Azerbaijani Explanatory Dictionary
ƏFSUNLAMAQ : Azerbaijani Explanatory Dictionary
f. Ovsunlamaq, sehrle-
mek. Oylə bir incə təravət vardı; Ki, bütün gözləri əfsunlardı. H.Cavid. Züleyxanın iri, qara gözləri kimin üzünə gülsəydi, onu əfsunlamazdı? C.Cabbarlı.
ƏFSUNLANMA : Azerbaijani Explanatory Dictionary
"Əfsunlanmaq"dan f.is.
ƏFSUNLANMAQ : Azerbaijani Explanatory Dictionary
məch. Ovsunlanmaq, sehrlenmek.
ƏFSUNLU : Azerbaijani Explanatory Dictionary
sif Ovsunlu, ovsunlanmış, sehrlenmiş. Qadınlar köhnə məscidi əfsunlu ayələrdən, Quran vərəqələri, zibil və tor-paqdan təmizləyir, barama torlarına yer düzəldirlər. Mir Celal.
ƏFSUS : Azerbaijani Explanatory Dictionary
nida [fars.] Heyif, teessüf. Yox səndə nişani-namü namus; Əfsus ki arsız-san, əfsus! Füzuli. Əfsus, qocaldım, ağacım düşdü əlimdən; Səd heyif cavanlıq! M.Ə.Sabir. [
ci cariye:] Nazlı məlikəmiz Südabə, əfsus! Hər sevincə qarşı kədərli, məyus! H.Cavid. □ Əfsus etmək (eləmək)
teessüflenmek, teessüf etmek, heyifsi-lenmek. Oldular ol şikardan məyus; Etdilər çox təəssüfü əfsus. S.Ə.Şirvani. Əmioğlu, mən artıq əfsus eləyirəm ki, biz ölüb gedə-cəyik.. C.Memmedquluzade. Oğlanların məktəbdən çıxarılmalarına çox əfsus edi-rəm. Ə.Haqverdiyev.
ƏFŞAN : Azerbaijani Explanatory Dictionary
sif. [fars.] şair. Sepen, saçan, dağı-dan, sepeleyen. □ Əfşan etmək
sepmek, sepelemek, dağıtmaq, tökmek, saçmaq. Gülgun sərəndazın tazə gül kimi; Əfşan etmiş ay qabağın üstündən. M.P.Vaqif. Camalın şövqündən artıbdır dərdim; Əfşan elə zülfün ay üzə tək-tək. Aşıq Əlesger.
ƏFV : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Günah ve qüsurunu nezere almama, günah ve teqsirinden keçme, günahı bağışlama. [Yusif:] Əfvinlə sevinməz könül, əfsus; Zalım yenə zalımdır. H.Cavid. Şəfiqənin gülüşündə kin yox idi, bu gülüş bəlkə də əfv idi. Ə.Memmedxanlı. □ Əfv edərsiniz əfv ediniz
bağışlayın, üzr isteyirem. [Yaşlı kişi:]
Əfv edərsiniz,
dedim,
mən nabələd adamam, nəzirim nə qədər olacaq? S.Hüseyn; // bezen nezaketli etiraz yerinde. Əfv edərsiniz, məsələ elə deyil. Əfv etmək
1) günahından keçmek, teqsirini bağışlamaq. Sənin təqsirini əfv etmək olmaz.
Mehriban Zeynalı əfv etmək istəyirdi. Onu yenə sevə bilərdi. S.Hüseyn. Mən rica edirəm ki, bu dəfəlik bəy əfv eləsin. H.Nezerli. Əfv etdim hər şeyi, əfv etdim sənə; O soyuq sözləri, o gülüşləri. R.Rza; 2) üzrlü saymaq. Məni əfv edin, sizi yola sala bilmə-yəcəyəm. Gecikdiyim üçün məni əfv edin. Əfv olunmaq
günahmdan, teqsirinden keçilmek, teqsiri bağışlanmaq. [Hesen:] Indi bəlkə əfv oluna biləsən. H.Nezerli.
ƏFVEDİLMƏZ : Azerbaijani Explanatory Dictionary
sif Əfv oluna bilmeyen, bağışlanılmaz, bağışlanması mümkün olma-yan. Əfvedilməz hərəkət, günah.
[Nadir bey:] Aciz bir qarıncanın belə qanına girmək, məncə, əfvedilməz bir cinayətdir. H.Cavid.
ƏFVİ-ÜMUMİ : Azerbaijani Explanatory Dictionary
is. hüq. Ali hökumet orqanının fermanı ile mehkumların meh-keme cezasından qismen, ya da tamamile azad edilmesi; amnistiya. Cəzanın bir qismi məşrut idi, bir qismi də əfvi-ümumiyə çıxıldı. S.Hüseyn. Mən yüzlərlə anaların ərizəsi ilə [şahrn] baş vəzirinin istiqbalına çıxıb, Təbriz ziyalıları adından məhbuslara əfvi-ümumi istəyəcəyəm. Ə.Memmedxanlı.
ƏFYUN : Azerbaijani Explanatory Dictionary
is. [lat. "opiom"dan] Tiryek. [Necef bey:] Tiryakınıza lənət, mütrübünüzə lənət, əfyun gəzdirən dərvişlərinizə lənət, yalançı seyidlərinizə, siğəxanlarınıza lənət...
ƏFYUNçU
N.Vezirov. Gah sünni deyər ki, şiədir bu; Əfyunə uyub şərabi olmuş. A.Sehhet.
ƏFYUNÇU : Azerbaijani Explanatory Dictionary
is. Tiryekçi, tiryekçeken.
ƏFYUNLU : Azerbaijani Explanatory Dictionary
sif. Tiryekli, içerisinde tiryek olan. // məc. Zeherli, acı. [Yusif:] Onlar nə verirlər sana? Əfyunlu hədiyyə! H.Cavid.
ƏFZA : Azerbaijani Explanatory Dictionary
sif [ər.] köhn. Artıran. Gərçi qış fəsli idi, leyk həva; Rövşənü saf idi fərəh
əfza.. M.Ə.Sabir.
ƏFZƏL : Azerbaijani Explanatory Dictionary
sif [ər.] klas. Daha artıq, daha qiymetli, daha üstün tutulan. Hər kimsənə bir şey gətirir fikrü xəyalə; Məcmudən əf-zəldi mənə yar xəyalı. S.Ə.Şirvani. [Nene-can] bir qarından ötrü ərə getməkdənsə, dul yaşamağı əfzəl bilirdi. N.Nerimanov. [Se-riyye:] Rüstəm, bunların rəhminə güvənmək-dənsə, dəryada iynə üstünə minib xilas ol-mağa güvənmək daha əfzəldir. C.Cabbarlı.
ƏFZƏLİYYƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.] klas. üstünlük,
daha qiymetlilik, üstün tutma. Bir xəyal edə bilmir ki, bunlar niyə gərək bu əfzəliyyətə səzavar olsunlar? M.F.Axundzade.
ƏFZUN : Azerbaijani Explanatory Dictionary
zərf [fars.] klas. çox, daha artıq. Sədəf dəhanından çıxan sözlərin; Qiyməti əfzundur dürdanələrdən. Q.Zakir. □ Əfzun olmaq
artmaq, çoxalmaq. Əfzun olur ol qəmü məlamət; Mümkün deyil oğluna səla-mət. Füzuli. Necə yar eyləsə bipərvalıq; Olur əfzun könüldə şeydalıq. Əmani. Əfzun etmək (qılmaq)
artırmaq, daha da çoxalt-maq. Qılmış hüsnün şövqü dərdimi əfzun; Ay-rılıq qəmində gözyaşım Ceyhun. M.P.Vaqif. Uşaq ikən eşqə düşdüm, bilmədim; Əfzun etdi varə-varə dərdimi. Aşıq Abbas.
ƏGƏR : Azerbaijani Explanatory Dictionary
ağl. [fars.] Şert bildiren cüm-lenin müxtelif yerinde işlenerek şerti güc-lendirir. [Orxan:] Zərər yox, onu mən sağ qoysam əgər; Dünyada yox məndən alçaq bir nəfər. H.Cavid. [Ağa:] Əgər desəm qi-yamət bərpa olmuşdu, inanın. Ə.Haqverdi-yev. [Derviş:] Əgər mənim başıma gələn-dən xəbərin var isə, niyə məni söylətmək istəyirsən? A.Divanbeyoğlu.
ƏGƏR : Azerbaijani Explanatory Dictionary
ax əgər-əskik.
ƏGƏRÇİ : Azerbaijani Explanatory Dictionary
ağl. [fars.] klas. Herçend, her ne qeder olsa da,
.ise de. Hər kanda əgərçi ləl çoxdur; Bir ləl ki layiq ola yoxdur. Füzuli. Görmüşəm ləlini lazımdı tökülsün qanım; Etibar olmaz əgərçi görələr qan yuxuda.
S.Ə.Şirvani. [Ibn-Yemin:] Aylarca əgərçi ayrı düşdük; Qismət bu, yenə bu gün görüşdük. H.Cavid.
ƏGƏR-ƏSKİK : Azerbaijani Explanatory Dictionary
is. Tamam olmayan, çatış-mayan cehetler, şeyler, ehtiyac olunan şey. Vaqeən [Ağaverdinin] min manat pula böyük bir ehtiyacı varmış. Bu min manat evinin bütün əgər-əskiyini düzəldə biləcək-miş. S.Hüseyn. [Əmrulla:] Qoy oyun qurtar-sın, sonra yığışarıq, danışarıq, hər nə əgər-əskiyi olsa, hamısını düzəldərik. C.Cabbarlı. Ibadovun evində kəndin yaxşı işlərindən, gözəl adamlarından xeyli danışdılar. R.Rza.
ƏGƏR-ƏSKİKLİK : Azerbaijani Explanatory Dictionary
is. Nöqsan, kesir, ça-
tışmazlıq, qeyri-mükemmellik. Işdə əgər-əskiklik var.
ƏGƏR-MƏGƏR : Azerbaijani Explanatory Dictionary
is. dan. Şert, şert qoyma. [Şiraslan:] Burada analitik dəqiqlik var, sizin əgər-məgərlər kara gəlmir. M.Süleymanov.
ƏĞLƏB : Azerbaijani Explanatory Dictionary
sif [ər.] köhn. kit. çox, en çox, ekseriyyet. Doğru imiş, şairin olmaz imiş məzhəbi! Kafir olurmuş bütün mirzələrin əğləbi. M.Ə.Sabir.
.Islam şəriətinə qail olan Təbrizdə əğləb müsəlmana rast gəlirsən,
onu kefli görürsən. C.Memmedquluzade.
ƏĞNİYA : Azerbaijani Explanatory Dictionary
is. [ər. "ğeni" söz. cemi] köhn. kit. Zengin adamlar, varlılar, dövletliler. Bu əğniyalərin üzün görüncə ehtiyacdan; Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör! M.Ə.Sabir.
.Vaizlərimiz minbərə çıxıb əvvəl xanlarımıza, əğniyalarımıza, qolu çomaqlı-larımıza və qocalarımıza rəhmət oxuyub axırda deyəcəklər. C.Memmedquluzade.
ƏĞYAR : Azerbaijani Explanatory Dictionary
is. [ər. "ğeyr" söz. cemi] klas. özge(ler), dost olmayan(lar); reqib(ler), yad(lar). Bu gələn yar özüdür; El-obanın gözüdür; Bu tənə sənin deyil; Bəlkə əğyar sözüdür. (Bayatı). Gül qönçəlikdə gərçi olur xarə aşina; Açsa niqabını, olur əğyarə aşina. S.Ə.Şirvani. [Meşedi Ibad:] Indi mən bu tayda hambal ilə qalmışam; Yarım da o tayda əğyar ilə söhbət edir. ü.Hacıbeyov.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani