Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
DURDURMAQ : Azerbaijani Explanatory Dictionary

icb. Durmağa mecbur etmek.

DURĞU : Azerbaijani Explanatory Dictionary

is. Dayanma, durma, dayanış.
0 Durğu işarələri qram.
yazıda (metn-de) sözler ve ya söz birleşmeleri arasında sintaktik elaqeni gösteren qrafik işareler (nöqte, vergül, iki nöqte ve s.).

DURĞUN : Azerbaijani Explanatory Dictionary

sif.
Hereketsiz, sakit. Durğun hava.
Gecə olduqca sakit və durğun idi. M.S.Ordubadi. Yaz səhərinin sərin, təmiz, durğun havasında telefon elə cingildəyirdi, deyərsən, mis tiyana çaşnı tökürlər. Mir Celal. Balaca bir külək əsən kimi milyon-larca yarpaqlar xışıldayaraq durğun yay havasını sərinləşdirirdi. S.Şamilov. // Göz, baxış haqqında. Titrək, durğun gözlərindən; Sıcaq incilər damardı.. A.İldırım.
Axmayan, axarı olmayan, bir yerde du-ran. 0ux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir. A.Şaiq.

DURĞUN : Azerbaijani Explanatory Dictionary

is. Yoğun bağırsağın sonu.

DURĞUNLUQ : Azerbaijani Explanatory Dictionary

is.
Durğun şeyin halı; hereketsizlik, hereket etmeme. Turxan bey:] Hər duruşunda, hər baxışında bir durğunluq var. H.Cavid. Indi Qısanın] si-masında intihara qərar vermiş kimi, küt bir durğunluq vardı. Mir Celal.
məc. İctimai heyatda, medeniyyetde, teserrüfatda ve s.-de inkişafsızlıq, hereket-sizlik. C.Məmmədquluzadə fikri durğunluq, gerilik, cəhalət tüstüsünün xalq üçün yarat-dığı qorxudan həyəcanlı danışaraq əlac et-məyə çağırırdı. M.İbrahimov. Cəfər Cabbar-lının vəfatından sonra səhnədə və dramatur-giyada bir durğunluq əmələ gəldi. S.Rehman.

DURĞUZMA : Azerbaijani Explanatory Dictionary

"Durğuzmaq"dan f.is.

DURĞUZMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Ayağa qaldırmaq, ye-rinden qaldırmaq. // Yerinden qalxmağa (dur-mağa) mecbur etmek. Başqasını durğuzub yerində oturmaq.
Mansur onu durğuzub aparmaq istədisə də, Sitarə mane olub oturdu.
C.Cabbarlı.
Yuxudan oyatmaq. Uşaqları erkən dur-ğuzdular.
Sübh çox ertə oyanardı qarı; Durğuzar idi hamı xidmətkarı. A.Sehhet. Quludedi:]
.Gərəkgedib Əliqulu əmini dur-ğuzam ki, gəlib
. oğrunu] tüfəngləsin. S.S.Axundov. Pristav dedi:] Durğuzun bu kafir oğlunu! Ə.Haqverdiyev.
0 üzünə durğuzmaq
eleyhine qaldır-maq. Şah:] Əgər xahiş edə, qoşunun hamısını mənim üzümə durğuza bilər. Ə.Haqverdiyev.

DURMA : Azerbaijani Explanatory Dictionary

"Durmaq"dan f.is.

DURMADAN : Azerbaijani Explanatory Dictionary

zərfDayanmadan, arası ke-silmeden, ara vermeden, daim. Yağış dur-madan yağır. Durmadan danışır. Biliyinizi durmadan artırın!
Əsirdi durmadan bir-başa yellər; Döyürdü bağrını dağ-daşa sel-lər. S.Vurğun.

DURMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Ayaq üste, şaquli veziy-yetde hereketsiz dayanmaq. Ağacın altında kölgədə durmaq. Güzgünün qabağında dur-maq. Sahildə durub dənizə baxdıq.
Oda-başı Xudayar beye:]
.Di, burada niyə du-rubsan, buyur, gedək mənzilə. C.Memmed-quluzade. Onlar alçaq bir divarın dibində durdular. M.S.Ordubadi. // Beden hissele-rinden biri üzerinde dayanmaq. Başı üstün-də durmaq. Əlləri üstündə durmaq. Dizi üs-tündə durmaq. // Ayaq üste durmaqla bağlı olan bir işi, vezifeni yerine yetirmek, bir işle meşğul olmaq. Dəzgah dalında durmaq. Ke-şikdə durmaq. Növbədə durmaq. Qarovulda durmaq.
Qalmışam eşikdə mən; Bir qızıl beşikdə mən; Yar bağçaya gələndə; Duraram keşikdə mən. (Bayatı). Qədir iki ay iyirmi bir gün qoruqlarda qarovul durdu. Mir Celal.
Ayağa qalxmaq, yerinden qalxmaq, oturduğu yerden qalxmaq. Aclıq mənə lap kar etmişdi. Durdum ki, evimizə gedib bu arsızı doydurum. A.Divanbeyoğlu. Gile] oturduğu yerdən durub qapıya tərəf getdi. Ə.Veliyev. // Yuxudan ayılaraq yorğan-dö-şekden qalxmaq. Tezdən durmaq. Gec dur-maq.
Səhər durub Sabunçu məktəbinə get-məyə hazırlaşdım. A.Şaiq. Biz hərbiyyəlilər dan üzü durmağı öyrənmişik. Mir Celal. Indi mən lap tezdən qalxıb; Qoca nənəm duranadək çay qaynadıb, süfrə açıb; Eylə-yirəm ona kömək. M.Dilbazi. // "Xestelik-den", "yorğan-döşekden" sözleri ile
sağa-lıb ayağa qalxmaq, sağalmaq, yaxşı olmaq. Xəstəlikdən təzəcə durmaq.
Gültekin:] Azardan təzə durmusan, nəfəsin qaralar. S.Rehimov.
Yerleşmek, olmaq, dikelmek. Pəncə-rənin qabağında uca bir ağac durur. Küçə-nin sağ tərəfində gözəl bir bina durur. Mey-danda Füzulinin heykəli durur.
Gəl bahar, gəl, özünü cəbhədə zənn etmə tək; Durmu-şam burda dünəndən qaya tək. S.Rüstem.
Bir şey üzerinde dayanmaq, bir şeye istinad etmek, esaslanmaq. Bina özül üzə-rində durur. Neft daşlarında vışkalar dəmir dayaqlar üstündə durmuşdur.
Əynine oturmaq, bedenine uyğun gel-mek. Paltar əynində yaxşı durur. Palto əy-nində gör necə pis durur?
Dikine qalxmaq, dik durmaq, dik veziy-yet almaq. Tükləri biz-biz durmaq. Köynəyin yaxalığı pis nişastalanıb, yaxşı durmur.
Qalmaq, dayanmaq. Bir-iki saat bura-da duraq, sonra gedərik.
Qerar tapmaq, rahat qalmaq, sakit qal-maq. Bir dəqiqə bir yerdə dura bilmir.
Xırdaxanım:] Indi başım yerində durmur, guya ki, mənim deyil.. N.Vezirov. Yerdə su durmayıb fışqırdığı kimi, mənim dərdim də daha qəlbimdə durmayır. A.Divanbeyoğlu.
Müqavimet göstermek, möhkem da-
yanmaq, sebat göstermek, tab getirmek,
dözmek. Sən bərk dur. Düşmən qabağında
durmaq. Onun qabağında dura bilməyib çə-
kildi. çətinliklərin qabağında möhkəm dur-
maq.
Qarşımda duramaz nə sel, nə daşqın;
Təbiətlə mənim zərafətim var. M.Müşfiq.
□ Qabağında durmaq
gücü çatmaq.
Fatma xanım:] Qənd ver, çay ver, düyü də
ver. Kimdi qabağında duran? N.Vezirov.
Sebat etmek, sabitlik göstermek, geri dönmek, israr edib dayanmaq. Sözünün üstün-də durmaq.
Xurşudbanu:] Bil kim, sənə söz verdim, durdum sözümün üstə. ü.Hacıbe-yov. Yüzbaşı dediyində dururdu. Mir Celal. Qarı sözünün üstündə durmuş və bu il iki qutu toxum götürmüşdü. Ə.Sadıq.
Bir qerara gelmek, bir neticeye gel-mek, bir neçe şeyden birisini qebul edib, onun üstünde dayanmaq. Nəhayət, trest altı-mərtəbəli yaşayış evinin üstündə durmuşdu. M.İbrahimov.
Qalmaq, davam etmek, yaşamaq, var olmaq, mövcud olmaq; yerinde qalmaqda davam etmek. Onun babası hələ də durur.
Arxa su dolmayıb hələ; Köhnə idarəniz durur; Rəngi də solmayıb hələ. M.Ə.Sabir. // Toxunulmamış qalmaq, işlenmemiş qal-maq, olduğu kimi qalmaq. Aldığım pulların hamısı durur.
Hereketsiz qalmaq, axıb getmemek. Su bir yerdə durarsa qoxuyar.
İnkişaf etmemek, artmamaq, irelile-memek, bir yerde qalmaq, durğunluq emele gelmek. Elm bir nöqtədə dura bilməz.
İşlememek, hereketsiz qalmaq, fea-liyyet göstermemek, dayanmaq. Maşınlar durur. Saat durmuşdur. Motor durdu. Za-vod durdu.
Qurbanın] qəlbi bir an durdu. A.Şaiq. // Duracaqda, yaxud her hansı bir yerde dayanmaq, eylenmek. Qatar stansiya-da üç dəqiqə durur. Ekspress qatarı hər stansiyada durmur. Maşın evimizin qaba-ğında durdu.
Arabamız bir alaçığın ağ-zında durdu. A.Şaiq. Furqon hərəkətə hazır bir halda durmuşdu. M.İbrahimov. // öz işi-ni, meşğelesini ve s.-ni dayandırmaq, arasını kesmek. Kitabın
ci səhifəsində durdum.
Söhbətin ortasında durdu. Keçən dərsdə hansı paraqrafda durmuşduq?
Bitmek, kesilmek, ara vermek, dayan-maq, sakit olmaq. Yağış durdu. Atışma durdu.
çaşıb qalmaq, heyret içinde qalmaq, duruxmaq, duruxub qalmaq. Xəbəri eşidən kimi durdu.
Gözlemek, sebir etmek, toxtamaq, te-lesmemek, dayanmaq. Bir az dur. Dura bil-mirəm. Sən bir dur. Durmaq vaxtı deyil.
- Şahsenem:] Qulun olum sənin, gülüzlü xacə; Degilən Qəribə durmasın, gəlsin. "Aşıq Qerib". Şəkli alıb qaçdım yoldaşımın ya-nına:
Faiq, hələ durmusan, məgər durmalı əsrdir? C.Memmedquluzade. Salman:] Qonaq qardaş, dur! Təlaş etmə sən. H.Cavid.
Diqqeti bir şeyin üzerinde saxlamaq, dayandırmaq, onun haqqında müfessel da-nışmaq, behs etmek. Bu məsələnin üzərində çox durmaq lazımdır.
Yer tutmaq, mövqe tutmaq. Tərbiyə məsələsi birinci yerdə durur. Qarşıda ciddi problemlər durmaqdadır.
Müeyyen şertlerle bir işi, vezifeni yerine yetirmeyi öhdesine götürmek, bir işe girmek. Aslan] nökər durmaq istədi, uşaq olduğu üçün heç kəs ona beş manatdan artıq pul vermədi. C.Cabbarlı. Papaqçı dedi:]

- Bala, mənə şəyird durarsanmı? Rəsul dedi:
- Nə üçün durmuram. "Aşıq Qerib".

Başa gelmek, mal olmaq, tamam ol-maq, oturmaq. Palto mənə 150 manata dur-du.
Təbrizə Rusiyadan ticarət malı gətiril-məyəcəkdir. Gətirilsə də, çox ağır qiymətə duracaqdır. M.S.Ordubadi.
Qalxmaq, çıxmaq, töremek. Qəmzə-sindən fitnələr durdu, oyandı uyqudan. Nesimi. Gün ki sayən düşdüyü yerdən durar, bir vəchi var. Füzuli.
Qalmaq. Qədir, sənin can naloqundan nə qədər durur? Mir Celal.
Hereket etmek, davranmaq. Qoy bizə gülməsin nə dost, nə də yad; Ehtiyatlı danış, ehtiyatlı dur! S.Vurğun.
Başlamaq, girişmek, teşebbüs etmek. Durdu mənimlə mübahisəyə. Durdu ağaca çıxdı.
Hacı Nuru:]
.Sən əbəs yerə özünü saldın qalmaqala, durdun onun ilə, bunun ilə döyüşməyə, xalqın dalısınca yaman sözlər danışmağa. M.F.Axundzade. Başına durdu qoydu əmmamə; Geydi nəleynini ol əllamə. S.Ə.Şirvani.
"Bele", "bu yana", "o yana" ve s. söz-lerle
çekilmek. O yana dur, keçim.
Nur-cahan:]
.Qapıdan belə dur, vallah, yoxsa bir oyun oynaram, tamam şəhər tökülər. N.Vezirov.

..dursun,
..belə dursun,
..bir yana dursun
..kenarda qalsın,
..bir terefde qal-sın,
..serf-nezer ederek,
..haqqında danış-mayaraq. Tanımaq bir yana dursun, heç adı-nı eşitməmişəm.
Rüstəm dursun, onlara Sə-yavuş verir cavab. H.Cavid.
İnkar şeklinde: durmamaq
dayan-mamaq, qalmamaq. Bu bağçada quş dur-maz; Yaz gələndə qış durmaz; Küsmüsən, gəl barışaq; Mənim dilim dinc durmaz. (Ba-yatı). çeşmi-xumarın görəndə; Can çıxar, durmaz bədəndə; Mey içib sərxoş gəzəndə; Dönüb məstanə bir baxmaz. Q.Zakir. // Tö-külmek, yerinden çıxmaq. Başında saçı dur-mur.
Oküz qocalmışdı, ağzında bir dişi durmurdu,
.ətlikdən savayı heç şeyə yara-mırdı. S.Rehimov. □ Geri durmamaq
her bir şey etmeye hazır olmaq, heç bir tedbir qarşısında durmamaq, her cür tedbire el atmaq.

İnkar şeklinde, ikinci ve üçüncü şexslerde: durma(yın)
teles(in), tez ol(un), dayanma(yın), gecikme(yin). Qabla dəxi mafraşını, Mir Haşım! Durma, götür qaç başını, Mir Haşım! M.Ə.Sabir. Ter-xan:] Durmayın, haqlayın vurulmuş ovu. A.Şaiq. // Herekete gel(in), sakit durma-(yın). Ey könül, sən də həvəslən, durma! M.Müşfiq. // Tez, tecili, yubanmadan. Ke-çən həftə getmişdim şəhər idarəsindən paş-burt alam; çünki səfərim var, anam tel gön-dərib: durma, gəl. C.Memmedquluzade. Lütfeli:] Mən ölüm, durma, gəl, səni gözlə-yirəm. İ.Musabeyov.
Feli bağlamalara qoşularaq veziyye-tin davamlılığını bildirir. Dayanıb durmaq.
Başımı aşağı dikib durduğum halda, əlim-dəki çörək qismətin yumruğumda saxlama-ğa başladım. A.Divanbeyoğlu. Xəstə sayıq-layır, hərəkət içində çırpınıb dururdu. M.İbrahimov.
Feli bağlama şeklinde bir sıra feillerin evvelinde bir işe teşebbüs etmek, başlamaq menasını ifade edir. Durub söyləmək. Durub qaçmaq. Durub mənə belə dedi... Durum baxım, görüm.
Firidun] bir ildırım sürəti ilə
. durub qaçmaq istəyirdi. M.İbrahimov. Əmine:] Hemze] Nikolayın Nuh əy-yamından durub mənə danışır. Ə.Əbülhesen.
0 Durma gəldim
tez, telesik, birbaşa, üz tutaraq. Kəblə Novruzqulu başmaqlarını ayağına geyərək, durma gəldim birbaş Hacı Abtalıbın yanına gedir. H.Sarabski. Durub-durub zərf
herdenbir, arabir, ara-ara. Gü-lüş durub-durub ah çəkirdi.. S.Rehimov. Durub-oturmaq (əyləşmək) yaxud oturub-durmaq
birisi ile vaxt keçirmek, elaqe saxlamaq, yoldaşlıq etmek, dostluq etmek. Əbəs yerə cəfa çəkmə, yar olmaz; Rəqib ilə durub-oturan sənə. Q.Zakir. Mirze Qedir] hər zaman böyük adamlarla durub-əyləşirdi. S.Hüseyn. Ağca] xüsusilə zəmanəyə mənsub oxumuşlar, firqəçilər, ziyalılar ilə durub-oturmağı arzu edirdi. Mir Celal.
dura-dura zərf
..olduğu halda,
..durdu-ğu halda,
..ola-ola. Qeyrətimə sığışdıra bil-mirəm ki, mən dura-dura və mən olan yerdə, məndən savayı bir özgə adam gəlib burada bir ad çıxartsın; gəlib Tiflisdə şöhrət qazan-sın. C.Memmedquluzade. Məncə, əsil qəhrə-man da dar ağacı gözünün qabağında dura-dura, dediyindən dönməyənlərdir. M.İbrahi-mov. Bülend:] Veys] dura-dura mənə ev-lənmək yararmı? Ə.Əbülhesen.

DURMAQAÇ : Azerbaijani Explanatory Dictionary

zərf dan. Tez, telesik, tecili, birnefese.

DURMAQSIZIN : Azerbaijani Explanatory Dictionary

ax durmadan.

DURNA : Azerbaijani Explanatory Dictionary

is. zool. Dimdiyi, boğazı ve ayaq-ları uzun köçeri iri bataqlıq quşu. Qatar-qatar olub qalxıb havaya; Nə çıxıbsız asi-manə, durnalar?! M.V.Vidadi. Durnalar dəstə-dəstə göydə uçar; Oxuyar nəğmələr, cənuba qaçar. A.Sehhet. Göylərin yolçusu durna qatarı, Süzəcək süzdüyün dumanlıq-ları. M.Müşfiq.
0 Durna boğazı məc. şair.
durnanın bo-ğazı kimi uzun ve zerif. Mahirə
. durna bo-ğazını yuxarı tutaraq çağırdı:
Sarxan! Sarxan! M.Hüseyn. Durna gözü kimi məc. şair.
çox temiz, saf, şeffaf, berraq, dupdu-
ru menasında. Ortalıqda qoca, kühənsal bir ağac altında da Qoşabulaq durna gözü kimi qaynayır, gözyaşı kimi axıb ətrafı süd gölü-nə döndərir. "Koroğlu". Gözəl olur bizim elin yayları; Durna gözü kimi vardır bulağı. A.Şaiq.

DURNABALIĞI : Azerbaijani Explanatory Dictionary

is. zool. Şirin sularda ya-şayan yastı ve uzunsov başlı yırtıcı balıq. Suyun özünün və çayın dibinin rəngindən asılı olaraq, durnabalıqları tutqun və ya sa-rımtıl yaşıl rəngdə olur. Bədəninin uzunsov oxşəkilli olması və quyruq hissəsinin yaxşı inkişaf etməsi nəticəsində durnabalığı cəld və diribaş hərəkət edir. "Zoologiya "

DURNABOĞAZ(LI) : Azerbaijani Explanatory Dictionary

sif. Uzun boğazı olan, uzunboğaz.

DURNAGÖZ(LÜ) : Azerbaijani Explanatory Dictionary

sif. şair.
Gözel, ay-dın gözleri olan. Gülsenem:] Kəndimizdəki durnagözlü qızları ürkütməklə saymaq ol-mur. M.Hüseyn.
məc. Temiz, saf, dumduru menasında. çox keçmişəm bu dağlardan; Durnagözlü bulaqlardan. S.Vurğun. Cənub tərəfdə dur-nagözlü duru və soyuq bulaqların şırıltısı insanı valeh edirdi. Ə.Veliyev.

DURU : Azerbaijani Explanatory Dictionary

sif.
Maye halında olan, su kimi axıcı, sıyıq. Duru yanacaq. Duru palçıq. Duru xörək. // Heddinden artıq sıyıq olan, suyu çox olan, sulu. Duru qatıq. Duru dovğa.
Saf, temiz, şeffaf, aydın. Vətənimin göyləri göllərindən durudur; Qoynunda səa-dətin sarayları qurulur. R.Rza. Nuriyye:] Mən arxın büllur kimi duru suyu ilə üzümü yuyub sərinləndim. İ.Əfendiyev. Narın biri-ni kəsdim. Zoğal kimi iri, əqiq kimi duru gi-lələri var idi. Mir Celal. // Mec. menada. Uluq bey:]
.çeşmədən durusan, şəfəqdən oynaq; Belə mərd qızlarla gülər hər ocaq. A.Şaiq. eynal:] çiçək kimi qız saxlayıb bö-yütmüşəm. Sudan duru adı var. C.Cabbarlı.
.Qız eyni duru və riyasız gözlərini ani olaraq Xaverin] gözlərinə dikdi və tez çəkdi. M.İbrahimov. // Açıq. Hava gözəl olduğun-dan, Gülzarın yanaqları daha da xoşrəng olub, duru al bir rəng almışdı. C.Cabbarlı.
məc. Əsil, xalis, temiz, xerc ve zerer çıxılandan sonra qalan. Duru qazanc.
"Durusundan" şeklinde dan.
en yax-şısından, en yaxşı yerinden, en temizinden.
Düyünün durusundan 5 kilo çək.
Darğa Lə-ləş
. xırman vaxtı durusundan, qırmızı zo-ğalından öz buğda bəhrəsini tək bircə dəninə qədər tamam-kamal alar(dı). S.Rehimov.
0 Duru yerindən
bax duru
cü me-nada. Duruya çıxar(t)maq
temize çıxar(t)-maq, safa çıxar(t)maq, beraet qazandırmaq, doğrultmaq. Kəlbalı nə qədər çalışırdısa da,
. özünü duruya çıxara bilmirdi. S.Rehimov. Kefl duru olmaq
bax kef.

DURUXDURMA : Azerbaijani Explanatory Dictionary

"Duruxdurmaq"dan f.is.

DURUXDURMAQ : Azerbaijani Explanatory Dictionary

icb. Duruxmağa mec-bur etmek, duruxmasına sebeb olmaq; çaş-dırmaq, karıxdırmaq, teeccüblendirmek. Bu sual Əbülhesen beyi] duruxdurdu.
M.S.Ordubadi.

DURUXMA : Azerbaijani Explanatory Dictionary

"Duruxmaq"dan f.is. Mən onların duruxmasına hirsləndim. Mir Celal.

DURUXMAQ : Azerbaijani Explanatory Dictionary

f. Fikre getmek, söz axtar-maq, düşünmek. Gözlərin kimi gözlər; Du-ruxub kimi gözlər? Sarı Aşıq.
.Sadıq bir az duruxub cavab verdi ki, lağlağı onun aya-masıdır. C.Memmedquluzade. Meşedi bey] duruxdu, gülümsünərək daha ifadəli bir söz tapdı. M.Hüseyn. // Tereddüd içinde durub fikre getmek, dayanmaq. Davud] bir az duruxandan sonra öz sözünü izah etdi. Mir Celal. // çaşan kimi, özünü itiren kimi olmaq, tutulmaq, döyükmek. Zeynal geniş bir şüşə-bəndi keçib yemək odasına girdi, bir qədər duruxdu. S.Hüseyn. Ikisi də əvvəl duruxdu, döyükdü və sonra nifrətəngiz bir heyrətdə donub qaldılar. çemenzeminli. Hüseyn du-ruxdu, nə cavab vermək lazım gəldiyini bil-mədi. S.Rehman.
duruxa-duruxa zərf Dayana-dayana, dura-dura, arabir duraraq. Cəlal qabağında kitab duruxa-duruxa oxuyur. C.Memmed-quluzade. Hesen]
.çənəsi ilə ağacına söy-kənərək duruxa-duruxa cavab verir.. Mir
Celal.

DURUXSU(N)MAQ : Azerbaijani Explanatory Dictionary

bax duruxmaq.
..Xidmətçi qadın gəlib qapını] açdı. Məni görürkən duruxsundu. M.S.Ordubadi. Cəfər qarpızı hirslə yerinə qoyub geri çəkildi, qiy-mətini azaltmaq üçün bir-iki addım da qızdan uzaqlaşdı. Sonra duruxsuyub Rüstəm bəyə dedi. çemenzeminli.

DURULAMA : Azerbaijani Explanatory Dictionary

"Durulamaq"dan f.is.

DURULAMAQ : Azerbaijani Explanatory Dictionary

f. dan. Aydınlaşdırmaq, müeyyenleşdirmek. O, çötkəni qabağına çək-di, çırt yoxuşa, çırt enişə, haqq-hesabı du-rulayıb aydınlaşdırdı. S.Rehimov.

DURULANMA : Azerbaijani Explanatory Dictionary

"Durulanmaq"dan f.is.