Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
CƏHƏNG : Azerbaijani Explanatory Dictionary

is. Ağızın küncü. [Musanın ne-vesi]
. şalvar cibindən çıxartdığı ağappaq bir yaylıqla cəhənglərinə bulaşan qatığı tə-mizcə sildi. Qantemir. Qəzəbindən [Göyü-şün] cəhənglərində köpük göründü. Ə.Ab-basquliyev.

CƏHƏNNƏM : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Bu dünyada günah işler görmüş adamların öldükden sonra ebedi ezab çekecekleri yer. [Xortdan:] Nagah xəya-lıma cəhənnəm düşdü. Ə.Haqverdiyev. [Ar-vadı ustaya:] A kişi, ağanın
. dalınca o qədər adam gedəcək ki, onda qıl körpüdən keçə bil-mərik,
. cəhənnəmə töküllük. çemenzeminli.
məc. Son derece ezablı, eziyyetli, işgen-celi, dözülmez şerait, mühit haqqında. [Yaş-lı kişi:] O ili bağ mövsümü mənim üçün bir cəhənnəm kimi keçdi. S.Hüseyn. [Ramazan:] Əgər keçmişdə cəhənnəmi görmək istəsəydin, gərək Bakı mədənlərinə gələydin. M.Hüseyn. II Dözülmez derecede isti yer. Səqfi, divarla-rı, döşəməsi nəm; Qışda buzxanadır, yayda cəhənnəm. H.K.Sanılı. Yayı cəhənnəm qədər isti olan
. bu qəsəbədən milyonlarla adam keçmişdir. Ə.Əbülhesen.
0 Cəhənnəm ol!
çıx get! Redd ol! [Meşedi Zeyneb acıqlı ve ucadan:] Cəhən-nəm olun buradan, yoxsa, vallah, bu daşnan vurub başınızı yararam. C.Memmedqulu-zade. [Meşedi Ibad Hesen beye:] Cəhən-nəm ol o yana, mürtəd! Mənə meymun de-yib, sonra da əl verirsən? ü.Hacıbeyov. [Yu-sif:] Qoy cəhənnəm olsun! [Semed:] Qara-donlunu dindirən xeyir tapmaz. I.Hüseynov.
Cəhənnəmdən biletsiz qaçan
çox kifir, eybecer adam haqqında. Mümkün deyil ki, Bədircahana küpəgirən qarı, ya ki cəhən-nəmdən biletsiz qaçan deməyəsən. N.Vezi-rov. Cəhənnəmə ki...
ne işime, ne veci-me, ne olsun ki (laqeydlik bildirir).

CƏHƏNNƏMLIK : Azerbaijani Explanatory Dictionary

sif Qarğış, söyüş meqamında işlenilir. [Oğlan:] Bəli, cəhən-nəmlik Nikolayın babası bizim babaları bu yerlərə sürgün etmişdi. M.Rzaquluzade.
Cehennemi andıran, cehennem kimi; dehşetli. Mənim bu gün cəhənnəmlik duman almış yollarımı; Bir əzrail pəncəsi ki, sar-mış cansız qollarımı. Ə.Cavad.

CƏHƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Teref, yön, semt. Cə-hətləri seçmək çətin idi. Nəriman dönüb dala baxanda gəldiyi yerin də izini itirmiş gördü. Mir Celal.
Bir şeyin terkib hissesi, elementi.
Məfhumun iki cəhəti.
Indi məsələnin ikinci
cəhəti qalırdı.. S.Hüseyn.
Bir şeye aid olan, onu seciyyelendiren keyfiyyet, elamet, xüsusiyyet. Əsərin kom-pozisiya cəhəti. Filmin bədii cəhəti. La-yihənin texniki cəhəti.
Bir xalqın ən gözəl cəhətlərini özündə təcəssüm etdirən adam-lar olursa, onlardan biri də Həzi Aslanov idi. M.Ibrahimov. çayqırağının yaxşı bir cəhəti də bu idi ki, su və peyinlik yaxın ol-duğundan, burda
. lobya, soğan əkirdilər. Ə.Əbülhesen.
Sebeb bildirir
göre. çərx hər ay başı-na salmış qaşından bir xəyal; Bu cəhətdəndir hər ay başında olmaq bir hilal. Füzuli.
.Xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. S.S.Axundov.

CƏHƏTCƏ : Azerbaijani Explanatory Dictionary

zərf
..baxımından,
..göre,
..etibarile. Bu qəsr Bağdad qəsrlərinin ən kiçiyi, lakin ziynət və zənginlik cəhətcə ən böyüyüdür. M.S.Ordubadi.

CƏHL : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Nadanlıq, avamlıq, ca-hillik, cehalet. Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir. S.Ə.Şirvani. Cəhlin əllərində qılınc görürsən; Ağlın aya-ğında qara bir tikən. M.Müşfiq.
sif. çox kec, çox ters, inad. Cəhl adam. □ Cəhl etmək (eləmək)
terslik elemek, keclik göstermek, inad elemek. Fərəc bəyin naqis cəhətlərindən birisi də nahaq yerə xırda işdən ötrü cəhl eləməsi, öz dediyini sübuta çatdırmağa çalışması, haqqı batil eləməsi imiş. Ə.Veliyev. Cəhlə salmaq
düz şeyi dolaşığa, çetine salmaq. [Şirzad Rüsteme:] Bəli, siz gərgin işləməkdən qor-xursunuz! Belə olmasaydı, aydın mətləbi cəhlə salmazdınız. M.Ibrahimov.

CƏHLKAR : Azerbaijani Explanatory Dictionary

sif ve is. [ər. cehl ve fars. kar] Ters, inadcıl, höcet, inad, dediyinden el çekmeyen, inadkar. çox cəhlkar adamdır.

CƏHRƏ : Azerbaijani Explanatory Dictionary

is.
Yun eyirmek üçün el ile işledilen en sade alet. Iydə varsa, cəhrədə də var. (Mesel). Mahmudun evinin qabağı. Sol tərəfdə evinin qapısı, qapının yanında bir cəhrə qoyulub. Ə.Haqverdiyev. [Göy-çek] sonra da cəhrənin böyründə oturub yun əyirməyə başladı. Ə.Veliyev.
məc. Nasaz, primitiv şey haqqında.

CƏHRƏÇI : Azerbaijani Explanatory Dictionary

is. köhn. Başqaları üçün ceh-rede yun eyiren.

CƏHRƏÇILIK : Azerbaijani Explanatory Dictionary

is. köhn. Cehrede yun eyirme işi, peşesi. Fatma cəhrəçilik edib bir növ gündəlik çörəyini qazanırdı. S.S.Axundov. Mən uşaqları cəhrəçiliklə böyütdüm. S.Re-himov.

CƏLAYİ-VƏTƏN : Azerbaijani Explanatory Dictionary

[ər.] Veteninden ayrı düşmüş, derbeder düşmüş, heyatını qürbetde keçiren. □ Cəlayi-vətən olmaq
vetenin-den ayrı düşmek, yurdsuz-yuvasız olmaq, qürbete düşmek, derbeder düşmek. [Qurbani:] Nə müddətdi cəlayi-vətən olmuşam; Baş gö-türüb Gəncə deyib gedirəm. "Qurbani". [Oxumuş adamların] heç biri şəhərimizdə baş çıxarda bilməyib, tamam cəlayi-vətən ol-muşdular.. E.Sultanov.

CƏLB : Azerbaijani Explanatory Dictionary

[ər.] özüneçekme, cezbetme. □ Cəlb etmək
1) çekmek, cezb etmek, özüne teref çekmek. Hamının hüsn-rəğbətini cəlb etmək.
[Sabbah:] Isfahan səmtini etdim məskən; Məni cəlb etdi Nişabur yenidən. H.Cavid. [Hüseyn] məharət işlədib kəsir yo-lunu; Yenidən cəlb edir döyüşə onu. M.Rahim. Sanki bu xaraba, Calalı bir maqnit kimi özünə cəlb edərək deyirdi. S.Veliyev; 2) bir işe qoş-maq, sövq etmek, bir işde iştirak etdirmek. Işə cəlb etmək. Söhbətə cəlb etmək.
[Demir Ataşa:] Urək qızdırdığın adamlardan bir neçəsini cəlb elə! Ə.Veliyev; 3) məc. Maraq oyatmaq, diqqetini çekmek. [Rüstembey]
..bığlarına və təzə qırxılmış üzünə elə məla-hət verdi ki, Sofyanın fikrini özünə cəlb etdi. çemenzeminli. Münəvvər xanımın şəkli-şəmayıli Hacını lap əvvəl gündən cəlb elə-mişdi. Mir Celal.

CƏLBEDICI : Azerbaijani Explanatory Dictionary

sif. çox celb eden, çox ma-raqlı. Cəlbedici kitab. Məclisdə, qonaqlıqda maraqlı və cəlbedici söhbət etmək bacarığı çox yüksək qiymətləndirilir.

CƏLD : Azerbaijani Explanatory Dictionary

sif.
zərf Tez, iti, yeyin, derhal. Cəld oxumaq. Cəld addımlamaq. Cəld çev-rilmək.
Xanlar cəld geriyə döndü. çuxur bir yer tapıb, daldalanmaq istədi. M.Hüseyn. Əlləzoğlu taxta kimi quru ovcunu qorun üstü-nə basıb, cəldyerə attıldı. İ.Hüseynov. □ Cəld tərpənmək
celd hereket etmek, qabaqla-maq. Cəld tərpənsəydin, belə olmazdı.
sif. Zirek, çevik, diribaş. Cəld uşaq.
Hər ikisi qızların; Bir-birindən qəşəngdi; Biri sakit görkəmli; Biri cəlddi, ürkəkdi. M.Dilbazi.

CƏLDLƏŞDIRMƏ : Azerbaijani Explanatory Dictionary

"Celdleşdirmek"den
f.is.

CƏLDLƏŞDIRMƏK : Azerbaijani Explanatory Dictionary

f. Süretini artırmaq, yeyinletmek.

CƏLDLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary

"Celdleşmek"den f.is.

CƏLDLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary

f. İşinde, hereketlerinde daha celd olmaq, zireklik, çeviklik göstermek.

CƏLDLIK : Azerbaijani Explanatory Dictionary

is. Diribaşlıq, zireklik, çevik-lik; hereketde, işde itilik, süret. Məmməd-vəli bir quş cəldliyi ilə ayağa qalxdı, o biri otağa keçdi. S.Rehman. Lakin [Əkber] heç vaxt
. özünde bele celdlik, cəsarət və möh-kəmlik hiss etməmişdi. Mir Celal. □ Cəld-lik eləmək (etmək)
zireklik göstermek, zirek (celd) terpenmek, çeviklik göstermek. [Alacehre] nə qədər cəldlik etsə də, axırda dadlı qoz ləpəsi onun əsir düşməsinə bais olardı. S.Axundov.

CƏLƏ : Azerbaijani Explanatory Dictionary

is. At quyruğu qılından ilmek şek-linde düzeldilen tele; duzaq. Hər səhər malların altını təmizləyib, su və yemlərini verdikdən sonra mən həyətimizdəki peyin-likdə cələ qurardım. M.İbrahimov. // Mec. menada. [Ağa:] Gözəl bir arvad da olsa, başı əziləsi bir ilandır. Az-az kişi onun cə-ləsindən çıxa bilər. S.Rehimov.
0 Cələ qurmaq məc.
birine qarşı hiyle qurmaq, tor qurmaq, tele qurmaq. Cələyə salmaq
tora salmaq. Uç nəfər mərd, sa-hibi-iman; Uçü bir yerdə etdilər peyman; Istəyib salsın özgəsin cələyə; Düşdülər öz-ləri haman tələyə. Ə.Qemküsar.

CƏLƏSƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn. İclas, meclis. Indi.. cələsə olacaq, gəl otur, sənə bir stəkan çay verim, sonra gedərəm. M.İbrahimov. [Hacı Əli:] Cələsəmizi açmadan əvvəl sizə xoş bir xəbər vermək istəyirəm. P.Makulu.

CƏLLAD : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
ölüm hökmünü icra eden adam. [Xan] cəllad çağırıb əmr elədi ki, Alı kişinin boynunu vursun. "Koroğlu".
.Başım cəllad əlində; Dilim səni haraylar.
(Bayatı).
məc. Qaniçen, qeddar, merhemetsiz adam. [Rehim:] Mahmud cəlladın biridir, ar-vadı ondan bədtər. Ə.Haqverdiyev. [Derviş:] O baxış öylə bir baxış idi ki, cəllad görsə idi, xəncərini yerə atardı. A.Divanbeyoğlu.
məc. klas. Gözelin meftunedici qaşla-rına, gözlerine işare. Siz bilin, mail oldum; Bir qaşı cəllada bu gün. Aşıq Əlesger.

CƏLLADLIQ : Azerbaijani Explanatory Dictionary

is. Zalımlıq, qeddarlıq, ama-nsızlıq, merhemetsizlik, yırtıcılıq. [Elxan:] Mən üzümə bir din qalxanı çəkib, cahangir-lərin cəlladlığını qəbul edə bilmərəm.
C.Cabbarlı.

CƏM : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Bir şeyin ümumi sayı, miqdarı, toplusu. □ Cəm etmək (eləmək)
- toplamaq, yığmaq. Xülasə, yoldaşlarımı bir yerə cəm elədim və ağdamlılar kimi baş-ladıq hesab görməyə. C.Memmedquluzade. Azacıq məvacibə qənaət edən muzdur öz boğazından qəpik-qəpik kəsib, on ilin ər-zində altı yüz manat pul cəm etmişdi. S.M.Qenizade. Cəm olmaq
toplaşmaq, yı-ğışmaq. Meşənin tamam bülbülləri tarların səsinə cəm olmuşdular. Ə.Haqverdiyev. Sa-bah açıldı. Gün qalxdı. Böyük, kiçik hamı kluba cəm oldu. Qantemir.
riyaz. Bir ve ya bir neçe ededin üst-üste getirilmesinden hasil olan eded, toplama.

CƏMADAT : Azerbaijani Explanatory Dictionary

is. [ər.] klas. Cansız tebiet. Əkin yeri iki qisim şeydən əmələ gəlib: bi-risi cansız şeydən, yəni cəmadatdan və bi-risi canlı şeydən, yəni heyvanat və nəbatat-dan məxluq olan şeylərdən. (Qezetlerden).