Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
ALVERÇİ : Azerbaijani Explanatory Dictionary

is. Alış-verişle, alverle, mal alıb-satmaqla meşğul olan adam; alverçiliyi özüne peşe etmiş adam; ehtikarçı. Burası [Tehranda bir dönge] xırda alverçilərin və bazar alverçilərinin dolandığı yer idi. M.İbrahimov.

ALVERÇİLİK : Azerbaijani Explanatory Dictionary

is. Alverle meşğul olma, alver işi. Quluda alverçilik damarı vardı. A.Şaiq.

ALYANAQ(LI) : Azerbaijani Explanatory Dictionary

sif. Yanaqları qırmızı. Alyanaq uşaq.
Alagözlü, alyanaqlı qız uta-naraq qumral saçlarını üzünə örtüb, ürkmüş maral kimi evə qayıdır. H.Sarabski.

AL-YAŞIL : Azerbaijani Explanatory Dictionary

is. köhn. Al-yaşıl rengli ipek parça. Əziziyəm bizə gəl; Al-yaşıl gey, bizə gəl. (Bayatı). [Heyder bey:] Amma bura-nın xalqı belə firəng çitinə hərisdir ki, onu görəndə al-yaşılın üzünə baxmırlar. M.F.Axundzade.

AM : Azerbaijani Explanatory Dictionary

is. [ər. "evam" söz. teki] Adi xalq kütlesi, adi camaat, adi adamlar (xas ziddi). Bəzm əhlinə növbət ilə ver cam; Həm xas riayət eylə, həm am! Füzuli. Bəsdir daha tənqid elədin xas ilə amı; çox yazma, da-nışma, daha tul etmə kəlamı. C.Cabbarlı.

AMAC : Azerbaijani Explanatory Dictionary

is. [fars.] klas. Nişane, hedef, nişangah. Kim, Ibni-Səlami etdi gərdun; Amaci-xədəngi-ahi-Məcnun. Füzuli. Amaci-sinəmi növgi-mujganın; Qoyub nişanəyə gözlər, nə gözlər! Nebati. Mən demədimmi sənə, başda otur tac tək; Durma müqabil bəla tirinə amac tək. M.Ə.Sabir.

AMADƏ : Azerbaijani Explanatory Dictionary

zərf [fars.] Hazır, hazırlanmış, müntezir. Keçən şəb bir məkanda bir nigari-sadə gördüm mən; Xədəngi-qəmzəsin can almağa amadə gördüm mən. S.Ə.Şirvani.
Ovçu Pirim oğlu Camal xanın çıxmaya-cağını görüb, evi tamamilə oda tutmuşdu və əlində tüfəng amadə dayanmışdı. S.Rehimov. □ Amadə olmaq
hazır olmaq. Verdin keçən il borcuna yorğanını, neylim; Ol indi palaz satmağa amadə, əkinçi! M.Ə.Sabir. [Selimi:] Mənim fikrim yavaş-yavaş kiçik bir dəstə hazırlamaqdır. Amadə olmaq lazım-dır. M.İbrahimov.

AMADƏLİK : Azerbaijani Explanatory Dictionary

is. Hazırlıq, hazır veziyyet, müntezirlik. Uç-dörd günün müddətində hamı müntəxib olunan kəslər göründü və hamısı şurişə meyil və amadəlik göstərirdi-lər. M.F.Axundzade.

AMAL : Azerbaijani Explanatory Dictionary

is. [ər. "emel" söz. cemi] tənt. Qaye, meqsed, arzu, ümid, dilek. Mən gedərsəm, var olsun amalım! Yaşasın şəhriyari-hürriyyət! M.Ə.Sabir. And içək ki, ölüm bizi Azərbay-canın səadəti yolundan, böyük amalımız yolundan döndərə bilməz! M.İbrahimov.

AMALQÄMA : Azerbaijani Explanatory Dictionary

[fr. esli erebceden] kim. Bezi metalların cive ile emele getirdiyi erinti, xelite. Amalqama maye yarımmaye və ya bərk halda ola bilər.

AMAN : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Əmin-amanlıq, emniy-yet, tehlükesizlik, qorxusuzluq, dinclik.
Möhlet, macal, imkan. □ Aman ver-
mək
macal vermek, imkan vermek, vaxt
vermek, rahat buraxmaq. [Molla İbrahim
Xelil:] Gümüş xahiş edənlər bir mərtəbədə
çoxdur ki, hətta mənə aman vermirlər ki,
iksirin müddəti-təkmilini itmamə yetirəm.
M.F.Axundzade. Qazının qısıla-qısıla gəl-
məyinə ağa artıq etina etməyib, bir az da
irəli gəlməyə aman verir və sonra dönüb bir
təpik vurur. çemenzeminli.
Rehm, merhemet. Düşmənə aman yoxdur.
Ovçuda aman olur; Əlində kaman olur; Oxlama, yar, könlümü; Ox dəysə, ya-man olur. (Bayatı). □ Aman vermək
rehm etmek, merhemet etmek, efv etmek, bağış-lamaq. Get, düşmənə aman vermə davada; Batır suda, vur quruda, havada! S.Vurğun.
İmdad, yardım, kömek, nicat, merhe-met dileyi. Aman istəmək.
Amana gələnin boynunu qılınc kəsməz. (Ata. sözü). Yandı bağrım, döndü qana; Bir namə yaz Divar-qana; Daha səndən aman olmaz. Aşıq Abbas.
Taqet, qüvvet, güc. Dad edib suzəni
çəkdim əlindən; Qoymadı canımda aman
ayrılıq. (Qoşma). □ Amanı kəsilmək
(qırılmaq)
üzülmek, elden düşmek, yorul-
maq, taqetden düşmek. Amanını kəsmək
- yormaq, üzmek, elden salmaq, taqetden salmaq. Soyuq əsgərin amanını kəsdi.
nida. Can ağrısı, heyecan, feryad,
iztirab, qorxu ve s. hissleri ifade edir. Aman,
başım ağrıyır. Aman, sancıdan öldüm! Aman,
qıçım sındı!
Gözlə zülfün bad vurar; Bad
əlindən dad vurar; Dərddən aman deyənin;
Boynunu cəllad vurar. (Bayatı). Ay sevdi-
yim, səndən qeyri kimim var; Gəl üstümə,
aman, öldüm, dad, öldüm! M.V.Vidadi. Nələr
gördün, aman, Vaqif! Nə qansızmış zaman,
Vaqif! S.Vurğun. // Heyret, teeccüb bildirir.
Aman, bu sənsən! Aman, bu nədir?
nida. Rica, xahiş, yalvarış bildirir (bezen "amandı", "amandır" şeklinde işlenir). Gecə-gündüz fikrim-zikrim, əzbərim; Uzül-dü taqətim, aman, bəri bax! M.P.Vaqif. Ey yığılan canlar, siz olun tanrı; Amandı, qoy-mayın yar oyanmasın. Q.Zakir. Məni yan-dırma, amandır; Urəyim dopdolu qandır. M.Ə.Sabir. // Yene hemin menada bezen "günüdür" sözü ile beraber işlenir. Aman günüdür, onu tək qoyma. Aman günüdür, tək getmə. Aman günüdür, özünü gözlə.
nida. Narazılıq, şikayet, nifret bildirir (çox vaxt "elinden" sözü ile birlikde). Aman yaman yoldaş əlindən!
Vaqif deyir: sənin əlindən aman; Mən biçarə nə havalı sevmişəm. M.P.Vaqif.
0 Aman evi
daldalanacaq yer, penah getirilecek yer. (Qarabağ xanı Penah xan bu fikirde oldu ki),
. möhkəm bir bina və qala tikilsin. Bir hadisə üz verdiyi zaman ora məskən; tənglik və bolluq vaxtında isə aman evi olsun. A.Bakıxanov. And-aman eləmək
- b a x and-aman.

AMANABƏND : Azerbaijani Explanatory Dictionary

a x amanatabənd.

AMANATABƏND : Azerbaijani Explanatory Dictionary

zərf
Bir şeyi etmeye
hazır, behane gözleyen, bir hime bend, işareye bend.
Sınıq-salxaq, davamsız; uçulmaq, dağıl-maq, yıxılmaq üzre olan.

AMANI : Azerbaijani Explanatory Dictionary

a x amanatabənd.

AMANSIZ : Azerbaijani Explanatory Dictionary

sif Rehmsiz, merhemetsiz, rehm bilmeyen, merhemet bilmeyen; barış-maz. Amansız zərbə. Amansız ölüm. Düşmən-lərə qarşı amansız (z.) olmalı!
[Seriyye] mübarizə etmək, amansız taleyi ilə üz-üzə durmaq iqtidarında deyildi. M.İbrahimov. Buradakı mülayim təbiətli sadə insanların qəlbi bu gün amansız bir kinlə döyünür. M.Hüseyn. [Şairin] qəlbində nə isə böyük, amansız və gözəl bir qüvvə baş qaldırdı. Ə.Memmedxanlı.

AMANSIZCA(SINA) : Azerbaijani Explanatory Dictionary

zərf Amansız bir suretde, rehm etmeden, yazığı gelmeden; çox sert bir suretde. Amansızcasına müba-rizə etmək. Usyançılara amansızcasına divan tutuldu. Amansızcasına cəza vermək.

AMANSIZLIQ : Azerbaijani Explanatory Dictionary

is. Rehmsizlik, merhe-metsizlik; barışmazlıq, sertlik; şiddet. Müba-rizənin amansızlığı.
Bütün bunlar, elə bil, düşmənlərin amansızlığını, inad və qətiyyə-tini daha da artırmışdı. Ə.Əbülhesen.

AMAN-ZAMAN : Azerbaijani Explanatory Dictionary

sif. dan. Tek, var-yox, yalnız, vahid. Aman-zaman bir oğlu var.

AMAZONLAR : Azerbaijani Explanatory Dictionary

cəm [yun. xüs. is.-den] mif. Qedim yunan esatirinde: Qara deniz sahil-lerinde yaşamış ve qonşu ölkelere basqınlar etmiş cengaver qadınlar. Qafqaz amazon-ları barədə əfsanələr məlumdur.

AMBIL : Azerbaijani Explanatory Dictionary

is. məh. Xışa qoşulmuş öküzlerin birinci cütü. Qulaməli kəlləri hayqırıb
. ambıl kəlinin yanı ilə addımladı. S.Rehimov.

AMBIR : Azerbaijani Explanatory Dictionary

is. xüs. Demirçilerin, nalbendle-rin işletdiyi iri kelbetin.

AMBIRAGIZ : Azerbaijani Explanatory Dictionary

is. xüs. Meftil kesmek üçün kiçik kelbetin.

AMBİSİYA : Azerbaijani Explanatory Dictionary

is. [fr.] Lovğalıq, tekebbür, teşexxüs, iddia etme.

AMBULATÖRİYA : Azerbaijani Explanatory Dictionary

is. [lat.] tib. Xestexa-nadan kenar müalice müessisesi. Ambulato-riya binası. Ambulatoriya müalicəsi.

AMERİKALI : Azerbaijani Explanatory Dictionary

AMERİKAN is. Amerika Birleşmiş Ştatlarının ehalisine mensub olan şexs. Drayzer sadə amerikalıların faciəli taleyini təsvir edirdi.