Azerbaijani Explanatory Dictionary
ƏBRƏŞ : Azerbaijani Explanatory Dictionary
sif.
Xallı.
Əlde beslenmiş. O, bu günpalıda düş-müş əbrəş qoçun kababından yemək üçün ayrı bir səy ilə hazırlaşırdı. S.Rehimov.
ƏBRİŞİM : Azerbaijani Explanatory Dictionary
is. [fars.]
İpek, ipek iplik. Paşa, sənə nişan verim Qıratı; Əbrişim ipəkdən yalı gərəkdi. "Koroğlu". Əlvan qanınla boyansın; Əbrişim tellərin sənin! Aşıq Hüseyn.
bot. Lelekli yarpağı ve etirli çiçeyi olan ağac növü; akasiya. Əbrişim
. çətiri pira-mida şəkilli, otuz metrə qədər hündürlü-yündə ağacdır. H.Qedirov.
ƏBRU : Azerbaijani Explanatory Dictionary
is. [fars.] klas. Qaş. Göz doymaz vəsməli kəman, əbrudan; Can üzülmə, sə-mən iyli keysudan. M.P.Vaqif.
ƏBUCƏHL : Azerbaijani Explanatory Dictionary
is. [ər.] çox ters, inadcıl adam haqqında (bezen söyüş kimi işledilir).
.Ağa maşının qapısını açdı, dedi:
Düş aşağı, əbucəhl!.. M.İbrahimov.
◊ Əbucəhl qarpızı
qarpıza benzer çox acı yabanı meyve.
ƏBYƏZ : Azerbaijani Explanatory Dictionary
sif [ər.] klas. Beyaz, ağ. Ey zülfi siyəh, sinəsi əbyəz, gözü alə; Nə türfə ca-vansan! M.P.Vaqif.
ƏCAİB : Azerbaijani Explanatory Dictionary
sif [ər.]
çox qeribe, çox teec-cüblü, qeyri-adi, görünmemiş. [Kerem:] Yolda bir əcaib milçək görmüşəm, onu sizə sazla deyəcəyəm. "Əsli ve Kerem". Əcaib məxluqat görünürdü: kimi buynuzlu və at ayaqlı idi, bəzisi yarıöküz, yarıadam idi. çemenzeminli. Işarə verildi və kiçik təyya-rələr bir-birinin ardınca əcaib rəngarəng quşlar kimi havaya uçdu. M.Rzaquluzade. // Zerf menasında. Əcaib danışmaq. Belə şeylər adama əcaib görünür. // is. Görünme-miş şey, çox qeribe şey, çox teeccüblü şey, qeyri-adi şey. Yetim əlində qoğal, əcaib! (Ata. sözü). Xət-xət çəkəndə damdı qələm-dən; Sinəndəki xaldı, nə əcaibdi! Qurbani.
Heyranedici, misilsiz, xariqülade, valehedici. Bu gün bir əcaib gözəl sevmi-şəm; Beləsi olmaz heç vilayətdə. M.P.Vaqif.
ƏCAİBXANA : Azerbaijani Explanatory Dictionary
is. [ər. ecaib ve fars.
..xane] köhn. Muzey. Bir sözlə, doqqaz kəndin əcaibxanası, qəzeti, telefon və teleqrafı idi.
Mir Celal.
ƏCAİB-QƏRAİB : Azerbaijani Explanatory Dictionary
[ər.] bax əcaib
ci
menada. Sənin kəmalında, fikrin içində; Əcaib-qəraib hallar oynaşır. Aşıq Peri.
.Hər kəs bunlardan əcaib-qəraib şeylər nağıl edərdi. S.S.Axundov. Əslini-nəslini bilmədiyi o qorxunc həyulalar, əcaib-qəraib məxluqlar [xanı] dəhşətə gətirər, bu vahimələr bəzən günlərlə onu narahat edərdi. M.Rzaquluzade.
ƏCAİBLİK : Azerbaijani Explanatory Dictionary
is. Əcaib şeyin hal ve key-fiyyeti.
ƏCDAD : Azerbaijani Explanatory Dictionary
is. [ər. "cedd" söz. cemi] Ata-babalar, ulu babalar. Vətən
əcdadımızın mədfənidir; Vətən
övladımızın məskənidir. A.Sehhet. Böyük əcdadını gətirib yada; Oynat qılıncını göydə, havada. S.Rüstem. Tariximizin, əcdadımızın əməlləri, arzuları, həsrətləri bu torpaqda hifz olunmuşdur. Ə.Memmedxanlı.
ƏCƏB : Azerbaijani Explanatory Dictionary
sif [ər.]
klas. Teeccüblü, qe-ribe. Oğlan, əcəb olmaz, olsa aşiq; Aşiqlik işi qıza nə layiq? Füzuli.
Gülmeli, eylenceli, mezeli, çox qe-ribe. Zahida, sən ki bilirsən özünü hal əhli; Bir öz əhvalını bilməzsən, əcəb halın var. S.Ə.Şirvani. Əcəb, yoxmu onun bağçası-bağı; Güllərə baxmayır, gül solü sağı. Ə.Cavad.
çox yaxşı, çox gözel, ela. Əcəb şeydir. Əcəb kitabdır.
Bir əcəb qəsrdə tutub mən-zil; Meyə olmuşdu ruzü şəb mail. Füzuli.
Əcəb əyyam imiş əyyami-sələf; Gərək o günlərdə olaydıq tələf. Q.Zakir.
dan. Teeccüb bildirir
göresen. Əcəb, nə oldu ki, gəlib çıxmadı?
dan. Tesdiq bildirir
beli, he.
Sən yemək yeyəcəksənmi?
Əcəb.
dan. İntonasiyadan asılı olaraq teec-cüb, narazılıq, bezen istehza, kinaye bildi-rir. Əcəb işə düşdük?! Əcəb bizi avara qoydun! Əcəb adamsan! Əcəb xanəndə imiş! Əcəb işdir! Əcəb intizamlı imişsən!
◊ Əcəb eləmək dan.
yaxşı elemek, elinden gelmek. Bilmirəm, əcəb edirəm,
. sənə nə düşüb? H.Nezerli. Əcəb ki
ne yaxşı ki, yaxşı oldu ki, ne yaxşı... Əcəb ki, tez gəldim, yoxsa tamaşaya gecikəcəkdim. Əcəb oldu
yaxşı oldu, ele de lazım idi. Lütfəli [Celile] baxıb öz-özünə deyirdi ki, əcəb oldu. İ.Musabeyov. Nə əcəb?
1) teeccüb, heyret, sual bildirir. Nə əcəb belə gec gəldin?
[Araz:] Bir de görüm, sən nə əcəb bura gəldin? A.Şaiq. Mənimlə tikdirdiyin qırx üç manatlıq tufliləri nə əcəb geyməyib, belə sarı səndəldə dolanırsan? Qantemir; 2) teeccüblü deyil, teeccüblü bir şey yoxdur, buna teeccüb etme(yin). Yar söhbətim olmazsa, Füzuli, nə əcəb; Ozünə söhbətimi ar bilibdir, bilirəm. Füzuli. Siz-dən (səndən ondan ve i.a.) nə əcəb?
teeccüb, sual meqamında. [Sevil:] Içəri gəl, ay ata, altı ildir səni görməmişəm, səndən nə əcəb? C.Cabbarlı. [Reis:] Sizdən nə əcəb, Hikmət xanım? Mir Celal.
ƏCƏBA : Azerbaijani Explanatory Dictionary
əd. [ər.] kit. Sual cümlelerinde teeccüb, şübhe, tereddüd bildirir
göresen, aya. Əcəba, bu gün yağış yağacaqmı? Əcəba, onların gəlişindən məqsəd nədir?
[Yaşlı kişi:] Əcəba, bu məzarda müalicə-pəzir olmayan hər xəstəliyi sağalda biləcək bir kəramət varmıdır? S.Hüseyn. [Behram:] Əcəba, mən öz əmimin evində xidmətçi-yəmmi? C.Cabbarlı.
ƏCƏBCƏ : Azerbaijani Explanatory Dictionary
dan. bax əcəb 1, 2 ve
cı menalarda.
.Bunları mən çoxyaxşıca görü-rəm, çox əcəbcə görürəm, çox qəşəngcə gö-rürəm. C. Memmedquluzade. Əcəb halın var, ay molla; Əcəbcə ruzigarın var! Ə.Nezmi.
ƏCƏL : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Her bir canlının, xüsusen insanın qabaqcadan qederlenmiş ölüm vaxtı.
[Ağamurad bey:] Dünyanın işi belə olur. Əcəli bilmək olmaz. Omürdür, biri az yaşa-yır, o biri çox yaşayır. T.Ş.Simurq. // ümu-miyyetle, ölüm, ölüm çağı. Keçinin əcəli çatanda çobanın çomağına sürtünər. (Ata. sözü). [Mehriban] istəyirdi ki, belə halında, əcəlin soyuq qanadları üzünü oxşarkən Zeynal yatağının yanında, başı üzərində bulunsun. S.Hüseyn. □ Əcəl girləmək
bax əcəli gəlmək. [Nemet kişi:] Görünür, hansı bədbəxti isə əcəl girləyib. M.Hüseyn. Əcəli gəlmək (çatmaq tamam olmaq yetmək)
ölüm vaxtı yetişmek. Əcəl gəldi, başım üstə dayandı; Şirin canım eşqin oduna yandı. "Aşıq Qerib". Nə cütü var, nə kotanı, nə kəli; Olmək istər, yetişməyir əcəli. A.Sehhet. Xəstə şəfa tapmayıb öləndə deyərdi:
Əcəli yetən adam öləcəkdir, istər həkimi Loğman da ola. S.S.Axundov. öz əcəli ilə ölmək
tebii ölümle ölmek.
ƏCƏLƏ : Azerbaijani Explanatory Dictionary
[ər.]
is. Telesme, bir işi tez-telesik görmeye çalışma, sebirsizlik göster-me. □ Əcələ etmək
telesmek. Arıq atlı konka stansiyaya yaxınlaşmışdı, o minmək üçün əcələ edərkən ağır bir qol çiynindən yapışdı. A.Şaiq. [Sefereli:] Rica edirəm, əcələ ediniz. H.Nezerli.
zərf ve sif. Telesik, celd, tez-telesik.
Bir paramız əcələ bir dəstə sazlayıb qış-qırırıq. C.Memmedquluzade. [Roza:] Neçin? Əcələ bir işinizmi var? H.Cavid. □ Əcələ ilə
telesik, süretle, tez, celd. [Gülçöhre:] Görürsən, mənim başıma nə işlər gətirir-lər?.. Mümkün var isə, gəl tez qaçaq (əcələ ilə dartınır). ü.Hacıbeyov. Xidmətçilər əcələ ilə o tərəf-bu tərəfə hərəkət edirdilər. M.İbrahimov.
ƏCƏLƏLİ : Azerbaijani Explanatory Dictionary
sif. Telesik, tecili, texiresalın-maz. [Xortdan:] Yox, bir belə müddət göz-ləməyi mən bacarmayacağam. Işim əcələ-lidir. Ə.Haqverdiyev.
ƏCƏLMAYALLAQ : Azerbaijani Explanatory Dictionary
ax əcəlmüəlləq.
ƏCƏLMÜƏLLƏQ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] dan. Gözlenil-meyen, tebii olmayan ölüm.
ƏCƏLSİZ : Azerbaijani Explanatory Dictionary
zərf Əceli çatmadan, vaxtsız, vaxtı çatmadan. [Resul:] Budur, bu gün dörd cavan əcəlsiz dünyadan getdi. Ə.Haqverdi-yev. Əcəlsiz öldürür məni firqətin; Əyibdir qəddimi dərdin, möhnətin. Aşıq Şemşir.
ƏCƏM : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
köhn. Keçmişde ereb olmayan xalqlara ve onların nümayende-lerine, xüsusen, iranlılara, İran ehalisinden olan adamlara verilen ad. Məndən salam ol-sun əcəm oğluna; Meydana girəndə meydan mənimdir. "Koroğlu".
tar. İran. Leyli-Məcnun Əcəmdə çox-dur; Ətrakdə ol fəsanə yoxdur. Füzuli.
ƏCƏMİ : Azerbaijani Explanatory Dictionary
sif [ər.] köhn.
Qeyri-ereb qövm ve tayfalardan birine mensub olan, ereb olmayan.
İranlı, fars.
məc. Yad, özge, yabançı.
ƏCƏR is. Tezelik, işlenmemiş olma. Vur-
tut ikicə ilin gəlini olan, gəlinlik paltarının əcəri solmayan Keysubəyimin nisgili ürə-yində, arzusu gözündə qalmışdı. Ə.Veliyev.
ƏCƏRİ : Azerbaijani Explanatory Dictionary
sif. Teze, qedteze, heç geyilme-miş, işlenmemiş. Əcəri don. Əcəri yorğan-üzü.
Zeynəbin bu saat dörd-beş dəst əcəri paltarı boxçadadı. C.Memmedquluzade.
ƏCƏRLİ : Azerbaijani Explanatory Dictionary
ax əcəri. Əcərli paltar. Əcərli xalça.
Mən də o mülahizədəyəm, Zəriş!
deyə Müqim bəy birdən pristavlıq paltarının ən əcərlisini geyməyə, tərləyə-tərləyə ora-burasını dartışdırmağa başladı. S.Rehimov. [Əmir:] Bu əcərli gəbələr pristav ağanın halal xoşu olsun, öz anasının südü kimi. Ə.Abasov.
ƏCİB(Ə) : Azerbaijani Explanatory Dictionary
[ər.]bax əcaib.
ƏCİNNƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] din. köhn. Cin. Əcinnə padşahı (nağıllarda).
Əhmədi-çekkaş du-rub gəldi evə. çağırıb əcinnələri, əmr elədi. (Nağıl). [Necef:] Nə sirr olacaq? Tovuz dərəsi əcinnə yeridir: şəyatin yığnağına rast gəlibsiniz. M.F.Axundzade. [
ci ecinne:] Hə, indi başa düşdüm, doğrudan da, deyəsən, sən çox ağıllı əcinnəsən. Ə.Haqverdiyev.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani