Azerbaijani Explanatory Dictionary
CORABBAGI : Azerbaijani Explanatory Dictionary
is. Corabı ayaqda saxlamaq üçün rezin, bağ ve s.
CORABLI : Azerbaijani Explanatory Dictionary
sif. Corab geymiş, ayağında corabı olan.
CORABTOXUYAN : Azerbaijani Explanatory Dictionary
is. Corab toxumağa mexsus maşın; corab toxuyan işçi. // Sif. me-nasında. Corabtoxuyan maşın. Corabtoxu-yan qız.
COŞDURMA : Azerbaijani Explanatory Dictionary
"Coşdurmaq"dan f.is.
COŞDURMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Qızışdırmaq, şiddet-
lendirmek, bütün gücü ile tezahür etdirmek. Hələ bu qadının munis və təvazökar bir qadın olması da insanın məhəbbətini coşdururdu. M.S.Ordubadi. Həyatbəxş və həssas bir hava
[Muxtarla xanıma] təmas edərkən qıdıqlan-dırdı, coşdurdu. çemenzeminli.
Hirslendirmek, acıqlandırmaq, qızışdır-maq, özünden çıxarmaq. Maya bir də ona görə Rüstəm kişinin qəzəbini coşdururdu ki, evində yetişmiş Pərşan vardı. M.İbrahimov. Hidayəti coşduran hər şeydən çox Sənubə-rin indiki halda belə sakitləşməsi, beləcə duy-ğusuz kimi laqeyd əyləşməsi idi. B.Bayramov.
COŞQUN : Azerbaijani Explanatory Dictionary
sif.
Coşmuş halda olan; qı-zışmış.
Bütün gücü, şiddeti ile tezahür eden;
güclü, gur, şiddetli; telatümlü. Coşqun sel.
- Saz o qədər məharətlə çalınırdı ki, nəğmə coşqun sular kimi axıb yayılırdı. A.Şaiq. Coş-qun Xəzər oynar ayaqlarında; Işıq saçan nefti torpaqlarında; Tarixlərin qızıl yarpaqlarında; Dadlı-dadlı sözləri var ölkəmin. C.Cabbarlı.
məc. Qızğın, güclü, şiddetli, hedsiz.
// məc. Ehtiraslı, qızğın, ateşin, heyecanlı.
Coşqun nitq. Coşqun baxışlar. // məc. Deli-
qanlı.
.Professor bu aramsız, diribaş, coşqun
gəncdən çox şey gözləyirdi. M.Rzaquluzade.
COŞQUNLAŞMA : Azerbaijani Explanatory Dictionary
"Coşqunlaşmaq"dan fis.
COŞQUNLAŞMAQ : Azerbaijani Explanatory Dictionary
f. Coşqunluğu artmaq, qızışmaq, şiddetlenmek. Dəniz getdikcə coş-qunlaşırdı.
COŞQUNLUQ : Azerbaijani Explanatory Dictionary
is. Coşqun şeyin halı; coş-qun, heyecanlı hal. Hər kəs dəli bir qan coş-qunluğu ilə irəliləyir, irəliləyirdi. H.Nezerli.
COŞMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Şiddetlenmek, çox güclen-mek, gurlamaq, tüğyan etmek; daşmaq, kük-remek (tebiet hadiseleri haqqında). Tufan getdikcə coşur. Dəniz coşmuşdu.
Bu çaylar coşar indi; Qaynayıb daşar indi; Gözüm dağ-larda qalıb; Yar gəlib aşar indi. (Bayatı). Kükrəsin şəlalə; Coşsun, çağlasın; Dağların ərköyün balasıdır o. N.Xezri.
.Dəniz Umidin xəyalları kimi coşub çaxnaşırdı. B.Bayramov. // məc. Qızışmaq, qaynamaq, cuşa gelmek.
.Məhəbbət coşdu, məni bürüdü, "Ruqiyyə, Ruqiyyə"dedirtdi. A.Divanbeyoğlu. [Quber-nator:] Insan qan yığdıqca coşar, qan verdik-cə susar. C.Cabbarlı.
məc. özünden çıxmaq, hirslenmek, qı-zışmaq, qezeblenmek. Coşub, qabağını sax-lamaq mümkün deyil. Niyə belə coşmusan?
- Tahir istər-istəməz təmkinini pozaraq coşdu. S.Rehimov. [Usta:] Ay arvad, ay Gül-pəri, coşma görək, axır nə olub ki? M.Hüseyn.
COŞUB-DAŞMA : Azerbaijani Explanatory Dictionary
"Coşub-daşmaq"dan f.is.
COŞUB-DAŞMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Güclenmek, şid-detlenmek, artmaq, gurlamaq, kükremek. Sel coşub-daşır.
Bu çay coşub-daşanda nə qanlar eləməmişdi. çemenzeminli. Külək də birdən əsdi; Coşdu-daşdı dalğalar. H.Hüseynzade. [Camal:] Qorxma, uçmaz, dəniz nə qədər coşub-daşsa da, heç nə eləyə bilməz. M.Süleymanov.
B ax coşmaq
ci menada. Bu sözüzə-rinə şişman adam coşdu-daşdı, ağzı köpük-lənərək:
Bu sözün sənə neçəyə mal olaca-ğını bilmirsən? A.Şaiq.
məc. Bir şeyin çoxluğunu, güclü teza-hürünü bildirir. Tarlada iş coşub-daşır. Bu əlamətdar günlərdə xalqın yaradıcılıq əzmi coşub-daşır.
COKƏ : Azerbaijani Explanatory Dictionary
is. bot. Diş-diş yarpaqları ve bol şi-reli, etirli çiçekleri olan ağac. Cökə
25 metr hündürlükdə, qışda yarpağı tökülən ağacdır. Ətirli çiçəkləri iyunda açılır, meyvəsi sen-tyabrda yetişir, çiçəklərindən arılar bal şirəsi yığır, toxumu yağlıdır, bəzən yeyilir: çiçəyi tərlədici dərman kimi işlədilir, oduncağı yüngül və möhkəmdir. H.Qedirov.
COKƏLİK : Azerbaijani Explanatory Dictionary
is. Cöke ağacları biten yer, cöke meşesi.
CONGƏ : Azerbaijani Explanatory Dictionary
is. Erkek, yeniyetme, cavan inek balası. Qəhrəman meşənin dərinliyində
.ala cöngəni sığallayıb tumarlayırdı. S.Rehimov. Yelinləri südlə şişmiş inəklər mələşə-mələşə, xam cöngələr böyürə-böyürə
. özlərini bu-laqların üstünə saldılar. Ə.Abasov.
COVHƏR : Azerbaijani Explanatory Dictionary
is. [ər. əsli farsca "gövher"den]
Her hansı bir üzvi maddenin distille ve s. kimyevi üsulla ayrılan yığcam mehlulu, şiresi. Nanə cövhəri (bax cövhərnanə). □ Cövhə-rini çəkmək
distille etmek, distille vasite-sile cövherini, xülasesini almaq.
köhn. Neft, ağ neft. [Hacı Sultan] Hərdən qənd və cövhər də alıb satır.. S.Hüseyn. [Şe-ref xala:] Qəbir üstünə getmişdim. Gec qa-yıtdım. Cövhər ala bilmədim, dükanlar bağlı idi. H.Sarabski.
məc. Bir şeyin (eserin, senedin, yazının, nitqin ve s.-nin) qısa, yığcam xülasesi, esas qayesi, meğzi: esil metleb. // məc. Əsil, maye, zat, kök. Eşq dərdi, ey müalic qabili-dərman deyil; Cövhərindən eyləmək cismi cüda asan deyil. Füzuli.
COVHƏRNANƏ : Azerbaijani Explanatory Dictionary
ax nanə cövhəri (ara-ğı) ("nanə"de).
COVLAN : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Dolanma, herlenme, dövri hereket; dövretme, dövran. Könlüm bu-lanır küçədə cövlanını görcək; Nitqim tutulur hərzəvü hədyanını görcək. M.Ə.Sabir. Qar-lı küləyin cövlanı sakitləşmək əvəzinə daha qüvvətlə davam eləməkdə idi. B.Bayramov. □ Cövlan etmək (vurmaq)
dolanmaq, her-lenmek, fırlanmaq, dövr etmek, dövre vur-maq. Odur, atlılar dəstə-dəstə, ya tək-tək uzaqdan görsənirlər. Bir qeyriləri də şəhər-dən çıxıb aşağı tərəf çapırlar, bunlar hamısı cövlan edirlər. C.Memmedquluzade. [Deli Semedin] axşamadək peşəsi şəhəri cövlan et-mək idi. çemenzeminli. Bəndalı qəfəsdən çıxmış aslan kimi cəld balaca açıq həyətdə bir cövlan vurdu. Mir Celal. Cövlana çıxmaq
gezmeye, dolanmağa çıxmaq. Əlioğlu Qara oğlan xallı atın belində cövlana çıx-mışdı. S.Rehimov. Gəl, gəl çıxaq cövlana; Qoy qızışsın ortalıq. M.Rahim.
COVLANGAH : Azerbaijani Explanatory Dictionary
is. [ər. cövlan vefars.
..gah] Gezinti yeri, seyr yeri, seyrgah.
COVR : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Cefa, zülm, eziyyet; incit-me, üzüntü. Fəqirə aid olan föhşü, cövrü, zül-mü, cəfanı; Böyükdə, zorbada, bəylərdə, xan-da görməli imiş. M.Ə.Sabir. Nola qəlbim, anam kimi ananın; Hər cövrünə, hər nazına dayana. B.Vahabzade. □ Cövr eləmək (et-mək) klas.
incitmek, ezab vermek, eziyyet vermek, cefa vermek, üzüntü vermek. Yar cövr etməz mana əğyar təlim etmədən; Bil-lah, əğyar eyləyən ehsanı yar etməz mana. Füzuli. Səndən savayə cövr eləməz yar, ey kö-nül; Netdin ki, sən bu lütfə səzavar olmusan? S.Ə.Şirvani. Ol qədr cövr et mənə, ah etmək imkan olmasın! M.Ə.Sabir. Cövrünü çək-mək
her ezabına dözmek, her derdine, eziyyetine qatlaşmaq. [Qurbani:] Bir gör fə-ləkin dövrünü; Mən çəkmişəm çox cövrünü.. "Qurbani". [Meşedi Cahangir:] Sənin cövrünü hər yerdə lələşin çəkib, çəkəcək! Mir Celal.
COVR-CƏFA : Azerbaijani Explanatory Dictionary
is. [ər.] klas. Bax cövr. Bən nə təriqü vəchlə cövrü cəfadən usanım; çün-ki həmişə yarımın cövrü cəfası yarədi. Nesimi.
Ey bivəfa, məni cana yetirdin; Bunca cövrü cəfa birdən olurmu? Q.Zakir. □ Cövr-cəfa etmək (eləmək)
zülm etmek, ezab vermek, incitmek. Hər qədər eyləyəsən cövrü-cəfa; Mən sənə eyləməzəm qeyri-vəfa. S.Ə.Şirvani.
CÖVUZ : Azerbaijani Explanatory Dictionary
is. Qoz. Dərin dərələrin içindən üzüyuxarı dikələn və hər tərəfə alaçıq kimi yayılan irişaxəli qoz ağacları öz balaca göy cövüzləri ilə dayanıb dururdular. S.Rehimov.
COvUZQIRAN is. Qoz sındırmaq üçün alet; qozsındıran.
COVZƏ : Azerbaijani Explanatory Dictionary
ax kəm
CUBBULU : Azerbaijani Explanatory Dictionary
ax cumbulu.
CUHUD : Azerbaijani Explanatory Dictionary
dan. Bax yəhudi. Əttarların ləz-zəti cuhudun evi bağlanandan bəri qaçıb. Ə.Haqverdiyev. Buynakski küçədən qoca bir cuhud arvadı dəstəyə gəlib soruşdu.. Qantemir.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani