Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
DÖŞƏNMƏK : Azerbaijani Explanatory Dictionary

məch. Serilmek, salınmaq, üstüne salınmaq. Rəxtxabı döşəndi, yatdı hərif; Günbəgündən vücudu oldu zəif. S.Ə.Şirvani. Həyətdə palaz döşənib samo-var qurulmuşdu. çemenzeminli. Döşəndi süfrə yerə, xonçeyi-pilov gəldi; Qarınlar oldu çırağan o dadlı nemətlə. M.Möcüz. Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. A.Şaiq.
t-siz. Serelenmek, yere serilmek, ya-yılmaq, uzanmaq. Qivami:] Nizami özgə vaxt bu ağacın kölgəsinə döşənib axşama kimi yazardı.. M.Hüseyn. // Torpağa (ayağı¬na) düşüb yalvarmaq. Mən aşıq, ağla barı; Gözlərim, ağla barı! Ayrılıq yəqin oldu; Yar, döşən, ağla barı. Sarı Aşıq.
t-li. dan. "üste", "üstüne" sözleri ile
acgözlükle, iştaha ile yemeye başlamaq. Molla, hərçibadəbad deyib, girir dükana, bir tərəfdən döşənir halvanın üstünə. "M.N.le-tif.". Şahqulu:] Düyü əldə, yağ əldə, ağala-rı ver yuxuya döşən plov üstə. N.Vezirov.
t-siz. dan. Qaçmaq, getmek, yüyürmek menasında. Adamlar piyada, ceyranın da-lından döşəndilər. Mir Celal.

DÖŞƏNMIŞ : Azerbaijani Explanatory Dictionary

"Döşenmek"den (1 ve
ci menalarda) f.sif. Orada çocuğun uzanmış olduğu yatacaqdan və yerə döşənmiş cırıq-cırıq parça palazlardan başqa artıq bir şey gözə çarpmırdı. T.Ş.Simurq. Qadir
. yastı daş döşənmiş həyətə çıxaraq əzazil Əminə-nin əmrini yerbəyerli icra etməyə başladı. Ə.Əbülhesen.
sif. örtülmüş. Iri kələ-kötür ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar ara-sından yuxarı qalxdıqca təbiət və hava bü-tün başqalaşır. A.Şaiq.

DÖŞƏNTI : Azerbaijani Explanatory Dictionary

is. Döşenilen her hansı bir şey. Otaq döşəntisi.

DÖŞƏTDIRILMƏ : Azerbaijani Explanatory Dictionary

"Döşetdirilmek"den f.is.

DÖŞƏTDIRILMƏK : Azerbaijani Explanatory Dictionary

"Döşetdirmek"den
məch.

DÖŞƏTDIRMƏ : Azerbaijani Explanatory Dictionary

"Döşetdirmek"den f.is.

DOŞƏTDIRMƏK : Azerbaijani Explanatory Dictionary

"Döşetmek"den (
ci menada) icb. Sən, Sənəm, boş otağı döşət-dir, otur orada. Ə.Haqverdiyev.

DÖŞƏTMƏ : Azerbaijani Explanatory Dictionary

"Döşetmek"den f.is.

DÖŞƏTMƏK : Azerbaijani Explanatory Dictionary

icb. Döşenek saldırmaq.
Böyükxanım qonaq otaqlarını döşədib zinət verdirmişdi. M.S.Ordubadi. Söyüd ağacının kölgəsinə bir palaz döşədib orada rahatlan-dım. S.Hüseyn.

DÖŞƏYATAN : Azerbaijani Explanatory Dictionary

sif. üreyeyatan, xoşagelen, xoşlanılan, cazibeli. Döşəyatan bir şey.

DÖŞLƏMƏ : Azerbaijani Explanatory Dictionary

"Döşlemek"den f.is.

DÖŞLƏMƏK : Azerbaijani Explanatory Dictionary

f.
Döşü ile itelemek, döş
vurmaq. Cücələr bir-birini döşləyərək səpdiyim dəni dimdiklərdi. A.Şaiq.
Döşünden, yaxasından yapışmaq.

DÖŞLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary

"Döşleşmek"den f.is.

DÖŞLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary

qarş. üz-üze vuruşmaq, savaşmaq, döş-döşe gelmek, elbeyaxa ol-
maq, mübarize etmek. O, mütləqa Dəmirov-la üz-üzə gəlməli idi, onsuz da onu bu ara-da saymayan adamla istər-istəməz döşləş-məli idi. S.Rehimov.

DÖŞLÜ : Azerbaijani Explanatory Dictionary

sif.
Döşü enli ve iri olan. Döşlü at.
məh. dan. Qoçaq, qorxmaz, dikbaş. O, yaxşı bilirdi ki, Qəhrəman məktəb uşaqları-nın döşlüsü və hazırcavabıdır. S.Rehimov.

DÖŞLÜK : Azerbaijani Explanatory Dictionary

is.
Paltarı temiz saxlamaq üçün üstden geyilen qolsuz önlük. Dəllək döşlü-yü. Döşlüyün ətəyi. Uşaq döşlüyü.
Restoran sahibi də başında araqçın, döşündə döşlük kürənin arxasında durub,
. xörəkləri çəkib verir. Ə.Haqverdiyev. Usta Ağabala] cəld çərməyi tullayıb, döşlüyü döşündən qopart-dı. çemenzeminli. Qərənfil xala keçən il tik-dirdiyi çit döşlüyü ilə yapışıb, qazanı yerə düşürdü. Ə.Veliyev.
Əsasen bedenin döş hissesini örtmek üçün altdan geyilen qolsuz paltar.

DÖŞLÜKLÜ : Azerbaijani Explanatory Dictionary

sif. Döşlük geymiş. Döşlüklü aşpaz.
Iki nəfər ağ döşlüklü gənc qız nöm-rə üçün kağız doğrayırdı. Mir Celal.

DÖŞOTU : Azerbaijani Explanatory Dictionary

is. bot. Boruvari çiçekleri olan çoxillik ot bitkisi.

DÖŞÜAÇIQ : Azerbaijani Explanatory Dictionary

sif. ve zərf Sinesi açıq. Bu gecə Maşo Sonanın yatacaq otağına gəlib onu döşüaçıq yatmış gördü. N.Nerimanov.

DÖŞÜDOLUSU : Azerbaijani Explanatory Dictionary

zərf, dan. üreyini boşal-daraq; çoxlu, etraflı. Memar ilk qələbədən döşüdolusu məlumat verirdi. S.Rehimov.

DÖŞÜQARA : Azerbaijani Explanatory Dictionary

sif. Döş terefi, döşü qara olan. Döşüqara quş.

DÖŞÜODLU : Azerbaijani Explanatory Dictionary

sif. üreyinde çoxlu deyilesi sözü olan, üreyi sözle dolu olan.

DÖŞÜRMƏ : Azerbaijani Explanatory Dictionary

"Döşürmek"den f.is.

DÖŞÜRMƏK : Azerbaijani Explanatory Dictionary

f. Toplamaq, cem etmek, yığmaq, yığışdırmaq. Dərviş Məstəlişah cəld taxta parçaları döşürüb, töküb xurcu-na, atır çiyninə, girir yükün qabağından ası-lan pərdənin dalısına, gizlənir. M.F.Axund-zade. Şərqli uşaqlar
. qapı-bacanızda konserv qutuları, papiros kötükləri döşürmək istəməyir. O.Sarıvelli. // Yığmaq, dermek, derib toplamaq. Bir tərəfdən də qadınlar, çocuqlar otların arasından çiyələk döşürüb orada-burada qurumuş otlardan qotman vururlar. A.Şaiq. Sadə biyanlardan döşürüb dərdik. S.Vurğun. Adam var dolanar səhranı, düzü; Adam var döşürər gülü, nərgizi. Aşıq Abbas.

DÖŞÜRÜLMƏ : Azerbaijani Explanatory Dictionary

"Döşürülmek"den f.is.