Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
AGZIYAVALIQ : Azerbaijani Explanatory Dictionary

is. dan. Söyüşkenlik, edebsiz danışmaq xasiyyeti, ağzıpertövlük. Axı bu ağzıyavalığın sənə nə iaydası var ki, öz həmməzhəblərini xarici ölkələrdə bəla və qaxınc oxuna hədəfi edirsən.. M.F.Axundzade.

AGZIYELLI : Azerbaijani Explanatory Dictionary

sifi. dan. Yeke-yeke danışan; herbe-zorba ile, hede-qorxu ile danışan. Ağzıyelli adam.
Polis, jandarm və ağzıyelli mürtəcelərin zülmü xeyli azalmış, müxtəlii hizblər, ittihadiyyələr meydana çıxmışdı. M.İbrahimov.

AGZIYIRTIQ : Azerbaijani Explanatory Dictionary

sifi. dan. Sirr saxlamayan, söz saxlamayan; boşboğaz, çeren-peren danışan.

AGZIYIRTIQLIQ : Azerbaijani Explanatory Dictionary

is. Sirr saxlamamaq xasiyyeti; boşboğazlıq.

AGZIYUXARI : Azerbaijani Explanatory Dictionary

zərfi Yuxarıya doğru, yuxarı terefe istiqamet alaraq; üzüyuxarı, başıyuxarı. [Feteli xan] o döşdən tutmuş bu Şuşa dərə-lərini qoşunu ilə doldurmuşdu,
. ağzıyuxarı qalaya tərəi daraşmışdılar. çemenzeminli.

AH : Azerbaijani Explanatory Dictionary

nida. Ağrı, heyecan, hesret ve s. hissleri ifade edir. Ah, başım ağrıyır.
Ah, zalım! Ah, kim, oldum yolunda can fiəda. M.Ə.Sabir. Bir zaman, ah ki, bir tair idim azadə; Əcəba, kim məni saldı bu xəraba-badə? M.Hadi. [Sefer bey:] Ah! Yaman yo-rulmuşam, səhər sübhdən gəzirəm, heç bir zad tapa bilmədim. B.Talıblı. // Is. məna-sında. Feryad, feğan. Rəsulam, ahıma dağlar dayanmaz; Dərdim çoxdur mənim kimsələr bilməz. "Aşıq Qerib". Bu ahdan sonra deyəsən onun [Mesum kişinin] sinəsi şum-lanmış zəmi kimi boşaldı. Mir Celal. // Teessüf, keder, peşmanlıq, ümidsizlik, meyusluq ifade edir. Ah, bilsəydim, heç gəlməzdim! Ah, onu bir daha görməyəcəyəm!
- [Bahadır:] Ah, insanı bir-birindən ayıran "Uçurum dərələr!". Mən sizi məhv etmək istərkən, siz məni məhv etdiniz. N.Nerimanov. [Sedef:] Ah, bu beş il, indi o günlər mənə bir yuxu kimi gəlir. İ.Əfendiyev. // Təəccüb, heyrət, sevinc, həmçinin gözlənilməz bir şey qarşısında doğan hissləri iiadə edir. Ah, nə gözəl mənzərədir! Ah, nə yaxşı gəldin! □ Ah çəkmək
keder, qüsse, teessüf, hesret, heyret, heyecan ifadesi olaraq "ah" demek. Ala gözlüm, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür. Aşıq Əlesger. Qoca tarzən Cavadın arvadı müz-tərib halda tez-tez qapını açıb, küçəyə baxırdı və ah çəkərək otağa qayıdırdı. Ə.Haqverdiyev. Sona xala
. dərdini mənə söylədi. Axırda bir ah çəkərək dedi:
Kaş oğlum Bəşir sağ olaydı, bu azadə qadınları görəydi. S.S.Axundov. Ah etmək (eləmək)
- hesret çekmek, teessüflenmek, qemlen-mek, ah çekmek. Əğyar əlindən ah edərəm hər nəiəs, vəli; Cövri həmişə aşiqi-miskinə yar edər. Nesimi. Ah eylədigim sərvi xura-manın üçündür. Füzuli. Ah eylədigim nəşəyi-qəlyanın üçündür. M.Ə.Sabir.
is. Feryad, feğan. çərxə çıxardı ahımı, canımı yandırdı qəmin. Nesimi. Dağıdır hər ləhzə rəxti-eyşimi ahim yeli. Füzuli. Əflakə kəmənd atdım sənsiz; Hər ah ki, çəkdim aşi-qanə. Heyran xanım. Yandırır atəşi-ahilə gülü gülzarı; çəkməyin Seyyidi, yar olmasa, gülzarə tərəf. S.Ə.Şirvani. □ Ahı göyə (göylərə) çıxmaq (ucalmaq)
feryad etmek, son derece kederlenmek, qüsselen-mek, qemlenmek, inlemek. Gah göstərdi qədin, göylərə çıxdı ahım; Gah göstərdi gö-zün, eylədi bimar məni. S.Ə.Şirvani. Möhnət çəmənindən gül dərə-dərə; Ucalır şairin ahı göylərə. S.Vurğun.
is. köhn. Beddua, qarğış. Atanın duası əsər eylər, ananın ahı. (Ata. sözü).

AHA : Azerbaijani Explanatory Dictionary

nida.
Bir şeyi birden-bire başa düşdükde, bir şeyi axtararken gözlenilme-den ona rast geldikde, yaxud da unudulan bir şey birden yada düşdükde deyilir. Aha, yadıma düşdü! Aha, yaxşı əlimə düşmüsən! Aha, sən də gəlmisən ki? Aha, o da bura-dadır!
[Qaraş:]
.Qorxuram, çata bilmə-yələr.. Aha, qoçaq Novruz, deyəsən, özünü yetirəcək.
.Deyəsən tutacaq. C.Memmed-quluzade. Həmin medallı hamballardan birisi Məşədi Əsgəri görcək "Aha! Maşadi, cəhənnəm ol buradan"
deyə hayqırdı. S.M.Qenizade. [Lale:] Aha,
. demək, sizin belə də işiniz varmış! İ.Əfendiyev.
Tesdiq, razılıq bildirir: elbette, yaxşı, he, beli, doğru. Aha, aha, elə lazımdır.

AHALLAŞMA : Azerbaijani Explanatory Dictionary

"Ahallaşmaq"dan f.is. AHALLAŞMAQ b a x ahıllaşmaq. AH-AMAN b a x aman
cı menada. öz
qəti hökmünü verəcək zaman; Dünya gör-məyəcək bir də ah-aman! Ə.Cemil.

AH-ƏFGAN : Azerbaijani Explanatory Dictionary

AHü ƏFGAN is. [fars.] b a x ah-nalə, ahü nalə. Ahü əfğanı bülbüllər; Dili-şeydadan öyrənmiş. Q.Zakir.

AHƏN : Azerbaijani Explanatory Dictionary

is. [fars.] klas. Demir. Peykan-larınla doldu tənim, afərin sənə; Bidad çək-məyə tənimi ahən eylədin. Füzuli. O qədər ki, peykan vurub cismimə; Itibdir bədənim ahən içində. Q.Zakir.

AHƏNG : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Sesler, rengler ve s. arasında uyğunluq, müvafiqet. Ahəngi poz-maq. Səslərin xoş ahəngi. Boyalarda ahəng yoxdur.
Səslərin ahəngi cırcıramanın oxu-masına elə bənzəyirdi ki, sanki, doğrudan da, cırcırama o sözləri deyirdi. S.S.Axundov. // Mec. menada. Sabunçudan şəhərə gələn qatar küçənin ahəngini birdən-birə dəyiş-dirdi. M.S.Ordubadi.
.Hər şey əbədi və pozulmaz bir ahənglə qəlbini oxşayır, hər şey füsunkar bir gözəlliklə ona [Firiduna] baxıb gülümsəyirdi. M.İbrahimov.
məc. Gözel ses, avaz. Bu səs Jenyanın qulağında başqa bir ahənglə cingildədi. M.S.Ordubadi. [Mirze Valeh] bülbüllərin min bir nəğməsini dinləyir,
. axırda bir neçə beyt söyləyir, bu ahəngə qoşulurdu. S.Rehi-mov. // Ton. Balacayev acıqlı bir ahəng ilə:
Bəs bu gün haranız ağrıyır?
deyə soruşdu. S.Rehimov. Gəldiyev həmişə səsinə, hərəkə-tinə sirli bir ahəng verməyi sevərdi. Mir Celal.
Neğme, mahnı, hava. Səhər bülbüllər əfğanı deyil bihudə gülşəndə; Füzuli, naleyi-dilsuzinə ahəng tutmuşlar. Füzuli. Oxu şid-dətlə bir ahəngi-hicaz; Ucadan başla, oxu bir avaz. S.Ə.Şirvani. Bizi ahənglərin şad eylər; Qəlbi yatmışları irşad eylər. A.Sehhet.
◊ Ahəng qanunu dilç.
esasen türk dil-lerinde: sözlerde, hemçinin kök ve şekilçi-lerde qalın saitlerin qalınları, incelerin ince-leri izleyib, bir-birine uyğunlaşması hadisesi.

AHƏNGDAR : Azerbaijani Explanatory Dictionary

sif. [fars.]
Sesleri ve ya rengleri arasında uyğunluq (aheng) olan; qulağa (göze) xoş gelen, qulaqları (gözleri) oxşayan, gözel seslenen; ahengli, xoş, letif. Ahəngdar səs. Ahəngdar şeir. Ahəngdar nəğmə.
Əncir ağacı altında inləyən sazın ahəngdar səsi ətrafı bürümüşdü. A.Şaiq. Sabahın bu ahəngdar musiqisini ordan-burdan ucalan insan bağırtıları, at kişnə-mələri, şeypur nidaları pozurdu. M.Rzaqu-luzade.
məc. Uyğun, müntezem, qaydalı, selis. Canlı orqanizmin ayrı-ayrı üzvləri həmişə bir-biri ilə ahəngdar (z.) işləyir.
Harada isə, lap uzaqda tənha bir traktorun ahəng-dar tırıltısı eşidilirdi. İ.Şıxlı. Bəsti çox ahəngdar bir surətdə işləyirdi. Ə.Sadıq.

AHƏNGDARLIQ : Azerbaijani Explanatory Dictionary

is.
Sesler ve s. ara-sında uyğunluq. Musiqinin ahəngdarlığı. Nəğmənin ahəngdarlığı. Səslərin ahəngdar-lığı.
Şerim sərbəstdir bir qədər; Birdən ahəngdarlıq sevən Xəzər; Məndən küsər. M.Araz.
Uyğunluq, müntezemlik. Bədən tərbi-yəsi və idmanla müntəzəm məşğul olmaq hərəkətlərin ahəngdarlığına da olduqca gözəl təsir göstərir.

AHƏNGLƏNDİRMƏ : Azerbaijani Explanatory Dictionary

"Ahenglendirmek"-den f.is.

AHƏNGLƏNDİRMƏK : Azerbaijani Explanatory Dictionary

f. Ahenge salmaq, müeyyen ahenge tabe etmek; sesleri ve s.-ni bir-birine uyğunlaşdırmaq.

AHƏNGLƏŞDİRMƏ : Azerbaijani Explanatory Dictionary

"Ahengleşdirmek"-den f.is.

AHƏNGLƏŞDİRMƏK : Azerbaijani Explanatory Dictionary

ax ahənglən-dirmək.

AHƏNGLİ : Azerbaijani Explanatory Dictionary

a x ahəngdar. Gecə sakit və sirli görünürdü. O, sanki min ahəngli cazi-bədar bir musiqi ilə insanları oxşayır,
. ürək-lərini yumşaldırdı. M.İbrahimov.

AHƏNGLİLİK : Azerbaijani Explanatory Dictionary

a x ahəngdarlıq.

AHƏNGSİZ : Azerbaijani Explanatory Dictionary

sif Sesleri ve ya rengleri arasında uyğunluq (aheng) olmayan, qulağa (göze) xoş gelmeyen. Ahəngsiz nəğmə, şeir, musiqi, rəsm. // Uyğunsuz.

AHƏNGSİZLİK : Azerbaijani Explanatory Dictionary

is. Sesler ve ya rengler arasında uyğunluq (aheng) olmaması. Nəğ-mənin, şerin, musiqinin ahəngsizliyi. Rəng-lərin ahəngsizliyi.

AHƏNRÜBA : Azerbaijani Explanatory Dictionary

is. [fars.] bax maqnit. Ahənrüba
yunanca miqnatis, rusca maqnit, bu bir cövhərdir ki, dəmiri cəlb edir. C.Memmedquluzade. Məlumdur ki, ahən-rübani dəmirin yanına gətirəndə onu çəkir. H.Zerdabi. // məc. Cezbedici qüvve, cazibe. Onda sanki ahənrüba var idi.
Könül qərq oldu əşki-alə, lakin tazə can tapdı; Su içrə qalsa da xasiyyəti-ahənrüba getməz. S.Ə.Şirvani. Bu sözlər elə bil hamını ahən-rüba kimi özünə çəkdi. S.Rehman.

AHƏSTƏ : Azerbaijani Explanatory Dictionary

sif ve zərf [fars.] Asta, yavaş, ağır, üsullu. Dərənin hər iki tərəfindən bit-miş yüzillik palıd və fıstıq ağaclarının bu-daqları ahəstə əsən nəsimdən hərəkətlidir. M.F.Axundzade. Ey dil, amandı, sirrini bi-ganə bilməsin; Ahəstə zülfi-yardə yat, şanə bilməsin! M.Ə.Sabir. [İlyasov] bir az cəsa-rətsizlik hiss olunan ahəstə səslə əlavə etdi.
Mir Celal.
ahəstə-ahəstə zərf Yavaş-yavaş, ağır-ağır. Göyün ulduzları da guya bir-biri ilə məhəbbətdən dəm vururdular. Bədirlənmiş ay bunların arasında ahəstə-ahəstə məbhut gəzib, dünyaya tamaşa edirdi. Ə.Haqverdi-yev. Günəş dağın dalından ahəstə-ahəstə çıxırdı. S.S.Axundov.

AHƏSTƏCƏ : Azerbaijani Explanatory Dictionary

zərf Astaca, astalıqla, ya-vaşca, yavaş-yavaş, üsulluca. çox soyuqdur çıxan ahəstəcə tək-tək nəfəsi; Bədənində donuşub laxtalanır qan, ölüb-ə! M.Ə.Sabir. [Meşedi Əsger] ahəstəcə qapını açıb içəri girdi. S.M.Qenizade. // Pesden, yavaşdan. Gülxar ahəstəcə mahnı oxuyurdu. Ə.Veliyev.