Azerbaijani Explanatory Dictionary
EVFEMİSTİK : Azerbaijani Explanatory Dictionary
sif. [yun.] dilç. Evfemizm
mahiyyetinde olan. Evfemistik ifadə.
EVFEMİZM : Azerbaijani Explanatory Dictionary
[yun.] dilç. Müeyyen bir şerait üçün qaba ve ya namünasib sayılan söz ve ya ifade yerine işledilen başqa, daha ince söz, ya ifade; mes.: "arvadım" evezine "uşaqların anası", "yalan danışırsınız" evezine "düz demirsiniz" ve s.
EVKALİPT : Azerbaijani Explanatory Dictionary
[yun.] bot. Əsil veteni Avstra-liya olub, Qara deniz sahillerinde ve Azerbaycanda da iqlimleşdirilib yetişdirilen ucaboylu, hemişeyaşıl, enliyarpaqlı ağac. Ucaboylu, həmişəyaşıl, müxtəlif rəngli, çox ətirli yarpaqlarla örtülü olan evkalipt bitkisi parklara, bağçalara, küçələrə zinət vermək və sitrus bağlarını, çay plantasiyalarını küləkdən qorumaq məqsədi ilə becərilir. İ.Axundzade.
EVLAD : Azerbaijani Explanatory Dictionary
[ər.] bax övlad. Məmməd evlad-larını
. böyüdüb müəyyən yaşa yetirdikdən sonra, bunları məktəbə qoydu. "Aşıq Qerib". Məmmədhəsən əmi
. mehriban atadı, o heç
vaxt istəməzdi evladının ürəyini bir dəm sıxsın. C.Memmedquluzade. [Kor kişi:] sizə ata yerində, siz də ona evlad mövqeyində idiniz. S.Hüseyn.
EVLƏNDİRMƏ : Azerbaijani Explanatory Dictionary
"Evlendirmek"den f.is.
EVLƏNDİRMƏK : Azerbaijani Explanatory Dictionary
f. Birine arvad (qız) alıb
evli etmek. Oğlunu evləndirmək.
[Cahan xala:] Rəhmətlik bacım canı ağzından çıxana kimi mənə deyərdi: Cahan, bax, Əsgəri sənə qoyub gedirəm, onu tək qoyma, evləndir. ü.Hacıbeyov. [Mirze Hesen:] Vəba ilində, Allah ölənlərinə rəhmət eləsin, rəhmətlik atam məni yenicə evləndirmişdi. çemenze-minli. Lakin evlərində xörək, yemək hazır-lamağa bir arvad olmadığından atası Haşı-mı evləndirdi. B.Talıblı.
EVLƏNMƏ : Azerbaijani Explanatory Dictionary
"Evlenmek"den f.is. O günün sabahı Şərifzadə və Qəmər xanımın şahid-liyi ilə Zeynalın Mehribanla
. evlənməsi zaqsda qeyd olundu. S.Hüseyn.
EVLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
f. Arvad almaq, aile qur-maq üçün qanunen qadınla (qızla) birleş-mek. Zeynəb Xudayar bəyin evindən gedən-dən iki ay sonra övrəti öldü və Xudayar bəyə evlənmək lap vacib oldu. C.Memmed-quluzade. [Kerimxan:]
.iyirmi yaşı olar-olmaz özü kimi yetimçilikdə böyümüş Xavər adlı yoxsul, lakin yaraşıqlı və nəcib təbiətli bir qızla evlənmişdi. M.İbrahimov.
EVLİ : Azerbaijani Explanatory Dictionary
sif. Arvadı olan, eri olan (erli), aileli. Evli kişi. Evli arvad.
Kiçik əmioğlum hərçənd evli (z.) deyildi, lakin dul bacısı və onun iki yaşında oğlu ilə bir ailə kimi ayrıca yaşayırdılar. S.S.Axundov. Deyirlər ki, evli (z.) olmağın, uşaq babası olub külfət ara-sında ömür sürməyin özgə bir ləzzəti var. A.Divanbeyoğlu.
EVLİ-EŞİKLİ : Azerbaijani Explanatory Dictionary
sif. Ailesi, evi, dirriyi
olan. Evli-eşikli kişi. Evli-eşikli olmaq.
[Xınalıq] kəndinin çox dəcəlləri gözümüzün qabağında böyüyüb, evli-eşikli (z.) kişi olub. R.Rza. [Kosaoğlu:] Ay Nəsib, sən də lap gülməli adamsan. Bu sözləri bir evli-eşikli, arvadlı-uşaqlı adam desəydi, dərd yarı idi. İ.Şıxlı.
top. Bütün aile birlikde, bir yerde, ha-mılıqla. [Sefi:] Atam-anam sənə qurban ol-sun, padşah! Keşiş budur, üç aydır ki, evli-eşikli bu vilayətdən qaçıbdır. ü.Hacıbeyov.
EVLİK : Azerbaijani Explanatory Dictionary
sif. Eve aid, eve mexsus, aile ile bağlı; ailelik. Əsəd Arazı əncir ağacı al-tına çəkdi:
Yox, evlik işim yoxdur. A.Şaiq.
köhn. evf. Qadın, arvad menasında.
[İbad:] [Almaz] dayanıb belə, bizim qar-
daşın evliyi də belə, bir az da özümü irəli
verdim, gördüm yox, iş bir təhərdir.
C.Cabbarlı.
Saylarla evlerin miqdarını bildirir. 100
evlik kənd.
Beş yüz evlik, şəhər tipli gur
bir qəsəbədə çalğıçı dəstəsinin olmaması
qəribə görünsə də, ancaq bu belə idi.
Ə.Əbülhesen.
EVLİLİK : Azerbaijani Explanatory Dictionary
is. Evli adamın veziyyeti, halı. O, evliliyindən çox razıdır.
EVNƏ : Azerbaijani Explanatory Dictionary
ax öynə. [Bahar:] Onlara çörəyi evnə ilə vermirlər. Mir Celal.
EVOLYUSİONİST : Azerbaijani Explanatory Dictionary
[lat.] Tekamül neze-riyyesi terefdarı.
EVOLYUSİONİZM : Azerbaijani Explanatory Dictionary
[lat.] bax təkamül (təkamül nəzəriyyəsi).
EVOLYÜSİYA : Azerbaijani Explanatory Dictionary
[lat.] bax təkamül.
EVRİKA : Azerbaijani Explanatory Dictionary
[yun.]
Eramızdan evvelki Yunanıstanın riyaziyyatçı ve mexaniki Arximedin adına yazılan nida cümlesi
"Men tapdım!".
Her hansı keşfle bağlı söylenen nida cümlesi.
EVSAF : Azerbaijani Explanatory Dictionary
[ər.] bax ovsaf. Bir gözəl istərəm bu evsafda; Gözəllər içində xubtər olsun. Aşıq Qurban. Tanrı kəsibdir bizim ərlərin insafını; Sən ki bilirsən, "Baba", onların ev-safını. C.Cabbarlı.
EVSİZ : Azerbaijani Explanatory Dictionary
sif.
Evi, menzili olmayan. Evsiz adam. // İs. menasında. Evsizləri siyahıya almaq.
Ailesi olmayan.
EVSİZ-EŞİKSİZ : Azerbaijani Explanatory Dictionary
sif. Yaşayacaq yeri; evi, ailesi olmayan. [Nazlı:] Təngə gəlmişəm. Adam evsiz-eşiksiz, onun-bunun küncündə nə qədər yaşayar? İ.Melikzade.
EVSİZLİK : Azerbaijani Explanatory Dictionary
is. Evi, ailesi olmayan adamın veziyyeti, halı.
EVYARAN : Azerbaijani Explanatory Dictionary
is. Evleri yarıb oğurluqla meşğul olan adam; oğru. Nə dilənçi qaldı, nə bir nəfər ac! Evyaran, başkəsən, quldur-lar kimi. S.Vurğun.
EVYIXAN : Azerbaijani Explanatory Dictionary
is. Başqasını bedbext eden, başqasına her cür pislik etmeye çalışan adam;
merdimazar. Məşhur məsəldir ki, düşər qarə gəzən kəs; Evyıxanın evin yıxar, əlbəttə, xudavənd. Q.Zakir.
EY : Azerbaijani Explanatory Dictionary
nida. Müraciet, çağırış üçün işlenir. Ey oğul! Ey dost! Ey mənim əziz qardaşla-rım!
Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!.. C.Memmedqulu-zade. // Haraylama, haylama nidası. [Südçü] isə arxamdan çağırıb:
Ey, bura bax! [Atan] gələcək, səni aldatdım, mən bu gün tez çıx-mışam,
dedi. A.Şaiq. Ey şofer, "Moskviç"i-ni qovub apardılar!
deyə ilk dəfə söz atan qız indi bilavasitə Tahirə üz tutub qışqırdı. M.Hüseyn.
İntonasiyadan asılı olaraq bezen etiraz, narazılıq, istehza bildirir. Nə var, ey! Bir desən nə istəyirsən? Balam, tovlayırsan bizi yenə sən. S.Vurğun.
EY : Azerbaijani Explanatory Dictionary
ax eyi. Ey Füzuli, odlara yansın büsati-səltənət; Eydir ondan həq bilir bir guşeyi-gülxan mənə. Füzuli. Haq bilir, de-yiləm mən ziyanlıqdan; Olüm eydir belə zin-dəganlıqdan. Q.Zakir.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani