Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
AH-FƏGAN : Azerbaijani Explanatory Dictionary

AHü FƏGAN b a x ah-nalə, ahü nalə
ci menada. Könlüm quşu görəndə çü zülfün kəməndini; Ahü fəğanü nalədə biixtiyardır. Heyran xanım. Sınıbdır xatirim səndən, dəxi ahü fəğan etməz. S.Ə.Şirvani. Hər tərəfdən ucaldı ahü fəğan. H.Cavid.

AH-FƏRYAD : Azerbaijani Explanatory Dictionary

AHü FƏRYAD bax ah-nalə, ahü nalə. [Paşa bey:]
.Mənə heç olmasa bir yadigarın qalsa idi, bu qədər ah-fəryad eləməzdim. Ə.Veliyev.

AHIL : Azerbaijani Explanatory Dictionary

sif. [fars.] Yaşa dolmuş, yaşlı, qo-calmağa başlayan, qocalıq elametleri göster-meye başlayan. Ahıl kişi. Ahıl arvad.
Neçə nəfər ahıl və cavan qadınlar arxalarında səhəngləri gəlib səhnədən keçmək istəyirlər. Ə.Haqverdiyev. [Hacı Ferec:] Necə bilirsən, kərbəlayı, Zinyət xanım bir cavan oğlana get-sə yaxşıdır, yoxsa bir ahıl, namaz qılan Allah bəndəsinə getsə? N.Vezirov. // İs. mena-sında. Eşitdim ahılların şirin zümzüməsini; Dinlədim lay-lay deyən anaların səsini. Ə.Cemil. Yorulmuş gəncləri evdə çörək yeyib qayıdan ahıllar əvəz edirdilər. M.Hüseyn.

AHILLANMA : Azerbaijani Explanatory Dictionary

"Ahıllanmaq"dan f.is.

AHILLANMAQ : Azerbaijani Explanatory Dictionary

a x ahıllaşmaq.

AHILLAŞMA : Azerbaijani Explanatory Dictionary

"Ahıllaşmaq"danf.is.

AHILLAŞMAQ : Azerbaijani Explanatory Dictionary

f. Yavaş-yavaş yaşa dol-maq, qocalmağa başlamaq.

AHILLIQ : Azerbaijani Explanatory Dictionary

is. Ahıl adamın halı.

AH-NALƏ : Azerbaijani Explanatory Dictionary

AHü NALƏ is. Feryad, ağla-ma, ah-vay, ağlayıb-zarıma. Hərbilər dərhal ah-nalə edən Musa kişinin üstünə atıldılar. Onu götürüb aparmaq istədilər. M.İbrahimov. O biri otaqda Səlimnaz arvadın ah-naləsi ucaldı. M.Hüseyn. □ Ah-nalə etmək
fer-yad etmek, ağlamaq, ağlayıb-zarımaq.

AHU : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Ceyran. Ətirlərimizin əlası müşkdür ki, ahunun göbəyinin qanın¬dan ibarətdir. C.Memmedquluzade. Məstan bir qaçan ahuya dönüb, indi kəməndə gəl-mir. S.Rehimov.
Şairane teşbihlerde: dilber, gözel. Aşiqi-dilxəstəni hərdəm sorar, ahu gəlir. Xetayi. Möcüz budur ki, ahuya ahu şikardır. Heyran xanım. □ Gözləri ahu, gözü ahu
bax ahugözlü. Ey badi-səba, qasidi-müşkinə rəvayih; Ol gözləri ahuyə qıl əhvalımı vazih. S.Ə.Şirvani. Ahu gözlər
iri ve gö-zel gözler. Vaqifgeyinib otaqdan çıxdı və yenə gözucu arvadını süzdü: qara, ahu göz-lərdə odlu yaşlarparlayırdı. çemenzeminli.
◊ Ahuyi-xəta, ahuyi-xətən
esil menası "çin ahusu" olub, klassik şeirde gözele, dilbere işaredir. Bənzər ahuyi-xətayə rəvi-şin filcümlə; Yoxsa tərzi-nigəhi nərgisi-şəhla nə bilir? Q.Zakir. çin əhlinə göstər gözəlim, çeşmlə zülfün; Fəxr etməsin ahuyi-xətən, müşki-tərim var. Ə.Vahid.

AHUBAXIŞLI : Azerbaijani Explanatory Dictionary

şair. b a x ahugözlü.

AH-UF : Azerbaijani Explanatory Dictionary

a x ah-vay. Arvad o qədər ah-uf elədi ki, az qaldı bağrı çatlasın. Ə.Veliyev.

AHUGÖZLÜ : Azerbaijani Explanatory Dictionary

sif. şair. İri ve gözel gözleri olan (qadın, qız haqqında). Apardı ağlımı bir ahugözlü; Bir bənövşə boylu, bir laləüzlü. M.V.Vidadi. O ahugözlü, deyirlər, bu gün şikarə gedib; Alıbdı səbrü qərarımı aşikarə gedib. S.Ə.Şirvani.

AHUYERIŞLI : Azerbaijani Explanatory Dictionary

sif. şair. Gözel yerişli (klassik edebiyyatda gözelin epitetlerinden biri).

AH-VAY : Azerbaijani Explanatory Dictionary

AHü VAY is. Derd, keder, qüsse, qem. çox etdi mənçün ah-vayı; Gö-zündən axıtdı dürlü çayı. Xetayi. // Feryad, feğan.
.Getdikcə şəhərin hər tərəfini saran fəryad və ah-vay səslərini eşidirdik. M.S.Ordubadi. Mən az görməmişəm bu sa-rayları; Burda göyə çıxan ahü vayları. S.Vurğun. □ Ah-vay etmək
kederlen-mek, derdlenmek, derd ve qüsseden şika-yetlenmek. // Feryad etmek. Yeni məhbus uzun müddət ah-vay etmiş,
. düşdüyü yerdə yatıb qalmışdı. M.İbrahimov.

AH-VAYÇI : Azerbaijani Explanatory Dictionary

sif. Ah-vay eden, şikayet-lenen, daim inildeyen, sızlayan. Görünür, bu cür ah-vayçı nitqlər yığıncaqdakıların zəhləsini tökmüşdü.

AH-ZAR : Azerbaijani Explanatory Dictionary

AHü ZAR is. Ah çekme, sız-lama, zarıldama; feryad, inilti. Ey yüzi gül-şən, sana bu ah-zarım xoşmudur? Nesimi. Nə vaxtadək ğəmi-hicrində ahü zar çəkim? X.Natevan. çəməndə bülbül oxur, ya fəğani-Seyyiddir? Gənə bu nəğmə onun ahü zarına bənzər. S.Ə.Şirvani. Nədir sənin dərdin, bu nə ahü zardır? U.Hacıbeyov. □ Ah-zar etmək (eləmək)
ah çekmek, sızlamaq, zarıldamaq, feryad etmek, inilde-mek. Günahsız dustaq ah-zar eləməyə baş-ladı. M.F.Axundzade.

AX : Azerbaijani Explanatory Dictionary

nida.
Teeccüb, teessüf, arzu, hes-ret ve başqa hissleri bildirir (bezen tekrar şeklinde işlenir). Ax, az qala yadımdan çıx-mışdı. Ax, nə gözəldir!
Ax, necə kef çəkməli əyyam idi! M.Ə.Sabir. [Əvvelinci azarlı:] Ax! Ax! Vallah, bilmirəm ki, bu nə dərddi ki, gəlib yapışıb yaxamdan. C.Memmedqulu-zade. [Sara:] Ax, fələk! Bu nə fəlakətdir məni saldın, mən ki ömrümdə bir kəsi incitməmişəm. C.Cabbarlı.
Mezemmet, töhmet, danlaq bildirir. [Ağa Merdan:] Ax, məlun gör nə mərtəbədə qaim və xəsis adamdır. M.F.Axundzade. [Əşref:] Ax, onun əlindən nələr çəkmədim? A.Şaiq.

AXAN : Azerbaijani Explanatory Dictionary

f.sif.
B a x axar
ci menada. [Salam] lal axan kəhriz suyundan ovuc dolusu içdi. Mir Celal.
məc. Süzgün, xumar. Yuxusuz maraltək hərdən süzülüb; Axan gözlərinin sədəqəsi canım. Q.Zakir.
◊ Axan ulduz
fezalardan çox iti süretle yere düşen ve bu zaman güclü işıq veren göy cismi.

AXAR : Azerbaijani Explanatory Dictionary

sif. Daim axan (axmaz eksi). Axar su. Axar çay. Axar bulaq.
Sevgili bir çoban, on biryaşında; Düdük çalır axar sular başında. H.Cavid. Yenə axar çaylar üstdə dəmir körpü qurulacaq. S.Vurğun. Səltənət axar su axtarırdı. Mir Celal.
is. Cereyan semti, istiqameti. Suyun axarı. çayın axarı ilə getmək.
məc. Selis, revan, ahengdar. Noldu söy-lədiyin axar qoşmalar; Andımı həsrətlə səni hər nigar?! S.Vurğun.

AXAR-BAXAR : Azerbaijani Explanatory Dictionary

is.
Her terefi açıq ve xoş menzereli yer, göz işledikce görünen
yer; menzere. Əlli beş evdən ibarət olan bu kəndin çox gözəl və qəşəng axar-baxarı vardı. Ə.Veliyev.
Suayırıcı; iki çay ve ya su hövzesini bölen xett.

AXAR-BAXARLI : Azerbaijani Explanatory Dictionary

sif. Her terefi açıq ve
xoş menzereli. Alaçığımız obadan bir az uzaq, atamın bəyəndiyi axar-baxarlı gözəl bir yerdə quruldu. A.Şaiq.

AXARLI : Azerbaijani Explanatory Dictionary

sif.
xüs. Hereket zamanı hava-nın müqavimetine daha az meruz qalmaq üçün müvafiq bir formada düzeldilmiş (avto-mobil, teyyare haqqında). Təyyarənin qanadı hava üçün xüsusilə axarlı (z.) qayrılmışdı.
Bir terefden axar yeri olan, durğun olmayan. Axarlı göl.

AXARLIQ : Azerbaijani Explanatory Dictionary

is.
Qerarsızlıq, sebatsızlıq, tez-tez deyişme. Işçi qüvvəsinin axarlığı.
məc. Selislik, ahengdarlıq, revanlıq. Şerin axarlığı. Musiqinin axarlığı.