Azerbaijani Explanatory Dictionary
ƏKİN-TİKİN : Azerbaijani Explanatory Dictionary
top. dan. Əkin, ekin yeri; heyetyanı teserrüfat. Onun əkin-tikini var-dır.
Əkinə-tikinə, ya şəhərə gedən sübh-dən gedib. Mir Celal.
ƏKİŞ : Azerbaijani Explanatory Dictionary
is. Əkme işi ve terzi.
ƏKİZ : Azerbaijani Explanatory Dictionary
sif Anadan cüt olan, cüt do-ğulan. Əkiz uşaqlar. Əkiz (z.) doğmaq.
çobanlar bəzən qucaqlarındakı əkiz quzunu soyuqdan qorumaq üçün ərklə Səfər kişinin mənzilinə girirlər. Mir Celal.
is. Əkiz doğulmuş uşaqlardan her biri. Əkizlərin biri oğlan, digəri qızdır. // məc. zərf Beraber, eyni zamanda. Əkiz yaran-mışdır insan ilə qəm. S.Vurğun.
.Fəqət əkiz yaranmışdır xəyal, həqiqət. M.Rahim. Bizlə əkiz doğulmuşdur; Namus, vicdan, şərəf, hünər. O.Sarıvelli.
ƏKİZLİK : Azerbaijani Explanatory Dictionary
is. Əkiz olma halı. Əkizlik iki adamın bir-birinə oxşamasını tələb etmir.
ƏKİZTAY(I) : Azerbaijani Explanatory Dictionary
ax əkiz
ci menada. [Peri nene:] [Hümmetin] bir böyük külfəti vardı. Südəcər, əkiztay, cin çolpası kimi zılğa-zılğa bir-birinə qarışmışdı. S.Rehimov.
ƏKİZTAYLI : Azerbaijani Explanatory Dictionary
ax əkiztay(ı). Hündür, al-çaq deyil, orta boyludur; Deyəsən, mənimlə əkiztaylıdır. Molla Cüme.
ƏKKAS : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn. Fotoqrafın köhne adı.
ƏKKASXANA : Azerbaijani Explanatory Dictionary
is. [ər. ekkas ve fars.
.. xane] köhn. Fotoqrafiyanın köhne adı.
ƏKLİL : Azerbaijani Explanatory Dictionary
is. [ər.] çiçeklerden ve ya yar-paqlardan daire ve ya tac şeklinde hörülmüş bezek; çeleng. Canlı çiçəklərdən düzəldil-miş əklil.
Irəlidə Azərbaycan aktyorları əklil aparır, bunların ardınca teatrın Şərq orkestri matəm marşı çalırdı. C.Cabbarlı. Səadət əklili ona töhfədir.. M.Rahim. Qar altında yaz gözləyən əkin kimi; Ədalətə heykəl yonsan, əklil kimi. M.Araz.
ƏKMƏ : Azerbaijani Explanatory Dictionary
"Əkmek^"den f.is. Şitil əkmə.
sif Əkilmiş, ekilen. Əkmə ot.
ƏKMƏK : Azerbaijani Explanatory Dictionary
f
Sürülmüş yere toxum at-maq, toxum sepmek. Nə əkərsən, onu bi-çərsən. (Ata. sözü). [Əyyar:] Onlar səndən də güclüdür; Əkin əkir, naxır güdür.. A.Şaiq.
[Haşım] əkirdi, biçirdi və hər bir ağır zəh-mətlərə qatlaşırdı. B.Talıblı.
Quyu şeklinde qazılmış yere ağac, kol
ve s. basdırmaq. Ağac əkmək.
Bir gün ək-
dim miyanə; Gül sünbülə dayana; Oxu, bül-
bülüm, oxu; Bəlkə yarım oyana. (Bayatı). Bu
gün əkdiyimiz bu qatar-qatar; Ağaclar bir
zaman orman olacaq. S.Vurğun. Şair ilə Afaq
.. ləklərə çiçək, yonca toxumu səpib çəpər boyu
cavan ağaclar əkdilər. Ə.Memmedxanlı.
məc. Başlanğıcını qoymaq, binasını
qoymaq. Illər keçib, zəmanələr dolanıb, o
şəxslərin əkdikləri toxumlar bar verib.
Ə.Haqverdiyev.
məc. dan. Döl qoymaq, töretmek. Go-
runa od qalansın, ay bu sarsaq kişini əkən
dədə! "M.N.letif.".
ƏKMƏK : Azerbaijani Explanatory Dictionary
is. çörek. [üçüncü satıcı:] Qı-
zarmış tazə əkmək, tazə qaymaq; çapuq gəl, durma gəl, fürsətdir ancaq. H.Cavid. Qaldı əynimdə əski bir köynək; Tapmadım gündə bir yavan əkmək. M.S.Ordubadi. Əkməyi çox, dərdi yox; Sən niyə geydin qara? Ə.Nezmi.
ƏKMƏK : Azerbaijani Explanatory Dictionary
f Hiyle ve tedbirle yola sal-maq, yanından uzaqlaşdırmaq, redd etmek, başdan elemek. Hərif qonağını, deyəsən, əkdi.
Bəyin fikrinə gəldi ki, aşnam məni əkmək istəyir. Mir Celal. O:
Evə get,
deyə, Nuşunu əkdikdən sonra Əhmədin qabağına çıxdı. Ə.Əbülhesen.
ƏKNAF : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn. Ətraf, teref, cehet, etrafdakı yerler. çox çəkmədi ki, ətraf və əknafda aclıq başladı. S.S.Axundov.
ƏKRƏM : Azerbaijani Explanatory Dictionary
sif. [ər.] klas. Kerametli, co-merd, alicenab.
ƏKS : Azerbaijani Explanatory Dictionary
[ər.]
is. Bir şeyin işıq şüalarının sınması neticesinde hamar, parlaq seth, güz-gü, su ve s. üzerinde görünen şekli, sureti. Aynada öz əksini görmək. Suda öz əksini görmək. Dəniz üzərində ulduzların əksi görünürdü. Mağazanın qabağından keçən-lər aynalı vitrinlərdə öz əkslərini görürdü-lər. □ Əks etmək
hamar ve parlaq seth üzerinde inikas etmek. Qüruba doğru enən günün şüaları suya əks edərək qəribə rəng-lərə çalırdı. M.Hüseyn. // məc. İnikas, güzgü. Batinin əksidir fəqət zahir. H.Cavid.
is. Sesin bir yere deyib geri dönmesi. Elə dərələr vardır ki, bir səs çıxaranda dörd əks alırsan.
Mübarəkbad sədası xalqdan asimanə bülənd oldu və barigahın imarət-lərindən əksi təkrar tapdı. M.F.Axundzade. □ Əks etmək
1) qaytarmaq. çıxır dağ döşünə körpə quzular; Tərlanın səsini əks edir sular. S.Vurğun; 2) yayılmaq. Ənisənin şöhrəti yavaş-yavaş öz oxuduğu məktəbin divarlarından dışarı çıxaraq başqa məktəb-lərə də əks etmişdi. S.Hüseyn.
is. Şekil, fotoşekil. Sitarənin xəyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. çemenzeminli. □ Əksini almaq dan.
fotoşeklini çekmek.
sif. Ters, inad, höcet. çox əks adamdır, dediyindən əl çəkmir.
sif. Zidd, ters. Bunun tam əksi. Yalan doğrunun əksidir. Əks fikir. Əks nəticə. Əks mənada başa düşmək. Əks istiqamət.
[Şeyx Neim:] Batinin əksidir fəqət zahir. H.Cavid. [Şemsiyye:] Bunun əksini iddia edən bir qadına inanma, xalaoğlu! M.Ibrahimov.
◊ Əks etdirmək
eyani suretde göster-mek, ifade etmek. Dövrümüzü əks etdirən əsərlər, filmlər. Vəziyyəti olduğu kimi əks etdirmək. Əsər həqiqi mənzərəni yaxşı əks etdirir.
Cabbarlı günlərlə igid Babəkin xəyalı ilə yaşamış, bu böyük şəxsiyyətin surətini bədii bir əsərdə əks etdirmək fikrinə düşmüşdü. M.Arif. Xalq mahnıları xalqın ta qədim zamanlardan bu günə qədər olan ta-rixini bədii surətdə əks etdirir. Ə.Bedelbeyli. Əks olunmaq
eyani suretde gösterilmek, ifade edilmek. "Muğan" dastanımda əks olunmadı; O yerdə gördüyüm gözəl bir səhnə. S.Vurğun. Bəzi mühərrirlərin xırda burjua mütərəddidliyi, ictimai hadisələrin anlayışdakı məhdudluğu jurnalın səhifələ-rində əks olunmaya bilməzdi. M.Ibrahimov. Əks təqdirdə (surətdə)
nezerde tutul-duğu, deyildiyi, gösterildiyi kimi edilme-dikde, onun eksine, ziddine olsa, eger bele olmasa, ayrı cür olsa, eksine hereket edilse, yoxsa. Bir az gözləyin, əks təqdirdə mən si-zinlə gedə bilməyəcəyəm.
[Müellim] axırda belə dedi:
Əks surətdə rəftarım tamamilə başqa cür olacaqdır. C.Cebrayılbeyli. (Oz) əksini tapmaq
bax əks olunmaq.
ƏKS-CƏRƏYAN : Azerbaijani Explanatory Dictionary
is. [ər.] xüs. Cereyanın eksine olan cereyan.
ƏKSETDİRİCİ : Azerbaijani Explanatory Dictionary
is. xüs. İşıq ve ya istilik şüalarını, elektromaqnit dalğalarını eks etdirmek üçün cihaz. Avtomatın fənərinin əksetdiricisi.
sif. Əks etdiren, eks etdirmek üçün olan. Əksetdirici alət. Əksetdirici aynalar.
ƏKSETMƏ : Azerbaijani Explanatory Dictionary
is. xüs. Ses, işıq ve s.-nin bir yere deyib geri qayıtması; inikas.
ƏKS-ƏMƏL : Azerbaijani Explanatory Dictionary
is. [ər.] xüs. Görülen işin eksi, ziddi.
ƏKSƏR : Azerbaijani Explanatory Dictionary
sif [ər.] Ən çox, lap çox, hedden ziyade, ümumiyyetle. Əksər hallarda (çox hallarda).
Gərçi var iş qanan kişi tək-tək; Əksəri-xalq əvamdır, bişək. S.Ə.Şirvani. Əksər ovqat avam yaxşıya deyir pis, pisə deyir yaxşı. C.Memmedquluzade. // Tesirlik halda: əksəri
çoxu, çoxusu, ekseriyyeti. Camaatın əksəri. Tələbələrin əksəri yaxşı oxuyur.
Bu gün kəndlilərin əksəri işə çıxmamışdı. T.Ş.Simurq. Dağların hərəsi bir rəng çalır, çünki bunların eləsi var ki, meşələrlə örtülüblər, amma dağların əksəri lütdürlər. C.Memmedquluzade. [Sultan:]
.Tiflisdə və qeyri yerlərdə oxumuş qızların əksəri məişətə və zindəganlığa bu təhər baxırlar. N.Nerimanov.
ƏKSƏRƏN : Azerbaijani Explanatory Dictionary
zərf [ər.] çox vaxt, çox zaman, çox hallarda. Əksərən onu axşamlar görmək olur.
Cəmilə Arzu qızı əksərən atasının öhdəsinə buraxırdı. S.Rehimov. // Əkseriyyeti, çoxu. Əksərən uzunboğaz çəkmə, qalife şalvar və cibli köynək geyərək belini qayışla bərkitmiş kişilər furqonun yan tərəfinə doluşmuş(du). M.Ibrahimov.
ƏKSƏRİYYƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.] çoxluq, en böyük hisse. Böyük əksəriyyət. Camaatın əksə-riyyəti. Əksəriyyət etibarilə. Adamların əksəriyyəti bu cür geyinir. Səsvermədə ək-səriyyət iştirak edirdi.
[M.Qorkinin] əsərlərinin əksəriyyəti isə elə bir həyat materialıdır ki, onları dəfələrlə oxuyur, hər oxuduqca yeni cəhətlər kəşf edirsən. R.Rza. Əksəriyyəti təşkil edən yerli ziyalılar da sevinirdilər. Mir Celal. // Ses çoxluğu. Təklif əksəriyyətlə (z.) qəbul olundu.
ƏKS-HƏMLƏ : Azerbaijani Explanatory Dictionary
[ər.] bax əks-hücum.
ƏKS-HUCUM : Azerbaijani Explanatory Dictionary
is. [ər.] hərb. Hücuma qarşı olan hücum, hücum eden düşmene qarşı hücum. Ani əks-hücum. Əks-hücuma keç-
mək. Düşmənin əks-hücumu nəticəsiz qaldı.
- Bölük əks-hücuma keçdi. İ.Əfendiyev. Hə, Tapdıq, bu da əks-hücuma keçməyimiz üçün əmr!
deyə Mədətov yerindən sıç-rayaraq ayağa qalxdı. Ə.Əbülhesen.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani