Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
ƏLİQABARLI : Azerbaijani Explanatory Dictionary

sif. Cismani emekle, xüsusile el emeyi ile meşğul olan. Əliqa-barlı fəhlə.
is. məc. Zehmetkeş, emekçi.

ƏLİQAMÇILI : Azerbaijani Explanatory Dictionary

sif.
Əlinde qamçı olan, elinde qamçı tutmuş. Əliqamçılı süvari. Əli-qamçılı polislər.
məc. Zalım, qeddar, zülmkar menasında.

ƏLİQANDALLI : Azerbaijani Explanatory Dictionary

sif. Əllerine qandal vu-rulmuş. // Dustaq, esir.

ƏLİQANLI : Azerbaijani Explanatory Dictionary

sif. ve is. Cinayetkar, qatil, cani. Əliqanlı cinayətkarlar öz cəzalarına çatacaqlar.
[Sultan] əliqanlı,
. bizim yol-daşlardan
. az-az həlak eləməmişdir. S.Rehimov. Bürüyür ölkəni fəlakət seli; Bu-nun səbəbkarı əliqanlıdır. M.Rahim.

ƏLİL : Azerbaijani Explanatory Dictionary

is. ve sif. Xestelik ve ya qocalıq neticesinde emek qabiliyyetini itirmiş; şikest. Əlillər cəmiyyəti. Əlillər evi. Müha-ribə əlilləri.
Görürsüz ki, qocalmışam, əliləm; Indi, camaat əhli, sizə dəxiləm. A.Sehhet. [Peri xanım:] Bir atam var əlil. Kimə dərdimi söyləyim? Ə.Haqverdiyev. Pirlər, ocaqlarda Münəvvər xanımın adı gələndə dilənçilər, əlillər qapıya hücum çəkərdilər. Mir Celal.

ƏLİLLİK : Azerbaijani Explanatory Dictionary

is. Əlil adamın hal ve veziy-yeti. Təqaüdün miqdarı əlillik dərəcəsinə görə təyin edilir.

ƏLİMYANDI : Azerbaijani Explanatory Dictionary

zərf dan.
çox telesik, tez, qaçaraq. Bilmirəm keçən vaxt yaşılbaş sona niyə belə əlimyandı ilə axtarılırmış. Ə.Haqverdiyev.
Darda, çıxılmaz veziyyetde. Biz mal-qara üçün bol yem ehtiyatı toplanılmasını təmin edəcək, heyvandarlarımızı qışın sərt günlərində əlimyandıda qoymayacağıq. (Qezetlerden).

ƏLİRİŞMƏZ : Azerbaijani Explanatory Dictionary

ax əlyetməz. 0u uzaq-larda parlayan yıldız; Əlirişməz ümidlər ki-midir. M.Hadi.

ƏLİUŞAQLI : Azerbaijani Explanatory Dictionary

sif Körpe uşağı olan. Əli-uşaqlı qadın.

ƏLİUZUN : Azerbaijani Explanatory Dictionary

sif dan.
Başqasmm malına xeyanet eden, el uzadan, onu menimseme-ye, eline keçirmeye teşebbüs eden, çalışan; oğurluğa meyli olan. Əliuzun adam.
Vurub-çatan, başqasını inciden.
Umumi süfrede çox yemekle, her qaba
el uzatmaqla nezaketsizlik gösteren adam
haqqında.

ƏLİUZUNLUQ : Azerbaijani Explanatory Dictionary

is. Əliuzun adamın işi, hereketi; oğurluğa meyil. □ Əliuzunluq et-
mək
başqasmın emlakına, malına el uzat-maq, onu menimsemeye, ele keçirmeye, götürmeye teşebbüs etmek, çalışmaq.

ƏLİYALIN : Azerbaijani Explanatory Dictionary

zərf Əlinde heç bir silah ol-
madığı halda, silahsız-yaraqsız.

ƏLİYUXA : Azerbaijani Explanatory Dictionary

sif. dan. Mayası, pulu az olan; kasıb. Əliyuxa adamdır.

ƏLİYÜNGÜL : Azerbaijani Explanatory Dictionary

sif İştirakı ile müveffeqiy-yet, uğur getiren (əliağır ziddi). Əliyüngül adam.

ƏLİYÜNGÜLLÜK : Azerbaijani Explanatory Dictionary

"Əliyüngül"den mücər.

ƏLKİMYA : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Orta esrlerde: guya iksir qatmaqla sade metalları qiymetli me-tallara çevirmek mümkün olduğunu iddia eden, elmi kimyadan evvelki mistik elm.

ƏLKİMYAÇI : Azerbaijani Explanatory Dictionary

is. Qedimde: elkimya ile meşğul olan adam.

ƏLQABI : Azerbaijani Explanatory Dictionary

is. dan. Aftafa. □ Əlqabına çıx-maq
tebii ehtiyac üçün çıxmaq.

ƏLQƏRƏZ : Azerbaijani Explanatory Dictionary

ara s. [ər.] Xülase, sözün qısası, müxteser, bir sözle. Əlqərəz, keçəl ilanı genə yeşiyə qoydu. (Nağıl). Bu qayğı-sız yaşamağı, əlqərəz; Bir şeylə etmək olar-mı əvəz? A.Sehhet. [Soltan bey:] Əlqərəz, arvad elə öz ayağı ilə yanıma gəlmişdi... U.Hacıbeyov.

ƏLQİSSƏ : Azerbaijani Explanatory Dictionary

ara s. [ər.] klas. bax əlqərəz. Əlqissə, vücudum oldu bərbad; Bir ləhzə fələkdən olmadım şad. Füzuli. Əlqissə, çoxdu canını qurban edən, çocuq! Ey dilbəranə tərzdə cövlan edən çocuq! M.Ə.Sabir.

ƏL-QOL : Azerbaijani Explanatory Dictionary

is. Əller ve qollar. Əl-qolunu çırmalamaq.
[Zenci:] Zəncirlə bağlıdır mənim əl-qolum. S.Vurğun. □ Əli-qolu açılmaq
geniş fealiyyet göstermeye im-kan tapmaq, maneelerden azad olmaq. Amma ərə gedəndən sonra
. [Tükezbanın] əli-qolu daha da açıldı və gəzib dolanmağı daha da artdı. B.Talıblı. [Peri:] Hər halda Sara öldü, əlim-qolum açıldı. C.Cabbarlı. Əli-qolu bağlanmaq
hereket azadlığın-dan mehrum olmaq, heç bir şey ede bilmemek. Əl-qol açmaq
bax əli-qolu açılmaq. Yenə ayağa qalxıb əl-qol açdı və süzə-süzə Beyrəyə sarı gəlməyə başladı. M.Rzaquluzade. Əl-qol atmaq
1) çapala-maq; 2) heyecanla, esebi halda danışmaq, el-qolunu oynatmaq, özünden çıxmaq. Nə əl-qol atırsan?
[Sefer:] O yan-bu yana əl-qol atma, ay Xəlil. S.Rehman. Kitabsa-tan bunları elə ucadan deyir, elə qəzəblə əl-qol atırdı ki, dalaşmağa adam axtardığını güman etmək olardı. Mir Celal. Əl-qol ölçmək
el-qolunu oynatmaq. Rəhim bəy səbir edə bilməyib əl-qolunu ölçərək qış-qırdı. M.Hüseyn. [Mirze Şefi] əl-qolunu ölçərək ifadəsini şiddətləndirirdi. Mir Celal. Əl-qolu gəlməmək
hevesi gelmemek, istememek. Əl-qolu gəlməyən, çəkilib mat-məəttəl qıraqda dayanan da olurdu. Mir
Celal. Əl(ini)-qolunu bağlamaq
serbest hereket imkanından mehrum etmek, fealiy-yet göstermesine imkan vermemek. [Gül-nise:]
.Əvvəl çalışıb, Pərini Bəhrama verib əl-qolunu bağlamaq lazımdır. C.Cabbarlı. Sözün açığı budur ki, intriqa, çəkişmə, şəxsi-qərəz sizin əl-qolunuzu bağlayıb işləməyə imkan vermir. "Kirpi".

ƏLQUŞU : Azerbaijani Explanatory Dictionary

is.
Əhlileşdirilmiş quş. // Ov quşu.
məc. dan. zar. Qucaqda saxlanmağa öyrenen, hedden artıq ezizlenib beslenen uşaq haqqında.

ƏLLAF : Azerbaijani Explanatory Dictionary

[ər.] bax allaf. Əllaflar çuval-çuval arpa, buğda və saman alıb arabalara doldurur, eşşəklərə yükləyirdilər. A.Şaiq. [Ceferqulu:] Yedi, içdi, axırıncı tikəsi ağzında idi ki, öz qəzalarından olan əllaf Məşədi Məmmədbağır içəri girdi. Qantemir.

ƏLLAMƏ : Azerbaijani Explanatory Dictionary

is. ve sif [ər.]
çox bilen, her elmi bilen (adam).
məc. Yalançı alim. Qınamasınlar məni;
Hər şeydən xəbər verən əllamə tənqidçilər.
R.Rza.
məc. Bic, hiyleger. O, yaman əllamədir.
- Anası heç qızından geri qalan deyildi. O
da onun kimi əllamənin biri idi. (Nağıl).

ƏLLAMƏLİK : Azerbaijani Explanatory Dictionary

is. özünü alim, bilici kimi gösterme, alimlik satma. Əllaməlik etmək. Bu əllaməlik nə üçündür?
Əllaməlik ey-ləyənlər bu yerlərə ayaq basmaz; Lakin sənin bu dağlardan yazdığına qələm çəkər. S.Rüstem. Hacı Rəsul Tahirzadənin suallı baxışını görüb əllaməlik büruzə vermək istədi. Mir Celal.