Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
AXITDIRMAQ : Azerbaijani Explanatory Dictionary

a x axdırmaq.

AXITMA : Azerbaijani Explanatory Dictionary

"Axıtmaq"dan f.is.

AXITMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Axmasına sebeb olmaq. Suyu axıtmaq. Südü axıtmaq. Qan axıtmaq (adam öldürmek, ya yaralamaq).
Göztək bulaqlardan, buztək suları; Axıdıb çaylara qatar o dağlar. H.K.Sanılı.
Tökmek. Ey Füzuli, axıdıb seyli-sirişk ağlıyalı; Eşq əhlinə fəğan etməyi qanun etdin. Füzuli. Axıtdım alnımın inci tərini; Yanma-dım ömrümün iki ilinə. S.Vurğun. □ Göz yaşı, yaxud gözlərinin yaşını axıtmaq
ağlamaq. Lotular oturub bir qədər mərhumu yalanbaşdan yad edib, göz yaşı axıtdılar. "Aşıq Qerib". Şahməmməd adı eşidəndə pişxidmətin rəngi saraldı. Gözlərinin yaşını axıdaraq səcdəyə düşdü. çemenzeminli.
məc. çoxlu miqdarda ve ardı-arası ke-silmeden göndermek, yollamaq. Hər beşdə, üçdə etdi, hər səmtə bir səyahət; Hər bir səyahətində, seltək axıtdı sərvət. M.Ə.Sabir. [Uluca:] Başlayır kinə, çökür şən-şövkət; Axıdır Ruma xəzinə, sərvət. A.Şaiq.
Axar su ile göndermek. çayla ağac axıtmaq.
məc. Süzmek, baxmaq. [Qazı] bir qədər qabağa gəlib qoşa ovcunu tutub qabağa və gözlərini yuxarı axıdıb.. C.Memmedquluzade.

AXIZDIRILMAQ : Azerbaijani Explanatory Dictionary

məch. Azca-azca axı-dılma, tökülmek.

AXIZDIRMAQ : Azerbaijani Explanatory Dictionary

f. Azca-azca axıtmaq, tökmek.

AXIZMAQ : Azerbaijani Explanatory Dictionary

a x axızdırmaq.

AXİRƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Dini etiqadlara göre, ölenden sonra insanların düşeceyi ikinci ve ebedi dünya. Ey xoş ol sərməst kim kön-lündə şövqü sövqdən; Axirət əndişəsi, dünya xəyalı qalmadı. Füzuli. Axirət sözünü salma yadına; Dürüst deyil mütləq etiqadına.. M.V.Vidadi. Bizim həmməzhəbimiz olan elm və savad sahibləri indiyə qədər ancaq xalqın axirət mənafeyinə dair yazılar yaz-mışlar. M.F.Axundzade.

AXİRƏTLİK : Azerbaijani Explanatory Dictionary

is.
Axirete mensub olan.
Dine sadiq qalmaqla ve öz emellerile axireti qazanmış adam.

AXİRƏTSİZ : Azerbaijani Explanatory Dictionary

sif. din. Dinsiz, imansız, günahkar. [Şirin:] Paho, paho! Nurcahan qarı, axirətsiz, nə tez xam yerə şikarə çıx-mısan? N.Vezirov.

AXİRÜLƏMR : Azerbaijani Explanatory Dictionary

ara söz [ər.] Axırda, neti-cede, işin axırında, en nehayet. Axirüləmr, məsələ anlaşıldı. C.Memmedquluzade. [Meşedi Əsger] axirüləmr naümidliklə yenə öz evi tərəfə üz döndərib Qanlı təpə üstünə qayıtdı. S.M.Qenizade. Axirüləmr Aslan naçar qalıb Sitarənin sözlərinə razı olmağa məcbur oldu. C.Cabbarlı.

AXMA : Azerbaijani Explanatory Dictionary

"Axmaq^&#
dan f.is.

AXMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Bir istiqametde getmek, cereyan etmek (mayeler ve hava haqqında). çay axır. Su axır. Damarlarda qan axır.
Ərir dağın, çölün qarı; Axır dərələrə sarı. A.Sehhet. [Tahir] pəncərədən içəri axan təmiz havada xumarlana-xumarlana yuxuya getdi. M.Hüseyn.
Sızmaq, xarab olduğu üçün mayeni bu-raxmaq. Dam axır. Qab axır. Kran axır.
Damcı-damcı tökülmek (axmaq). Qa-pında inləyim mən; Sözü de, dinləyim mən; Qoy axsın gözüm yaşı; Bir az sərinləyim mən. (Bayatı).
məc. Gelmek, tökülmek. Alovlar dağı-dan xoş nəfəsindən; Hər əsgər qəlbinə min qüvvət axdı. S.Vurğun. [Mürsel kişi] qəmli ürəyinə axan bir sevincin təsiri ilə gülüm-sündü. M.Hüseyn.
məc. Qüvvetli kütle ve ya izdiham ha-lında hereket etmek, irelilemek, yerimek, getmek, gelmek. Qoşunlar ardı-arası kəsil-mədən axıb gedirdi.
Nəhayət, kəndlilərdən biri ayını tüfəng ilə vurub öldürüncə qələbəlik ayının yuvasına doğru axdı. A.Şaiq. Hamısı dönüb geriyə baxdı, bəziləri isə səs gələn tərəfə axıb getməyə başladı. M.S.Ordubadi. Bu təklifi qəbul edərək xalq saray meyda-nına tərəf axmağa başladı. S.S.Axundov.
məc. Sakit, müntezem hereket etmek. Buludlar sakit-sakit göydə axır. // Selislik, ahengdarlıq menasında. Musiqinin səsi axır.
məc. Getmek, ötmek, keçmek (bezen "axıb getmek" şeklinde işlenir). Vaxt çox tez axıb gedir. Həyat öz qaydası ilə axıb gedir. Hər şey axır, hər şey dəyişir.
Bu vəfasız ömür, bu coşqun dərə; Gərək boş-boşuna axıb keçməsin. M. Müşfiq. Fikrində, hissində inqilab yarat; Anla ki, hər zaman axır bu həyat! S.Vurğun. // məc. Cereyan etmek, başa gelmek, keçmek. Həyat öz məcrası ilə axır.
Suyun üzü ile, cereyanı ile getmek; cereyan aparmaq. Qayıqlar sahil yanından axıb keçdi.
məc. Süzgün göz haqqında. Min yerdən "can!" deyildi; Hər axan süzgün gözə. Ə.Cavad. // Ozünden geden, can veren ada-mın gözleri haqqında.

AXMAQ : Azerbaijani Explanatory Dictionary

sif. Sefeh, ağılsız, gic. Axmaq adam.
Əlhəq, münəccimbaşı dəxi görünür ki, çox axmaq imiş. M.F.Axundzade. // Mena-sız, boş (söz, hereket, iş ve s.). Axmaq hərəkət. Axmaq iş tutmaq. Axmaq fikir.
[Rüstem bey:] Həsənqulu bəy, Rza bəy, sizin üçün eyib olsun ki, bu cürə axmaq sözə inanıb, mənim qapıma gəlirsiniz. U.Hacıbe-yov. [Tarverdi:] Mən özüm də istəməzdim onun axmaq sözlərini söyləyim. C.Cabbarlı. // Zerf menasında. [Tubu:] Axmaq danış-
mıram, sözün gerçəyini mən deyirəm. Ə.Haqverdiyev. // Bezen söyüş kimi işlenir.
axmaq-axmaq zərf[Hemze bey:] Biri bir axmaq söz dedi, gərək bunlar da oturub ona axmaq-axmaq gülələr. Ə.Haqverdiyev.

AXMAQCA(SINA) : Azerbaijani Explanatory Dictionary

zərf Axmaq kimi, ağılsızcasına. Axmaqcasına hərəkət et-mək. Axmaqcasına inanmaq. Axmaqcasına tərslik etmək.

AXMAQLAMA : Azerbaijani Explanatory Dictionary

"Axmaqlamaq"dan f.is.

AXMAQLAMAQ : Azerbaijani Explanatory Dictionary

f. Sefehlemek, ağlını
itirmek, gicleşmek, xeriflemek. // Axmaq iş tutmaq, axmaqca hereket etmek, axmaqca sözler danışmaq. [Soltan bey:] Axmaqlama, axmaqlama! Gəl bəri, gedək o biri otağa, gör sənə nələr söyləyəcəyəm. U.Hacıbeyov.

AXMAQLAŞMAQ : Azerbaijani Explanatory Dictionary

f. Getdikce ağlı azal-
maq, gicleşmek, xeriflemek, sefehleşmek.

AXMAQLIQ : Azerbaijani Explanatory Dictionary

is. Sefehlik, ağılsızlıq,
giclik. Axmaqlığından başına bu işlər gəldi.
Bunlarda yeganə bir fikir, müstəqil bir əqidə axtarmaq, cahillik və axmaqlıqdır. M.S.Ordubadi. // Axmaq hereket, axmaq iş. □ Axmaqlıq etmək
axmaq iş tutmaq, ağılsızlıq etmek, axmaq hereket etmek, anlamazlıq göstermek. [Mercan bey:] Qa-baqda axmaqlıq edib, kəbin pulunu beş min manat yazdırmışam. U.Hacıbeyov.

AXMAZ : Azerbaijani Explanatory Dictionary

sif. Axmayan, durğun (su haqqında).
is. Durğun su, çuxur yerlerde yığılıb qalan su. Pambıq yerlərində tarlaları suvar-maq üçün axmazların suyundan da istifadə edilir.
çayın çox girintili-çıxıntılı olması və allüvial çöküntülərin asanlıqla yuyulması nəticəsində bir sıra axmazlar və köhnə çay yataqları əmələ gəlmişdir. M.Qaşqay. Bir azdan artıq bataqlığın və axmazların əvəzinə yamyaşıl çöllər görünməyə başladı. S.Rehman.

AXNAŞMAQ : Azerbaijani Explanatory Dictionary

f. məh. Axışıb gelmek, izdi-hamla gelmek, axışmaq. Kişi və övrət, qoca və uşaq, hətta dördayaqlılar şəhərin kənarına axnaşıb getməkdədir. C.Memmedquluzade.

AXSAQ : Azerbaijani Explanatory Dictionary

sif Bir qıçı qısa ve ya elil olan; topal, çolaq. Axsaq adam. Axsaq at.
Köç dala qayıdanda axsaq keçi qabağa düşər. (Ata. sözü). İki axsaq tulanı da salırsan dalına, canım kəhər, gözüm kəhər, düşürsən biyabanın, düzün canına, nədi-nədi, bəy ova çıxıb. Ə.Haqverdiyev. Əbu İmran dərhal adamlarını yarıb bir az axsaq yerişilə irəli çıxdı.. Ə.Memmedxanlı.
is. Qoyunlarda çox, o biri heyvanlarda ise az tesadüf edilen yoluxma xestelik (ayaq xesteliyi).

AXSAQLIQ : Azerbaijani Explanatory Dictionary

is. Topallıq, çolaqlıq.

AXSAQULAQ : Azerbaijani Explanatory Dictionary

is. məh. Yağ ve sarımsaqlı qatıqdan hazırlanan bir yemek adı.

AXSAMA : Azerbaijani Explanatory Dictionary

"Axsamaq"dan f.is. Bəxtiyarın
. belə ibadəti Hacı Kərimin işlərinin axsa-masına səbəb olurdu. S.Hüseyn.

AXSAMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Bir ayağının qısalığı ve ya xestelenmesi neticesinde bir terefini çeke-çeke yerimek, taytamaq.
məc. İrelilememek, yaxşı getmemek, leng getmek, geride qalmaq, işi yarıtmamaq. İşlər axsayır. O, bilik cəhətdən axsayır.
Elektrik enerjisi çatmır və bunun nəticəsində də bəzi sahələrdə iş axsayırdı. Ə.Sadıq.
◊ Hər iki ayaqdan axsamaq
işde çoxlu nöqsan olmaq.