Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
EŞQ : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Sevgi, mehebbet, sevda, böyük istek hissi, sonsuz bağlılıq. Vətən eşqi. Ovlad eşqi. Həyat eşqi.
Can vermə qəmi-eşqə ki, eşq afəti-candır; Eşq afəti-can olduğu məşhuri-cahandır. Füzuli. Dili-divanə sevər can tək o zülfi-siyəhi; Başının şurini gör, eşqdə sevdasına bax. S.Ə.Şirvani. Eşq sözü sözlərin sultanıdır, tacıdır; Eşq
həyat ağacıdır! B.Vahabzade.
Şiddetli arzu, heves, meyil, istek. Sö-zün eşqilə, qəlbilə yaşar aləmdə insanlar;
Sözün səyyar xəyalilə uçar əflakə dastanlar. S.Vurğun. Ala çiçəklərlə ala sürülərin doğ-ma yurdunda dincələn əsgərlər hücum eşqi ilə çırpınırdılar. Ə.Veliyev.
Müxtelif obrazlı terkiblerde: eşq ehli, eşq alemi, eşq yarası, eşq afeti, eşq quşu, eşq deryası, eşq odu, eşq esiri ve s. şeklinde işlenib sevgi, mehebbet hisslerini bildirir. Eşqin xəncərini vurdum sinəmə; Dərin yaralarım deşdim də gəldim. "Aşıq Qerib". Yoxsa çıxılmayan eşqin dağında; Omrünün dirilik çeşməsi qaynar. M.Müşfiq.
0 Eşq yetirmək
sevmek, vurulmaq, aşiq olmaq, bend olmaq, mehebbet yetirmek. Xırda qız ağıllı-başlı Məlik Cümşüdə eşq yetirmişdi. (Nağıl). Bir neçə il ondan sonra Mirzə qonşunun qızına eşq yetirib anasını elçi göndərdi. Ə.Haqverdiyev. Eşq olsun!
medh, terif yerinde işlenir (bezen "aferin" menasında da işlenir). Deyirəm, eşq olsun dünən və bu gün; Azadlıq yolunda can verənlərə! B.Vahabzade. Eşqə düşmək (tutulmaq giriftar olmaq ve s.)
1) aşiq olmaq, sevmek, bend olmaq, vurulmaq. Qəm evində zar olalı; Eşqə giriftar olalı; Yarımadıq yar olalı; Nə mən səndən, nə sən məndən. Q.Zakir. Görcəyin gözəl Leylini; Bəyəndim şirin dilini; Eşqə bələndim, mey-lini; Bil mana sarı görəndə. Aşıq Əlesger; 2) hedsiz derecede bir şeyin hevesinde, hesretinde olmaq, arzusunu çekmek, iste-mek. Axırda mən özüm də bir belə eşqə düş-düm ki, özümə bir yan tütəyi ələ gətirib baş-ladımyavaş-yavaş çalmağa... C.Memmed-quluzade. Eşqə gəlmək
tebe gelmek, cuşa gelmek, ilhamlanmaq. Yenə də ortada imtahan gərək! Yoxsa ki, gündə bir eşqə gələrək; Sonra da ardınca baxıb ağlamaq; Əskiklik gətirir hər insana, bil! S.Vurğun. Sordum:
Nədən, gözəl çoban; Eşqə gəlib ney çalırsan? N.Refibeyli. Eşqə salmaq
sevmesine, aşiq olmasına sebeb olmaq, özüne alude etmek. Əğyarı eşqə salmağa ol şuxi-dilfirib; Qeyrilə görcəyin mənə çox eylər ehtiram. S.Ə.Şirvani. Eşqi cuşa (tüğyana) gəlmək
hevese gelmek, cuşa gelmek, çox heveslenmek. Qoğuz padşahın eşqi cuşa gəldi, durub gəlməkdə olsun Nardan xanımın yanına. (Nağıl). Qurbani zindanda Pəri xanımı yadına saldı, eşqi tüğ-yana gəlib sazı sinəsinə basdı. "Qurbani". Allah eşqinə
bax Allah.

EŞQBAZ : Azerbaijani Explanatory Dictionary

[er. eşq ve fars.
..baz] Qadın düşkünü, arvadbaz, aşiqane maceraları se-ven adam.

EŞQBAZLIQ : Azerbaijani Explanatory Dictionary

is.
Eşq maceralarına me-yil, yalandan eşq yetirme, mehebbetden da-nışma, sevişme.
.Uşaqlarımız bekar qalan-da ya gərək teatrlarımıza gedib eşqbazlıq nümayişlərinə tamaşa eləsinlər, ya gərək küçə qapılarının ağzına yığışıb yoldan ötüb keçənlərə "ğoğo" eləsinlər.. C.Memmed-quluzade. [Qafar:] Mən necə səni eşqbazlıq teatrına aparım. S.S.Axundov.
Aşiqlik, vurğunluq. Şərm eylə bu eşq-bazlıqdan; Bifaidə cangüdazlıqdan! Füzuli. Ağlını cəm elə, olma sərsəri; Səndə yoxdur eşqbazlıq əsəri. Aşıq Peri. □ Eşqbazlıq elə-mək
aşiqane maceralarla meşğul olmaq, arvadların dalınca düşmek, arvadlarla sevişmek, onlara yalandan eşq yetirmek. [Necef:] Mən eşqbazlıq eləyəndə sən heç ananın qarnında yox idin. İ.Əfendiyev.

EŞQLİ : Azerbaijani Explanatory Dictionary

sif. Heraretli, heyecanlı, ehtiraslı. Eşqli qəlb.
Qan salmağa aralığa; çox eşqli pərvanəsən. "Qurbani". [Rüxsare]
.ancaq Həsənin hərarətli nəfəsi ilə eşqli dodaqlarını hiss edirdi. T.Ş.Simurq.

EŞQNAMƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər. eşq ve fars.
..name] Aşiqane mektub, eşq, sevgi ifade eden mektub. Bir-birlərinə deyəcəkləri sözləri aylardan bəri əzbərləmişdilər, ortalığa atı-laraq arzular böyük həcmli bir eşqnaməni təşkil edirdi. M.S.Ordubadi. □ Eşqnamə oxumaq
mehebbet elan etmek (adeten menfi menada). [Əsger Soltan beye:] Axı belə iş yaxşı deyildir, özgənin arvadına eşq-namə oxuyursan! U.Hacıbeyov.

EŞQPƏRVƏR : Azerbaijani Explanatory Dictionary

[ər. eşq ve fars.
..perver] Eşq besleyen, eşq yetiren, seven. [Sofiya xanım:] Sizin bu qədər eşqpərvər bir qəlbə malik olduğunuzu zənn etməzdim. çemen-zeminli.

EŞMƏ : Azerbaijani Explanatory Dictionary

"Eşmek"den f.is.
sif. Burulmuş, eşilmiş, eşilib hazırlan-mış. Eşmə qamçı.
Molla uzun və qara müştüyün başına sancılmış eşmə papirosa qullab vuraraq ətrafına tüstü yayırdı.. T.Ş.Simurq. [Koxa:] Sahməmməd, and olsun
bu eşmə bığa; Sənə yalan satmaz ömründə koxa. S.Rüstem.

EŞMƏ : Azerbaijani Explanatory Dictionary

is. Uşaqların aşıqla oynadıqları bir oyun adı.

EŞMƏ-EŞMƏ : Azerbaijani Explanatory Dictionary

ax eşim-eşim. Nəbinin bığları eşmə-eşmədir; Papağı güllədən deşmə-deşmədir. "Qaçaq Nebi".

EŞMƏK : Azerbaijani Explanatory Dictionary

f.
Qazımaq, qazıyıb açmaq, qurdalamaq (torpağı, qumu, külü ve s.-ni).
.[Peleng de] məni görmüşdü. Pəncəsi ilə acıqlı-acıqlı yeri eşir, dırmalayırdı. A.Şaiq. Səlim ilğım kolunun dibini balaca bel ilə eşməyə başladı. S.Rehimov
Burmaq. Bığını eşmək.
[Koroğlu] pələ bığlarını eşib qulaqlarının dalına keçirdi. "Koroğlu".
.Məmməd kişi kababı yeyib yağlı əlləri ilə bığlarını eşdi. S.Rehman.
Barmaqla hazırlamaq, sarımaq. [Daş-demir:] çox yaxşı tütündür, birini eşin, da-dına baxın. M.Rzaquluzade. □ Papiros eşmək
tütünü papiros kağızı arasına qo-yub sarımaq, papiros hazırlamaq. İskəndər itdən əl çəkib, həvəsli və kefli, şlyapasını kro-vatın üstünə çırpıb başlayır papiros eşməyə. C.Memmedquluzade. Qafar eşib müştüyə keçirtdiyi papirosuna bir-iki qullab vurdu. Ə.Əbülhesen.
Hörmek. İp eşmək.
Bir ipək və ya keçə qurşağı
. eşərdilər. Buna turna deyərdilər. H.Sarabski. Qız-gəlinlər gün doğmamış oya-nır; Gur saçına sığal verib eşməyə. R.Rza.
məc. Əlleşdirmek, axtarmaq, araşdır-maq, qurdalamaq, töküşdürmek. Qazı
. ki-tabları eşib bir qara cildli kitab götürüb açdı. C.Memmedquluzade.

EŞMƏK : Azerbaijani Explanatory Dictionary

is. məh. Yaxası xezli, gödek-qollu, qadın üst geyimi.

EŞSİZ : Azerbaijani Explanatory Dictionary

sif [türk.]
Yalqız qalmış, tek qal-mış; yoldaşsız, dostsuz, kimsesiz.
Misilsiz, misli olmayan, tayı-beraberi olmayan. [Xeyyam:] Söylə, ey sevgili, eşsiz mələkim; Kim zəhər qatdı gülər ömrünə,
kim?! H.Cavid.

EŞŞƏK : Azerbaijani Explanatory Dictionary

is.
At fesilesinden iribaşlı, al-çaqboylu, uzunqulaqlı yük ve minik hey-vanı; uzunqulaq. Allaflar çuval-çuval arpa, buğda və saman alıb arabalara doldurur, eşşəklərə yükləyirdilər. A.Şaiq. Qulam dayının aldığı boz eşşək çox baha tamam oldu. M.Hüseyn.
İnşaat zamanı bir şeyi saxlamaq üçün altdan qoyulan müveqqeti dayaq, direk. Körpünün orta eşşəyi sındı.
məc. dan. Qanmaz, kobud, küt, axmaq, cahil adam haqqında (söyüş kimi işlenir). [Necef bey:] Eşşək, məlun! Sənin sözün də var ata qabağında danışmağa?! Ə.Haqver-diyev.
idm. Gimnastika hereketleri üçün üze-rine meşin çekilmiş, hündür dayaqlı tir.
0 Eşşək nə bilir zəfəran (plov) nədir eşşək nə bilir xurmanın dadını
qanmaz, yaxşı ile pise ferq qoya bilmeyen adam haq-qında. [Hüseyn:] Sən nə anlayırsan artist nəyə deyirlər? Nə qədər eşşək zəfəranplov-dan bir şey anlasa, bir elə də sən anlarsan ki, artist-tragik nədir? Ə.Haqverdiyev. İki eşşəyin arpasını bölə bilməmək
heç bir işde qabiliyyeti olmayan, bacarıqsız adam haqqında. Onun vücudunu iki şahıya alan olmaz. Kütbaş, bisavad, iki eşşəyin arpasını bölə bilməyən. M.Hüseyn.

EŞŞƏKARISI : Azerbaijani Explanatory Dictionary

is. zool. Zerqanadlılar fe-
silesinden arıya benzer sarı, parlaq qanadı olan, iyneli böcek.

SINDIRDI : Azerbaijani Explanatory Dictionary

is. Uşaqların dombaltma durub biri-birinin belinden atılaraq oynadıqları oyun; atlanbac.

EŞŞƏKBİYANI : Azerbaijani Explanatory Dictionary

is. bot. Yazdan bir qeder keçmiş biten pis qoxulu alaq otu.

EŞŞƏKÇİ : Azerbaijani Explanatory Dictionary

is.
köhn. Eşşeklere baxan, xidmet eden mehter. Oraya yığılanlar kimdirlər? Biri xanın eşşəkçisinin nəvəsi deyilmi? Ə.Haqverdiyev.
Eşşeye minmiş adam. Məhəmmədhəsən əlini eşşəkçinin qurşağına salıb çəkə-çəkə aparırdı. C.Memmedquluzade. Atlılar bir az dayandılar. Eşşəkçi yaxınlaşdı. Mir Celal.
Eşşek ile yük daşıyan, eşşek üste xırda alver eden adam.

EŞŞƏKÇİLİK : Azerbaijani Explanatory Dictionary

is. köhn. Eşşekle yük da-şıma peşesi.

EŞŞƏKQANQALI : Azerbaijani Explanatory Dictionary

is. bot. Tikanlı, dilik-
dilik yarpaqları olan yabanı bitki.

EŞŞƏKLİ : Azerbaijani Explanatory Dictionary

sif. Eşşeyi olan. Eşşəkli köç.

EŞŞƏKLİK : Azerbaijani Explanatory Dictionary

is. Qanmazlıq, anlamazlıq, kobudluq, heyvanlıq. Planların alt-üst ol-masına səbəb Kəşaninin eşşəkliyi və xamlığı
olmuşdu. Qantemir. □ Eşşəklik eləmək

axmaq bir iş görmek, terbiyesiz bir hereket göstermek. [Allahqulu:]
.Eşşəklik eləyirəm mən ki, Veysin qəlbinə dəyirəm. Ə.Əbülhesen.

EŞŞƏKOYUNU : Azerbaijani Explanatory Dictionary

is. dan. Axırı savaşmaya, qovğaya çevrilen qaba zarafat. Eşşəkoyunu başlamaq.

EŞŞƏKTURPU : Azerbaijani Explanatory Dictionary

is. bot. Kökü turpa benzer yabanı alaq otu.

ETAJER(KA) : Azerbaijani Explanatory Dictionary

[fr.] Direkler üstünde duran reflerden ibaret mebel növü. Bir tərəfdə qo-yulub kitab qəfəsəsi (etajerka), üstə kitablar, yanında bir dənə sandalya. C.Memmedqu-luzade. Akif.. etajerkadan kitab götürərək oxumağa başlayır. M.İbrahimov.

ETALÖN : Azerbaijani Explanatory Dictionary

[fr.] Müeyyen edilmiş ölçü va-hidinin deqiq nümunesi. // İşlenmekde olan ölçü aletlerini yoxlamaq üçün en deqiq ölçü nümunesi; eyar. Metrin etalonu.
Təhvil verilən pambığın sortunu qəbuledicilər eta-lon əsasında müəyyən edirlər. "Pambıqçılıq".