Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
ƏBƏÇİLİK : Azerbaijani Explanatory Dictionary

is. məh. Mamaçalıq, mama-lıq. Əbəçilik etmək.

ƏBƏD : Azerbaijani Explanatory Dictionary

zərf [ər.] Sonsuz gelecek zaman (əzəl qarşılığı). // Əbedi, hemişelik. Oxuyun, millətin nicatı olun; Ta əbəd baisi-həyatı olun. M.Ə.Sabir.

ƏBƏDA : Azerbaijani Explanatory Dictionary

[ər.] klas.
Bax əbədən.
Heç, qetiyyen. Əbəda yox bu işdə imka-nım; Deyil onlar mütii-fərmanım. M.Ə.Sabir.

ƏBƏDƏN : Azerbaijani Explanatory Dictionary

zərf [ər.] Heç vaxt, heç bir zaman, esla, qeti, qetiyyen. Mənim nə bor-cumdu ki, məvacibiniz az, zəhmətiniz həd-dən artıq və rahətliyiniz əbədən yoxdur. C.Memmedquluzade. Demək istəmiş ki, səbr edən insan; Dünyadan əbədən üzülüşübdür. B.Vahabzade.

ƏBƏDİ : Azerbaijani Explanatory Dictionary

sif. və zərf [ər.]
Daimi, he-mişelik. Şair könlüm rübabını eşq ilə çaldı; Biz əbədi qardaş olduq: ilk bahar və mən. S.Vurğun. Sübhün əbədi aşiqləri olan boz torağaylar havalanıb səhər nəğmələrini oxuyur.. M.Rzaquluzade. // ölmez, daim yaşayan. Bu odlu nəğmələrdən; Parlaq, sön-məz bir məşəl; Bu rəngin lövhələrdən; Qur əbədi bir heykəl. A.Şaiq. Mən elə bildim ki, ürəyim acdır; Məhəbbət əbədi bir ehtiyac-dır. S.Vurğun. // Sonsuz, intehasız, mütleq.
B a x əbədən. Əbədi bizə gəlməyib. Əbədi xəbərim yoxdur.
◊ Əbədi istirahət evi tənt.
qebir. Əbədi yuxu
ölüm. Afaq dodaqlarında tə-bəssüm, ölüm adlanan əbədi bir yuxu içində idi. Ə.Memmedxanlı. Əbədi yuxuya get-mək gözlərini əbədi yummaq əbədi sus-maq
ölmek, keçinmek. Qız tab eləməyib, yerə dəydi,
. əbədi olaraq susdu. T.Ş.Simurq. Neçə gündür ki, şanlı Bakı əbədi yuxuya gedən xalq şairinə öz kədərli köksündə layla çalır. S.Rehimov.

ƏBƏDİLƏŞDİRİLMƏ : Azerbaijani Explanatory Dictionary

"Əbedileşdiril-mek"denf.is. Qarabağmüharibəsində həlak olan qəhrəmanların xatirələrinin əbədiləş-dirilməsi.

ƏBƏDİLƏŞDİRİLMƏK : Azerbaijani Explanatory Dictionary

ƏBƏDİLƏŞDİRİLMƏK məch. Əbedi ola-
raq yaşadılmaq, yadda saxlanılmaq.

ƏBƏDİLƏŞDİRMƏ : Azerbaijani Explanatory Dictionary

"Əbedileşdirmek"-den f.is.

ƏBƏDİLƏŞDİRMƏK : Azerbaijani Explanatory Dictionary

icb.
Əbedi olaraq
nesillerin xatiresinde yaşatmaq, hemişelik xatire qoymaq. Xalq öz qəhrəmanlarının xa-tirəsini əbədiləşdirmək üçün onlara abidə ucaldır.
Hemişelik etmek, ebedi hala salmaq, daimi etmek. O sonsuz eşqini, böyük arzunu; Oz ana dilində əbədiləşdir. B.Vahabzade.

ƏBƏDİLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary

"Əbedileşmek"den f.is.

ƏBƏDİLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary

f. Əbedi olmaq, hemişe yaşamaq. Eşqinə dəm tutub göylər mələşsin; Eşqin tarix olub əbədiləşsin. B.Vahabzade.

ƏBƏDİLİK : Azerbaijani Explanatory Dictionary

is. Daimilik, sonsuzluq, he-mişelik, daim yaşama; heç vaxt bitmemez-lik, qurtarmamazlıq. Bu səadət səhəri o qədər zəngin və işıqlıdır ki, başlanan günəşli gündü-zün əbədiliyinə şübhə etmirsən. Mir Celal.

ƏBƏDİYYƏN : Azerbaijani Explanatory Dictionary

zərf [ər.] Hemişelik, ebedi, daimi. [Qızın] gözləri ilk baxışdan əbədiyyən hafizəmdə nəqş olunmuşdu. Ə.Memmedxanlı.

ƏBƏDİYYƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Əbedilik, daim-ilik; hemişe var olan şey. [İlyas:] Ilin dəyiş-məsi qarşımızda, yel vurarkən sönüb dirilən bir şamı andırdığı kimi, insan həyatı da əbə-diyyət qarşısında belə bir şeydir. çemenze-minli. Aç gözünü varlığa bax, indi başqa səhərdir; Əbədiyyət
bu dünyada göstə-rilən hünərdir. S.Vurğun. // İntehası olma-yan zaman; intehasızlıq. Nəhayət, əbədiyyət qədər uzun görünən bir dəqiqə bitdi və qapını açdılar. S.Rehman. Ulduzun alman əsarətində keçirdiyi bu üç ay ona cəhənnəmi bir əbədiyyət kimi gəlirdi. Ə.Memmedxanlı.
Sonsuz gelecek zaman. [Əren:] Iştə, əzəliyyət və əbədiyyət! çemenzeminli. [Fe-ride:] Bütün gözəl musiqilər bizi əbədiyyətə aparır. Ə.Memmedxanlı.
◊ Əbədiyyətə qovuşmaq
ebedi olmaq. "Olüm" sözünün nə demək olduğunu bilmə-yən Girdman igidləri vuruşma meydanında yıxılıb həyatla vidalaşarkən "əbədiyyətə qo-vuşdu" deyərdilər. M.Hüseyn. Vətənin yo-lunda ölən şəhidlər; Olmür, qovuşurlar əbə-diyyətə. M.Araz.

ƏBƏKÖMƏÇİ : Azerbaijani Explanatory Dictionary

ax əməköməçi.

ƏBƏS : Azerbaijani Explanatory Dictionary

sif. [ər.]
Nahaq, bihude, fayda-sız. // Zerf menasında. Bəslərəm can kimi, ey sevgili sərmayə, səni; Etmərəm sərf əbəs məscidə, mollayə səni. M.Ə.Sabir. □ Əbəs yerə
1) nahaq yere, boş yere; lüzumsuz-casına, faydasızcasına. Əbəs yerə əlləşdim. Əbəs yerə xərcə düşdüm.
[Hacı Nuru şair:]
.Amma sən əbəs yerə özünü saldın qalma-qala. M.F.Axundzade. Könül, əbəs yerə üzmə canımı; Sonaların əhdə olmaz vəfası. Q.Zakir. [Perzad:] Əbəs yerə, Yusif bəy, arvad sözünə inanma. N.Nerimanov; 2) esassız, sebebsiz, ciddi sebeb olmadan. Əbəs yerə əsəbiləşmək.
Xeber şekilçisi ile: əbəsdir
nahaq-dır, faydasızdır, xeyri yoxdur, neticesi yox-dur. Bütün zəhmətlərin əbəsdir.
Söylədi tülkü:
Əbəsdir bu xəyal; Məndən ol mər-həməti etmə sual. A.Sehhet.
əbəs-əbəs zərf Nahaq yere. Əbəs-əbəs neçin qaçırsan məndən; Mən ki zalım, adamyeyən deyiləm. M.P.Vaqif. Gül dil-ləndi: "Salmayın səs; Danışmayın əbəs-əbəs". M.Dilbazi.

ƏBƏVEYN : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn. Ata-ana, vali-deyn. Hər gün əbəveyni şad edirlər; Hörmət-lərini izdiyad edirlər. M.Ə.Sabir.

ƏBİR : Azerbaijani Explanatory Dictionary

is. [ər.] klas. bax ənbər. Gülzarə hava əbir tökdü; Səhrayə qübari-mişk çök-dü. Füzuli.

ƏBLƏH : Azerbaijani Explanatory Dictionary

sif [ər.]
Axmaq, sefeh, gic, sarsaq, başıboş. Əbləh köpək qaysavadan pay umar. (Mesel). // İs. menasında. Nola bir evdə qoyaydız qaravaş; Verməyəydiz məni bu əbləhə, kaş! M.Ə.Sabir.
Söyüş kimi işledilir. [Xanım:] Əbləhin qızı, əbləh,
. gör kimə oxşayır? Qantemir. [Zaman:] Əbləhin qızı, elə bu saat itilərsən gözümün qabağından. Ə.Haqverdiyev. Əbləhin biri Kərbəlayı Qubad; Istəyir gələ xanıma kələk. ü.Hacıbeyov.

ƏBLƏHCƏSİNƏ : Azerbaijani Explanatory Dictionary

zərf Axmaqcasına, sar-saqcasına, axmaq kimi; gic-gic. Əbləhcə-sinə danışmaq. // Sif. menasında.
.Nəsrdə də qafiyədən və uşaqcasına mübaliğələrdən və əbləhcəsinə təşbehlərdən bütünlüklə çəkinəcəklər. M.F.Axundzade.

ƏBLƏHLİK : Azerbaijani Explanatory Dictionary

is. Axmaqlıq, sefehlik, gic-lik, sarsaqlıq. Əlbəttə, [Cuma] bu əbləhliyi üzündən düşmən əlinə keçərək xoşbəxt təsa-düflə xilas olmuşdu. Ə.Əbülhesen.

ƏBLƏQ : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] Ala, ala-bula, ala-bezek, alaca. Əbləq at meydanda topla bərabər fır-landı. M.S.Ordubadi.

ƏBLƏQLİK : Azerbaijani Explanatory Dictionary

is. Alalıq, ala-bulalıq, ala-bezeklik.

ƏBNA : Azerbaijani Explanatory Dictionary

is. [ər. "ibn" söz. cemi] klas. öv-ladlar, oğullar (adeten izafet terkiblerinde işlenir). Əbnayi-vətən vəqf eləyir vəslinə canın; Həm ruhi-rəvanın. M.Ə.Sabir.

ƏBR : Azerbaijani Explanatory Dictionary

is. [fars.] klas. Bulud. çün əbr de-yilsən, olma giryan! çün seyl deyilsən, etmə əfğan! Füzuli. □ Əbri-bahar
bahar bu-ludu. Əbri-siyah
qara bulud. Əbri-neysan
yağmur buludu, neysan buludu. Mən bir sədəfəm, sən əbri-neysan. Füzuli.