Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
DOĞRATDIRMA : Azerbaijani Explanatory Dictionary

"Doğratdırmaq"dan f.is.

DOĞRATDIRMAQ : Azerbaijani Explanatory Dictionary

ax doğratmaq.

DOĞRATMA : Azerbaijani Explanatory Dictionary

"Doğratmaq"dan f.is.

DOĞRATMAQ : Azerbaijani Explanatory Dictionary

icb. Bir şeyin xırda-xırda, hisse-hisse, bir boyda, bir ölçüde kesdir-mek, parçalatmaq. Odunu doğratmaq. Kar-toteka üçün kağız doğratmaq.

DOĞRAYICI : Azerbaijani Explanatory Dictionary

is. xüs. Bir şeyi doğramaq üçün işledilen alet ve s. // Sif. menasında. Bərk süxurları qazımaq üçün doğrayıcı bal-talar işlənir. S.Quliyev.

DOĞRU : Azerbaijani Explanatory Dictionary

sif.
Düzgün, düz, haqq. Doğ-ru yol. Doğru sözə nə demək olar.
Yar ya-nında günahkaram; Doğru sözüm yalan oldu. Aşıq Əlesger. Bar verməz əkdiklərin, doğru sözümdür, inan; Qatmasan bu torpağa öz alnının tərini. S.Rüstem. □ Daha doğrusu
- heqiqetde, heqiqeten eslinde.
Temiz, saf, namuslu, safqelbli, seda-qetli, doğruçu. Bu mühəndisi mən insaflı, şərəfli və olduqca doğru bir adam tanıyır-dım. B.Talıblı. Selim:] Mən səni bir doğru qız zənn edərdim; Səndə ki aldatmaq da var-mış? H.Cavid. // Is. mənasında. Düzgün adam, düz adam, üreyi saf adam, semimi adam. Daim haqdır Vidadinin deməyi; Doğruların hərgiz itməz əməyi. M.V.Vidadi.
Heqiqi, sehih, gerçek, heqiqete uyğun, uydurma olmayan. Doğru hadisə. Doğru məlumat.
Doğru xəbərdir, anın üçün darə düşmüşəm. Nesimi. Bu, nağıl deyil, doğru əhvalatdır. M.Rzaquluzade. // Is. mənasın-da. Doğru, düzgün, gerçek, heqiqi söz ve s. Omründə gəlməyib doğru dilinə. Q.Zakir. Yaxşı olur doğru, düzün axırı. Aşıq Peri. // Haqlı, edaletli. Kim doğrudur? Doğru iş.
- Uluğ:] Budur ən doğru və sağlam tədbir; Olsun üç qonşu bu gündən əlbir. A.Şaiq.
Sehvsiz, xatasız, düzgün. Ifadə çox doğ-ru ifadədir.
Zeynal çaldığı kimi oxuyardı da, iddia edərdi ki, çargahı özü kimi düz və doğru (z.) oxuyan yoxdur. S.Hüseyn.
Xeber şekilçisi ile: doğrudur
1) düz-dür, heqiqetdir. Doğrudur, o bu gün gedir.
- Doğrudur, Mahmud arvadını çox sevirdi və onun misilsiz gözəlliyinə bənd olduğu üçün hər bir günahından keçirdi. B.Talıblı. Doğrudur, zərifliyin adı başqadır; Qüvvətə gəl, qüvvətin dadı başqadır. M.Müşfiq; 2) herçend, herçend ki. Doğrudur, kəndlər-də və balaca şəhərlərdə qışın o qədər bir sə-fası yoxdur, amma Tiflis kimi yerdə qış bö-yük bir qənimətdir. C.Memmedquluzade. Doğrudur, naxoşdur Tapdıq, tez tapar lakin şəfa. C.Cabbarlı. Doğrudur, Əntiqə anası-nın son sözünü anlamadı, ancaq soruşmadı. Mir Celal. // Eyni menada bezen "ki" bağ-layıcısı ile işlenir. Doğrudur ki, yaz hər yer-də yaxşı olur. Mir Celal.

DOĞRU : Azerbaijani Explanatory Dictionary

qoş. Yön, teref, istiqamet, cehet bildirir. Naşı ovçu bərə bəklər, əylənər; Ma-rallar sayrışır yollara doğru. Qurbani. Al-maz bir sevinclə Fuada doğru atılaraq onu qucumaq istəyir. C.Cabbarlı. Günəş üfüqə doğru əyiləndə bu adam artıq Heybət stan-siyasından uzaqlarda idi. S.Rehman.

DOĞRUCA : Azerbaijani Explanatory Dictionary

zərf
Doğru, düz. Doğruca deyir.
Düzce, dolaşıqsız, engelsiz; bilavasite, düz, birbaşa. Bu yol doğruca kəndə gedir.

DOĞRUCUL : Azerbaijani Explanatory Dictionary

ax doğruçu.

DOĞRUCULLUQ : Azerbaijani Explanatory Dictionary

ax doğruçuluq.

DOĞRUÇU : Azerbaijani Explanatory Dictionary

sif. Yalan sevmeyen, hemişe düz danışan, düzlük seven, düzünü deyen, heqiqetçi; heqiqet, düzgün iş terefdarı. Doğ-ruçu adam.
Dövlət o qədər diqqətli və qayğıkeş olmalıdır ki, onun məmurları məh-kəmə işlərində fövqəladə ədalətli, doğruçu və haqq tərəfdarı olsunlar. M.F.Axundzade. "Dünyada səbəbsiz bir şey yoxdur",
deyən-lər nə qədər doğruçu, nə qədər alicənab şəxs-lər imiş. M.S.Ordubadi. // Heqiqi; uydurma, yalançı olmayan. Sitarə ilk dəfə dünyaya həqiqət nəzəri ilə baxdı: cavan qızın qaba-ğında xəyali məşuqu əvəzində doğruçu əri durmuşdu. çemenzeminli.

DOĞRUÇULUQ : Azerbaijani Explanatory Dictionary

is. Düzlük, heqiqetçilik, namusluluq.

DOĞRUDAN : Azerbaijani Explanatory Dictionary

zərf Heqiqeten, düzünü de-sek eslinde. Mehemmedhesen emi:] Izzət, doğrudan pəyədə ağlayan sən idin? C.Mem-medquluzade. // Ara söz menasında (çox vaxt "da" edatı ile birlikde). Azərşəhr, doğrudan da, Azərbaycanın dilrüba bir guşəsidir. M.İbrahimov. Doğrudan da, getdikcə Solma-zın yeri görünür, o şux tərlanın səsi eşidil-mirdi. S.Rehimov.
doğrudan-doğruya 1) bax doğrudan. Amma doğrudan-doğruya Bakıda mən qəbz-bazlığı artıq bir şey bilirəm. C.Memmedqu-luzade; 2) bilavasite. Bu iş doğrudan-doğru-ya sizə aiddir.
doğrudan-doğrusu bax doğrusu.

DOĞRU-DÜRÜST : Azerbaijani Explanatory Dictionary

sif. ve zərf Düz, düz-gün, heqiqi. Bey] elə bilirdi, səndən doğru-dürüst adam yoxdur. Ə.Haqverdiyev.

DOĞRULAMAQ : Azerbaijani Explanatory Dictionary

f. Tesdiq etmek, "doğ-rudur" demek, doğruluğunu qebul etmek.

DOĞRULANMA : Azerbaijani Explanatory Dictionary

"Doğrulanmaq"dan f.is.

DOĞRULANMAQ : Azerbaijani Explanatory Dictionary

məch. Tesdiq edilmek, doğru olduğu aşkara çıxarılmaq.

DOĞRULMA : Azerbaijani Explanatory Dictionary

"Doğrulmaq"danf.is.

DOĞRULMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Düzelmek, dikelmek, düz durmaq, dik qalxmaq. Otel sahibi gürcü Dmitri onun əllərini yaxasından rədd edib itələdi, o, dəhlizin divarına dəyib doğruldu. M.S.Ordubadi. Bir nəfər yoldaşı ilə yükü yerbəyer edən gödək, yoğun və çevik bir fəhlə Qüdrəti görüb doğruldu. M.Hüseyn. // Qalx-maq, ayağa durmaq. Birdən Sabir doğruldu, bədənində şiddətli bir ağrı hiss edərək üz-gözünü turşutdu. M.Hüseyn.
Yönelmek, istiqamet almaq, bir terefe üz tutub getmek. Evə tərəf doğrulub getdi.
Heqiqet olmaq, düz çıxmaq, gerçek-leşmek, heyata keçmek. ümidlərim doğrul-madı.

DOĞRULTMA : Azerbaijani Explanatory Dictionary

"Doğrultmaq"dan f.is.

DOĞRULTMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Gözlenilen ümidi doğruya çıxarmaq; verilen ada, gösterilen etibara ve s.-ye layiq olduğunu göstermek, sübut etmek, gerçekleşdirmek. Göstərilən etimadı doğrultmaq. // Beraet qazandırmaq. Zeynal öz yaramazlıqlarını doğrultmaq üçün mühitlərini ləkələndirməyə çalışan bir qrup adamlara mənsub idi. S.Hüseyn. Maya haqqındakı ehkam Pərşanı bərk tutmuşdu. Onu qızların nəzərində doğrultmaq istəyir-di. M.İbrahimov.
Belini dikeltmek, düz saxlamaq, düz qaldırmaq (çox vaxt "özünü" sözü ile). Kə-rim baba özünü bir də doğruldaraq:
Mə-nim atam da gözəl ovçu idi,
dedi. A.Şaiq. Səfər kişi cəld ayağa qalxdı, özünü doğrult-du. Mir Celal.
Nişan almaq, tuşlamaq. Bir daşa söy-kənib tüfəngimi doğrultdum. A.Şaiq. // Yö-neltmek. Arabanı yola doğrultmaq.
Əvezini çıxartmaq (çox vaxt "özünü" sözü ile). Qoyulan xərc özünü doğrultdu.

DOĞRULUQ : Azerbaijani Explanatory Dictionary

is.
Düzgünlük, heqiqilik, düzlük; sedaqet, semimiyyet. Səy elə, sən də belə insan ol! Doğruluqda bu ada şayan ol! A.Sehhet. Vidadi:] Dünya dəyişilmiş, əhd, vəfa, sədaqət, doğruluq qalmamışdır. çemenzeminli. Məhəbbət, doğruluq, cəsa¬rət, ürək; Dil açıb danışır hər gül, hər çiçək. S.Vurğun.
Gerçeklik, sehihlik, düzgünlük, heqi-qete uyğunluq. Sözün doğruluğu. Xəbərin doğruluğu. Cavabın doğruluğu.
Hacı Mehemmedhaşıma:] Evinizə varid olandan sonra, mənim sözlərimdə doğruluq tapma-san qayıdarsan buraya, mən sənin pulunu özünə qaytararam. B.Talıblı. Rüstəm bəy yumşaldı və Cəfərə baxaraq bir az da gü-lümsündü. Cəfər gümanının doğruluğunu duyub lovğalandı. çemenzeminli.

DOĞRUSU : Azerbaijani Explanatory Dictionary

ara s. Doğrudan esline ba-xanda, düzü. Hacı Hesen:] Şeyxəna, doğ-rusu, mən övladdan yana bədbəxt olmuşam. C.Memmedquluzade. Baxdıqca bu dağlar-dakı qartallara heyran; Sakit dura bilmir ürəyim, doğrusu, bir an. S.Rüstem. □ Daha doğrusu
daha dürüst desek, düzüne qalsa. O mənim otağa daxil olduğumu bilməyir; daha doğrusu, gurultunun şiddətindən ayaqlarımın səsini eşitmirdi. H.Nezerli. Bəli, bizim kənd, daha doğrusu, bizim oba "Səngər" adlanan, meşəli, ormanlı uca da-ğın ətəyində yerləşir. S.Rehimov.

DOĞRUYABƏNZƏR : Azerbaijani Explanatory Dictionary

DOĞRUYAOXŞAR sif. Heqiqete yaxın olan, inanıla bilen. Doğ-ruyabənzər xəbər. Doğruyaoxşar əhvalat.

DOĞU : Azerbaijani Explanatory Dictionary

is. Gündoğan, günçıxan; gündoğan, günçıxan teref. Doğu tərəfdən külək əsir.