Azerbaijani Explanatory Dictionary
DAMĞALI : Azerbaijani Explanatory Dictionary
sif.
Damğası olan, dağ ba-sılmış.
.Alnı damğalı adam qulağı damğalı heyvandan pisdir. S.Rehimov.
məc. Lekeli, üstünde leke olan, eyibli, nöqsanlı. [Carçiyev:] Sən onda səhv elə-misən ki, belə bir damğalı nəsildən özünə dost seçmisən. İ.Hüseynov.
DAMĞASIZ : Azerbaijani Explanatory Dictionary
sif.
Damğası olmayan, damğa vurulmamış.
məc. Lekesiz, leke vurulmamış, temiz.
DAMIZDIRILMA : Azerbaijani Explanatory Dictionary
"Damızdırılmaq"dan f.is.
DAMIZDIRILMAQ : Azerbaijani Explanatory Dictionary
məch. Damcı-damcı tökülmek, damcı-damcı axıdılmaq.
DAMIZDIRMA : Azerbaijani Explanatory Dictionary
"Damızdırmaq"dan f.is.
DAMIZDIRMAQ : Azerbaijani Explanatory Dictionary
f. Damcı-damcı tökmek, damcı-damcı axıtmaq; damızmaq. Süb-hanverdizadə
. fırçanı piyalədə hərlədi, bir az su damızdırdı, təkrar fırçanı dolandırdı, köpük qalxdı. S.Rehimov.
DAMIZMA : Azerbaijani Explanatory Dictionary
"Damızmaq"dan f.is.
DAMIZMAQ : Azerbaijani Explanatory Dictionary
ax damızdırmaq.
DAMLA : Azerbaijani Explanatory Dictionary
ax damcı. Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar günəşin al şəfəqləri altında almaz danələri kimi pırıl-pırıl pırıldayır. A.Şaiq. Bərkiyən yağışın damlaları Ayazı yerindən tərpətdi. Ə.Memmedxanlı. □ Bir damla
bir damcı (b a x damcı
cü menada). Ona elə gəldi ki, bu saysız-hesabsız ülgüclər hər tə-rəfdən onun boğazına ilişəcək və bir göz qırpımında bir damla qan axmağa belə ma-cal vermədən onun başını üzüb düzə atacaq. S.Rehimov. Son damla qanı qalana kimi tənt.
bir şey uğrunda mübarizede yüksek fedakarlığı bildirir. Son damla qanı qalana qədər düşmənlə vuruşmaq. Son damlasına qədər
hamısını, bütünlükle, dibinecen. Is-kəndər əlindəki qədəhi son damlasına qədər içir. A.Şaiq. Urəkyanğısını söndürmək üçün [Yunis] suyu son damlasına qədər başına çəkib, ağır bir nəfəs ötürdü. Mir Celal.
damla-damla bax damcı-damcı. Əsgər kişi, and da içdin şəhid olmuş o qıza sən; Damla-damla göz yaşları axıtmadın gözlə-rindən. S.Vurğun. Elə bil ağ buluddan damla-damla tökülüb; Hər yanda novruz-gülü. R.Rza.
DAMLACIQ : Azerbaijani Explanatory Dictionary
is. Kiçik damla (damcı).
DAMLAMAQ : Azerbaijani Explanatory Dictionary
ax damcılamaq. Gözlə-rindən yaş damlayır.
DAMLAMAQ : Azerbaijani Explanatory Dictionary
f. dan. Dama salmaq, hebs etmek. Oğrunu damladılar.
[İskender:] Ağa!.. Nə buyurursunuz, onları damlayaq, yoxsa danışdıracaqsınız? N.Vezirov. Molla Qəşəm toplanmış pulları da götürüb qaç-mağa hazırlaşır. Biz onun adamlarından bi-rini tutub damlamışıq. M.Hüseyn.
DAMLANMA : Azerbaijani Explanatory Dictionary
"Damlanmaq"dan f.is.
DAMLANMAQ : Azerbaijani Explanatory Dictionary
məch. dan. Dama salın-maq, hebs edilmek. Əhməd, Xuduşun dam-landığını eşidincə, Kamalın yanına məslə-hətə getdi. Ə.Əbülhesen.
DAMLATDIRILMA : Azerbaijani Explanatory Dictionary
"Damlatdırılmaq"-
dan f.is.
DAMLATDIRILMAQ : Azerbaijani Explanatory Dictionary
məch. dan. Dama (hebse) saldırılmaq; tutdurulmaq.
DAMLATDIRMA : Azerbaijani Explanatory Dictionary
"Damlatdırmaq"dan f.is.
DAMLATDIRMAQ : Azerbaijani Explanatory Dictionary
icb. dan. Dama sal-dırmaq; tutdurmaq.
DAMLATMA : Azerbaijani Explanatory Dictionary
"Damlatmaq"dan f.is.
DAMLATMAQ : Azerbaijani Explanatory Dictionary
icb. dan. Dama saldırmaq, hebs etdirmek; tutdurmaq.
DAMMA : Azerbaijani Explanatory Dictionary
"Dammaq"dan f.is.
DAMMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Damcı-damcı axmaq, düş-mek, tökülmek. Samovarın lüləyindən su dammaq. Ev damır.
məc. Tökülmek, axmaq. Nur dammaq.
Danışanda şəkər damar sözündən; Qay-maq dodaqları, ballı sənəm, gəl! Xeste Qa-sım. Günəş çəkilirdi, artıq axşamdı; Göy ətəklərinə boyalar damdı. S.Rüstem.
dama-dama bax damcı-damcı. Dama-dama göl olar, dada-dada heç. (Ata. sözü). Dama-dama göl olar, qəpik-qəpik yığılıb ağca manat əmələ gələr. N.Vezirov.
DAMOTU : Azerbaijani Explanatory Dictionary
is. dan. Qol-budaqlı ve üzeri tüklerle örtülü, tebabetde işledilen çoxillik ot bitkisi. [Damotunun] gövdəsinin üzərində qarşı-qarşıya durmuş və yumşaq tüklərlə ör-tülmüş tünd-yaşıl rəngli saplaqlı yarpaqları yerləşmişdir. R.Əliyev.
DAN : Azerbaijani Explanatory Dictionary
is. Günün doğmasına azca qalmış havanın işıqlanması, sabah açılarken güne-şin üfüqde ilk ağarması. Dan işığı.
Axşa-mın sirrini dan bilər. (Ata. sözü). Sübhün xəbərini gətirəndə dan; Yorğun dost gözləri halsız qapandı. M.Dilbazi. □ Dan atmaq
bax dan yeri ağarmaq. Dan atdı, şəfəq sökdü, günəş yaqut tacı ilə firuzə taxtına oturdu. A.Şaiq. Səhərlər dan atanda, qıp-qırmızı buludlar; Sancılır bu binanın qüllə-sinə qatarlar. R.Rza. Gecə yarı onlar qoşa çox söhbət etdi; Dan atanda qəhrəmanım yu-xuya getdi. M.Rahim. Dan atmamış
sübh açılmamış. çıxmamış gün, atmamışdan; Qanlı bir toz qalxdı yoldan. Ə.Cavad. Tan-rının Pərinisası yuxu yatmır, dan atmamış zəmidə
. olur.. Mir Celal. Dan atmamış hər tərəfdən alovlandı sıx meşə. Ə.Cemil. Dan ulduzu
1) Zöhre ulduzu, Venera. Evində, eşiyində; Yat, quzum, beşiyində; Dan ulduzu, bir də mən; Durmuşuq keşiyində. (Bayatı). Xoş meh əsir sərin-sərin; Baxır göydən dan ulduzu. S.Rüstem; 2) məc. gözele işare. Qa-ranlıq gecədə səni gözləyib; Durmaqdan yoruldum, ey dan ulduzu! C.Cabbarlı. [Gö-yerçin:] Mən bir ailənin dan ulduzuyam; Ata-nın, ananın bircə qızıyam. M.Rahim. Dan üzü
- dan vaxtı, sübh tezden, ala-qaranlıq. Dan üzü idi. Hələ dan ulduzu batmayıb ərşi-fələkdə öz dövrünü edirdi. A.Divanbeyoğlu. Hücum səhər dan üzü başlanmışdı. Ə.Mem-medxanlı. Biz hərbiyəlilər dan üzü durmağı öyrənmişik. Mir Celal. Dan vaxtı
dan sökü-len vaxt, sübh tezden, gün görünmeye başla-yanda, erteden. Hər gün dan vaxtı yuxudan duran qardaşların heç biriyataqdan çıxmaq istəmirdi. Mir Celal. Dan yeli
seher küleyi, nesim. Dan yeli hər yana ətir dağıdır; çöl-lərə çəkilir bir yaşıl pərdə. A.Şaiq. Dan yeri
- dan işığının göründüyü yer; üfüq. Səhərin dan yeridir; Sübh yeri, dan yeridir; Bulaq başı hər axşam; Bir dəstə can yeridir. (Baya-tı). Görünür dan yeri qıpqırmızı qan rəngin-də. S.Rüstem. Açılır yuxudan aləmin gözü; Dan yeri can verir yenə insana. O.Sarıvelli. Qızla oğlan fərəh və həyəcan içində qalxıb dan yerində lalə tək qızarmış buludlara baxa-raq
. düşünürdülər. İ.Əfendiyev. Dan yeri ağarmaq (açılmaq, qızarmaq, sökülmək)
- sübh açılmağa başlamaq. Səhər dan yeri ağarmağa başlar-başlamaz mağaradan çıxıb dünən maral ovladığım yerə gəldim. A.Şaiq. Qızardı dan yeri, səhər açıldı; Günəş doğdu, dünyaya nur saçıldı. A.Sehhet. Gecə özpər-dəsini yığıb gedir, dan yeri sökülür. M.İbra-himov. Alt dan
heqiqi dan sökme, sabah açılma, sübh. Alt dan ağaranda muzdur oya-nıb durdu, gərnəşib əsnədi. S.Rehimov.
DANA : Azerbaijani Explanatory Dictionary
sif. [fars.] klas. Alim, bilici. Füzu-li, cami-mey tərkin qılıb zöhd ilə təqvadən; Qamu danayə rövşəndir bu kim, nadanlığın vardır. Füzuli.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani