Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
ƏQSAM : Azerbaijani Explanatory Dictionary

is. [ər. "qism" söz. cemi] köhn. kit. Növler, cinsler. Cücələrin köklüyünü, yağlı-yağsız olduğunu, mürəbbələrin əqsamını və s.-ni gözdən keçirən çox idi.
M.S.Ordubadi.

ƏQVAM : Azerbaijani Explanatory Dictionary

is. [ər. "qövm" söz. cemi] kit.
Tayfalar, qövmler. Vətəndaşlarımın bu tərəqqi zamanında, bu telefon və elektrik əsrində ki,
sair miləl və əqvam artıq sürətlə irəli gedib özləri üçün ixtiyarlar və imtiyazlar axtarmaqdadırlar,
geridə qalmaqları
. məni heyrətə saldı. F.Köçerli.
// Tayfa.
Qohumlar, qohum-eqreba. Ona görə bu şəxs nəinki
. öz əqvamının, bəlkə cəmi şəhər əhlinin əlindən getdi. Ə.Haqverdiyev. Ağanın özünün və əqvamının salamatlığı təmin olunmalıdır.. M.S.Ordubadi.

ƏL : Azerbaijani Explanatory Dictionary

is.
Qolun bilekden dırnaqlara qeder olan hissesi. Əli ilə tutmaq. Sağ əl. Əllərini yumaq. Əlini çiyninə qoymaq. Əli ilə sı-ğallamaq. Əli ilə götürmək. Insan işlərinin çoxunu əlləri ilə görür.
Tək əldən səs çıxmaz. (Ata. sözü). Əfsus ki, qocaldım ağacım düşdü əlimdən; Səd heyif cavanlıq!
M.Ə.Sabir.
Bezi heyvanların qabaq ayaqlarının her biri. Meymunun əlləri adam əlinə oxşayır. Pişik əlləri ilə üzünü yuyur.
Defe, kere, yol (adeten saylarla). Bircə əl oynayaq.
Bu əsnada yaxında dörd-beş əl şiddətli tapança atılır. H.Cavid. Iki əl səp-dikdən sonra çuxasının ətəyini silkələyərək gəlib cütün dəstəsindən yapışdı. S.Rehimov.
İştirak, elaqe. □ Əli ilə
vasitesile, kömeyi ile. Başqasının əli ilə iş görmək.
Əli olmaq
iştirakı, müdaxilesi, elaqesi olmaq. Bu işdə onun da əli var.
Bilirsənmi, yoldaş Tərlan, burada sinfi düşmənlərin əli var. M.Hüseyn.
Əlində əlimdə ve s.
malikiyyet, ix-tiyar, iqtidar, idare, serencam, asılılıq me-nasında. Bu iş mənim əlimdədir. □ Əlində olmaq
1) imkanı, ixtiyarı, bacarığı, iqti-darı dairesinde olmaq. Gəncləşmək [Mura-dın] əlində deyildi. Onu təbiət qocaltmışdı. S.Hüseyn; 2) ixtiyarında, hakimiyyetinde, serencamında, asılılığında, idaresinde olmaq.
Əlle görülen işde meharet, bacarıq
menasında. Cərrahın əli ağırdır. Rəssamın
gözəl əli var.
Növbet, sıra. Əl kimdə isə oynasın. Indi
mənim əlimdir.
Teref, yan. Sağ əldə oturmaq. Sol əldəki mağazaya getdim.
Qazmaçı Kərim
. yolun sağ əlində yamacdakı birmərtəbəli, uzunsov evdə yaşayırdı. M.İbrahimov.

..əlindən şeklinde işlenerek sebeb bildirir. Iş əlindən macal tapmır. Adam əlin-dən gəzməyə yer yoxdur.
Hicr əlindən pə-rişanam yüz ildi. Q.Zakir. çala-çuxur əlin-dən maşınlara gün yox idi. Ə.Əbülhesen.
çıx. halında: əldən zərf- 1) tez, celd, gözlemeden, qaçaraq, elbeel. Əldən bir pa-piros al! Əldən beş manat verdi; 2) mağa-zadan yox, elde satandan. O, əldən bir sa-movar aldı.

Yerl. halında: əldə
1) mövcud, faktik. Əldə olan məlumata görə.
Kömək etmək imkanı əldə ikən bu vəzifədən boyun qaçırmaq
. insanlıq sifətini itirmək demək-dir. M.S.Ordubadi; 2) riyaz. Yadda, fikirde, nezerde, xatirde. Iki yazırıq, bir əldə.
Bir çox mürekkeb alet ve s. adlarının birinci terkib hissesi olub, onların kiçik, elle, ya elde işlendiyini gösterir; mes.: el ara-bası, el mişarı, el feneri, el terezisi, el pu-lemyotu.
Əlde böyüdülmüş, ele öyredilmiş,
ehlileşdirilmiş menasında heyvan, quş ad-
larının evveline getirilir; mes.: el toğlusu,
el tulası, el göyerçini.
◊ Əl açmaq
1) el qaldırmaq, ellerini işe salmaq, zor işletmek.
.Inşaallah, bizi görən kimi yükləri töküb qaçacaqlar, qaçmasalar, əl açsalar
hamısını xingal kimi doğra-yacağam. M.F.Axundzade; 2) müraciet etmek, istemek. Işdir, gedib qulluq tap-madım, kəndə qayıtmağa da pulum olmadı, onda kimə əl aça bilərəm? M.Hüseyn. // Yalvarıb xahiş etmek, dilenmek. Eşqin əsiri olmayın; Əl açıb, boyun burmayın. Aşıq Hüseyn. Əl ağacı
yeriyerken söykenmek üçün elde tutulan nazik ağac. Əl ağacı adama əyri görünər. (Ata. sözü). [Qerenfil xala] bucaqdakı əl ağacı ilə qapını örtdü. Ə.Veliyev. Əl altında

1) hazır, amade. Əl altında saxlamaq;
2) yanında, rehberliyi altında. [Xaveri] evlərinə atasının əlinin altında işləməyə aparmışdı. M.İbrahimov. Əl altından çıx-maq
ustanın eli altında öyrenerek tecrübe hasil etmek. Əl aparmaq
el uzatmaq, el atmaq. [Axund:] Axı, belə müsəlmançılıq olmaz,
. axır qurana da əl apardın? C.Cabbarlı. Əl atmaq
1) girişmek, teşebbüs etmek. O, hər işə əl atır.
Düz deyirsən, əmi, bu peşəyə təzə əl atmışam,
. özüm aqronomam. "Kirpi"; 2) istifade etmek, tetbiq etmek, müraciet etmek. Ciddi tədbirlərə əl atmaq.
Mürtəcelər demo-kratik hərəkatı ləkələmək və pozmaq üçün hər cür iftira və fitnə-fəsada əl atırlar. M.İbrahimov; 3) elini uzatmaq. Əl atıb götürdü. Əl atıb cibindən papiros çıxartdı.
[Yaşlı kişi:] Iki saatdan bəri min müşkülatla doldurduğum səbətə [Şirinnaz] əl atıb onu qaldırmaq istədi. S.Hüseyn. // Əlini uzadıb götürmek. Ancaq mən Eldarın könlünə dəyməmək üçün daha tüfəngə əl atmadım. M.Rzaquluzade; 4) sataşmaq, tecavüz etmek istemek. [Meşedi Qedir:] Bəli, yoldaşlar, ərz eləyirəm ki, bizim namusu-muza əl atıblar. T.Ş.Simurq. Gördüm ki, əl atır bir zabit qıza. M.Rahim; 5) birini buraxıb o birisinden yapışmaq, başlamaq.
.Bu məktəbdən çıxıb, o məktəbə girib, bu rayondan üzülüşüb, o biri rayona əl atıb. S.Rehman. Əl ayası
ovucun içindeki düz yer. Əl bağlamaq
hazır durmaq. Əl basmaq
and içmek. O, ürəyinə əl basıb söz verdi. Əl boyda
çox kiçik, lap balaca, bir qırıq. Əl boyda kağız.
Hər dəfə əl boyda qəbzlərə, ya dilucu tapşırığa, anbar açdırıb taxıl buraxanacan Gəldiyevin canı boğazına yığılırdı. Mir Celal. Əl bulama-ğına dəyməz
deyersiz, lüzumsuz, fay-dasız, heç bir xeyir gözlenilmeyen şey haqqında. Əl cəldliyi
celdlik, elden itilik, el itiliyi. Əl cəldliyi cərrah üçün vacib şərtdir. Əl çalmaq
1) alqış elameti olaraq ellerini biri-birine çırpmaq, alqışlamaq. Artistə hamı əl çaldı. Oynayanlara əl çal-maq.
Həyətdə palaz döşənib samovar qoyulmuşdu. Mollabacı mis ləyəni dınqılda-dıb oxuyurdu, mütəəllimələr də əl çalırdılar. çemenzeminli.
.Fəhlələr müdiriyyət tərə-findən "intizamı"qorumaq üçün əvvəlcədən görülən tədbirlərə baxmayaraq, dəzgahların başındaca durub əl çalır. M.İbrahimov. Hamı irəli boylanaraq əl çalırdı. Ə.Memmed-xanlı; 2) sevinmek. Ağlama, dəli könlüm; Düşmən görər, əl çalar. (Bayatı). Əl çatmaq
elde edilmesi mümkün olmaq, ele gelmek. Əl çəkmək
1) buraxmaq, boşlamaq, elaqeni kesmek. Hacı Sultan ti-carətdən tamamilə əl çəkib iki evindən aldığı kirələrin sayəsində rahatlıqla keçinirdi. S.Hüseyn; 2) verdiş etdiyi bir şeyden imtina etmek, daha etmemek, buraxmaq, terk et-mek. Papirosdan əl çəkmək. Pis adətlərdən əl çəkmək.
[Heyder bey:] Guya ki, bütün Qarabağda dana-doluq oğrusu bir Heydər bəydir! Əyər o əl çəkə, ölkə farağat olar. M.F.Axundzade; 3) vaz keçmek, imtina etmek. öz məqsədindən (fikrindən) əl çək-mək; 4) keçmek. Ay dəmdəməki, sən
. necə qorxmadın, o sözləri mənə yazdın? Məgər sən canından əl çəkibsən? C.Memmedqu-luzade; 5) üz döndermek, daha özününkü hesab etmemek, dönmek, elaqesini kesmek. öz ata-anasından əl çəkmək. öz övladından əl çəkmək; 6) rahat buraxmaq, el götürmek, yaxasını buraxmaq. Axır ki, hərif bizdən əl çəkdi.
Rüstəm bəy:
Məhəmmədəli, səni and verirəm atanın goruna, məndən əl çək! C. Memmedquluzade. Bu sirri öyrənməmiş onun yaxasından əl çəkməyəcəyik. M.Hüseyn; 7) bax əl qoymaq
ci menada. Qoca qarı uşağın başına əl çəkdi. Əl çirki
pula ikrah ve etinasızlıqla verilen ad. [Meşedi:] Pul deyəndə, əl çirkidir, rəhmətlik ilə duz-çörək yemişik. Ə.Haqverdiyev. Əl çırpmaq
bax əl çalmaq. Əl dəymək
el vurmaq, toxunmaq. Bu eldə bir dənəyəm; Əl dəymə, pərvanəyəm; Yarım gedib səfərə; Dərdin-nən divanəyəm. (Bayatı). [Qerib:] Uç gözə-lin biri bizə qohumdur; O birisi əl dəyməmiş qovundur. "Aşıq Qerib". Sal dəmiri kürədə qızdırıb gavahının burnundan çiyninə kimi elə yapışdırdı ki, baxanda deyərdin, əl dəyməyib.. S.Rehimov. Əl eləmək (etmək)
1) çağırmaq elameti olaraq elini yelle-mek, eli ile işare edib çağırmaq. O, əl elədi, mən yanaşdım.
[Mirze Sefer] dönüb gör-dü ki, o səsləyən Həsən ağadır, tacir Hacı Qulunun dükanında oturub oradan əl edir. Ə.Haqverdiyev; 2) xudahafizleşme elameti olaraq elini yellemek. [Tahir]
.qıza əl elədi və sürətlə uzaqlaşdı. M.Hüseyn. Bizim dər-ya könlümüzdə Vətən eşqi var; Sür gəmini, qoy sahildən əl eləsin yar. Ə.Cemil. Əl əməyi (zəhməti)
elle görülen iş. Əl əməyini yüngülləşdirmək. Əl əsası məc.
dayaq, söykenecek. Gözəl bir qız sevib almaq, qocalığın əl əsasıdır,
dedi. A.Şaiq. Əl əti məh.
evde kesilen heyvanın eti. Əl gəzdirmək
1) elle bir şeyi nizama, se-liqeye salmaq, yaxud pozmaq, qarışdırmaq. Bu kitablara yenə kim əl gəzdirib, heç biri öz yerində deyil.
Xankişi stullara əl gəzdirməyə başladı. Hamını növbə ilə bir arvad, bir kişi düzdülər. Mir Celal. // Araş-dırmaq, elleşdirmek; 2) üzerinde bir qeder işlemek, düzeltmek. Əlyazmasına bir əl gəzdirmək lazımdır; 3) oğurlamaq, soyub aparmaq. Evinə yaxşıca əl gəzdirdilər.
Qalxdı hirslə ayağa; Soyğunçular adətincə əl gəzdirdi otağa. Ə.Cemil. Əl gəzmək
el toxunmaq, el deymek. Aşıq Ələsgər məsti aldı. Baxtı gördü ki, zalım oğlu elə tikib ki, elə bil heç üstündə əl gəzməyib; iki göz gərək tamaşa eləyə. "Aşıq Əlesger". Əl götürmək
bax əl çəkmək. Mərd olanlar keçər külli varından; Əl götürməz namusun-dan, arından. M.V.Vidadi. [Mirze Turab:]
.Əlləşdim, vuruşdum, çox zəhmət çəkdim, amma siz yenə cəhalətdən əl götürmədiniz. B.Talıblı. [Şamama Cadu:] A gədə, itil cəhənnəmə, yaxamdan əl götür! Ə.Haqver-diyev. Yasəmən onun evindən əl götürmək, yorucu əzabdan qurtarmaq istəyirdi. Mir Celal. Əl ilişdirmək
bir işle meşğul olmağa başlamaq. Əl işi
maşın vasitesile deyil, elle görülen iş, el vasitesile hazır-lanan şey. Kurs, klub, əl işi, zəhmət nə de-mək, can nə demək? On beş arşın güllü çitdəndi tumanım, çadra! Ə.Vahid. Əl kiri
bax əl çirki. Əl kölgəliyi
vaxt, imkan. [İbrahim bey:]
.Gəldilər mənim yanıma ki, bəy, Allah xatirinə, bizə bir əl kölgəliyi ver, gedək Camal bəyin yanına. N.Vezirov. Əl qaldırmaq (qalxızmaq)
1) kimise vurmağa teşebbüs etmek. Heç kəs sənə əl qaldıra bilməz.
[Kendliler:] Qulamhüseyn bəyə də əl qalxızmaq olarmı? Hüseynqulu bəyi də həbsə almaq olarmı? B.Talıblı. Bu
. nə qiymətli adamdır ki, onun üstündə əziz qardaş mənə əl qaldırdı? S.Rehman; 2) ses-verme zamanı elini qaldırmaqla lehine ses vermek. O, yerli komitəyə seçiləndə mən ona əl qaldırmışam; // elini qaldırmaqla lehine, ya eleyhine ses vermek. Bəzi kəndlilərə də kimin lehinə, kimin əleyhinə, nəyə qarşı əl qaldırmağı başa salmaq çətin idi. Mir Celal. [Sefereli:] Kim tətil tərəfdarı isə, əlin qaldırsın. H.Nezerli; 3) teslim, tabe elameti olaraq elini ve ya ellerini yuxarı qaldırmaq; 4) dua etmek; 5) elini qaldırmaqla söz istemek.
.Solmaz əlini qaldırıb söz istədi. S.Rehimov. Əl qatmaq
1) qarışmaq, meşğul olmaq, işe qarışmaq. Yüzbaşının aya-ğına buxov vuran kimi, bizə də əl qatarlar.
Ə.Haqverdiyev. Bu adam fağır-məzlumun birisi olmasa, heç əl qatmaram. Mir Celal. Hər bir işə əl qatdı, mürüvvət götürüldü! Millətdə olan büsbütün adət götürüldü. M.Ə.Sabir; 2) yapışmaq. Nə bilim Zalxa dua yazdıracaq at nalına; Tazə arvad da bunun əl qatacaqdır yalına.. Ə.Nezmi. Əl qoymaq
1) razı olmaq, razılığını bildir-mek. [Hacı Mehdi:] Əgər bu işə əl qoyacaq-san qoy, qoymayacaqsan onu de.. Ə.Haqver-diyev; 2) mövhumata inanan şexslerin dua-zikr etmekle adamın (xüsusile berk qorx-muş adamın) başına el çekmek şeklinde icra etdikleri dini ayin. çox adam əhlü əya-lın aparıb qoydurub əl; Xalq hərçənd deyir özgə təhər böhtanı. S.Ə.Şirvani. Əl mənim ətək sənin
yalvarış ifadesi. Atım, tutum alma, yar; Evdə yalqız qalma, yar; Əl mə-nim, ətək sənin; Nəzərindən salma, yar. (Bayatı). Əl ovuşdurmaq
peşman olmaq, meyus olmaq, çaşmaq. Əl ovuşdurmaqdan nə çıxar, indi çalış, bundan sonrasını düşün. Əl oyunu
idmanın tennis, voleybol, bas-ketbol ve s. kimi elle oynanılan növlerinden her biri. Uç gündür ki, mərkəzi əl oyunları stadionunda əltopu üzrə Bakı məktəbliləri arasında birincilik yarışları keçirilir. (Qe-zetlerden). Əl saxlamaq
toxtamaq, da-yanmaq, icra etmek istediyi işi, hereketi dayandırmaq. Qoy musiqi dilə gəlsin, çağ-lasın; Uzun sözə qıfıl vurub bağlasın; Kim bacarmır çalmasın, əl saxlasın. R.Rza. Bu uğursuz niyyətinlə bir əl saxla, sən bir da-yan. N.Refibeyli. Qardaş oğlanları, yemək-dən əl saxlamayın. M.Rzaquluzade. Əl satışı xüs.
elden satış, malı elden satma; apteklerde reseptsiz satış. Əl sıxmaq
el vererek görüşmek, salamlaşmaq. Əl sıxmaq, qucaqlaşmaq və öpüşmək bitdikdən sonra
. yoldaşları ilə birlikdə
. şayiələri müzakirə üçün çağırılmış iclasa getdi.. M.S.Ordubadi. Əl suyu
Şerq adetince yemekden qabaq elleri yumaq üçün qonağa teklif edilen su. Yemək xonçaları aralığa gəlmədən əl suyu verdilər. M.S.Ordubadi. [Perzad xala] bişir-diyi xörəyin şirin yeyilməsindən bildi ki, o, hər şeydə naşı olsa da, əl suyu verməklə aş bişirməkdə ustadır. Mir Celal. Əl tapmaq
üstün olmaq, qalib gelmek. Əl ki tutmur ya¬zam, əl tapmaqda; Qələmə, ya davata, bil-məyirəm. Şehriyar. Əl tərpətmək
1) işi yubandırmamaq üçün telesmek, cidd-cehd göstermek, daha celd işlemeye başlamaq. Bircə əl tərpət, bu işlərə bir əncam ver.
Ancaq biz bu məsələ ilə əlaqədar olan yol-daşları inandırırıq ki, bir az əl tərpətsələr, bu iş nəinki əlli il, heç əlli saat da qalmaz. "Kirpi"; 2) vurmağa hazırlaşmaq, vurmaq istemek, el qaldırmaq. Əl toxundurmaq
qarışmaq, müdaxile etmek. Əl toxundur-mağa dəyməz. Əl tutmaq
1) ellerini bir-birine vermekle görüşmek. [Cavad] sonra da ev yiyəsi ilə əl tutaraq əlavə etdi:
Mənə göstərdiyiniz qonaqpərəstliyə dərindən təşək-kür edirəm. Ə.Veliyev; 2) razılığa gelmek, razılaşmaq elameti olaraq bir-birine el ver-mek; 3) yardım etmek, maddi kömek etmek, borc vermek. Əl tutanın əlindən tutarlar. (Ata. sözü). Bəzirgan Əhməd gəlib bunlara əl tutmaq üçün pul verdi. "Aşıq Qerib". Ancaq o, darda qalana
. əl tutar, sonra isə bir verdiyinə beş alardı. S.Rehimov. Varlı qohumlarımdan heç biri belə dar gündə mənə əl tutmadı. C.Cebrayılbeyli. Əl tutuş-maq
bax əl tutmaq
ci menada. Tahir onunla əl tutuşanda qocanın elə bil bar-maqlarında toplanmış qüvvətini çox yaxşı hiss elədi. M.Hüseyn. Əl uzatmaq
1) al-mağa, ele keçirmeye, elde etmeye teşebbüs etmek. Başqasının şeyinə əl uzatmaq; // götürmek üçün elini uzatmaq; // şüru etmek, başlamaq. Axşam azanı deyilən kimi, mömin müsəlman bilmir ki, nəyə əl uzatsın: çaymı içsin, firnimi yesin, halvadanmı dad-sın. C.Memmedquluzade. Uşaq xörəyə də əl uzatmadı. Mir Celal; 2) sataşmaq, namu-suna toxunmaq istemek, el atmaq. [Vezir:]
.Günün günortasında mənim kimi kişinin evinə giribdir ki, övrətimə əl uzatsın. M.F.Axundzade; 3) kömek istemek, kömek dilemek, kömek üçün birisine müraciet etmek. Başqasına kömək üçün əl uzatmaq;
4) kömek etmek, yardım etmek, kömek eli uzatmaq. Əlacın olanda el üçün ağla; Yox-sula əl uzat, nəzarət eylə! Aşıq Şemşir;
5) girişmek, başlamaq. [Mozalanbey:] Sən elə məsələlərə əl uzatma. Ə.Haqverdiyev. Əl üstündə əl var
her adamdan daha güclü adam var. Əl üstündə kimin əli

Azerbaycan xalq oyunlarından birinin adı. Əl üzmək
ümidini kesmek, daha gözle-memek. Əzizim gedər, qalmaz; Axar su ge-dər, qalmaz; Vəfalı əlin üzməz; Vəfasız gedər, qalmaz. (Bayatı). Vidadi ortaboylu, çalsaq-qal,
. çox dindar və dünyadan əl üzmüş bir adam idi. çemenzeminli. Uç aydır ki, or-manların arasında yataraq; Əl üzmüşdür vətənindən, millətindən Gəray bəy. S.Vurğun. Həmin vaxtdan əl üzmüşdü hamı buruqdan. Ə.Cemil. Əl verir
besdir, yeter, kifayet-dir. Əl verir, başqa söz danış. Əl vermək
1) el-ele tutmaqla görüşmek. Onlar bir-birlərinə əl verdilər.
Rast gəlir yenə də dostlar, tanışlar; Görüşür, əl verib öpüşü-rük biz. S.Vurğun; 2) işe yaramaq, xeyirli olmaq, elverişli olmaq. Bu iş ona əl vermir.
Bahəm söhbət edə-edə gedərik. Təklik mənə də əl verməz. Ə.Haqverdiyev; 3) üz vermek, baş vermek, olmaq. Peşmançılıq əl verdi. Yorğunluq əl verdi.
Koroğluya yal-qızlıq əl vermişdi. "Koroğlu". Qeyrət mənə əl verib, bir dəqiqə çəkməyib, Teymur ağanı çəkdim pişləngə. M.F.Axundzade. Əl vur-maq
1) toxunmaq, deymek. Hər şeyə əl vurur. Kitablara heç əl vurmamışam.
Bağında bax narınca; Əl vurma saralınca. (Bayatı); 2) qarışmaq, girişmek, toxunmaq, müdaxile etmek. Sən bu işə əl vursan, mən qarışmayacağam; 3) el çalmaq. Əl vurun, cərgə durun; Sonadır, yaylağa gəlir. Aşıq Necef. Döyüşçülər ayağa qalxaraq əl vu-rur:
Xalqımıza bizim təşəkkür və salamı-mızı yetirin!
deyə qışqırırlar. M.İbrahi-mov; 4) b a x əl basmaq. Gülzarına Quran deyə əl vurdum; Inanmadın niyə, gülmədin yəni. Ə.Cavad. Əl yaylığı
el, burun silmek üçün cibde gezdirilen kiçik yaylıq. Cibindən əl yaylığını çıxarıb tərini sildi. Əl yeri
müraciet etmek, sonradan meseleye qayıtmaq, yeniden danışıq aparmaq üçün vasite, behane. O, təklifi rədd üçün yenə bir əl yeri saxladı.
Bircə düyün, yapışmağa bir əl yeri; Bir anlığa səni, səni xilas üçün; Tapılmadı. M.Araz. Əl yetirmək
kömek etmek. Ay qadaşlar, mənə bir əl yetirin; Yü-küm ağırdı, çata bilməyirəm. Şehriyar. Əl yetmək
bax əl çatmaq. Göyərçin havada¬dır; Əl yetməz, yuvadadır. (Bayatı). Əl(lər)i duada din.
dua oxumaq meqsedi ile elle-rini qaldırmış halda. Şəhərin kənarı, camaat ayaq üstə, əlləri duada, dodaqları dua vird edir. C.Memmedquluzade. Əl(lər)ini dö-şünə qoymaq
ehtiram, yaxud razılıq ela-meti olaraq ellerini döşüne qoyub tezim etmek. Xəlilin anası üzünü örtüb küncə girdi və Xəlil də əlini döşünə qoyub, mollasına tə-zim edib ədəblə durdu. Ə.Haqverdiyev. Əl(lər)ini qaldır!
"tabe ol! teslim ol!" menasında düşmene emr. Əldə bəhanə et-mək
esaslanmaq, behane etmek.
.Şəriəti əldə bəhanə edib, biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. C.Memmed-quluzade. Əldə bəsləmək
ev şeraitinde, elde saxlamaq, ele öyretmek, ehlileşdir-mek. Bu ayı meşə ayısı deyil, əldə bəslənmiş ayıdır. S.S.Axundov. Əldə böyümək
ev şeraitinde, ailede terbiye almaq, böyümek. Bəy, eyib olmasın soruşmaq, əldə böyümüsüz, yoxsa meşədən tutulmusunuz? N.Vezirov. Əldə etmək
bir şeye nail olmaq, ele ke-çirmek, tapmaq, qazanmaq. İmkan əldə etmək.
[Yaşlı kişi:] Münasib bir fürsət əldə edincə bu arzumu anama açacaqdım. S.Hüseyn. Zabit nə qədər axtarmışdısa, və-siqə adlı bir parça kağız əldə edə bilmə-mişdi. M.S.Ordubadi. Əldə gəzdirmək
heddinden artıq ezizlemek. Əldə qoymaq
üzde, el çatan yerde qoymaq, el altında, hazır veziyyetde saxlamaq. Gedəndə açarı əldə qoy. Əldə ölmək
1) öldürülmek. çillə gərək şəhid qəbri üstündə, yəni əldə ölmüş bir adamın qəbrinin üstündə kəsilsin. Ə.Haqverdiyev; 2) başqalarmm ehatesinde ölmek. Əldə saxlamaq
1) b a x əldə bəsləmək; 2) elden vermemek, özü üçün saxlamaq. [Tın-tın Musanın oğlu:] Bəlkə bir növlə dükanımızı əldə saxlayaq. Kim ki-mədir? Qantemir; 3) gelecekde lazım ola bilecek bir şexsi hörmetle, yaxud naz ve arzusu yerine yetirilmekle öz terefine çek-mek. Min dəfə sənə deyirəm, maymaq bö-yükləri əldə saxla, adamın olsun. Mir Celal. Əldən almaq
1) ele keçirmek, sahib olmaq, yiyelenmek, ixtiyarına almaq. Bütün hakimiyyəti ələ almaq; 2) öz iradesine tabe etmek, öz terefine çekmek. [Sona] bir az da yanaşır və onu ələ almaq istəyir. H.Nezerli. Əldən buraxmaq
1) fürseti qaçırmaq, ötürmek; 2) el çekmek, boşlamaq; 3) qaçır-maq, qaçmağına imkan vermek. Gözətçi həmsöhbətini əldən buraxdığına təəssüfləndi və papiros eşib balaca müştüyünə keçirdi. İ.Şıxlı. Əldən çıxarmaq
1) bax əldən qaçırmaq; 2) köhneltmek, üzmek, dağıt-maq. Kostyumlarını geyib əldən çıxarmaq; 3) bir işi görüb qurtarmaq, tamamlamaq. Tut ağacın darama; Əldən çıxar barama; Halal zəhmətlə gələr; Haram gedər harama. (Bayatı). Əldən çıxmaq
1) qeyb edilmek, itirilmek, yox olmaq. Var-dövlət əldən çıxdı.
Doğrudan, uşaqlıq bir gözəl nemət imiş ki, əldən çıxdı. C.Memmedquluzade; 2) köhnelmek, yıpranmaq, elden düşmek. Paltarı lap əldən çıxıb; 3) aradan çıxmaq, qaçmaq, ekilmek, ortadan yox olmaq. [Qasım kişi:] Bala, bir az qıvraq qaçın, əldən çıxın.. C.Memmedquluzade; 4) qay-rılmaq, hazırlanmaq, istehsal edilmek. Əldən çıxmış məhsul. Bu qab yaxşı əldən çıxıb. Əldən düşmək
1) zeiflemek, haldan düşmek, üzülmek, halsızlaşmaq. O qocalıb lap əldən düşübdür. Uşaq qaçmaq-dan əldən düşdü.
Anası bilər, bir də qızı, mən daha yorulub əldən düşmüşəm. S.Rehi-mov; 2) yoxsullaşmaq. Var-yoxu gedib, əldən düşüb; 3) dağılmaq, köhnelmek, yıp-ranmaq. Evin balkonu əldən düşüb. Ayaq-qabılarım lap əldən düşüb. Əldən getmək
1) son derece istemek, sevmek, arzu-lamaq. Onda nə görmüsən ki, əldən gedir-sən; // nazını çekmek, son derece eziz-lemek. Ana uşağı üçün əldən gedir; 2) mehv olmaq, puça çıxmaq, heç olmaq, xarab olmaq, elden çıxmaq. Taxıl əldən gedir, tez sulamaq lazımdır.
Yalnız, nə deyim, getdi mənim millət əlimdən; Torpaq başıma, çıxdı bütün izzət əlimdən. M.Ə.Sabir. [Birinci kendli:] Əlac elə, aşağı bağlar əldən getdi. H.Nezerli. Əldən qaçırmaq
bax əldən buraxmaq. Əldən qoymaq
elden burax-maq, elden qaçırmaq. Əldən qoymamaq
1) buraxmamaq, tergitmemek, daha yada salmamaq. Zarafatı əldən qoymur.
Dəvədən yıxılıb höt-hötünü əldən qoymur. Ə.Haqver-diyev; 2) el çekmek, narahat etmek. [Bala¬xan:] Xeyr ha, sən öləsən, əldən qoymaram. C.Cabbarlı. Ancaq nə edəsən ki, aylardan bəri başında yer eyləyən şirin niyyətlər Gəldiyevi əldən qoymurdu. Mir Celal. Əldən qurtarmaq
xilas olmaq, canını qurtarmaq. Əldən nə gələr
ne etmek olar, çare yoxdur. [Rehim:] İndi iş işdən keçəndən sonra əldən nə gələr? H.Nezerli. Əldən salmaq
çox yormaq, eziyyet ver-mek, üzmek. Qova-qova toyuğu əldən salıb tutdu. Heyvanı döyə-döyə əldən saldı. Səs-küy bizi əldən saldı.
[İbad:] Şəhəri əldən salmışsınız, indi də gəlib bizə əl uzadır-sınız? C.Cabbarlı. Əldən tutmaq
kömek, yardım etmek. [Mesme:] Mən səni böyüdüb bir tikə çörək gətirən, əldən tutan eləmək istəyirəm. Mir Celal. Əldən vermək
davam etdire bilmemek, saxlaya bilmemek. Təşəbbüsü əldən vermək. Bayrağı əldən vermək Əldən yapışmaq
bax əldən tutmaq. Əldən-dildən düşmək
bax əldən düşmək. Əldən-dildən salmaq
bax əldən salmaq. Əldən-ələ düşmək (keçmək)
1) qapıbaqapı düşmek, müey-yen bir yeri, meskeni olmamaq. Göyərçi-nəm, uçdum, gəl; Əldən-ələ düşdüm, gəl. (Bayatı); 2) birisinden başqasına keçmek, bir-birine ötürülmek. Əldən-ələ gəzmək
1) çox eziz olmaq, hamının isteklisi olmaq, çox qiymetli, deyerli olmaq. Uşaq əldən-ələ gəzir; 2) çox revac olmaq. Əldən-ələ gəzir malı Təbrizin. "Aşıq Qerib". [Qur-bani:] Xasiyyətdi, əldən-ələ gəzirsən; Yoxdu sana qorxu-qadağa, alma! "Qurbani"; // çox oxunmaq, hamı terefinden sevilib oxun-maq. [Nurcabbar Bağıra:] Bax, sənin xoşuna gəlib. Gör dünyada sənin təkin nə qədər adam var? Nağıllarımı ortalığa çıxartsam, əldən-ələ gəzər. İ.Melikzade. Ələ baxmaq
möhtac olmaq, maddi cehetden başqasın-dan asılı olmaq, ondan yardım gözlemek. İndi qocalmışdır, işləyə bilmir, ələ baxır. // Başqasmm öhdesinde olmaq. Cavankən tənbəllikdən ələ baxır. Ələ dolamaq
al-datmaq, oynatmaq.
.Camaatı ələ dolamaq zarafat deyil. ü.Hacıbeyov. Ələ düşmək
1) tapılmaq, ele keçmek, hasil olmaq. At ələ düşər, ot ələ düşməz. (Ata. sözü). Bidamaq olmaqdan nə düşər ələ; Sükr elə Allaha, gəz gülə-gülə! M.P.Vaqif. Axtarıram, uşaqlıq düşmür ələ. A.Sehhet; 2) tutulmaq, yaxa-lanmaq, ele keçmek, gire keçmek. Səni göydə axtarırdım, yerdə əlimə düşmüsən.
Bəyin adamları Cəfərqulunu bərk axtarırdı, harada ələ düşsəydi, o dəqiqə öldürəcək-lərdi. Qantemir. çıxdın aralıqdan, düşmə-din ələ. R.Rza. Allah eləməsin, əllərinə düşəsən. Ozünü gözlə, dost! S.Veliyev. Ələ gələn
hasil, hasil olan, elde edilen. Ələ gəlmək
elde edilmek, hasil olmaq. Ancaq iki il o mahalda quraqlıq keçdi, əkindən heç bir şey ələ keçmədi. B.Talıblı. Ələ gətir-mək
elde etmek, ele keçirmek, nail olmaq. Demək olar ki, behiştdə vədə olunan ləzzətlərin hamısını Tiflisdə qışda ələ gətirmək olar. C.Memmedquluzade. Ələ girmək
bax ələ düşmək. Elmpul ilə ələ girməz, ancaq çalışmaq ilə qazanılar. "Mekteb". Ələ xına qoymaq
1) ellerini xına ile boyamaq. Köhnə adətlərdən biri ələ xına qoymaq idi. H.Sarabski; 2) məc. şerikli işdeki xeyirden yoldaşın elini çıxarmaq. Ələ keçirmək
1) tapmaq, elde etmek. Hər şeydən əvvəl ələ silah keçirmək lazımdı. S.Veliyev; 2) tutmaq; 3) ixtiyarına keçir-mek, sahib olmaq, menimsemek. Ələ keç-mək
bax ələ düşmək. O vaxt ki, azad-lığın işartısı göründü; Qəlbimizi bir anda dəlib keçdi o bayraq; Qəlbimizdən boylanıb ələ keçdi o bayraq. B.Vahabzade. Ələ öy-rənmək
ehlileşmek. Ələ öyrətmək
ehlileşdirmek. Tülkü balasını ələ öyrətmək. Ələ salmaq
1) ele keçirmek, elde etmek, tapmaq. Gəlmişdim bu Dərbənddə qalmağa; Bir tülək tərlanı ələ salmağa. Aşıq Abbas; 2) məc. dolamaq, oynatmaq, masqara etmek, araya qoymaq. Cəfər Quluya göz vurdu və Ocaqverdini ələ salmağa başladı. çemen-zeminli. Əla salma daha bir bunca əvamı, mən ölüm; Nəql edib Rüstəmü Keykavusü Sami. mən ölüm. Ə.Nezmi. Ələ tapşırmaq
emanet vermek, saxlamaq üçün vermek, teslim etmek. [Atabey:] Mən öz qəlbimi haman ələ tapşırmaq istəyirəm. M.S.Ordu-badi. Ələ vermək
teslim etmek, xeber vermek, satmaq. Yoldaşı ələ vermək.
[Selma:] Sən bir qonaqsan, qatil olsan belə; Səlma həlak olur da, verməz ələ. H.Cavid.
Əl-əl gəzmək
baxmaq, ya oxumaq üçün bir-birine verilmek (çox beyenilen şey haqqında). çəkdiyi rəsmlər əl-ələ gəzirdi.
Ustanın neçə həftəyə başa gətirdiyi başmaq-lar məsciddə əl-əl gəzərdi. çemenzeminli. Əl-əl üstə dayanmaq
hazır, amade ve-ziyyetde olmaq, hazır dayanmaq. Qurbani
. baş əyib, xidmət məqamında əl-əl üstə dayandı. (Nağıl). Hər on-on beş addımda bir xidmətçi əl-əl üstə duraraq əmr gözləyir, gözlərini qonaqlardan çəkmirdi. M.İbrahi-mov. Əl-ələ vermək
1) bir-birinin elini tutmaq. Gəl verək əl-ələ, çıxaq bir bağa; Gül-gülə sarmaşır, budaq-budağa.. Aşıq Abbas. Yox, yox, bu bayram günü gəlin verib əl-ələ; Yallı gedək bu gün biz. B.Vahabzade; 2) birge, bir yerde çalışmaq, bir iş görmek. İkimiz əl-ələ verib istədiyimizə nail olaca-ğıq. (Qezetlerden). Əl-ətək eləmək köhn.
- yalvarmaq, iltimas etmek. Əmanətim budur: bir kənara çək; Yalvarıb, yapışıb elə əl-ətək... Q.Zakir. Əli (əlləri) sustalmaq
hevesden düşmek, ümidsizliye qapılmaq, ruhdan düşmek. Əli altında olmaq
yaxında hazır halda olmaq. Kitablar hamısı əlimin altındadır. Əli aşağı düşmək
yoxsullaşmaq, kasıblaşmaq. Əli aşağı ol-maq
yoxsul, kasıb olmaq; maddi ehtiyac çekmek. Əli aşağı olmasaydı, bu il üzümlüyü bir az böyüdərdi. Ə.Əbülhesen. [Meşedi Memmed:]
.Ay Səməddayı, bura-da mən də bir işə girərdim. Yoxsa əlim çox aşağıdır. B.Talıblı. Eyibdir, bala, müdiri-mizə bədbəxtlik üz verib, əli aşağıdır, gərək ona kömək edək. "Kirpi". Əli beldə
lovğa-lovğa, eke-eke. Əli bir yerə (işə) yetişmək
- müeyyen bir peşe, senet, ixtisas sahibi olmaq, bir işde işlemek.
.Qoy Fərhad qurta-rıb gəlsin, əli bir yerə yetişsin, yəqin ki, məni bu halda qoymayacaq, mühəndis bir adama məni saxlamaq ağır olmaz. C.Cabbarlı. Əli boşa çıxmaq
istediyine nail olmamaq, teşebbüsü boşa çıxmaq, neticesiz qalmaq, heç bir şey elde ede bilmemek. [Nebi] bir neçə adamdan borc pul istəyir, amma əli boşa çıxır. "Qaçaq Nebi". Əli çatmamaq
vaxtı, macalı olmamaq, vaxt tapmamaq. Əlim çatmır ki, bir sizə gəlim; // görmemek, görüşe bilmemek, görmeye, görüşmeye vaxtı olmamaq.
.Əhməd də çox zaman şəhərdə və qəzada olur, Cəmilə əli çatmırdı. Mir Celal. Əli çıxmaq
mehrum olmaq, elinde saxlaya bilmemek. Kölgəyə uyma hirsü qəflətdən; Ta əlin çıxmasın həqiqət-dən. A.Sehhet. Amma sözün doğrusu budur ki, dəxi mollaların məktəbindən əlim çıxan-dan sonra, əməlli-başlı müsəlman dərsi görmədim. C.Memmedquluzade. [Behram:] Maldan əlin çıxarsa, canın sağ olsun. C.Cabbarlı. Əli dinc oturmamaq
1) daim bir şeyle meşğul olmaq; 2) heç bir ehtiyac olmadan toxunmaq, el vurmaq, toxunaraq, qurdalayaraq xarab etmek. Əli əlinə dəymək
el verib görüşmek. Mən bir qur-ban kəsərəm; Əli əlimə dəyəndə. (Bayatı). Əli əsmək (bir şeyin üstündə) məc
xesislik etmek. Əli gəlmək
qıymaq, reva görmek. Əli gəlməmək
qıymamaq, reva görmemek. Titrəyir, gecikir, əli gəlməyir; Bilməyir nə oyun hazırlar təqdir. Şehriyar. Əli gətirmək
çox qazanmaq; // oyunda bexti getirmek, dalbadal çoxlu udmaq. Əli gətirmir ki, gətirmir.
[Selim bey:] Budur, bir neçə gündür əlim çox yaxşı gətirir. Ə.Haqverdiyev. Əli gicişmək
1) kimise vurmaq istemek, vurmağa behane axtar-maq. Əlim gicişir, durub döyəcəyəm ha! 2) zar. eline pul gelmek ehtimalı olmaq. Əli iş tutan
işleyen, işleye bilen. Əli iş tu-tanın hamısı buraya toplaşmışdı. Əli işdə olmaq
işlemek, bir işle meşğul olmaq. Sənət məktəbini bitirən gündən əlim işdədir. "Kirpi". Əli iti
elden çox celd. [Aslan bey:] [Aydemir] şeytan oğlu doğrudan igiddir, həm də əli itidir. C.Cabbarlı. Əli kəsilmək
mehrum olmaq. Əli qalxmaq (adeten inkar formasında işlenir)
b ax əli gəlmək. [Pirverdi Camal beye:] üç min deyil, on min də olsa, heç kimin əli qalxmaz sizin canınıza qəsd etsin. N.Vezirov. Əli qələm tutan
savadlı, yaza bilen. Məktə-bin əli qələm tutanı Hidayətin və qəzetin ba-şına toplandı. Mir Celal. Əli qələm tutmaq
yazmağı bacarmaq, savadlı olmaq. Əli qıymaq
eli getmek, reva görmek, esir-gemek, qıymaq. Əlim qıymır ki, bu ağacları kəsim. Əli qoynunda
meyus, meettel, çaresiz, naçar bir halda. Əli qoynunda durub baxır.
[Pristav:] Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan. Ə.Haqverdiyev. [Qızxanım] gün-düz axşama qədər və gecə sabaha qədər əli qoynunda, boynu çiynində oğlunun yanını kəsdirib oturur idi. "Mekteb". Əli silah tutan
silah götüre bilen, silahdan istifade ede bilen, vuruşa bilen. Hər əli silah tutan aləmə ağalıq etmək istəyirdi. Mir Celal. Əli soyumaq
işden soyumaq, hevesden düş-mek, ruhdan düşmek. Əli təmiz olmaq
işinde düz olmaq, tapşırılan şeye xeyanet etmemek. [Hacı Murad:] İndi de görüm, əlin-zadın təmizdirmi? S.S.Axundov. Əli təmiz olmamaq
arabir kiçik oğurluğa meyil etmek. Əli titrəmək
bax əli əs-mək. Əli tutmaq
bax əli gətirmək. Əli üzülmək
ümidi kesilmek, çaresiz qalmaq, eli çıxmaq, mehrum olmaq. Dağlar tutum dumanı; Yoxdu bircə umanı; Eldən əli üzülüb; Kimə getsin gümanı? (Bayatı). Əli varmaq
bax əli gəlmək. Əlin necə vardı ki, bu işi sən gördün? Əli yetişmək (yet-mək)
çatmaq, nail olmaq. Onu görmək istəyirəm, əlim yetişmir.
Uzaq düşüb, əlim yetməz; Həsrət qoyma yara məni. Aşıq Abdulla. Əli yüngül
bax əliyüngül. [Vaqif:] Lələ, əlin yüngüldür, ağanın arxa-sınca su at, uzaq səfərə gedir. çemenze-minli. Əlim yaxanda olsun
o dünyada mene cavab veresen (dini tebir). Əlimin içindən (ortasından) gəlmək
yaxşı ele-mek, eceb etmek (bir herekete qarşı edilen etiraza qabacasına cavab). [Senem Güllüye:] Belə yaxşı eləyirəm, əlimin içindən gəlir, yazdırıram
. əlindən gələni beş qaba çək! Ə.Haqverdiyev. Əlində ölmək
bilavasite özüne baxan, xidmet eden adamın lap yanında, qabağında ölmek. Əlində saxlamaq
başqasına vermemek, elinden vermemek, öz ixtiyarında saxlamaq, sahib olmaq. Düş-mən kəndi əlində saxlamaq üçün bütün qüvvətini sərf etdi. M.S.Ordubadi. // özüne tabe veziyyetde saxlamaq, elde saxlamaq. Əlindən (əlinizdən) gələni beş qaba çək (çəkin)
her ne bacarırsan (bacarırsınız) ele(yin), heç şeyden qorxmuram. Əlindən almaq
1) birini bir şeyden mehrum etmek. Hakimiyyəti burjuaziyanın əlindən almaq. İxtiyarı əlindən almaq.
Sənin kimi bacıoğlunu Allah Rəşidin əlindən alsın. H.Nezerli. Aldı əldən əqlimi ahü nəvasi bül-bülün; Huşu tarac etdi ləhni-dilrübası bül-bülün. Ə.Nezmi; 2) zebt etmek, zorla almaq. Var-yoxunu əlindən almaq; 3) başqasımn şeyine, malına ve s.-ye zorla ve ya başqa yolla sahib olmaq, menimsemek. Aldadıban alar əlindən varın; Elə ki keyfincə saf gördü karın. Q.Zakir; 4) mehrum etmek. İndi [Hezi Aslanov] vəfat etmiş, ölüm əbədi ola-raq onu bizim əlimizdən almışdır. M.İbrahi-mov. Əlindən çıxmaq
1) hazırlamaq, qayırmaq, hasil etmek. Bu iş kimin əlindən çıxıb? // Birinin rehberliyi altında hazırlan-maq, yetişmek, öyrenmek. Usta əlindən çı-xıb; 2) itirmek, qeyb etmek, mehrum olmaq. Əlindən dad çəkmək
heddinden artıq narazılıq, şikayet bildirir. [Namaz:] Camaat Həsənin əlindən dad çəkir. Ə.Haqverdiyev. Əlindən düşməmək
hemişe elinde olmaq, yere qoymamaq, heç vaxt ayrılma-maq (bir şeyden). Atarsan, yıxarsan xeyli zamandı; Nə ox düşər, nə də kaman əlindən. Q.Zakir. [Geldiyevin] düz on yeddi gün qələm, xətkeş, pərgar, rezin əlindən düşmədi. Mir Celal. [Surxay Aydına:] Əvvəlləri [tar] əlindən düşməzdi. C.Cabbarlı.
..əlindən düşsün!
qarğış ifadesi kimi işlenir. Əlin-dən getmək
1) elinden çıxmaq, elde sax-laya bilmemek. Kamandan ox tükəndi; Əlimdən yay da getdi. (Bayatı); 2) itirmek, qeyb etmek, yox olmaq, ölmek. [Hesen:] İndicə bir nər kimi oğlu əlindən getdi. H.Nezerli. Əlindən gələni etmək (elə-mək)
1) mümkün olan her bir şeyi etmek, özünden asılı olan her tedbiri görmek.
.İşin mənafeyinə xidmət etmək üçün əlimizdən gələni edəcəyik; 2) ne bacarırsa, her ne pis-lik varsa etmek. [Hafize xanım:] çor xanım, zəhrimar xanım, itil çölə.. Bəyin sağlığında əlindən gələni eləyib, indi məni də arvad görüb istəyir mənim başıma corab hörsün. Ə.Haqverdiyev.
..əlindən gələr
..gözle-mek olar (menfi şekilde). Əlindən gəlmək
bacarmaq, imkanı, iqtidarı olmaq. Əlim-dən gəlsəydi, edərdim.
[Meşedi Hesen:] Yəni özgələrə quyu qazmaq əlindən gəlirmi? Ə.Haqverdiyev. [Qurbaneli:] İgidin əlindən hər şey gələr. H.Nezerli. Müavin təbiəti yumşaq adam idi, rədd eləmək əlindən gəlməzdi. Mir Celal. Əlindən iş gələn
bacarıqlı, işbilen, işbacaran, zirek. [Bedir-cahan beyim:] A kişi, adam gərək özünü aldatmasın.. Bu zəmanədə xan, bəy o adam-dır, başında ağlı ola, cibində pulu, əlindən iş gələn ola. N.Vezirov. Əlindən iş gəlmə-mək
bacarmamaq, heç bir şey ede bilme-mek, gücü çatmamaq, aciz olmaq. Ogey atamın anamla rəftarını görüb, əlimdən bir iş gəlmədiyinə görə, biixtiyar ağlardım. H.Sarabski. Əlindən iş gəlməyən
baca-rıqsız, aciz, iş bacarmayan adam. Əlindən iş gəlməyən çox danışan olar. (Ata. sözü). Əlindən qaçmaq
yaxasını qurtarmaq, camm qurtarmağa çalışmaq. Əlindən qur-tarmaq
1) felaketden, eziyyetden, ölüm-den qurtarmaq, nicat tapmaq. Rəşidin əlin-dən ov qurtarmazdı. H.Nezerli; 2) xilas et-mek, azad etmek, qurtarmaq. [Telli:] Yaxşı ki qonaq gəldi, məni ağamın əlindən qur-tardı.. ü.Hacıbeyov. Əlindən tutmaq
birine maddi kömek etmek, yardım elini uzatmaq. Əl tutanın əlindən tutarlar. (Ata. sözü). [Meşedi Settar:] Əlində maya düzəlt-mək üçün qədim dost və aşnalarına yönəldi, heç kəs əl tutmadı. Ə.Haqverdiyev. [Meşedi Qedim:] Ay arvad, sənə də, mənə də övlad lazımdır ki, qocalanda əlimizdən tutan olsun. T.Ş.Simurq. Əlindən yapışmaq
bax əlindən tutmaq. Əlindən zara gəlmək
tenge gelmek, cana gelmek. Əlində-ov-cunda qalsın
ölmesin, çox yaşasın. Əlinə almaq
bax ələ almaq. Məşhur mərhum xanəndə Hacı Hüsü də Məkkədən gələndən sonra əlinə qaval alıb xanəndəlik eyləyirdi. Ə.Haqverdiyev. Əlinə çöp vermək
alda-dıb yola salmaq, başından etmek. Bizim uşaqlar söhbət arasında deyirdilər ki, "fi-lankəsin əlinə çöp verdilər, getdi". "Kirpi". Əlinə düşmək
girine keçmek. [Meşedi Hesen:] Xudanəkərdə, Hacı Seyid Ağabala-nın əlinə düşərsən, evin yıxılar. Ə.Haqverdi-yev. [Nadir:] Sizi and verirəm Allaha, gedib vaxt var ikən bir tərəfdə gizlənəsiniz ki, məndən sonra zalımlar əlinə düşməyəsiniz. C.Cabbarlı. Əlinə salmaq
elde etmek, tapmaq, ele keçirmek, ele getirmek. [Hacı
Murad:] Qırx il külüng çalıb bir cüzi pul əlimə salmışam. S.S.Axundov. Əlini (əllə-rini) ölçmək
ellerini oynada-oynada, heyecanla danışmaq. Əlini ölçməyinə bax-ma, iş bacaran deyil.
..əlini öpür məc.
elinden gelir. Pis işlər həmişə onun əlini öpür. Əlini ağdan qaraya vurmamaq
heç bir iş görmemek, bikar durmaq.
.Neçə yüz adam əlini ağdan qaraya vurmayıb, müftə dolanır. N.Vezirov. [Şekinski:] Ba-xın, deyirəm sizə, bundan sonra hər yetən gəlib yenə bir ağa olacaqsa, mən əlimi ağ-dan qaraya vurmaram. C.Cabbarlı. Əlini başına çırpmaq (vurmaq)
teeccüblen-mek, teessüflenmek. Əlini bənd etmək
bir işden yapışmaq. Əlini dizinə vurmaq (çırpmaq)
teeccüblenmek, teessüflenmek. Əlini vurub dizinə, indi gəlib özünə. (Ata. sözü). Əlini əlinə vermək
vüsala çatdır-maq, görüşdürmek, birleşdirmek, qovuş-durmaq. [Qarı:] Qorxma, oğlan, verrəm əlin əlinə; Eşitdiyin şəhri-Tiflis buradır. "Aşıq Qerib". Əlini əlinin üstünə qoymaq
bi-kar, işsiz oturmaq, heç bir iş görmemek. Əlini gözünün üstünə qoymaq
bu here-ketle tapşırılan bir işi yerine yetireceyine söz verdiyini, hazır olduğunu bildirmek. Əlini kəsmək
ümidini üzmek, elini çekmek. Əlini qulağının dibinə qoymaq
oxumaq (hava ile). [Əhmed:]
.[Əntiqe] əlini ki qulağının dibinə qoydu, zalım qızı lap möcüz görsədir. Mir Celal. Əlinin dalını yerə qoymaq
1) tabe olmaq, teslim olmaq, meğlub olduğunu etiraf etmek; 2) tabe etmek, meğlub etmek. Əlinin içi gicişmək zar.
bax əli gicişmək
ci me-nada. Əlimin içi gicişir deyəsən, əlimə pul gələcək. Əlinin suyu
qüvveti, gücü, zülmü. Əlinin suyunu heç kəs görməsin! Əllər yuxarı!
bax əllərini qaldır! Əlləri da-lında
ellerini dal terefde bir-birine çatmış halda. Əlləri dalında gəzinir. Əlləri qızıldır
mahir usta, senetkar haqqında. Əlləri ya-nına sallanmaq
meyus olmaq, ruhdan düşmek, ümidsiz olmaq. Əllərini daraqla-maq
el barmaqlarını bir-birine keçirmek. Əllərini düyünləmək
ellerinin bar-maqlarını bir-birine keçirerek düyün halına getirmek.
.Alagöz tir-tir titrəyib əllərini düyünlədi. S.Rehimov. Əllərini görmək olmamaq
çox süretle işlemek. [Qızlar]
pambığı elə sürətlə yığırdılar ki, əllərini görmək olmurdu. (Qezetlerden). Əllərini işə salmaq
1) elleri ile işlemeye, bir iş görmeye başlamaq; 2) elleri ile vurmağa, dalaşmağa başlamaq, fiziki qüvveye el atmaq. Əllərini qaldırmaq
teslim olmaq. Əllərini ölçmək
damşarken el(ler)ini oy-natmaq, terpetmek. Əllərini ölçə-ölçə danış-maq. Əllərini öpür (adeten cem şeklinde)
hazırdır.
..əlini(zi) çək(in)!
başqasımn daxili işine qarışmamağı, başqasına toxun-mamağı teleb eden nida. Əllərini yana salmaq
ayaq üste sakit, hereketsiz durmaq; qımıldanmamaq. Bir əldə (olmaq)
bir adamın ixtiyarında, bir adamda, bir şexsde (olmaq). Bir əldə iki qarpız tutmaq
eyni vaxtda bir neçe işden yapışmaq, yaxud bir neçe meqsedi elde etmeye çalışmaq. Dörd əl mus.
iki adam terefinden piano çalma üsulu. Dörd əllə
bax dördəlli.

ƏLA : Azerbaijani Explanatory Dictionary

sif [ər.]
Ən yüksek, en yaxşı, en gözel. Əla meyvə. Əla şey.
[Qerib:] Yarın eyvanında cüt qoşa qızla; Şahsənəm əladır, hamısı gözəl. "Aşıq Qerib". Həmin bu yetər ki, desən; Qullarımdan əladır bu. Q.Zakir. Leylinin bir lətafəti yoxdur; Ondan əla gözəl sənəm çoxdur. S.Ə.Şirvani. // Telebe-lerin biliyine verilen en yüksek qiymet. Əla-ya layiq cavab verdi. Kimyadan əla qiymət aldı. // Zerf menasında. Əla oxumaq. Tapşı-rığı əla yerinə yetirmək. Vəzifəsini əla başa düşür.
Şiraslan, yoldaşları arasında əla qiymətlə oxuduğu üçün seçilir, divar qəze-tində onun kiçik şeirləri də çıxırdı... S.Rehi-mov. Əla oxuyan, hörmət qazanan bir tələbə-yə nə ad qoyub, nə qara yaxasan? Mir Celal.
klas. Daha hündür, daha uca, daha yük-sek. Camalın şöləsi günəşdən əla; Səni görən necə olmaz mübtəla. Sarı Aşıq. // Keyfiy-yetce en yaxşı, yüksek. Əla növ.
[Hacı] İtotaran Daşdəmirin oğlu Naqqal Feyzul-ladan iki kisə də əla xına alıb evə qayıtdı. H.Sarabski. Stolların üstünə o qədər də əla olmayan qırmızı mahuddan örtük çəkilmişdi. M.İbrahimov.

ƏLAC : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Bir xesteliyin sağalma-sına kömek eden her bir şey; derman, dava.
Hazır əlaclar var.
Firuzə xəstəni bir an gözdən qoymurdu, həkimin yazdığı əlacı vaxtlı-vaxtında içirir və üstündə gecə-gün-düz yarpaq kimi titrəyirdi. A.Şaiq. [Sadıq kişi:] Ay usta Hüseyn, bizim Məmmədvə-linin burnu qanıyıb, nə əlac edirik, qan kə-silmək bilmir. C.Memmedquluzade.
Tedbir; vasite. Bu işi yoluna qoymaq üçün bir əlac axtarmalı.
Der:
Qanda bu-lum əlacın, ey yar? Kimdən yetə ehtiyacın, ey yar? Xetayi. // çare. [Ağa Kerim xan:] İt hürdükcə qaçıram bağa, əlac nədi, qorxu-ram. N.Vezirov. □ Əlac etmək
müalice etmek, sağaltmağa çalışmaq. Əlac vermək (etmək tapmaq)
veziyyetden qurtarmaq, çıxış yolu tapmaq (göstermek), çare tap-maq. [Aslan:] Yox, böylə deyil, buna bir əlac tapmalıyıq. İ.Musabeyov. [Birinci kendli:] Əlac elə, aşağı bağlar əldən getdi. H.Nezerli. Bəlkə tez gələsən, əlac verəsən; Sünbülün saçını yığıb hörəsən. N.Refibeyli. Əlacı kə-silmək (üzülmək)
çaresi kesilmek, çare-siz qalmaq. Nə qədər güc vurdu, götürmədi əl; Kəsildi əlacı, qaldı məəttəl. Q.Zakir. Əlacım hər tərəfdən kəsildi, bir təbəqə ka-ğızı qoydum qabağıma, dedim, indi söylə, mən yazım. Qantemir.

ƏLACLI : Azerbaijani Explanatory Dictionary

sif. Əlacı, dermanı olan, sağala (sağaldıla) bilen, müalicesi olan.
ƏLACPƏZİRsif [ər. ilac ve fars.
..pezir] Əlacı (dermanı) olan, sağala (sağaldıla) bilen, müalicesi olan. Ustanın azarı əlacpə-zir deyildi. çemenzeminli.

ƏLACPƏZİRLİK : Azerbaijani Explanatory Dictionary

is. Əlacı, dermanı olma; sağala (sağaldıla) bilme. Xəstəliyin əlac-pəzirliyi.

ƏLACSIZ : Azerbaijani Explanatory Dictionary

sif Davasız, dermansız, sa-ğalmaz, elacı olmayan. Əlacsız xəstəlik sa-ğalmaz. Əlacsız dərdə düşmək.
Gah sələmə pul verdi, bəzən də dərman satdı; Əlasız xəstələri min kələklə aldatdı. N.Refibeyli.
zərf çaresiz, imkansız. çıxılmaz və-ziyyətdə əlacsız qalmaq. Əlacsız olmaq.
..Əlacsız qalıb mən alacəhrəni çıxarıb ona göstərdim və nə üsul ilə tutduğumu söylə-dim. S.S.Axundov. [Tapdıq] əlacsız qalıb, içəridən sınıq maşını götürüb məşğul olmaq istədi. Ə.Veliyev. Heç yerdə ədalət buradakı qədər gücsüz, əlacsız olmamışdı. Mir Celal.

ƏLACSIZLIQ : Azerbaijani Explanatory Dictionary

is. çaresizlik, naelaclıq. Pərşan
. yorulub əlacsızlıqdan (z.) "Aşıq Ələsgər"i götürdü, vərəqlədi. M.İbrahimov.

ƏLAÇI : Azerbaijani Explanatory Dictionary

sif
Bütün fenlerden ela qiymet alan. Əlaçı tələbə.
Şirmayı əlaçı şagird-lərdən biri idi. M.Hüseyn. Əlaçı qız Aybəniz; Lövhəyə çağırılır. M.Seyidzade. // İs. me-nasında. Əlaçıların şəkilləri divar qəzetində çıxmışdır.
öz vezifesini, işini ela yerine yetiren. Əlaçı şofer. Əlaçı satıcı. // İs. menasında. İstehsalat əlaçıları.

ƏLAÇILIQ : Azerbaijani Explanatory Dictionary

is. Əla qiymetle oxuma, bütün derslerden ela qiymet alma. Əlaçılıq uğrunda mübarizə.
[Ceyran] öz sinfinin əlaçılığı uğrunda əlləşirdi. S.Rehimov.

ƏLAHƏZRƏT : Azerbaijani Explanatory Dictionary

sif. ve is. [ər.] köhn. Pad-şahların ve onların arvadlarının titulu. [Atabey:] Mənim özüm də əlahəzrəti ziyarət etməyi düşünürdüm. M.S.Ordubadi.

ƏLAHİDDƏ : Azerbaijani Explanatory Dictionary

[ər.]
sif. Ayrı, başqa. Əla-hiddə məsələ. Əlahiddə şəkil.
[Hacı Qara] üç yüz qızıl sanayıb əlahiddə kisələrə qoyur, sonra gedir, tüfəng, tapançasını, xəncərini, qılıncını gətirir. M.F.Axundzade. Məşədi Əsgər çamadanı yerdə görcək daha əlahid-də fikir başına gətirməyib, ancaq onu bildi ki, götürüb qaçmaq üçün əsil fürsət məqa-mıdır. S.M.Qenizade.
zərf Ayrıca, xüsusi. Əlahiddə yaşamaq. Əlahiddə çalışır. Bu qürbət şəhərdə hərbi xid-mətdə olan bir neçə yoldaşla bərabər əla-hiddə bir evdə yaşayırdıq... Ə.Memmedxanlı.
sif. Xüsusi.
.O, mart ayının axırlarında Təbrizə gələcəyini yazmış və sizə əlahiddə salam göndərmişdir. M.S.Ordubadi.

ƏLAHİDDƏLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary

"Əlahiddeleşmek"-den f.is.

ƏLAHİDDƏLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary

f Bir şeyden ayrı-laraq xüsusi şekle düşmek, xüsusileşmek.

ƏLAHİDDƏLİK : Azerbaijani Explanatory Dictionary

is. Ayrılıq, xüsusilik.

ƏLAQƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Qarşılıqlı münasibet, bir-biri ile bağlılıq. Sənaye ilə kənd təsər-rüfatı arasında əlaqə. Elmlə praktika ara-sında əlaqə. Ticarət əlaqələri. Beynəlxalq əlaqələrin möhkəmlənməsi. Qohumluq əla-qəsi. // Qarşılıqlı asılılıq, bir-birinden asılı olma. Səbəbiyyət əlaqəsi. Elmlərin bir-biri
ilə əlaqəsi. // Sıx münasibet, yaxınlıq, bağ-lılıq. Dostluq əlaqəsi. Əlaqəsini kəsmək. On-larla mənim heç bir əlaqəm yoxdur. // ünsiy-yet. Dil insanlar arasında əlaqə vasitəsidir.
Münasibet. Aralarında səmimi əlaqə var.
Onların qadına qarşı əlaqələrindəki mehribanlığı xoşlayırdı. M.İbrahimov. [Dilber:] Sevgilisini görmüş və öz əlaqəsini bildirmişdi. Ə.Sadıq.
Sevgi, ürek bağlılığı, mehebbet. Qə-tibə bu əlaqənin başlanmasını öz məqsədinə uyğun bilirdi. M.S.Ordubadi.
Cinsi yaxınlıq, müaşiqe.
Yaxın tanışlıq, dostluq, yaxınlıq. Mu-siqi aləmi ilə onun yaxın əlaqəsi vardır.
[Mehriban] bu vaxtadək kimsənin qarşısın-da boyun əyməmişdi. İndi onu sevmək istə-məyən bir adamla əlaqəsi necə ola bilərdi?! S.Hüseyn.
Rabite, rabite vasitesi. Canlı əlaqə.
Kərim radio vasitəsilə sahillə əlaqəyə girdi. M.İbrahimov. Əlaqə tezliklə bərpa edilməli idi. Ə.Əbülhesen.
Maraq, münasibet. Əlaqə göstərmək. Əlaqə oyandırmaq.
.[Selimi] tərpənmir, danışmır, əlaqəsini bildirmir, heç bir şey ifadə etməyən gözləri ilə [Hikmet İsfehaninin ve İranperestin] bütün hərəkətlərini izləyirdi. M.İbrahimov.
İştirak, hissesi olma, payı olma, aidiy-yeti olma. Kitabın tərtibində onun da əla-qəsi var.
Dexli olma, münasibeti olma; aidiyyet. [Yaşlı kişi:] Hərəmxana ilə heç bir əlaqəsi olmayan bu otaqların ancaq birisinin qapısı vardı. S.Hüseyn.

ƏLAQƏÇİ : Azerbaijani Explanatory Dictionary

is. Qoşun hisselerinde elaqe xidmeti gören esger ve ya zabit.

ƏLAQƏDAR : Azerbaijani Explanatory Dictionary

sif. [ər. elaqe ve fars
..dar]
Əlaqesi, münasibeti, bağlılığı olan; bağlı. Dərs ilinin başlanması ilə əlaqədar tədbir-lər. Hazırlıq işləri ilə əlaqədar məsələlər.
Yəqin bu məsələ onun dalğınlığı ilə də əla-qədardır. A.Şaiq. Əbil ötən günlərin həsrə-tini çəkmirdi, onun keçmişlə əlaqədar heç nəyi yox idi. Ə.Veliyev. Qədir kişi bu hör-mətlərdən darıxmır, bunu özünün yaxşı işlə-məsi ilə əlaqədar bilirdi. Ə.Sadıq. // Aidiy-yeti olan. Əlaqədar təşkilatlar.
İştirakı olan, hissesi olan. Kitabın tər-tibində üç müəllif əlaqədardır.

..əlaqədar olaraq
..neticesinde,
..göre,
..münasibeti ile,
..bağlı olaraq,
..müvafiq olaraq. Qatarın gecikməsi ilə əla-qədar olaraq, müşavirəyə vaxtında çata bil-mədim. Qərarla əlaqədar olaraq, böyük ha-zırlıq işləri görülmüşdür. Bu məsələ ilə əla-qədar olaraq, qarşıya ciddi vəzifələr çıxır.

ƏLAQƏDARLIQ : Azerbaijani Explanatory Dictionary

is. Bağlılıq, asılılıq;
qarşılıqlı elaqe.

ƏLAQƏLƏNDİRİLMƏ : Azerbaijani Explanatory Dictionary

"Əlaqelendiril-mek"den f.is.

ƏLAQƏLƏNDİRİLMƏK : Azerbaijani Explanatory Dictionary

məch Bir-biri ile sıx suretde bağlanmaq, aralarında elaqe, rabite, münasibet, uyğunluq yaradılmaq, ela-qedar edilmek, uzlaşdmlmaq. Bu proqram-lar və dərsliklərin bəzisi təcrübə ilə əlaqələn-dirilmişdir.

ƏLAQƏLƏNDİRMƏ : Azerbaijani Explanatory Dictionary

"Əlaqelendirmek"-
den f.is.

ƏLAQƏLƏNDİRMƏK : Azerbaijani Explanatory Dictionary

f. Əlaqedar etmek,
bir-biri ile bağlamaq, aralarında elaqe, mü-nasibet, rabite, uyğunluq yaratmaq; uzlaş-dırmaq; bir-biri ile elaqedar halda göster-mek. Mühazirələrdə gətirilən faktik mate-rialları (bugünkü) həyatla əlaqələndirmək lazımdır.

ƏLAQƏLƏNMƏ : Azerbaijani Explanatory Dictionary

"Əlaqelenmek"den f.is.