Azerbaijani Explanatory Dictionary
CAVIDANI : Azerbaijani Explanatory Dictionary
ax cavid. Şairim! Qəm yemə, alami-cəhan, fanidir; Cavidani yaşa-yış ləzzəti-rühanidir. M.Hadi.
CAYDAQ : Azerbaijani Explanatory Dictionary
sif. dan. Uzun, arıq, uzundraz. Caydaq adam. Caydaq oğlan.
[Tahir] hə-ləlik
deyə, gülə-gülə uzun, caydaq qıza əl elədi və sürətlə uzaqlaşdı. M.Hüseyn. Kə-ləntərlini yaxından tanıyanlar.. bilirdilər ki, bu hacıleylək kimi caydaq kişi pencəyi əy-nindən qoysa, dərhal adamlıqdan çıxar. I.Hüseynov.
CAYNAQ : Azerbaijani Explanatory Dictionary
is.
Bir çox heyvan ve quşla-rın barmaqlarının qarmaqvari iti ucları. Qar-tal caynağı.
[Tağı:] Qaraquş da yerdə dov-şanın qaçdığını, ya kəkliyin uçmağını gör-dükdə, ildırım kimi şığıyıb caynağına ala-caqdır. S.S.Axundov. [Yusif Şahmara:] Ye-məli quşların
qırqovulun, kəkliyin, turacın caynağı üç olur. B.Bayramov. Kamal elə bir həyəcanla çığırdı ki, elə bil qaraquş in-dicə caynaqları ilə onun üz-gözünü dırma-layacaqdı. M.Rzaquluzade.
məc. çeng. Caynağına keçmək.
[Be-del:] Cəmaətimiz xan caynağından qurta-rıb, öz əlinin əməyini rahət yeyib yaşayır. Ə.Haqverdiyev. [Selbinaz xanım anasına:]
.Məni nədən ötrü bu kaftarın caynağına vermisən... N.Vezirov.
CAYNAQLAMA : Azerbaijani Explanatory Dictionary
"Caynaqlamaq"dan f.is.
CAYNAQLAMAQ : Azerbaijani Explanatory Dictionary
f. Caynağı ile tutmaq, caynağı ile tutub götürmek.
CAYNAQLAŞMA : Azerbaijani Explanatory Dictionary
"Caynaqlaşmaq"dan f.is.
CAYNAQLAŞMAQ : Azerbaijani Explanatory Dictionary
qarş. Bir-birini cay-naqla didmek, caynaqlarını işe salaraq bir-birile döyüşmek.
CAYNAQLI : Azerbaijani Explanatory Dictionary
sif. Caynağı olan. Bu meşədə caynaqlı bir şir şahlıq eləyirdi. S.Rehimov. [Xan:] Gördüm ki, qapqaranlıq göylərdən qara qanadlı, qara caynaqlı əjdahalar başı-mın üzərində hərlənir, qızıl şahinimi qapıb aparırlar.. M.Rzaquluzade.
CAZ : Azerbaijani Explanatory Dictionary
is. [ing.]
Əsas hissesi nefesli ve zerbli aletlerden ibaret olan orkestr. Meri səh-nədədir, Meri oxuyur; Qulaqlar tutulur cazın səsindən. N.Xezri. Caz orkestri durmadan ça-lır, rəqqasələr
. oynayırlar. S.Veliyev.
Bele orkestrde çalınmaq üçün yazılmış eylenceli, esasen reqs musiqisi.
CAZIBƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Cisimlerin bir-birini özüne cezb etmesi xassesinden ibaret fiziki hadise. Eynşteynin cazibə nəzəriyyəsi. Cazibə qüvvəsi məlum qarşılıqlı təsir qüvvələrindən ən zəifidir.
məc. Insanın könlünü cezb eden xasse, cezbedici qüvve, letafet. [Əzra Zehraya:] Səndə bir öylə hüsnü cazibə var; Ki, olur hər görən pərəstişkar. H.Cavid. [Xaver] gözəl-ləşmiş, yanaqlarında bir qızartı və cazibə əmələ gəlmişdi. M.Ibrahimov.
.Qızın si-fətindəki mərdanə gözəllik,
.sərrastlığı, da-nışığındakı cazibə [Selimin] gözündən qaç-mamışdı. B.Bayramov.
CAZIBƏDAR : Azerbaijani Explanatory Dictionary
[fars.] bax cazibəli. Cazi-
bədar gözəllik. Cazibədar mənzərə.
On doqquz-iyirmi yaşlarında olan [Südabe] cazibədar bir gözəlliyə malik idi. M.Ibrahi-mov. [Sona] bahar axşamı kimi təzə, ətirli və cazibədar idi. Ə.Əbülhesen. [Sonanın] ca-zibədar mavi gözləri irilənib daha da gözəl-ləşdi... B.Bayramov.
CAZIBƏDARLIQ : Azerbaijani Explanatory Dictionary
is. Cazibelilik, cezbedi-cilik, cazibe qüvvesine malik olma; letafet. Gülgəz bütün gözəlliyi və cazibədarlığı ilə [Semedin] qarşısında dayanıb, sehirlənmiş kimi yerindən tərpənə bilmirdi. çemenze-minli. Olduqca cazibəli və nəzakətli qız öz işilə məşğul idi. S.Rehimov. II Letafetli, me-lahetli. [Hesen:] Amma nə cazibəli səsi var? H.Nezerli.
CAZIBƏLILIK : Azerbaijani Explanatory Dictionary
is. Cazibe qüvvesi; insanın könlünü cezb etme xassesi; cazibe, letafet.
CE : Azerbaijani Explanatory Dictionary
"C" herfinin ve bu herfle işare olunan samitin adı.
CECƏ : Azerbaijani Explanatory Dictionary
is.
Bezi yağlı bitkilerin yağını sıxıb çıxardıqdan sonra qalan toxumu, qalıq-ları. çiyid cecəsi. Qarğıdalı cecəsi.
Zeytun meyvələrinin yağı çıxarıldıqdan sonra yerdə qalan cecə (jmıx) heyvanların yemlənməsi üçün işlədilir. I.Axundzade.
Meyvenin yeyilmeyen iç hissesi, to-xumlu hissesi, puçal. Heyva cecəsi.
Şiz [çocuğu] itələyərək əlinə bir alma cecəsi ver-di. çemenzeminli.
CECƏDOĞRAYAN : Azerbaijani Explanatory Dictionary
is. xüs. Cece doğra-yan alet, maşın. II Sif. menasında. Cecədoğ-rayan maşın. Cecələri cecədoğrayan maşın xırdalayır.
CECIM : Azerbaijani Explanatory Dictionary
is. Arasına yorğan-döşek ve s. yığmaq, döşemeye salmaq, ya da xalça kimi divardan asmaq üçün müxtelif rengli ip-lerden toxunan zolaqlı, yaxud naxışlı döşe-necek. Xalı, xalça, cecim və ipəklə bəzənmiş bu otaq Şuşa sövdəgəri Hacı Kərimin qızı Anaxanım üçün ayrılmışdı. çemenzeminli. Rəhim bəylə ikimiz bir kənarda, otun üzə-rinə salınmış cecim üstündə əyləşib, söhbətə məşğul olduq. Ə.Haqverdiyev. Arabanın içi-nə quru ot töküb, üstündən bir cecim saldılar. T.Ş.Simurq.
CEHIZ : Azerbaijani Explanatory Dictionary
is. Əre gederken ata evinden qıza verilen eşyalardan ibaret hediyye. [Telli:] Məni yandıran cəhət burasıdır ki, Islam ikinci arvadını mənim cehizimlə aldı. S.Hüseyn. Gə-linlər, qızlar nişanlının cehizini həyətin orta-sında duran ikitəkərli arabaya yükləyirdilər. M.Hüseyn.
CEHIZLI : Azerbaijani Explanatory Dictionary
sif. Cehizi olan, özü ile cehiz aparan (getiren). Cehizli gəlin.
CEHIZLIK : Azerbaijani Explanatory Dictionary
is. Cehiz kimi ayrılmış, cehiz olaraq verilmiş. Cehizlikxalı. Cehizlik qablar.
Rəhmətlik qoca nənənin cehizlik qızılları torksinə doğru axır. çemenzeminli. [Rza:] [Anam] qat kəsmiş cehizlik boğçasını açdı.. M.Ibrahimov.
CEHIZSIZ : Azerbaijani Explanatory Dictionary
sif. Cehizi olmayan. Cehizsiz gelin. Toy cehizsiz, gəlin yengəsiz olmaz. (Ata. sözü).
Göydə ulduzlar; Şaxtalı buzlar: Cehizsiz qızlar; Bu balama qurban. (Layla).
CEM : Azerbaijani Explanatory Dictionary
is. [ing. jam
mürebbe] Meyve ve gilemeyveden hazırlanan qatı mürebbe. Alma cemi. Qaysı cemi. Pasterizə edilmiş cem.
CEMPER : Azerbaijani Explanatory Dictionary
is. [ing.] Yaxalıqsız toxunma kofta, fufayka. Qırmızı cemper.
CENTLMEN : Azerbaijani Explanatory Dictionary
is. [ing.]
Aristokrat cemiy-yetinin qayda-qanunlarına ve exlaq norma-larına ciddi riayet eden adam.
öz ciddi, qeşeng geyimi, ince davranışı ile ferqlenen nezaketli, terbiyeli adam haqqında. Burada mən dayandım və kənarda oturan və bizim danışığımıza qulaq verən centlmenə qulaq verəndən sonra bir azca şübhələnməyə baş-ladım.. C.Memmedquluzade.
CEYRAN : Azerbaijani Explanatory Dictionary
is. Antilop cinsinden irigözlü, inceayaqlı, süretle qaçan zerif heyvan. Cey-ranın qaçmağın elə gördüm, ətindən zəhləm getdi. (Mesel). Ceyran çox iti qaçan və həs-sas heyvandır. I.Əfendiyev. Bahadur cey-rana baxdı, ceyranın gözləri ona həqiqətən kiminsə gözlərini xatırlatdı. S.Rehman. II Teşbehlerde gözele işare.
0 Ceyran belinə çıxmaq
qıt olmaq, ta-pılmamaq, çox çetin tapılmaq. [Xalıqver-dinin]
.ailəsini və dostlarını dardan qurtar-maq üçün taxıl gərək idi. Taxıl isə, necə de-yərlər, ceyranın belinə çıxmışdı. Ə.Veliyev.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani