Azerbaijani Explanatory Dictionary
EYİBLƏNDİRMƏK : Azerbaijani Explanatory Dictionary
f. Eyib elemek, dan-lamaq, qınamaq, teqsirlendirmek. [Şirinnaz:] çopurun sağalmasını istədiyi üçün mən onu eyibləndirməməliyəm. S.Hüseyn.
EYİBLİ : Azerbaijani Explanatory Dictionary
sif. Eybi, nöqsanı, çatışmazlığı, qüsuru olan; nöqsanlı, qüsurlu. Eyibli adam. Eyibli şey.
Ozün insaf elə əfkarına, ətvarına bax; Istəməzsən yazam, öz eyibli kirdarına bax. M.Ə.Sabir. Gül-badamın ço-puru dərin olsaydı da, üzünü eyibli etməzdi; çünki onun böyük, ala, uzun kirpikli gözləri
üzündə tamam eybini örtürdü. N.Nerima-nov. Axı heç kəs başqalarını yanında eyibli (z. ) görünmək istəmir. M.Ibrahimov.
EYİBSİZ : Azerbaijani Explanatory Dictionary
sif. Heç bir eybi, nöqsanı, qü-suru olmayan. Eyibsiz dost axtaran dostsuz qalar. (Ata. sözü). Dağ başında iz olmaz; Dərə-təpə düz olmaz; Yarın boyu gödəkdir; Gözəl eyibsiz olmaz. (Bayatı). Bir surət za-hirdə nə qədər düzgün, eyibsiz və qüsursuz olsa da, onda ağlın nuru təcəlla etməsə,
. o surət könülalıcı və fərəhgətirici ola bilməz. F.Köçerli.
EYİBSİZLİK : Azerbaijani Explanatory Dictionary
is. Heç bir eybi, nöqsanı, qüsuru olmama; nöqsansızlıq, qüsursuzluq. [Meşedi İbad:] Indi bilmişəm ki, mənim bir eybim varsa, o da eyibsizliyimdir. ü.Hacı-beyov.
EYİCƏ : Azerbaijani Explanatory Dictionary
zərf köhn. Yaxşıca. Eyicə yaşa-maq. Eyicə dolanmaq.
EYİLƏŞDİRİLMƏ : Azerbaijani Explanatory Dictionary
"Eyileşdirilmek"den f.is.
EYİLƏŞDİRİLMƏK : Azerbaijani Explanatory Dictionary
məch. köhn. Yaxşı-
laşdırılmaq.
EYİLƏŞDİRMƏ : Azerbaijani Explanatory Dictionary
"Eyileşdirmek"den f.is.
EYİLƏŞDİRMƏK : Azerbaijani Explanatory Dictionary
f. köhn. Yaxşılaşdırmaq.
EYİLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary
"Eyileşmek"den f.is.
EYİLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary
f. köhn. Yaxşılaşmaq, daha
yaxşı olmaq. [Rauf:] Inşallah, az bir zaman-da sağalıb eyiləşərsən; Fəqət bir daha mət-bəədə çalışmayacağına əminim. H.Cavid.
EYİLİK : Azerbaijani Explanatory Dictionary
is. Yaxşılıq. [Aşıq Sultan:] Fənalıq, eyilik bil nə deməkdir; Yarın adın dastan olur dillərdə. H.Cavid.
EYLƏ : Azerbaijani Explanatory Dictionary
ax elə. üzülürsərasər rişteyi-ca-nım; Eylə ki, zülfünə darağı çəkər. Q.Zakir. Eylə bildim ki, dəxi sübh olub; Mürği-səhər tək bir ağız banladım. M.Ə.Sabir.
EYLƏMƏ : Azerbaijani Explanatory Dictionary
"Eylemek"den f.is.
EYLƏMƏK : Azerbaijani Explanatory Dictionary
"Etmek" felinin üslubi va-
riantı. Eşq sövdasından, ey naseh, məni mən eylədin; Yox imiş əqlin, mənə yaxşı nəsihət vermədin. Füzuli. Hər tərəf xain edir zülm; Eyləyir xəlqi həsrəti-tale. C.Cabbarlı.
EYMƏ : Azerbaijani Explanatory Dictionary
is. məh. İçinde qatıq, ayran ve s. saxlamaq üçün qoyun ve ya keçi derisinden torba. çatdılar obaya, ey qatıq satan; Hər eyməyə tökmüşdülər üç qazan. Q.Zakir. Hə-mişə mal-qara örüşdən qayıdanda həyətə çıxıb, əli belində, qulluqçulara göstəriş ve-
rən, inəklərin südünü bir yana yığdırıb ey-məyə çəkdirən
. Zərnigar xanım indiyerin-dən tərpənmədi. İ.Şıxlı.
EYMƏAGIZ : Azerbaijani Explanatory Dictionary
sif. dan. Ağzı yeke, yeke-ağız. Eyməağız adam.
EYMƏÇ : Azerbaijani Explanatory Dictionary
ax eymə.
EYMƏÇİ : Azerbaijani Explanatory Dictionary
is. Eyme düzelden, eyme ustası. Eyməçiyə doşab göstərməzlər. (Ata. sözü).
EYMƏLİK : Azerbaijani Explanatory Dictionary
sif. köhn. Eymeye yarar. Ey-məlik dəri.
EYMƏN : Azerbaijani Explanatory Dictionary
sif ve zərf [ər.] klas. Arxayın, qorxusuz, tehlükesiz, salamat. Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir. Füzuli. Hər bir cani, qantökən, yolkəsən ki, divan əlin-dən qaçıb onun evinə girməyi özünə müm-kün elərdi, daha hər bir divan siyasətindən özünü eymən hesab edərdi. Ə.Haqverdiyev.
EYMƏNMƏ : Azerbaijani Explanatory Dictionary
"Eymenmek"den f.is.
EYMƏNMƏK : Azerbaijani Explanatory Dictionary
f. Qorxmaq, vahimeye düş-mek, xoflanmaq. Qaranlıqdan eymənmək.
[Yazgül:] Ay ana, mən də eyməndim, bəlkə xoxanmış. Ə.Memmedxanlı. Əhməd ətra-fına baxdıqca minlərcə insan görür kimi eymənirdi. Ə.Veliyev.
EYN : Azerbaijani Explanatory Dictionary
is. [ər.] klas. Göz. Axdı eynim yaşı, döndü sellərə; Yar içən sulara qarışdımı ola? Aşıq Dilqem. Müddətdir eynindən cida düşmüşəm; Həsrətini çəkər hər zaman Pəri! Aşıq Peri.
.[Qehreman] düşündükcə ötən günləri xatırlayır, eynində atasının uzun ya-maqlı arxalığı
. canlanırdı. S.Rehimov.
0 Eyni açılmaq
halı yaxşılaşmaq, kefi yaxşılaşmaq, üz-gözü açılmaq, gümrah-lanmaq, dilxorluğu, kesaleti keçmek. [Usta Murtuz Əkbere:]
.Dur əl-üzünü yu, eynin açılsın, yatdıqca ağırlaşırsan. Mir Celal. Axşam kənddə əl-ayaq yığılan vaxt Qədir oyandı. Soyuq su ilə yuyunandan sonra eyni açıldı. Ə.Veliyev. Eyninə deyil
vecine gelmir, saymır, tesirlenmir. Eyninə gəlmə-mək (girməmək)
vecine gelmemek, ve-cine almamaq, ehemiyyet vermemek, say-mamaq, tesirlenmemek. Olsa yüz üzü gül, girməz eynimə; Mən ancaq bir gülüzarə aşi-qəm. M.P.Vaqif. Top gülləsinin qabağında səngərə girən, çuxura, daş dalına soxulan, qazmaya girib gizlənən kim? Amma mən? Eynimə gəlmədi. Ə.Əbülhesen.
EYNƏK : Azerbaijani Explanatory Dictionary
[ər. eyn ve fars.
..ek] bax göz-lük. [Yarmemmed] gözünə eynək taxıb stolun dalında oturmuşdu. M.İbrahimov. Ta-hir sümük çərçivəli eynək taxmış ucaboy, buğdayısifət, qıvrımsaç alimi yaxşı xatırla-yırdı. M.Hüseyn.
.Sonanın atası başında tə-sək, gözlərində eynək olduğu halda
. məc-muələrdən cürbəcür məlumatlar oxuyardı. Ə.Əbülhesen.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani