Azerbaijani Explanatory Dictionary
ƏHRİMƏN : Azerbaijani Explanatory Dictionary
is. [fars.] Zerdüşt dininde: şer allahı, şer ve zülmet menbeyi. // məc. Pis qüvve, menhus qüvve, şer qüvve. [Belli Əhmed:] Paşa, Koroğlunu heç əhrimənlər tuta bilmir. "Koroğlu". Qoyma əğyar ey-ləsin kuyində cövlan, ey pəri; Əhrimənlər maliki-mülki-Süleyman olmasın! M.Ə.Sabir. Xeyr! Nə iblis var, nə də əhrimən; Əqlin övladıdır xeyir də, şər də. S.Vurğun.
ƏHSƏN : Azerbaijani Explanatory Dictionary
nida [ər.]
Beyenme, terif bil-dirir
aferin! barakallah! eşq olsun! Əhsən sənə, ey vətənin qəhrəman oğlu! Əhsən onu yaradan əllərə! Əhsən bu kəlama!
Hər ildə müsəlman edə gər bunca tərəqqi; Bir az keçər aləm deyər:
Əhsən, belə millət! Ə.Qemküsar. [Sefer bey:] Əhsən! Yaxşı sudur, Qənbərqulu! B.Talıblı. Kimsə yerin-dən dedi:
Bu ağıllı təklifdir. Əhsən bu kə-lama.. Ə.Veliyev. □ Əhsən demək (oxu-maq)
teriflemek, aferin demek, beyen-mek. Hamı sənə əhsən deyər.
Gül rüxsarın əhsən deyib bülbülə; O çeşmi-xumarın ya-dıma düşdü. "Abbas ve Gülgez". O, tamaşa günü anasını aparıb zalda oturdacaqdı ki, baxıb oğlunun göstərdiyi məharətə əhsən desin. S.Rehman. Ətri gözəl, təzə balın; Baxan kimi xoş dadına; Bir ağızdan əhsən dedi; Hamı onun ustadına. M.Dilbazi.
Bezen eks menada işlenir. [Geray:] Əhdi, ilqarı nə tez qırdın sən? Adına bu yaraşarmı, əhsən! A.Şaiq.
ƏHVAL : Azerbaijani Explanatory Dictionary
is. [ər. "hal" söz. cemi]
Kef, hal, ruhi veziyyet. Əhvalın necədir?
Bəli, dərd əhlinin əhvalını dərd əhli bilir; Kimsə bilməz ki, necə yardan oldum məyus. S.Ə.Şirvani.
Keyfiyyet, veziyyet, hal. Güldükcə tə-biət açılır min cürə güllər; Quşlar da bu əhvalı görüncə sevinirlər. A.Sehhet. Inmirə məhəlləsi bu əhvalı görüb dodaqaltı gü-lürdü. N.Nerimanov. Fəqət nədənsə o gün əhvalım tamamilə pərişan keçdi. S.Hüseyn. // Sehhetce veziyyet. Xəstənin əhvalı pisləş-mişdir.
Bir gün Məmməd sövdəgər bazarda əhvalını pis görüb, haman saat dükanını bağlayıb evə gəldi. "Aşıq Qerib".
Keçinmek, dolanmaq veziyyeti; güzeran. Işə girəndən sonra əhvalı xeyli yaxşılaşmış-dır. // Var, dövlet, pul, tanqah. [Cavadın] on min manata yaxın əhvalı var. Ə.Haqverdi-yev. Bu gələn kişidə əhval olar? S.Rehimov.
0 Əhval sormaq (soruşmaq tutmaq bilmək)
kefini, halını, veziyyetini soruş-maq; ehvallaşmaq. [Qurban] [Sefere] ya-xınlaşaraq əhval soruşdu. A.Şaiq. Nənəqız bu saat ağsaqqal kişiyə yanaşıb, yenə də ondan bir əhval tutmaq istədi. S.Rehimov. Şəhərdən gələn adamları ziyarətdən qayıt-mışlar kimi əhatə edir, əhval soruşurdular. Mir Celal. Əhvalı bulanmaq (qarışmaq pozulmaq)
1) kefi pozulmaq, kederlen-mek, qemginleşmek.
.Axşam yaxınlaşdıqca Həsən kişinin əhvalı bulanırdı. M.İbrahi-mov; 2) xestelenmek, xesteliyi daha da ağırlaşmaq.
ƏHVALAT : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Hadise, olmuş iş, olub keçen işler, qeziyye. Əhvalatı söylədi. Əhvalat vaqe olur.. Əhvalatdan xəbərin varmı?
Alı kişi əhvalatı oğluna danışdı. "Koroğlu". [Əhmed:]
.Əhvalat uzundur. Mən müxtəsər edirəm.. T.Ş.Simurq. [Sefe-reli:] Bura bax, əhvalat belədir. H.Nezerli.
ƏHVALLAŞMA : Azerbaijani Explanatory Dictionary
"Əhvallaşmaq"dan f.is.
ƏHVALLAŞMAQ : Azerbaijani Explanatory Dictionary
qarş. Bir-birinin ehva-lını, kefini, halını soruşmaq; salamlaşmaq. Onlar əhvallaşıb dərdləşdilər. S.Rehimov. Urəyin istəyən adam ilə danışmağa, əhval-laşmağa vaxt tapılar.. Mir Celal.
ƏHVALLI : Azerbaijani Explanatory Dictionary
sif dan.
Yaxşı xasiyyetli, xoşagelen, deyib-gülen, xoşsöhbet. Əhvallı adam. Əhvallı kişidir.
[Müdir:] Amma əcəb də əhvallı zabit idi. H.Nezerli.
Varlı, dövletli, tanqahlı. Əhvallı adam.
Yaşlı, hörmetli. Illər boyu silahlarını
yerə qoymayan bu əhvallı qocalar deyişə-
deyişə burada işləmişlər. S.Rehimov.
ƏHVALPÜRSAN : Azerbaijani Explanatory Dictionary
is. [ər. ehval ve fars.
..pürsan] köhn.: əhvalpürsan olmaq
xeber tutmaq, veziyyeti öyrenmek.
.Zəlzələnin nə-ticəsindən əhvalpürsan olduq. C.Memmed-quluzade. Hamısı əhvalpürsan olur. Fəra-mərz kişi əhvalatı söyləyir.. T.Ş.Simurq. [Niyaz] bir az əhvalpürsan olduqdan sonra soruşdu. Ə.Veliyev.
ƏHVALPÜRSANLIQ : Azerbaijani Explanatory Dictionary
is. köhn. Bir-birinin
ehvalım soruşma, salamlaşıb ehvallaşma. Elə bu yerdə Kərəmin bir neçə dostu əhvalpür-sanlığa gəldilər. "Əsli ve Kerem". Sa-lamlaşdıqdan və əhval-pürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik. Ə.Haqverdiyev. Molla bacı gülümsünürdü, qızlara xeyir-dua verirdi və sonra əhvalpürsanlıq baş-layırdı. çemenzeminli. □ Əhvalpürsanlıq etmək
bir-birinin ehvalını soruşmaq, eh-vallaşmaq. Haman saat xan bir neçə mötə-bər şəxsi oğlunun yanına göndərdi ki, ondan əhvalpürsanlıq etsinlər. "Əsli ve Kerem".
ƏHVALİ-RUHİYYƏ : Azerbaijani Explanatory Dictionary
is.
Ruhi hal, ruhi veziyyet. Düşkün əhvali-ruhiyyə.
.Fərdiy-yətçilik və xüsusiyyətçilik əhvali-ruhiyyəsi ölməkdədir. M.İbrahimov.
Bir şexsin, ya kütlenin, cemiyyetin fikri, hissiyyatı. Ictimaiyyətin əhvali-ruhiy-yəsi.
Səlim onu çox yaxşı tanıyırdı. Onun əhvali-ruhiyyəsini tam üç ay idi ki, tədqiq edir. S.Hüseyn.
ƏHYA : Azerbaijani Explanatory Dictionary
is. [ər.] klas.
Diriltme, canlan-dırma, oyatma; dirilme, canlanma, oyanma. Nola gər əmvatü əhya versə sübhün dəm-ləri; Zikri-ləlindir, kim eylər dəmbədəm tək-rar sübh. Füzuli.
məc. Yeniden heyat verme, berpa etme, abadlaşdırıb şenlendirme, canlandırma. □ Əhya etmək
yeniden heyat vermek, can-landırmaq, berpa etmek, abadlaşdırıb şenlen-dirmek. Biz behiştə bərabər olan vətənimizin şərafətini əhya etməliyik. M.F.Axundzade. // Vücuda getirme, tesis etme.
din. Dindar müselmanların gece sübhe kimi ibadetle meşğul olması. Əhya gecə-ləri.
Orucluq ayının [ramazanda] 19, 21,
cü günlərinə əhya axşamı və ya sadəcə əhya deyərdilər. H.Sarabski. Əhya gecəsi olduğu üçün, əsil möminlər
. başlarına Quran qoyub dua oxumaqla səhəri açmaq niyyətində idilər. B.Talıblı.
ƏHYANA : Azerbaijani Explanatory Dictionary
ağl. dan. Əger, hergah, işdir. Işdi, əhyana birdən tutulsan, onda bir qurğu qurub Koroğlunu Bayazidə göndərəcəyəm. "Koroğlu". [Sekine xanım:]
.Sandıqlar içində aparıb, şahid-sübut ilə hakimi-şərə tapşırdı ki, əgər, əhyana, mən ölsəm, bu pulu sonra mənim hər kəs şəri varisim qalsa, ona rədd elə! M.F.Axundzade.
ƏXBAR : Azerbaijani Explanatory Dictionary
is. [ər. "xeber" söz. cemi]
Xe-berler, melumat. çünki o məlumatların əx-barı əksər övqat nəticə bağışlayır, amma öz-ləri yalançı və bədzatdırlar. M.F.Axundzade.
Keçmişde bezi dövraşırı metbuatın adı.
ƏXƏVİ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn. Qardaş. [Mirha-şım:] Hamınıza məlumdur ki, bəndənin kiçik əxəvisi banki-şahənşahidə qulluq edir.
P.Makulu.
ƏXƏVİZADƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn. Qardaşoğlu.
ƏXİ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] klas.
Qardaş.
tar. Cem şeklinde: əxilər
orta esr-lerde Kiçik Asiyada ve qismen Azerbay-canda meydana gelmiş "Zehmet qardaşlığı" deyilen cemiyyetin üzvleri. [Qoca:] Əxilər məclisində mən səninlə bir süfrədə çörək kəsmişik, bala! Ə.Memmedxanlı.
ƏXLAQ : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
İnsanın menevi key-fiyyetini, ehvali-ruhiyyesini müeyyen eden etik normalar; meneviyyat. Mən
. müsəl-man xalqlarının əxlaq və rəftarını yaxşılaş-dırmaq məqsədi ilə bir neçə səhnə əsəri yazmışam. M.F.Axundzade. Əxlaqı pozğun, adəti pis, pasibanı yox; Qəlbim yanar ona, deyərəm: "Ay yazıq çocuq!" A.Sehhet. Nizamülmülkün yazdığı siyasətnamə
tarix, Nizaminin nəzmə çəkdiyi siyasətnaməsi isə bir əxlaq dərsidir. M.S.Ordubadi.
İnsanın yaşadığı cemiyyet ve onu teş-kil eden üzvleri ile reftarı ve özünü aparma qaydası. Əxlaq normaları.
Mehriban açıqdan-açığa görürdü ki, Səlim əxlaq və təbiətcə ətrafında gəzib dolaşan, evinə qo-naq gələn adamların heç birinə bənzəməyir. S.Hüseyn. Insanın qiyməti onun qabiliyyəti və əxlaqı ilə ölçülür. Ə.Sadıq. Gözəl əxlaqı, pak və səmimi ürəyi, həddən artıq zirəkliyi və qabiliyyəti Budağı müəllimlərə və həm də yoldaşlarına çox sevdirdi. Ə.Veliyev.
ƏXLAQİ : Azerbaijani Explanatory Dictionary
sif. [ər.] Əxlaqa aid olan. Əx-laqi nəticələr. Əxlaqi prinsiplər. Məsələnin əxlaqi cəhəti.
Əxlaqi əsasları çürük olan bir cəmiyyətdə ədalət və haqqa söykənən qa-nun təsəvvür etmək çətindir. M.İbrahimov.
ƏXLAQİYYAT : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn. Əxlaq elmi; exlaqdan behs eden elm.
ƏXLAQLI : Azerbaijani Explanatory Dictionary
sif Əxlaqı çox yaxşı olan, exlaq normalarına ciddi riayet eden; iffetli, ismetli, terbiyeli. Əxlaqlı uşaq.
ƏXLAQLILIQ : Azerbaijani Explanatory Dictionary
is. Əxlaqlı adamın hal ve sifeti; iffetlilik, ismetlilik.
ƏXLAQSIZ : Azerbaijani Explanatory Dictionary
sif.
Əxlaqı pis, menevi cehetden pozğun. Əxlaqsız adam.
[Yaşlı kişi:] Burada bir gecədə neçə zəvvara siğə olan əxlaqsız qadınların olduğunu bilirdim. S.Hüseyn. Komediyanın baş qəhrəmanı Şeyx Nəsrullah həyasız, yalançı və əxlaqsız bir adamdır. M.İbrahimov.
Əxlaq normalarına zidd; edebsiz, terbiyesiz. Əxlaqsız hərəkət.
Səni sevdi-yim üçün mənə əxlaqsız deməyin nəzakət-sizlikdir. M.S.Ordubadi.
ƏXLAQSIZCA(SINA) : Azerbaijani Explanatory Dictionary
zərf Əxlaq norma-
larına zidd olaraq; edebsizcesine. Əxlaqsız-casına hərəkət etmək.
ƏXLAQSIZLIQ : Azerbaijani Explanatory Dictionary
is.
Əxlaq pozğunluğu, meneviyyat pozğunluğu, exlaq pisliyi; exlaqsız adamın hal ve sifeti. Indi Zeynal belə düşünürdü ki, onun hörmət və nüfuzu-nun azalması və xidmətlərinin əlindən çıx-ması Mehribanın əxlaqsızlığından irəli gəl-mişdir. S.Hüseyn.
Əxlaqsız hereket. Əxlaqsızlıq etmək.
Əxlaqsızlığın dəhşətamiz və çılpaq səhnə-ləri açıldı. M.İbrahimov.
ƏXTƏR : Azerbaijani Explanatory Dictionary
is. [fars.] şair.
Ulduz. Ulduz-lar içində gözümə dəydi bir əxtər; Məftun olaraq sevdim onu, heyrətə daldım. A.Şaiq.
məc. Bext, tale, bext ulduzu.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani