahimov.
Tesir, qüvve. Hisslərin canlılığı. Ilk tə-əssüratın canlılığı. II Aydınlıq, parlaqlıq, ba-rizlik. Canlılıq və həyatilik etibarilə Səməd Vurğunun obrazları xüsusi bir qüvvəyə ma-likdir. Mir Celal. II məc. Heyat, dirçeliş, şen-lik, şen ehvali-ruhiyye. Züleyxa.. kitabxa-naya nə isə qeyri-adi bir canlılıq və həyat gətirmişdi. M.Ibrahimov.
CANSAĞLIĞI : Azerbaijani Explanatory Dictionary
is. Bedenin bütün üzvleri-nin normal veziyyetde olması, sehhet. De-dim:
Bunların hamısı ötüşər, insana can-sağlığı lazımdır.. Ə.Haqverdiyev. [Gülşen de] başqa gənclər kimi Bakıya getmək, Azər-baycan Tibb Institutunda oxumaq, sonra hə-kim olub.. adamların ürəyini dinləmək, on-ların cansağlığını qorumaq.. niyyətində idi. Ə.Veliyev.
CANSIXAN : Azerbaijani Explanatory Dictionary
CANSIXICI sif. ve zərf Da-
rıxdırıcı, usandırıcı, bezikdirici, üzücü, çox maraqsız, tengegetiren. Cansıxan yerlər. Cansıxıcı suallar.
Nagəhan qopan fırtına-dan sonra şəhərə əsrarəngiz, qərib, bir az da cansıxan, dərin bir ölüm sükutu çökmüş-dü. M.Hüseyn. Payız aylarına məxsus cansı-xıcı bir ağırlıq qəsəbəni bürüyürdü. H.Ne-zerli. Elə bil [Şahmarı] bütün aləmdən ayı-rıb, hara isə, cansıxan bir guşəyə atmış-dılar. B.Bayramov.
CANSIXICILIQ : Azerbaijani Explanatory Dictionary
is. üreksıxıcılıq, darıxdı-
rıcılıq, bezikdiricilik, usandırıcılıq, maraq-sızlıq. Xalqımıza xas olan xoş bir yumor, hik-mətli ifadələr.. U.Hacıbəyovun komediya¬larını hər cür ağırlıq və cansıxıcılıqdan qur-tarmışdır. Ə.Sultanlı. Salondakı cansıxıcılıq dözülməz idi. M.Süleymanov.
CANSIZ : Azerbaijani Explanatory Dictionary
sif.
Canlılar alemine mensub ol-mayan, canı olmayan. Cansız təbiət. Cansız materiya. II Heyat elameti olmayan, ölü, ruh-suz. Cansız bədən.
ölgün, tabsız, gücsüz, taqetsiz, zeif. Gülsüm öz yerində belə möhkəm oturmuşdu ki, deyəsən, cansız bir şeydir. C.Memmed-quluzade. [Hacı Mehdi:] And olsun Allaha, vuraram, zəif, cansız canın çıxar. Ə.Haq-verdiyev. II Arıq, sısqa, cılız. Emma cansız, arıq, nazik, lətif bir alman qadını idi.. E.Sul-tanov. Imran kişi üzdən arıq və cansız gö-rünən, ucaboy, şaxdayanan, düzqamətli bir kişi idi. M.Hüseyn.
CANSIZ-ÇƏLIMSIZ : Azerbaijani Explanatory Dictionary
sif çox cansız, çox zeif, cılız, üzgün. Cansız-çəlimsiz uşaq.
- Klavdiya birinci dəfə gördüyü cansız-çəlimsiz, ortaboylu, sallaqbığlı bu adama diq-qətlə nəzər yetirdi. Ə.Abasov.
CANSIZLAŞMA : Azerbaijani Explanatory Dictionary
"Cansızlaşmaq"dan f.is.
CANSIZLAŞMAQ : Azerbaijani Explanatory Dictionary
f. Zeiflemek, arıqlamaq,
cılızlaşmaq, üzülüb getmek. Uşaq lap can-sızlaşıb.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani