Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
DAXİLİ : Azerbaijani Explanatory Dictionary

sif. [ər.]
Daxile, içeriye aid ve mensub olan (zahiri, xarici ziddi). // Bir şe-yin daxilinde, iç terefinde olan; içe, daxile aid olan; iç. Daxili müqavimət. Daxili əla-mətlər. Daxili xüsusiyyətlər. Qabın daxili divarları. Daxili tərəf.
Əşrəf atasının da-xili bir ağrıdan qovrulan adamlar kimi si-nəsini məhəccərə söykəyib, bir az da büzüş-düyünü hiss etdi. İ.Şıxlı.
Bir dövletin, idarenin, teşkilatın ve s.-nin öz daxilindeki heyat ve fealiyyetine aid olan (xarici ziddi). Daxili siyasət. Daxili ba-zar. Daxili vəziyyət. Daxili intizam qaydaları. Daxili ehtiyat vəsaiti. özgənin daxili işlə-rinə qarışmaq.
İnsanın psixi fealiyyetine aid olan, in-sanın psixikasında baş veren; deruni. Daxili hiss. Daxili narahatlıq. Daxili həyəcan keçir-mək.
Xanlar danışdıqca elə bil hamının üz-gözü xəfif, daxili bir ziya ilə işıqlanırdı. M.Hüseyn. Qaraş həmişə, hətta Naznazın ya-nında belə, Salmana daxili bir nifrət duyurdu. M.İbrahimov.
◊ Daxili dəftər
bir idareye ve s.-ye da-xil olan kağızları, senedleri, pul ve s.-ni qey-de almaq üçün defter. Bütün kağızlar daxili dəftərə salınmış, sıra nömrəsi və tarixi hə-min sənədin kənarında açıq və aydın xətlə yazılmışdı. S.Rehimov. Daxili xəstəliklər tib.
- bedenin içerisinde baş veren xestelikler. Daxili xəstəliklər mütəxəssisi. Daxili sek-resiya fiziol.
orqanizmlerin bezi vezile-rinin bilavasite qana ve limfaya öz madde-lerini ifraz etmek xassesi.

DAXİLİYYƏ : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] köhn. Bir ölkenin
daxiline aid olan. Daxiliyyə nazirliyi.

DAXMA : Azerbaijani Explanatory Dictionary

is.
Daşdan, palçıqdan ve s.-den tikilen tekotaqlı, balaca, alçaq, ibtidai ev. Yazıq muzdur daxmanın ortasında ah-zar ilə özünü yerə vurub ağlamağa başladı. S.M.Qenizade. Sitarənin daldalanmağa bir yeri yox idi, atası evinə də getməyə qorxur-du. Bunun üçün qarşısına gələn xaraba bir daxmaya soxuldu. çemenzeminli.
Yer altında düzeldilmiş müveqqeti, ya daimi ibtidai menzil; dam. Qarovulçu kvad-ratşəkilli bir taxta ilə yeraltı daxmanın qapı-sını bağlayır. M.İbrahimov. □ Qara daxma
- penceresiz, qaranlıq daxma. Nə işıltı, nə də
çıraq, nə bir qara daxma var; Hər yer bütün yiyəsizlik, həryer bütün qalın qar. A.Sehhet.
ümumiyyetle, ev, menzil menasında (bezen istehza ile, ya zarafatla deyilir). öz daxmanda otur. Daxmamıza gedək.
◊ Daxma qaraltmaq
yaşamaq üçün ev-eşik düzeltmek ve içinde yaşayış qurmaq.

DAXMACIQ : Azerbaijani Explanatory Dictionary

"Daxma"dan kiç. Yox! Bəl-kə də bu torpaqdan daxmacıqda sən; Bir ki-tabça vərəqləyib məni anırsan?! S.Vurğun.

DAİM(A) : Azerbaijani Explanatory Dictionary

zərf [ər.] Hemişe, her vaxt, müt-tesil, arasıkesilmeden. Daim işləmək. Daim artmaq. Daim oxumaq.
Sordum ki, rəqib ilə oturmaq nədir, ey şux? Güldü, dedi: gül daim olur xar yanında. S.Ə.Şirvani. Könül bir quşdur ki, sevməz əsarət; Daim çırpınır, istə-yir hürriyyət. A.Sehhet. Dünyada istedad, hər böyük hünər; Daima vərdişlə inkişaf edər. A.Şaiq. çünki bəşər daima uçduqca uçmaq istər; Hər gün yeni və məchul bir qapı açmaq istər. M.Müşfiq.

DAİMİ : Azerbaijani Explanatory Dictionary

sif. [ər]
Uzunmüddetli, uzun müddet üçün olan, müveqqeti olmayan, sü-rekli. Qatarların daimi cədvəli. Daimi iş. Daimi körpü.
Mədəniyyət uğrunda çalış-maq birgünlük, biraylıq kampaniya deyil, daimi işdir. Ə.Sadıq. // Əbedi, ölmez, he-mişelik, yoxolmaz, mehvolmaz. Daimi de-yilik nə siz, nə də mən; Bizdən bu dünyada hünər qalacaq. S.Vurğun.
Hemişelik, ebedi, sabit, möhkem, de-yişmez. Xalqlar arasında daimi sülh və əmniyyət.
Ardıcıl, arası kesilmeyen, arasıkesil-mez, hemişe davam eden ve ya etdirilen. Daimi məşq. □ Daimi cərəyan elektr.
he-mişe eyni istiqametde neql olunan cereyan. Daimi kapital iqt.
kapitalın istehsal vasi-telerine (xammal, kömekçi materiallar, emek vasiteleri) çevrilen ve istehsal prose-sinde deyeri deyişmez (sabit) qalan hissesi. Daimi kəmiyyət riyaz.
deyişen kemiyyet-den ferqli olaraq, ancaq bir qiymeti olan kemiyyet. Daimi ordu (qoşun)
sülh döv-ründe saxlanılan ordu (qoşun).

DAİMİLƏŞDİRİLMƏK : Azerbaijani Explanatory Dictionary

məch. Daimi edil-
mek, daimi hala salınmaq; sabitleşdirilmek.

DAİMİLƏŞDİRMƏ : Azerbaijani Explanatory Dictionary

"Daimileşdirmek"den f.is.

DAİMİLƏŞDİRMƏK : Azerbaijani Explanatory Dictionary

məch. Daimi hala
salınmaq; sabitleşdirmek.

DAİMİLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary

"Daimileşmek"den f.is.

DAİMİLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary

f. Daimi olmaq, daimi hal
almaq, ebedi olmaq, sabitleşmek.

DAİMİLİK : Azerbaijani Explanatory Dictionary

is. Daimi olma, hemişelik, müttesillik; sabitlik, deyişmezlik, ardıcıllıq. [Hesenin] Dilaraya olan sevgisi həmişə bir əbədilik, daimilik hissi ilə bağlı idi. M.İbrahimov.

DAİR : Azerbaijani Explanatory Dictionary

qoş. [ər.] Haqqında, baresinde, xü-susunda, aid, elaqedar (adeten yönlük halda olan isimden sonra gelir). Avropa üləmala-rının övrət məsələsinə dair yazılarını oxu-yanda görürsən ki, bu zalımlar dünyanın hər bir guşəsindən xəbər verirlər. C.Memmed-quluzade. Bəlkə Tahirin ali təhsil almadığına dair deyilən sözlər nə məqsədlə isə uydu-rulmuş sadəcə bir bəhanə idi? M.Hüseyn.

DAİRƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər]
Bütün nöqteleri merkez nöqteden beraber uzaqlıqda olan qapalı, eyri hendesi fiqur; çevre. Dairə cızmaq. Dairə xətti.
riyaz. Hemin çevrenin daxilinde qalan yuvarlaq seth. Dairənin səthi. // Hemin şe-kilde olan sahe, seth ve s. Dairə şəklində balaca bostanın dövrəsini bürümüş gül-çi-çək elə uzaqdan da qızarışırdı. M.Hüseyn. □ Dairə salmaq
daire şekli almaq, gir-delenmek. Ay dairə salıb. Dairə vurmaq
1) daire şeklinde yığılmaq, düzülmek, döv-re vurmaq; 2) məc. az reqs etmek, oynamaq.
Respublika, rayon, şeher ve b. sözler-den sonra gelerek, hemin inzibati bölgünün bütün sahesi menasında işlenir. Respublika dairəsində. Rayon dairəsində. Şəhər dairə-sindən çıxmaq.
Bir şeyin yayıldığı ve tesir etdiyi sahe. Nüfuz dairəsi.
Dənizdən əsən soyuq de-kabr küləyi alovu üfürdükcə yanğının dairə-si genişlənirdi. M.Hüseyn. Parovozlar isə təhlükəli dairədən qatarları çəkərək uzağa apardılar. Ə.Sadıq. // məc. Hüdud, çerçive. özünə verilən tapşırıq və səlahiyyət dairəsin-də ondan iş tələb etməliyik. M.S.Ordubadi.
Mühit, fealiyyet sahesi. Bizim əqidə-mizə görə, müəllimin ürəyində atəş olsa, bu maneələrin çoxuna qalib gələ bilər və öz dairəsində əvvəlinci şəxs ola bilər. F.Köçerli.
Dövlet sahesinin inzibati, siyasi, teser-rüfat, herbi ve s. nöqteyi-nezerinden böl-güsü. Seçki dairəsi. Hərbi dairə.
tar.
ci il inqilabından qabaq ve inqilabın ilk illerinde inzibati-erazi bölgü-sü; rayon. Bu şəxs Ağdam dairəsində olur. Ə.Haqverdiyev. Balaxanı-Sabunçu dairə-sindəki dəmiryol qatarı yenə adəti üzrə yu-banmışdı. M.S.Ordubadi.
tar. Bezi idarelerin adı. Məhkəmə dai-rəsi. Gömrük dairəsi.
Şəhərin əyan və nü-cəbası, sərkərdələr və yüksək vəzifədə olan-lar dəstə-dəstə hökumət dairəsinə gəlib Sul-tan Toğrulu salamladılar.. M.S.Ordubadi.
Girde şekilde olan şeylerin etrafı. Ayın dairəsi. Quyunun dairəsi.

məc. Yalnız cem şeklinde
her hansı bir ictimai, ya hemkarlar qrupu, mühiti. Ədə-bi dairələr. Ziyalı dairələri.
tib. Orqanizmin ayrıca hissesi, bede-nin her hansı bir nahiyesi. ürək dairəsində ağrı. Döş dairəsi.

DAİRƏCİK : Azerbaijani Explanatory Dictionary

is. Kiçik daire. Yağışdan göl-də əmələ gələn dairəciklər. Işıqlı dairəciklər.
[Cahandar ağanın] qulaqları güyüldədi, gözlərinin qabağında qara dairəciklər oy-nadı. İ.Şıxlı.

DAİRƏLƏNMƏ : Azerbaijani Explanatory Dictionary

"Dairelenmek"den f.is.

DAİRƏLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

f. Daire kimi olmaq,
dairevi olmaq, daire şekli almaq, deyirmi olmaq; girdelenmek. Günəş dairələnib ye-rindən çıxır, üfüq mis rəngi alır. S.Rehimov.

DAİRƏVARİ : Azerbaijani Explanatory Dictionary

sif. Daire kimi, daireye ox-şar, daire şekilli.

DAİRƏVİ : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] Daire şeklinde olan; deyirmi, girde. Mehmanxanada ilk nəzərə dəyən birinci mərtəbədəki böyük dairəvi dəhlizin bir neçə yerdən şırım-şırım sal şü-şəsidir. M.İbrahimov.

DAİRƏVİLİK : Azerbaijani Explanatory Dictionary

is. Dairevi şeyin halı; de-yirmilik, girdelik.

DAQQA : Azerbaijani Explanatory Dictionary

is. məh.
Deriden tikilmiş hün-dür papaq. Şiraslan
. daqqa divanpapağını başına qoydu, üfürülüb evdən çıxdı. S.Rehimov.
Taxıl ve b. sepelenen şeyleri ölçmek üçün demirden qayrılmış deyirmi qab. Daq-qa ilə buğda ölçmək. // İçinde taxıl ve s. sax-lamaq üçün qab.

DAQQAQARIN : Azerbaijani Explanatory Dictionary

sif. dan. Qarnı daqqa kimi qabağa çıxmış (adam); yekeqarın.

DAL : Azerbaijani Explanatory Dictionary

is.
Bedenin boyundan tutmuş omba sümüyüne qeder olan arxa hissesi; kürek. Küçə ilə bir hambal, bir tay dalında keçir. C.Memmedquluzade. // Heyvanların beden-lerinin yuxarı hissesi, beli. Qatırın dalına yük yükləmək. Atın dalına minmək.
Əks teref, bir şeyin geri terefi, qarşı te-ref. Xavər taxtanın dalında gizlətdiyi şəkli gətirib uşağa verdi. M.İbrahimov. Sədr sto-lun dalında oturmuşdu. Ə.Veliyev. Ayaz atın ayağı altında qalmamaq üçün güclə özünü ağac dalına verə bildi. Ə.Memmedxanlı.
sif. Dal terefde olan. Dal cərgə. Dal otaq.
.Həbib bəy hirslə dayandı və dal sı-rada oturmuş yekə bir oğlana acıqlandı. S.Rehman.
məc. Aqibet, son, netice. O, siyasi işə hərgiz də qarışmaz, çünki; özü çox yaxşı bilir ki, bu işin dalı nədir. M.Ə.Sabir. // Ard, mabed, gerisi, dalısı. Dalı gəlir. Dalı var.
Kəndə çatdığı üçün Ikram söhbətin dalını eşidə bilmədi. Ə.Əbülhesen.
Geri. Həsən kişi Qulunun qolundan tu-tub dala (z.) qayıtdı. M.İbrahimov. □ Dal ayaq(lar)
dördayaqlı heyvanların dal te-refdeki iki ayağı. At fınxırıb iki dal ayaq-larının üstə göyə qalxdı. "Koroğlu".
◊ Dal çevirmək
meqsedine çatdıqdan sonra bir şeyden qaçmaq, üz döndermek, nankorluq etmek. Yoldaşa dal çevirmək.
[Ceyran:]
.Mənim ərim vətənə dal çevirmə-yib. Ə.Əbülhesen. Dal gün
sonra ola bile-cek çetin vaxt, pis gün, ağır gün. Həmişə çay kötük gətirməyəcək. Dal günə bir şey at. Ə.Əbülhesen. Dala (dalı) düşmək
bax dala qalmaq. Mülki-cahanda, Seyyida, xatəmi-aşiqan mənəm; Nöqteyi-əvvələm, vəli növbədə dalə düşmüşəm. S.Ə.Şirvani. Osmanlıların ümumən dalı düşməsinə
. üç səbəb var; ikisi bizə əyandır, amma biri Allahın yanındadır. C.Memmedquluzade. Dala atmaq
1) geri qalmağa sebeb olmaq, geriye atmaq, gecikdirmek, lengitmek. Xəstəlik onun işini xeyli dala atdı; 2) məc. qenaet edib saxlamaq, yığmaq, gelecek üçün ayırıb saxlamaq (pul ve s.). Dala bax-madan
üzünü dala çevirmeden, birbaşa,
tez, süretle. Indi o yüyürür dala baxmadan; Bayaq yüyürmürdü, o sürünürdü. B.Vahab-zade. Dala çəkilmək
1) geri çekilmek. Fazil dala çəkilib əlini gözlərinin üstünə qoydu.. Ə.Haqverdiyev; 2) sözünün üstünde durmamaq. Ballı peşmançılıqla dala çəkildi. Ə.Əbülhesen. Dala durmaq
1) iştirak et-mekden boyun qaçırmaq, özünü kenara çekmek, iştirak etmemek; 2) sözünü geri almaq. Dala getmək
1) getdikce zeifle-mek, pisleşmek, düşkünleşmek. Xəstələnib, gün-gündən dala gedir; 2) b a x dala qal-maq. Dala götürmək (sözünü, vədini)
- geri almaq, geri götürmek. Dala qalmaq
- geride qalmaq, ireli getmemek, inkişaf et-memek. Amma nə edəsən ki, dala qalmışıq. M.S.Ordubadi. Dalda demək (danışmaq)
birinin dalınca, özü olmadığı halda haq-qında söz demek, qeybetini etmek. Dalda qalmaq
geride qalmaq. Dalda qoymaq
- geride buraxmaq, ötmek, ötüb keçmek. Dalı kəsilməmək (üzülməmək)
ardı ke-silmemek, bitmemek, qurtarmamaq. Qoşu-nun dalı üzülmürdü. Dalına almaq
apar-maq üçün öz arxasına qoymaq. Dalına çat-maq
aparmaq üçün dalına yığmaq, yükle-mek. Dalına düşmək
1) teqib etmek, ar-dınca düşmek. [Şamama Cadu:] Bu gündən düşərəm onun dalına. Ə.Haqverdiyev; 2) elde etmeye çalışmaq, bir şeyin qeydine qalmaq, tedarük etmek. Yağdan sonra düyü tədarükünün dalına düşürlər, çünki plov dü-yüsüz olmaz. C.Memmedquluzade. Dalına minmək məc.- özüne tabe etmek, istediyini etdirmek. Dalına vermək
1) aparmaq üçün şeyleri birisinin dalına yüklemek.
.Qoca kəndli arabadan taxıl kisələrini fəhlələrin dalına verirdi, onlar da anbarlara yığırdı-lar. S.S.Axundov; 2) məc. dan. birini qızış-dırmaq, yaxud bir şeyi boynuna qoymaq üçün onu yalandan teriflemek. Dedi pişik:
- Vermə mənim dalıma; çünki bələdsən mənim əhvalıma. S.Ə.Şirvani. Dalına-qaba-ğına baxmaq
ehtiyatlı olmaq, her terefi yoxlamaq, öyrenmek, götür-qoy etmek. Dalında durmaq
kömek etmeye hazır ol-maq, himaye etmek, müdafie etmek. Dalını dağa söykəmək
bir şeye ve ya bir adama arxayın olmaq, heç bir şeyden qorxmamaq.
Dalını yerə vermək
meğlub olmaq, ba-sılmaq, teslim olmaq. Dalını-qabağını dü-şünmək (fikirləşmək)
bax dalına-qabağına baxmaq. Biz müsəlman tayfası bir sözü danışanda heç o sözün dalını-qabağını fikirləşmirik. C.Memmedquluzade.

DAL : Azerbaijani Explanatory Dictionary

is. şair. Ağacın ilk şaxesi, böyük budağı; ümumiyyetle, budaq. Yanağı lalə-sən, qaməti dalsan; Ağzı şəkər, dili-dodağı balsan. M.P.Vaqif. Təbiət bəzənərdi xələt geyib çiçəkdən; Dallar yarpaq açardı atlaz kimi ipəkdən. M.Rahim.

DAL : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] Əreb elifbasındakı u ("d") herfinin adı. // məc. Hemin herf kimi eyri, bükülü, bükülmüş (adeten klassiklerde ve aşıqların dilinde). □ (Əlif) qəddi (beli) dal olmaq
beli bükülmek, eyilmek. Başım üstə qanım içən cəlladım; Sağ əlində əlif qəd-dim dal oldu. Qurbani. Həsrətindən əlif qəd-di dal olub; Mat qalıbdır, şirin dili lal olub.
M.P.Vaqif.