Azerbaijani Explanatory Dictionary
ƏMƏL : Azerbaijani Explanatory Dictionary
is. [ər.] İş, feil. Onun sözü ilə əməli düz gəlmir.
[Cenneteli ağa:] Onu bura çağır görüm, bu nə əməldir, mənim ba-şıma gətirir. N.Vezirov.
İcra, yerine yetirme. □ Əməl etmək (eləmək)
yerine yetirmek, icra etmek, riayet etmek. Göstərişə əməl etmək. Təlimata əməl etmək. Həkimin göstərişlərinə əməl et-mək.
Vaizi-şəhr öz iqrarına etsəydi əməl; Düşməz idi bu qədər din ilə dünyayə xələl. S.Ə.Şirvani. Sözlərinə əməl eləməyənə lənət! N.Vezirov. Zeynal
. Mehriban və onun atasına verdiyi sözlərin heç birinə əməl et-məyirdi. S.Hüseyn. Əməl olunmaq (edil-mək)
yerine yetirilmek, riayet edilmek, icra olunmaq. Qaydaya əməl olunur. Əmələ gəlmək
1) baş vermek, meydana gelmek, doğulmaq, töremek, hasil olmaq. Bataqlıq durğun sudan əmələ gəlir.
Rəngarəng gül-lükdə, çəmənlikdə hamar və naxışsız bir ağ-lıq, bir düzənlik əmələ gəlmişdi. S.Rehimov; // mümkün olmaq, başa gelmek, heyata keç-mek. Əmələ gələn şey deyil; 2) kökelmek, yaxşılaşmaq, qıvraqlaşmaq, düzelmek. Buzov süd əmə-əmə əmələ gəldi. O, kurort-dan sonra əmələ gəldi.
Arvad məsləhət gördü ki, quzunu ötürsünlər, bir neçə vaxt bağçada otlasın, əmələ gəlsin. C.Memmed-quluzade. Əmələ gətirmək
1) heyata ke-çirmek, yerine yetirmek, icra etmek. [Hacı Mehdi:] Bir təvəqqəm var, amma qorxuram, əmələ gətirə bilməyəsən. Ə.Haqverdiyev. [Lütfeli bey:] Gözlərinə dönüm,
. gör necə mənim xahişlərimi əmələ gətirir? İ.Musabe-yov; 2) düzeltmek, vücuda getirmek, teşkil etmek. [Əntiqenin] özünün də qara, şəvə kimi saçları uzun və qalın bir hörük əmələ gətirmişdi. Mir Celal.
Reftar, hereket, iş. Əməlləri ilə hamını özündən incitdi. Əz əməlinə görə cəzasını alacaqdır.
Elm insanlara eyni zamanda onların əxlaqını, rəftarını və əməlini yaxşı-laşdırmaq üçün təcrübədən keçirilmiş bir vasitədir. M.F.Axundzade. Sənə cəza verən əməllərindir. M.Rahim. [Salmanova] Cuma-nın
. bütün əməllərini gözünün içinə deyə-cəkdi. Ə.Əbülhesen.
məc. Hiyle, kelek, biclik menasında. Bu sənin əməlindir.
Xalq bir-bir gedib öpürlər əlin; Anlamaz kimsə hiyləsin, əmə-lin. A. Sehhet. Bir neçə kazak əsgərləri də onların dalınca gedirlər ki, görsünlər bu nə əməldir. C.Memmedquluzade. Əlbəttə, şey-tan əməlinə qurşanan gərək axırda belə olsun. Ə.Haqverdiyev.
Hesabda tetbiq edilen esas qayda. He-sabda əsas dörd əməl var: cəmləmə, çıxma, vurma, bölmə.
0 Əməli azmaq
pozğunlaşmaq, yoldan çıxmaq, heddini azmaq. Əməli ayağına ci-dar olmaq
gördüyü işin cezasını çekmek, pis neticesini görmek.
ƏMƏL : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Qaye, meqsed, şiddetli arzu. [Ağa Beşir:] Bilirsinizmi ki, dünən şika-yətə gələn arvadın əməli nə imiş? M.F.Axund-zade. Əməli, fikri bütün kəsbi-kamal; Nə müqəddəs əməlü fikrü xəyal! M.Hadi. Min bir əməl arxasınca qoşmağı; Dürlü-dürlü ürəklərdən öyrəndim. M.Müşfiq.
ƏMƏLBAZ : Azerbaijani Explanatory Dictionary
sif. [ər. emel ve fars.
..baz] dan. Tedbirli, tedbir ve hiyle ile iş gören, hiyleger. Əməlbaz adam.
Demək, bu əməl-baz arvad oturduğu yerdə həm qızını söz-sovdan qurtardı, həm də bu vilayətin böyüyü elədi. S.Rehimov.
ƏMƏLBAZLIQ : Azerbaijani Explanatory Dictionary
is. dan. Hiylegerlik, ted-birlilik, tedbir ve hiyle ile iş görme. □ Əməl-bazlıq etmək
tedbir ve hiyle ile iş gör-mek, hiyle işletmek.
ƏMƏLDAŞ : Azerbaijani Explanatory Dictionary
is. Əmeli, meqsedi, qayesi bir olan, bir meqsed arxasınca qoşan adam-lardan her biri. Toplayaraq başına öz əməl-daşlarını; Qoydu böyük firqənin ilk təməl daşlarını. R.Rza.
ƏMƏLƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Fehle, işçi. Molla
. çı-xıb gedəndə hamampulunu on-on beş qat artıq verir, hamamçını da, əmələləri də utandırır. "M.N.letif". [Odabaşı:] Neçə yüz əmələ onun fabrikində və kəndlərində iş-
lərdi. Ə.Haqverdiyev. Xanlar Həsənoğluna atılan güllə tək bir ona yox, biz neft əmə-ləsinin hamısına atılıbdır. S.Rehimov.
ƏMƏLƏCAT : Azerbaijani Explanatory Dictionary
is. [ər. "emele" söz. cemi] köhn. İşçiler, fehleler, emeleler.
.Idarəsin-də çalışdırdığı əmələcatını da özü kimi pak, etiqadlı, dindar bir müsəlman görmək is-tərdi. S.Hüseyn.
ƏMƏLƏGƏLMƏ : Azerbaijani Explanatory Dictionary
is. Yaranma, düzelme. Molekulun əmələgəlmə istiliyi.
ƏMƏLİ : Azerbaijani Explanatory Dictionary
sif.
İcrası (tetbiqi) lazım olan, heyata keçirilmeli olan; işgüzar, praktik. Əməli təklif. Əməli iş.
Mən dərhal onunla əməli söhbətə başladım. M.S.Ordubadi.
Sırf nezeriyyeye, elme aid olmayıb işle, emeliyyatla, tecrübe ve tetbiq ile de bağlı olan; tetbiqi, praktiki. Aktyor sənətinin əməli məktəbi. Əməli işin elmi tədqiqat işi ilə əlaqələndirilməsi. Lüğətçiliyin nəzəriy-yəsini bilmək kifayət deyil, onun əməli cə-hətini də bilmək vacibdir.
Yalnız sözle deyil, işle, emelle olan.
.Zavodun kollektivi respublikanın bəzi uşaq evlərinə hamilik edərək, onlara əməli yar-dım göstərir.
0 Əməli katib
cari yazı işlerini aparan katib; kargüzar. Daldaya gələndə isə, əziz dostu, arası saz olduğu əməli katibin de-diklərini xatırlardı. Mir Celal.
ƏMƏLİSALEH : Azerbaijani Explanatory Dictionary
sif. dan. Əmelinde, işin-de, hereketinde düz olan, doğru hereket eden, eyrilikle işi olmayan (adeten istehza, kinaye ve ya zarafatla deyilir). Əməlisaleh adam. Bunu əməlisaleh adamlar bilər.
Indi bilmirəm, sən necə əməlisaleh adamsan ki, yenə də məni adam elədin. "M.N.letif." [Qarı:] A qız, çimnaz, ey! Sən ki əməlisaleh kişinin qızısan, özün də yazığın biri! Necə oldu ki, axı uşağını qoydun onlara qoşuldu? Ə.Əbülhesen. // is. menasında. Əməlisa-lehlər cənnətə və bədəməllər cəhənnəmə da-xil olacaqlar. C.Memmedquluzade.
ƏMƏLİYYAT : Azerbaijani Explanatory Dictionary
is. [ər. "emeliyye" söz. cemi]
Müeyyen bir meqsed güden ve bir-biri ile elaqeli olan işler. Təmizləmə əmə-liyyatı.
Qulu Bəhramın vasitəsilə bəzi əmə-liyyat yapmaq fikrində idi. çemenzeminli.
tib. Bezi xestelikler, yaxud yaralanma-lar zamanı müalice meqsedi ile bedenin her
hansı bir yerinde icra edilen cerrahlıq işi. Cərrahlıq əməliyyatı. Plastik əməliyyat.
Müharibede bir meqsedi, tapşırığı yerine yetirmek üçün aparılan döyüş işleri. Hərbi əməliyyat. Hücum əməliyyatı. Müha-sirə əməliyyatı. Quruya qoşun çıxarma əməliyyatı.
.Dəstə
. əməliyyatdan qayıdıb dincəlməkdə idi. Ə.Əbülhesen. Müharibə dövründə toplarımız hücum əməliyyatının carçısı olmuşdur. (Qezetlerden).
Maliyye, ticaret idaresinin gördüyü işlerin mecmusu. Bank əməliyyatı. Kredit əməliyyatı. Mal mübadiləsi əməliyyatı. Birja əməliyyatı.
ƏMƏLLİ : Azerbaijani Explanatory Dictionary
sif ve zərf Yaxşı, layiqli, leyaqetli. Əməlli hədiyyə. Əməlli işləmək.
[Mozalanbey:] Ancaq "Molla Nəsrəddin" qəzetinin yazısını gözüm əməlli seçmir. Ə.Haqverdiyev. [Əceb xalanın] nə gözü yaxşı görürdü, nə də qulağı əməlli eşidirdi. S.Hüseyn. // Qaneedici, teminedici, mem-nunedici, meqbul. Ondan əməlli bir cavab ala bilmədik.
[Sefterqulu:] Yoxsa yenə içmisən, a gedə? Əməlli danış, elə iş ola bil-məz! N.Vezirov. [Yusif:] Və bir elə ittifaq düşməyib ki, mən [Şamdan beyi] əməlli ta-nıyam. N.Nerimanov.
ƏMƏLLİ-BAŞLI : Azerbaijani Explanatory Dictionary
sif. ve zərf Olduqca
yaxşı, bütün telebata cavab veren, mükem-mel, nöqsansız, bütün, tam, ciddi. Əməlli-başlı bir şey. Əməlli-başlı bir usta tapmaq. Əməlli-başlı işləmək. // Əsaslı suretde, lazımınca, lazımi kimi, istenildiyi kimi. Heç bir şeyi əməlli-başlı demir.
Pəri burada əməlli-başlı məclis qurdu, yemək-içmək dü-zəltdi. (Nağıl). [Sitare xanımın] əməlli-başlı kirayə gətirən evi də vardı. S.Hüseyn. [Koxa:] Siz cavab axtarın, mən də əyləşim; Bir əməlli-başlı bığımı eşim. S.Rüstem. çimnazyüngül adam olsaydı, bu qarı ilə elə buradaca əməlli-başlı tutuşa bilərdi. Ə.Əbülhesen. // Mükemmel suretde, olduqca, lap. Qara kişini bu soyuq hava üşütdü, nəşəsini əməlli-başlı korladı. Ə.Əbülhesen.
ƏMƏLLİCƏ : Azerbaijani Explanatory Dictionary
ax əməlli-başlı. Əməllicə geyinmək. Əməllicə bina. Əməllicə yemək. Əməllicə yorulmaq. Bu gün əməllicə işlədik. çox yaxşı olar, gündüz əməllicə yorulmu-şam,
deyə [dostumun] təklifini şadlıqla qəbul etdim. M.Rzaquluzade.
ƏMƏLPƏRVƏR : Azerbaijani Explanatory Dictionary
ƏMƏLPƏRVƏR is. [ər. emel ve fars.
...perver] klas. Müeyyen bir emel (qaye, meqsed) uğrunda çarpışan, konkret bir meqsede xidmet eden. Mirzə Fətəli bir ədib və bir naşir olmaqdan daha artıq bir cəmiy-yətçi, bir əməlpərvərdi. C.Cabbarlı.
ƏMƏLSİZ : Azerbaijani Explanatory Dictionary
sif. Sözüne, vedine emel etmeyen, yaxud bir şeye inandığı halda, onu yerine yetirmeyen, ona emel etmeyen. Əməlsiz nəsihətçi. Əməlsiz adam. // Əmeli ehemiyyeti olmayan, heyata keçmeyen. Əməlsiz sözdə fayda olmaz. (Ata. sözü). // Dini ehkama sözde inanıb, işde onları yerine yetirmeyen, onlara emel etmeyen. Əməlsiz müsəlman.
Məni yarsız görmə, mənim pərim var; Əməlsiz deyiləm, haqdan karım var. Aşıq Receb.
ƏMƏZƏK : Azerbaijani Explanatory Dictionary
sif.
Anasını emmemek, ya-xud eme bilmemek neticesinde arıq olan; zeif, cılız. Əməzək quzu. Əməzək adam kimi tərpənir.
məc. Key, maymaq, qorxaq, bacarıqsız. [Bahar:] Ay əməzək, Allah səni döysün!Niyə qoyurdun qaçsın, indi nə tövr eləyək? Ə.Haqverdiyev.
ƏMGƏK : Azerbaijani Explanatory Dictionary
is. Kelle sümüyünün ön ve orta hissesi. Qiyas əmgəyindən peysərinə qədər qırxılmış
. başını əlləri ilə tutdu. Ə.Abasov.
ƏMİ : Azerbaijani Explanatory Dictionary
is.
Atanın qardaşı. çünki Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır, heç bir əmrdə onun rəyinə müxalifət etməz. M.F.Axundzade.
.Əmiləri dövləti bir ilin içində dağıtdılar, axırda bir barmaqhesabı göstərdilər. C.Memmedquluzade.
Yaşlı, yaxın adama müraciet kimi işle-dilen söz. Əmi, saat neçədir?
[Sona:] Əmi, bizim bu Qadiryaman qorxur. Ə.Əbülhesen. // Hörmet üçün özünden yaşlı kişinin adına qoşulur. Iki saatyol gedib Qasım əmi yetişdi Təzəkəndə... C. Memmedquluzade.
ƏMİARVADI : Azerbaijani Explanatory Dictionary
is. Əminin arvadı.
ƏMİCAN(I) : Azerbaijani Explanatory Dictionary
ax əmidostu.
ƏMİCİ : Azerbaijani Explanatory Dictionary
sif.
Əmen, soran. Əmici uşaq.
Xüsusi terminologiyada: sorucu, soran, xüsusi orqanları vasitesile içeriye çeken. □ Əmici tel
bitkinin kökünde olan ince, sorucu kökcük. Kökün əmici telləri uzun ömür sürmür.
ƏMİDOSTU : Azerbaijani Explanatory Dictionary
is.
Əmiarvadı yerinde işle-nen leqeb. [Şahbaz bey:] Şərəfnisə, qadan alım, bilirsən ki, əmidostum bu gün nə tufan elədi? M.F.Axundzade. [Reşid:] Dünən bizim başımızyaman qarışıq oldu, əmidostu! M.Hüseyn.
özge qadını hörmetle çağırmaq üçün işlenen leqeb. Əmidostu, bu uşaq kimlər-dəndir?
ƏMİGƏLİNİ : Azerbaijani Explanatory Dictionary
is.
Hörmet üçün emi ar-vadına verilen leqeb.
Əmioğlunun arvadının leqebi olan ad.
ƏMİK : Azerbaijani Explanatory Dictionary
sif çox emilmekden xarab olmuş, zedelenmiş.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani