Azerbaijani Explanatory Dictionary
ÇUST : Azerbaijani Explanatory Dictionary
is. Dabansız, yüngül ayaqqabı. çust geymək.
Yağış yağanda sel gətirən köhnə başmaqları, çustları, çəkmələri, çarıqları [Şeyx Şaban] yığıb, qalıba vurub, yamayıb ucuz qiymətilə
cütünü altı şahıdan, bir ab-basıdan satardı. Ə.Haqverdiyev. [Ağasefe-rin] ayağında isə qara meşin çust vardı. Ə.Əbülhesen.
ÇUŞKA : Azerbaijani Explanatory Dictionary
is.
Külçe xammal. □ çuğun çuşkası.
məc. Xam adam (jarqonizm).
ÇUVAL : Azerbaijani Explanatory Dictionary
is.
Böyük kise, xaral. Bayram oldu, heç bilmirəm neyləyim: Bizim evdə dolu çuval da yoxdur. M.P.Vaqif. Qızlar sa-bah tezdən
. pambıqları yığacaq, çuval və xarallara doldurub təhvil verəcəklərdi. Ə.Veliyev.
Saylardan sonra gelerek çuval tutan miqdarı bildirir. Yarım çuval buğda.
[Qur-ban Telliye:] Hər ağac altından üç-dörd çuval əzik-üzük alma yığmışıq. Ə.Mem-medxanlı.
çuval-çuval sifi. çuvallar dolusu; çuval-larla; çoxlu. [Xortdan:] Bir yanda çuval-çu-val buğda qoyulub, bir yanda yağ, pendir.. Ə.Haqverdiyev. Əllailar çuval-çuval arpa, buğda və saman alıb, arabalara doldurur, eşşəklərə yükləyirdilər. A.Şaiq.
ÇUVALDUZ : Azerbaijani Explanatory Dictionary
is. İti ucu yastı ve eyri iri qı-yıq. Iynəni özünə, çuvalduzu yoldaşına. (Ata. sözü). Axşam namazından, şam yemə-yindən sonra, əlində çuvalduz çarığını köşə-ləyən Salman kişi ayaq səsi eşitdi. Mir Celal.
ÇUVAŞ : Azerbaijani Explanatory Dictionary
is. çuvaş Respublikasının esas ehalisini teşkil eden türkdilli xalq ve bu xalqa mensub adam.
ÇUVAŞCA : Azerbaijani Explanatory Dictionary
sif. ve zərfiçuvaş dilinde. çu-vaşca danışmaq. çuvaşca-rusca lüğət.
ÇUN : Azerbaijani Explanatory Dictionary
[fiars] klas. köhn. bax çünki. [Mü-neccim dedi:] Yuxunun mənasını tapsa o qoca tapar, çün belə yuxuların mənasını tap-maq bizim işimiz deyil. (Nağıl). Dezdemona dəsmalı arayıb tapmayanda, ziyadə təşvişə düşmüşdü və hər kəsdən onun sorağını edir-di. çün dəsmalı çox zərifivə üstü gözəl çiçək-lər ilə tikilmiş bir dəsmal idi. F.Köçerli.
ÇUNKI : Azerbaijani Explanatory Dictionary
ağl. [fars.] Ona göre ki, bundan dolayı, bu sebebden. [Vaqif] ehtiyat edirdi, çünki bu görüş yanlış şayiələr doğura bi-lərdi. çemenzeminli. [Əsger:] Yəqin ki, get-məz, çünki o, bəy qızıdır. ü.Hacıbeyov. // Bir halda ki, madam ki. çünki oldun dəyirmançı; çağır gəlsin dən, Koroğlu! "Koroğlu".
ÇURUK : Azerbaijani Explanatory Dictionary
sii.
çürüyüb xarab olmuş; çü-rümüş. çürük taxta. çürük meyvə.
[Ba-laş:] Artıq bu həqiqətdir ki, qadınsız cəmiy-yət çürük bir ağac kimidir. C.Cabbarlı. [Sona:] öz məhəbbətinə dönük çıxan
. ada-mı çürük diş kimi kökündən qoparıb ataram. B.Bayramov.
məc. Sağlam bir temele, delile esaslan-mayan; etibarsız. çürük nəzəriyyə. çürük ii-kirlər.
Əsrlərdən bəri avam xalqın iliyinə qədər yerləşmiş çürük əqidələr dəxi puç olub getdi. ü.Hacıbeyov. // məc. Köhnelmiş, ze-maneye uyğun olmayan, vaxtı keçmiş. çü-rük adətlər. // məc. Boş, menasız, lüzumsuz. [Selim:] Sizin kimi ziyalı bir adam bu kimi çürük və mənasız şeylərlə məşğul olarsa, o zaman avam və ianatik müsəlmanları nə haqla qınaya bilərik? S.Hüseyn.
0 çürüyünü çıxar(t)maq
bir şeyi hed-dinden artıq tekrarlayaraq bıqdırmaq. [Bibixanım Ferruxa:] O qədər çürüyünü çı-xardırsan ki, sonra day yerini almaz. B.Bayramov.
ÇURUKÇU : Azerbaijani Explanatory Dictionary
is. Bir şeyi heddinden artıq tekrar etmekle bıqdıran, tenge getiren adam. [Satıcı:] Qardaşoğlu, de görüm alan-san, ya çürükçüsən! Mir Celal.
ÇURUKÇULUK : Azerbaijani Explanatory Dictionary
is. çürükçü adamın xa-
siyyeti; çürükçü olma.
0 çürükçülük eləmək
bir şey haqqın-da hedden artıq danışmaq, tekrar etmek, çürüyünü çıxarmaq. Bəsdir çürükçülük elə-din.
[Zalxa Namaza:] Yaxşı, bəsdir, keçən işi indi çürükçülük eləyib danışmaq sənə qalıbdır? M.F.Axundzade.
ÇURUKLUK : Azerbaijani Explanatory Dictionary
is. çürük şeyin halı; çürük
olma. Taxtanın çürüklüyü.
ÇURUMƏ : Azerbaijani Explanatory Dictionary
"çürümek"denfi.sifi.
ÇURUMƏK : Azerbaijani Explanatory Dictionary
i.
Mikroorqanizmlerin tesi-ri altında pozulub xarab olmaq. Taxta çürü-dü. Meyvələr yağışdan çürümüşdür.
[Qe¬renfilin] də yarı canı qalıb südün yanında ki, südü bişirmədim, çürüyəcək. Ə.Veliyev. Ayaq üstündə çürümüş (f.sif.) iri ağacın yı-xılmasına bənzər küt bir xırıltı eşidildi. B.Bayramov.
məc. Pozulub dağılmağa başlamaq; po-zulmaq, mehv olmaq, mehve mehkum ol-maq. çünki Iran əks-inqilabını himayə edən çar hökuməti öz içərisindən çürüməkdədir. M.S.Ordubadi. "Molla Nəsrəddin" çürü-müş, köhnə, yaramaz, üiunət saçan həyat və ictimai əlaqələrin hərtərəili və öldürücü tənqidçisidir. M.İbrahimov. // məc. Mehv ol-maq, yıpranmaq. Dərdli Kərəm bu yollarda çürüyə; Yolçunu yolundan eylər bu gəlin! "Əsli ve Kerem". Heç kəs istəməz ki, oğlu qazamatda illərlə çürüsün. N.Nerimanov.
ÇURUNTU : Azerbaijani Explanatory Dictionary
is. çürümüş şeyler. Xəzəl çü-rüntüsü.
Meşədən həmişəki ürəkaçan ətirli rayihə əvəzinə rütubətli çürüntü qoxusu gə-lirdi. M.Rzaquluzade. Torpağın qış aratına qoyulması yerdə qalmış çör-çöpün çürün-tüyə çevrilməsinə, torpağın qidalanmasına səbəb olur.
ÇURUNTULU : Azerbaijani Explanatory Dictionary
sii. Terkibinde çürüntü
olan, çürüntü ile qarışmış. çürüntülü torpaq.
ÇURUTMƏ : Azerbaijani Explanatory Dictionary
"çürütmek"den fi.sifi.
ÇURUTMƏK : Azerbaijani Explanatory Dictionary
i.
çürümesine sebeb ve ya vasite olmaq, çürümesi üçün şerait ya-ratmaq. Xəzəli torpağa qarışdırıb çürütmək.
Gölməçə suların rəngi sapsarı; Xəstəlik çürüdür ağaclıqları. S.Vurğun. [Göyçek] ayranı çürüdüb şor elədi. Ə.Veliyev.
məc. Əzab ve eziyyet içerisinde mehv etmek. Südabəyə elə gəlirdi ki, Kərimxanın cəlladları, Firidunu məhbəsdə çürüdən (f.sif.) qatillər qarşısında oturmuşdur. M.İb-rahimov.
.Azadlıq üçün minlər və on min-lərlə inqilabçılar sürgünlərdə, həbsxana-larda canlarını çürüdüblər. Ə.Sadıq.
ÇUY : Azerbaijani Explanatory Dictionary
is. Mil, çiv (tekerde).
D : Azerbaijani Explanatory Dictionary
Azerbaycan elifbasmrn beşinci herfi. Bax de
DA : Azerbaijani Explanatory Dictionary
(DƏ)
Damşan şexsin meseleye mü-nasibetini, hiss ve heyecanım bildirmeye xidmet eden ve çox vaxt yerinden ve mena çalarrndan asılı olub müeyyen intonasiya ile deyilerek aşağıdakı vezifelerde işledilen edat. 1) Əmr bildiren fellerden sonra gele-rek tekid, israr, bezen de emr bildirir. Gəl də! Tez ol da! Yaz da! Gətir də!
[Qasım kişi:]
.Indi nıən bu nıətləbləri başa düşnıürənı. Sən ki oxumusan, gəl cavab ver də! C.Mem-medquluzade. [Hacı Əhmed:] Atam, qoyun kişi sözünü desin də, arvad oldu, nə oldu, söz danışır axı. C.Cabbarlı. [Hüseynqulu Yunise:] Gəl çıx da, demirsən bəs işimiz var, planı-mız var? Mir Celal; 2) saylardan sonra toplu-luq, ümumileşdirme menasında işlenir. Ikisi də bir-birindən gözəldir.
Mən çöndüm Dil-bərə tərəf. Mənim Dilbərim bu dörd nəfər xanımların dördündən də gözəl idi. C.Mem-medquluzade. // Tekrar olunan sözün ikinci-sine qoşularaq ferqlendirme, ayırma meqa-mında işlenir. Gah çəkic vurdu əlim, gah da qələm tutdu əlim; Coşdu könlümdə müqəddəs əməlim. S.Rüstem. Zeynalov gah sol, gah da sağ əlinin barmaqlarına baxa-baxa danışığını nə cür başlayacağı haqqında düşünürdü. Ə.Veliyev; 3) özünden evvel gelen sözün menasını güclendirir, nezere çarpdırır ve ayı-rır. Sənin də bu işlərə həvəsin var! Bizim də fikrimizə qulaq as. Başqaları ilə də hesab-laşmaq lazımdır.
Nədənsə geri qayıtmaq da istəməyirdim. S.Hüseyn. [Mirze Semen-der:] A kişi, sən də çox qozqurtma ha! C.Cab-barlı. Yazmağına sözüm yox, amma bir bizə də yazsın da! Mir Celal. // özünden evvel gelen söze müxtelif ekspressiv-emosional rengler verir. Nə qədər də gözəldir! Necə də oxuyur! Belə də xoş səs olar? // Qoşaterkibli edatlar emele getirir. [İbrahim xan:] Yenə də şikayət? Gəl inan ki, sən; Nə qədər mən sa-ğam, kef görəcəksən. S.Vurğun. [Gültekin:] Fəqət qoyun, son dəfə olaraq bütün xoşbəxt günlərimi keçirdiyim bu qaranlıq məhzun evciyəzi bir də doyunca görüm. C.Cabbarlı. Cahangir cavab vermədi, o qəsdən bir az da qaşqabağını sallayaraq dayandı. S.Reh-man; 4) intonasiyadan asılı olaraq, danışanın bir şeye müsbet ve ya menfi münasibetini bildirir. Elə, arvad yalan demir ki, doğru de-yir də! C.Memmedquluzade. [Terlan xanım:] Yaxşıdır ki, qapımızın artıq tikəsi ilə böyü-yüb, bəslənib. Burnundan gəlsin o... Belədir də! Mir Celal. [Yusif:] Elə adamı da yandı-ran budur da. Ə.Veliyev; 5) narazılıq, mem-nuniyyetsizlik bildirir. Qoymursunuz bir yerdə oturaq da.
[Hacı Mehdi:] A kişi, dəli əlinə düşmüşəm də! Ə.Haqverdiyev. [Əli-sa:] Canım, ölmədik, altmışı da adladıq, ar-vadların əlinə düşdük də! S.Rehimov. [Kere-mov Zinyete:] Hə, məni hədələyirsən? Qoy-murlar da, qoymurlar ki, sakit oturub iş gö-rək. S.Rehman. // İntonasiyadan asılı olaraq, bezen kinaye, yaxud könülsüz razılıq me-qamında işlenir. [Hacı Əhmed:] Neynək, kəndimiz tərəqqi eləsin də. C.Cabbarlı. Biz nə deyirik ki, gəlsin də... S.Rehman. [Geldiyev Rübabeye:] Demək, özünü məndən ağıllı bi-lirsən də! Mir Celal. // Razılıq, memnunluq meqarmnda. [Mirze Qoşuneli:] Ha, belə ha!.. Allah oğlunu saxlasın, əvvəldən de də! Ə.Haq-verdiyev. // Arzu bildirir. O günlər getsin də, gəlməsin. Yaxşı olsun da, xərcin zərəri yox-dur; 6) teessüf, peşmankq, ya etiraf meqa-mında işlenir. Bir işdi oldu da... M.Hüseyn; 7) bir işi, hadiseni tesdiq meqamında işlenir. [Qoca kişi:] Başına dolanım, ay həkim, bu uşağın heç azarı-bezarı yoxdu, dəli-zad da deyil ha. C.Memmedquluzade. Bu xalq da sənin kimi vətəndaşdır da! C.Cabbarlı. Ay Merac, sənin qaydandır da.. Ə.Veliyev. [Gü-ler:] Mən bayaqdan onu deyirəm də.. S.Rehman; 8) qoşulduğu söze istehza, kina-ye, saymazlıq, laqeydlik çaları verir. Boş şey-dir də. Səsdir də. Adamdı da!
Deyəsən, ca-navar əli görsədiblər, qorxur da. Mir Celal; 9) yeqinlik, yaxud haqqında söhbet geden şeyin mütleq olacağını, baş vermeli olduğu-nu bildirir. Söz verib, gələcək də. Mühəndis-liyə həvəsi çoxdur, olacaq da. Bilsəydi, de-yərdi də.
Seçicilər [Barxudardan] adına la-yiq iş tələb etməyə, hünər gözləməyə haqlıdır-lar və bunu edəcəklər də. Mir Celal. [Musa:]
Söz vermişəm də, gələcəyəm də... Mən ca-maatdan uzaqlaşmıram. S.Rehman; 10) be-zen haqqında söhbet geden meseleye qarşı damşamn şübhe, ya inamsızlıq hissini ifade edir. Deyirsən də... Görərik də...
Axı, yəni deyirsən, cəmi-məxluqat öz başına yaranıb da? C.Memmedquluzade; 11) "doğrudan", "heqiqeten" sözlerinden sonra gelerek, on-ların menasım güclendirir, deqiqleşdirir. [Gülüş:] Ax, Sevil, sən doğrudan da yazıq-san, hər şeyə Balaşın yoxsulluq gözü ilə ba-xırsan. C.Cabbarlı.
.Rübabənin gözü özün-də idi, çünki Rübabə bu məktəbə görməyə, görünməyə, axtarmağa yox, doğrudan da oxumağa gəlmişdi. Mir Celal. Doğrudan da vaxt yoxdur. S.Rehman; 12) dan. bezen "ki" bağlayıcısından evvel gelib, haqqında söhbet geden şeyin, hadisenin, halın davamlılığını, bütün tedbir ve çalışmalara baxmayaraq, bir şeyin baş tutmadığmı, emele gelmediyini bildirir. Istilər düşmür də ki, düşmür. Istə-mir də ki, istəmir.
[Xanım:] Ay Gülöyşə, yazıq Böyükkişi lap hər şeydən cinlənir, nə olsun, bilmirəm, sağalmır da ki, sağalmır. S.Rehimov; 13) "elbette" menasında (gö-rülen, yaxud görülecek bir işe haqq qazan-dmr). Belə eləsən, gəlməz də. çağırsaydın, gələrdi də.
çubuq dolduran birisi.. [qatır-çımn] sualına cavab verdi:
Necə olacaq, necə hanı? Top atan elə olar da. Mir Celal; 14) "heç" menasında (feillerden sonra gele-rek onların menasını daha da nezere çarp-dırır). Ancaq Rübabə bilsəydi, [Ağca xanım] Gəldiyevin arvadıdır və uşaq onun oğullu-ğudur, heç dalınca düşməz, bir kəlmə danış-mazdı da. Mir Celal. [Qürbet:] Yusif! Sənin bu pərdəli sözünə yoxam da! Ə.Veliyev. [Keremov:]
.Sən öl, bu cavanlara söz başa salmaq olmur da... S.Rehman; 15) meger, heç (sual meqaımnda işlenilir). Bu qədər də yağıntı olar?
Dəftərxanaçı soruşdu:
Niyə duruxdun?
Ac da qarovul olarmı? Mir Celal; 16) "üstelik", "hele bir", "dexi", "bir de" menasında işlenir. Günahkar özü oldu-ğu halda, danışır da. Danışmağa dili də var.
Bu cür axmaq
. yaltaqdan şadlanır və ya-lançıya ənam da verir. M.F.Axundzade. [Hacı Baxşeli:] Ədə, hələ utanmırsan da da-nışırsan? C.Memmedquluzade. [Zalxa Zin¬yete:] Buna bax ha, hələ forsuna da dəyir. S.Rehman.
Hemcins üzvlü cümlelerde hemcins üzvleri, mürekkeb tabeli cümlelerde ise baş cümle ile budaq cümleleri bir-birine bağla-yan ve aşağıdakı menaları ifade eden bağla-yıcı. 1) "dexi", "hemçinin", "o cümleden" menasında. O da bizimlə getmişdi. Oğlunu da özü ilə bərabər apardı. Onu mən də çox axtardım. Onun da adı siyahıda var. Mən də getməyə hazıram. O da bu fikirdədir.
Bir ay bundan qabaq övrətimi və uşaqlarımı da götürüb Ağdaşdan Bakıya köçürmüşəm. C.Memmedquluzade. Atabala da o dövrün bir nümayəndəsi idi. A.Şaiq. Burada ucuz qiymətə şərab da tapmaq olurdu. Ə.Əbül-hesen. // "Habele", "dexi" menasında. Bi-zim küçədə də toy-bayram olar. (Mesel).
.Nəcəf Yəhya oğlunun da məktubu zarafat-nan yazılıb.. C.Memmedquluzade. [Zeynal] vaxtı ilə əmanət kassasında birikdirdiyi və topladığı yeddi-səkkiz yüz manatı da xərc-ləmişdi. S.Hüseyn. [Selim:] Mən səni bir doğru qız zənn edərdim, səndə aldatmaq da varmış?! H.Cavid; 2) hemcins üzvleri bir-birine bağlayır. O da, yoldaşı da gəlməlidir. Mənim də, sənin də, onun da iştirakı vacib-dir. Qızlar da, oğlanlar da bədən tərbiyəsi ilə məşğul olmalıdır!
[Senem:] Ah! Qoca olandan sonra heç nə! Ağrım onun özünə də, dövlətinə də! U.Hacıbeyov. Zoya bunları [söyüşleri] danışmaqdan, Gəldiyev də eşit-məkdən ləzzət alır. Od da öz işindədir, şiş də. Mir Celal. [Hebib bey:]
.Yaxşı oxu, adam ol, bizim də üzümüz ağ olsun, ananın da. S.Rehman; 3) şert şeklinde olan sözü başqa bir sözle bağladığı vaxt ikincisinin birinciye qarşı olduğunu bildirir. Əlləşsə də, faydası yoxdur. çox yüyürdüsə də, çata bilmədi. O bilməsə də, sən bilməlisən.
Cümlə cahan yatsa da, biz yatmarıq.. M.Ə.Sabir. Qızılı udsa da qara torpaqlar; Yenə qiymətini özün-də saxlar. S.Vurğun. Əhməd operasiya edil-mişdisə də, gülləni çiynindən çıxara bilmə-mişdilər. Ə.Veliyev. Qədirin bu hərəkətini hamı bilsə və pisləsə də, o əl çəkmirdi. Mir Celal. // Bezen hemin formada olan söze güzeşt menası verir. Görsəm də, tanımaram. Olsəm də, məqsədimə çatmalıyam; 4) bezi
feli bağlamalardan sonra gelerek, "ve" bağ-layıcısı, bezen ise tekid menasmda işlenir. Ona tez dəyib də qayıt. Alıb da evə dön. Gə-lib də getdi. O məni görüb də görməməzliyə vurdu. çıxıb da get.
Yanan qəlbinə sanki su saçdılar; O yerdən alıb da məni qaçdılar. M.Ə.Sabir. Məni bir baxışda eşq oduna saldı da getdi. C.Cabbarlı; 5) o biri terefden, bundan elave, hele (evvelki cümlede tesvir olunan hadiseye ve s.-ye başqa bir hadisenin ve s.-nin elave olunduğunu bildirir).
.BacımFatma da hamilə idi və doğmağına bir neçə gün qa-landa əri Ismayıl bəy də gəldi Irəvana. C.Memmedquluzade. Əhməd bəy bundan da diltəng olub, həmişəlik xanənişin olub, altı-yeddi sənə evindən çıxmadı. Ə.Haqverdiyev. [Zerife:] Girdim imtahana... Qəşəng də ge-yinmişdim.. S.Rehman. // Cavaben, cavab ola-raq, öz növbesinde, öz terefinden (fikri ev-velki cümlede söylenilenlere bağlamaq üçün işlenir). Mən də dönüb belə dedim. On-lar da yavaş-yavaş dinməyə başladılar.
Qurbanəli bəy də yerindən qalxıb, stəkanını götürüb vurdu xanımın stəkanına. C.Mem-medquluzade; 6) "hetta", "bele" menasın-da. Iclasa qocalar və yaşlı qadınlar da gəl-mişdi. Elə sözlər danışırsan ki, bişmiş toyu-ğun da gülməyi gəlir. Kölgədə oturmuşduq, amma burada da nəfəs almaq mümkün de-yildi.
[Novruzeli:] Heç nəçərnik də bu ka-ğızı mənim əlimdən ala bilməz. C.Memmed-quluzade. Hacı Kamyab kimi kişinin atasına da od vurmaq olar?! Ə.Haqverdiyev. Ada-mın pisini-yaxşısını bir həftədə yox, lap bir saatda da tanımaq olar. M.İbrahimov; 7) "heç olmasa", "barı" menasında. Bunca oxudun, yorul da bari; Bir dəfə burax bu zəhrimari. M.Ə.Sabir; 8) "hem" menasında. Qələm də aldım, dəftər də. O da, bu da. Mən də, yol-daşlarım da eynifikirdəyik.
[Əzrayıl bey:] Qılıncımın dalı da kəsirdi, qabağı da. Ə.Haqverdiyev. Bu yay Rübabə də, Vahid də diplomlarını almışdılar. Mir Celal. Hava da, torpaq da, gül də, bahar da; Soyuq da, şaxta da, boran da, qar da; Tapır mənasını insan-la ancaq. M.Dilbazi.
DA : Azerbaijani Explanatory Dictionary
"Daha" sözünün canlı dilde işlenen ixtisar forması olub "a" uzadılaraq deyilir. Da sənə nə deyim.
Padşah Əhmədi-çekkaşdan xəbər aldı:
Da nəyin qaldı? Əhmədi-çekkaş dedi:
Da sağlığın! (Nağıl).
DABAQ : Azerbaijani Explanatory Dictionary
is. bayt. Qaramal, davar ve do-nuzlarda yoluxucu xestelik. Dabaq xəstəliyi-nə qarşı mübarizə. □ Dabaq olmaq
dabaq xesteliyine tutulmaq. Inək dabaq oldu.
DABAN : Azerbaijani Explanatory Dictionary
is.
İnsan ve heyvan ayağffiuı dal hissesi. çox gəzməkdən dabanlarım sızıldayır.
Ayağa geyilen şeylerin arxa hissesi. Corabın dabanını yamamaq.
Qərənfil xala corabların ikisinin də dabanını toxuyub kəsdi. Ə.Veliyev. // Ayaqqabı altının arxa terefin-deki möhkem ve qalın hisse. çəkmənin da-banı ilə başımdan vurub papağımı saldı yerə. C.Memmedquluzade. [Dilençi] ayağına da-banları yatırılıb əyilmiş bir kişi başmağı gey-mişdi. Ə.Sadıq.
dan. Bir daban beraberinde uzunluq. Gülsənəm arvad Cəmilin
. bir ildə azı bir daban uzandığını görüb sevindi. M.Hüseyn.
dan. Defe, kere. Uç daban getmək.
B ax ayaq
cu menada. Tüfəngi da-bana çəkmək. Dabanda saxlamaq.
Sənsə cəbhədəsən belə bir gündə; Tüfəngin da-banda bir döyüşçüsən. S.Vurğun.
məh. Deyirmanın üst daşını yuxarı qal-dırmaq üçün direklerden düzeldilen qurğu.
B ax dabana. Qapının dabanı.
[Xort-dan:] Uşağı olmayan qadınlar gedib qarın-larını ağanın qapısının dabanına sürtər-dilər. Ə.Haqverdiyev.
.Uçüncü dəfə qapını taqqataqla döydülər, az qaldı dabanı çıxsın. M.İbrahimov.
◊ Daban almaq
qaçmaq, götürülmek, yüyürüb getmek. Xoruzoğlu kağızı cibinə qoyub daban almış və enişlərdə xoruz kimi qanadlanmışdı. S.Rehimov. Daban aldı mü-xalifin qoşunu. M.Rahim. Uşaq:
Sağ olun,
- deyib, əlindəki kağıza baxa-baxa daban almaq istəyəndə müavin çağırdı. Mir Celal. Daban döymək
çox gezmek. Gündüz ax-şama kimi hər kəs ona iş buyurduğuna və o da daban döydüyünə görə o qədər yorulardı ki, yerə uzanmaqla yuxuya getməyi bir olardı. S.Rehimov. Daban qırmadan
dayanmadan. Onlar daban qırmadan qaçırdılar. "Qaçaq Nebi". Dabanına daş dəymək
yubanmaq, gecikmek, lengimek. Dabanına daş dəymiş
- beduğur, uğursuz. Dabanına tüpürmək ¬bax daban almaq. çuğul qarı
. dabanına tüpürüb özünü birbaşa Soltan Mahmuda yetirdi. (Nağıl). Salman bəy dedi:
Daba-nımıza tüpürək, hər nə ola, ola. N.Vezirov.
daban-dabana zərf Tamamile. Daban-dabana zidd.
Bu şərq küləyilə daban-dabana; Bu uzun yollarda qovub səhəri; Böyük Şərq şerinin dühası gəlir. Şehriyar.
DABANA : Azerbaijani Explanatory Dictionary
is. Qapının, pencerenin, darva-zanın alt böyründe olub, çerçiveye giren ve yuvasında döne bilen çıxıntı. Qapının da-banası.
Tövlə qapısının ağac dabanası cı-rıldadı.. S.Rehimov.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani