Azerbaijani Explanatory Dictionary
ƏCLAF : Azerbaijani Explanatory Dictionary
sif. [ər.] Alçaq, rezil. [Behram:] O vaxt bizim nahiyənin pristavı Navedski adında çox rəhmsiz və əclaf bir adam idi. Ə.Veliyev. // İs. menasında. Ağa, Təbrizdə
10 nəfər əclaf ilə bacarmaq olmur.
M.S.Ordubadi.
ƏCLAFLIQ : Azerbaijani Explanatory Dictionary
is. Alçaqlıq, rezillik, rezalet. Əclaflıq etmək. [Piri düşünürdü ki, Xalıq deyecek:] "Kişi kişinin namusuna toxun-maz, Piri. Mən bu sirri ürəyimdə qəbrə apa¬racağam. Amma boynuna al ki, əclaflıq elə-misən". İ.Melikzade.
ƏCNƏBİ : Azerbaijani Explanatory Dictionary
[ər.]
sif Başqa xalqa, millete mensub olan; xarici. Əcnəbi mallar. Əcnəbi dillər. Əcnəbi ölkələr.
Həmədan yenə də əcnəbi casuslarının yuvasına çevrilmişdi.
M.S.Ordubadi.
is. Başqa ölkenin vetendaşı, tebeesi; xarici. Əcnəbilərə məxsus mehmanxana.
Hacı Mirzə Həsən ağa müctəhidin gözünün qabağında minlərcə müsəlman övrət-uşaq-ları
. əcnəbilərin evində gizləniblər. C.Memmedquluzade. Əcnəbi yenə çama-danı [Meşedi Əsgere] verməyib, təcilən
. vağzaldan şəhərə çıxdı. S.M.Qenizade.
ƏCR : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn. Bir iş müqabilinde verilen evez; qarşılıq. Oz adətin ilə nalə eylə; Əcrini mənə həvalə eylə. Füzuli. [Selim bey:] Bu qədər xalqın duası sizin əcrinizdir. M.F.Axundzade. Güman etmə-yin ki, Şeyx Şəban əzan verməyinə muzd alırdı. Xeyr, əstəğfürullah, əzan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi. Ə.Haqver-diyev. // Ceza menasında. Indi əcrindir, könül, çək şami-hicrin dərdini; Mən əzəl gün söylədim pəndi-firavanlar sənə. S.Ə.Şirvani. Zülm edən kimsələrin əcri budur. M.Rahim. □ Əcrini çəkmək
ce-zasını çekmek. [Vaqif:] Məmməd cəzasına çatmışdır,
dedi,
xanın üzünə ağ olan əcrini çəkməlidir.. çemenzeminli. [Zülfü-qar:] Qoy əl-ayağı dinc durmayanlar əcrini çəksinlər. B.Bayramov.
ƏCUZƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Pisxasiyyetli ve bed-leker arvad.
ƏCZ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] klas. Acizlik, iqtidarsızlıq. Əcz ilə dedi ki: "Ey xudavənd; Şahənşəhi-adilü xirədmənd!" Füzuli. [İblis Arife:]
.Əzizim, çocuq olma! Arif! Mana bax, əczi burax, hissə qapılma. H.Cavid.
.Sitarə Mən-surun əlini əcz ilə tutub dizi üstə oturub:
Aman Mənsur! Məni hicr oduna yandırma.
C.Cabbarlı.
ƏCZA : Azerbaijani Explanatory Dictionary
is. [ər. "cüz" söz. cemi]
klas. Bir şeyin terkibini teşkil eden xırda hisse-cikler; cüzler. Yandırıb əczayi-tərkibim, külüm versən yelə; Yox yolundan dönməyim,
varım sənindir, cüzvü kül. Füzuli. [Molla İbrahimxelil:] Daha bundan artıq nə eylə-yəcəksiniz ki, bu gün iksir tamam və təkmil olan saatda və əcza butədə qaynayan vaxtda bu yerə ayaq basdınız. M.F.Axundzade. Su nədir? Nə əczadan əmələ gəlir, nə səbəbə su qaynayanda buğ olur, niyə donanda bər-kiyir? C. Memmedquluzade.
Derman maddeleri; derman, dava. Bu əcza qulluqçu naxoş olanda alınmışdı.
C.Cabbarlı.
ƏCZAÇI : Azerbaijani Explanatory Dictionary
is. Aptekde derman hazırlayan mütexessis; farmasevt. Fakültə xüsusi şöbə-lərdə diş həkimləri və əczaçılar da hazır-layır. M.Topçubaşov. Əczaçı, məlumdur ki, dəva satır; Xanəndə oxuyur, xoş səda satır; Nəfəs almaq üçün bağa gedəndə; Biri də biletlə boş hava satır. Şehriyar.
ƏCZAÇILIQ : Azerbaijani Explanatory Dictionary
is. Derman hazırlamaq, hazırlanan dermanları yoxlamaq, saxlamaq ve buraxmaq haqqındakı tetbiqi fenlerin mecmusu; dava-derman hazırlama seneti. Əczaçılıq texnikumu. Əczaçılıq məhsulları.
ƏCZAXANA : Azerbaijani Explanatory Dictionary
[ər. ecza ve fars.
..xane] köhn. Əczaçı dükanı, derman satılan yer, aptek. Kiçik oğlu mühəndis böyük qardaşı-nın əmrlərinə itaət edirdi: əczaxanaya get-mək, həkim yanına yüyürmək, kətan islat-maq və sairə. Ə.Haqverdiyev. Baytarlıq müalicə məntəqəsinin apteki müvafiq ava-danlıq tələb edən əczaxana olub, xüsusi otaqda yerləşdirilməlidir. R.Əliyev.
ƏDA : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Terz, tövr, üslub. Bu nə ədadır?
[Hacı Əhmed:] [Almaza] Sən ki bu yol ilə, bu əda ilə bizə yaxın gəldin, biz kəndlilərin bütün malımız, canımız, hər bir şeyimiz sənə qurbandır. C.Cabbarlı. Usta bunu elə bir əda ilə dedi ki, Azad ona baxıb düşündü. S.Rehman. Eldarın xoş bir əda ilə:
Buyurun, buyurun!
dediyini eşitdim. M.Rzaquluzade. // özünü aparma terzi, he-reket terzi; adet, xasiyyet. Bu nə ədadır? Pis əda. Yoldaşının ədalarını öyrənib.
Naz, qemze, şive, şıltaq. Qadan alım, ey qaragöz, sənə bu əda neçindir? Nə üzü qaralıq etdim, mənə bu cəfa neçindir? S.Ə.Şirvani. [Knyaz:] Içəlim, badə verir ruhə qida; Varsın, olsun məzəmiz işvə, əda!
H.Cavid. Indi ədaların yadına düşüb; Yan-dırırmı səni, yaxırmı səni? R.Rza.
İddia, teşexxüs. Bunun ədasına bax!
İş, emel. Ədası başqa, sözü başqa.
ƏDA : Azerbaijani Explanatory Dictionary
[ər.]: əda etmək
1) vermek,
ödemek, ödeyib qurtarmaq. [Necef bey:] Əgər vədə tamamında borcumu əda etmə-səm, girovdan məyusam. Ə.Haqverdiyev; 2) yerine yetirmek. [Ağa Salman:] Gedim, sərbazları görüm, əhvalatı xəbər alım ki, mürafiə vaxtında şəhadətlərini əda etsinlər. M.F.Axundzade. Amma mətəəssüf öz borc-larımızı nəinki layiqincə əda etmirik, hətta
. sağmal inəyimizin boğazına bıçaq sürtənlərə kənardan arxayın tamaşa edirik. F.Köçerli.
.Ohdəmizə götürdüyümüz
. vəzifəni əda et-məkdə bacarığımızı və səyimizi əsirgəmə-yəcəyiz. C.Memmedquluzade; 3) icra et-mek, ifa etmek, qılmaq. Şah
. şam və xüftən namazını əda etdi. M.F.Axundzade. Rama-zanın yovmiyyə namazını orada əda edir-dim. C.Memmedquluzade.
ƏDABAZ : Azerbaijani Explanatory Dictionary
is. [ər. eda ve fars.
..baz] Əda-bazlıq eden, edabazlıq etmeyi seven adam. Ədabazın birisi, bəs niyə belə qaçırsan? Dur görək, nə var, nə yox. M.S.Ordubadi. // Sif. menasında. Ədabaz adam. Ədabaz qız.
ƏDABAZCASINA : Azerbaijani Explanatory Dictionary
sif. ve zərf Ədabaz
kimi, edabaza xas olan bir terzde. Ədabaz-casına gülüş. Ədabazcasına hərəkət. Əda-bazcasına yerimək.
ƏDABAZLIQ : Azerbaijani Explanatory Dictionary
is. Ədalı hereketler, sade-likden, tebiilikden mehrum hereketler; özü-nü qeyri-tebii, qeyri-sade aparma. Ədabaz-lıq etmək.
Cabbarın şit hərəkətlərlə, əda-bazlıqla işi olmazdı. İ.Əfendiyev. Ancaq bun-ların heç biri ədabazlığından, yaxud özün-dən müştəbeh olmağından irəli gəlmirdi. B.Bayramov. // Əzilib-büzülme, özünü ezme, özünü naza qoyma.
ƏDALƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Haqq ve düzgünlük prinsiplerine riayet. Ədalətə riayət etmək. Ictimai ədalət. Ədalət hissini itirmək. Əda-ləti bərpa etmək.
[Pişxidmet:] Haqq və ədalətmi?
. O bir quş olsa, şahın sarayında yapamaz yuva. H.Cavid. Aldadır bəşəri ya-lan vədələr; Haqdan, ədalətdən yoxdur bir əsər. S.Vurğun. □ Ədalət divanı köhn.
bax ədalət məhkəməsi. Paşa o saat bir
ƏDALƏTXANA : Azerbaijani Explanatory Dictionary
ədalət divanı qurub keşişi də çağırtdırdı. "Əsli ve Kerem". [Muzdur] əlindəki döv-ləti, hər necə olsa, ədalət divanına yetir-məyə niyyət qoydu. S.M.Qenizade. Ədalət məhkəməsi
edaletle işe baxan, edaletli hökm çıxaran mehkeme. Bu gün, sabah qu-rulacaq; Bir ədalət məhkəməsi. S.Vurğun.
İnsaf, mürüvvet. Ədalətlə (z.) hərəkət etmək. Ədalətlə (z.) işə baxmaq.
Adil, hə-yatda şeir və hikmət aşiqi, insaf və ədalət tərəfdarı idi. S.Rehimov. □ Ədalət etmək
insaf etmek, insafla hereket etmek. Sair miləl övrətlə ədalət edir etsin! Ovrət ərə, ər övrətə rəğbət edir etsin! M.Ə.Sabir.
ƏDALƏTXANA : Azerbaijani Explanatory Dictionary
is. [ər. edalet ve fars.
..xane] köhn. Ədaletle işe baxan mehkeme, divanxana.
ƏDALƏTLİ : Azerbaijani Explanatory Dictionary
sif. Ədaletle, vicdanla here-ket eden, heqiqete, insafa, vicdana uyğun olaraq hereket eden. Ədalətli hakim. Əda-lətli müdir. // Ədalete, heqiqete, insafa esas-lanan. Ədalətli məhkəmə. Ədalətli hərəkət. Ədalətli qanunlar.
◊ Ədalətli müharibələr
istiqlaliyyet uğrunda aparılan müharibeler, inqilabi azadlıq müharibeleri.
ƏDALƏTLİLİK : Azerbaijani Explanatory Dictionary
is. Ədaletli olma, işe qe-rezsiz, vicdanla, edaletle yanaşma; edalet. Məhkəmənin əsas xüsusiyyəti ədalətlilikdədir.
ƏDALƏTPƏRVƏR : Azerbaijani Explanatory Dictionary
sif. [ər. edalet ve fars.
..perver] Ədalet seven, edalete riayet eden, edaletli. Ədalətpərvər adam.
ƏDALƏTPƏRVƏRLİK : Azerbaijani Explanatory Dictionary
is. Ədaletperver
adamın keyfiyyeti. Ədalətpərvərlik göstər-mək. Ədalətpərvərlik yaxşı sifətdir.
ƏDALƏTSİZ : Azerbaijani Explanatory Dictionary
sif. Ədalete, haqq ve insafa riayet etmeyen, edalet hissini itirmiş, insaf-sız. Ədalətsiz hökmdar.
Küçəyə atdın əda-lətsiz ata, qansız ata! Məni təhrik eləmə al-verə, vicdansız ata! Ə.Vahid. // Ədalete, haqq ve insafa müğayir olan. Ədalətsiz hökm. Ədalətsiz hərəkət.
Lakin zavallı bacısının xərcinə gəldikdə, Mahmud onun heç üzünə gülmədən taleyi tərəfindən təyin olunmuş, ədalətsiz bir vergi hesab edirdi. B.Talıblı.
ƏDALƏTSİZLİK : Azerbaijani Explanatory Dictionary
is. Ədalete, haqq ve insafa müğayir hereket. Burjua məhkəmə-sinin ədalətsizliyi.
Bu hürriyyət əsrində [XX esrde] belə ədalətsizliyə [zülme ve
tecavüze] baxdıqda ürəyimiz qan ilə dolur.. F.Köçerli. Zənnimcə, xilqətdən əvvəl ədalət-sizlik və vicdansızlıq yaranmışdır. C.Cabbarlı.
ƏDALI : Azerbaijani Explanatory Dictionary
sif.
Ədası olan, edabaz. Ədalı adam. // Əda ile dolu, sadelikden, adilikden mehrum. Ədalı hərəkət. // Mütekebbir. Sa-rayda hökm edir ədalı bir xan; Qan, qarğış tökülür qaşqabağından. S.Vurğun.
İşveli, işvekar, nazlı. Ədalı qız. Ədalı baxış. Ədalı yeriş.
Mərhəmətsiz mələk, ədalı gözəl; Gör nə yandı bir vüsalə bədəl?!
H.Cavid.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani