Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
ƏNDƏRZ : Azerbaijani Explanatory Dictionary

is. [fars.] köhn. Nesihet, ve-siyyet.

ƏNDİŞƏ : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Fikir, qayğı. Mənəm qalan haman bu əndişədə; Zəmanə dönüb-dür, qovğayə bir bax. Q.Zakir. Aldılar cümlə əllərə tişə; Yox könüllərdə özgə əndişə. M.Ə.Sabir. Insanın əndişəsi çoxaldıqca onun yuxu görməyi də artır. S.Rehimov.
Narahatlıq, telaş, nigarançılıq, teşviş, iztirab, qorxu. [Yusif:] Musanın, o bədbəxt qardaşımın iztirab və əndişələri həp sönüb bitdiyinə bir aydın şahiddir. H.Cavid. Firi-dun bir zaman parlaq ay işığında Gülnaz-gilin yatdığı səkiyə çıxdı, əndişə ilə dolu o gecəni xatırladı. M.İbrahimov. □ Əndişə etmək əndişəyə düşmək əndişə çəkmək
- narahat olmaq, nigaran qalmaq, teşvişe düşmek, iztirab çekmek, qorxmaq. Doyun-ca zövq alaq nazü qəmzədən; Əndişə çək-məyək heç bir kimsədən. M.P.Vaqif. [Yusif şah:] Deyərsən ki, mənim cəhətimdən əndişə etməsin, sabah oğlanlarını hüzura göndər-sin. M.F.Axundzade. Əndişə oyandırmaq
- narahatlığa, teşvişe sebeb olmaq, qorxu, ehtiyat doğurmaq. // Şübhe, vesvese, telaş.

ƏNDİŞƏLİ : Azerbaijani Explanatory Dictionary

sif Əndişesi, üreyinde fikri olan; derdli, qayğılı, iztirablı. Əndişəli adam.
Sonra qızın gözləri ovçunun əndi-şəli və sualedici baxışlarına sataşarkən, o, dilə gəldi. Ə.Memmedxanlı.

ƏNDİŞƏLİLİK : Azerbaijani Explanatory Dictionary

is. Əndişeli, derdli, fikir-li, qayğılı, menevi iztirab çeken, teşviş içinde olan adamın hal ve veziyyeti.

ƏNDİŞƏSİZ : Azerbaijani Explanatory Dictionary

sif Əndişesi, fikri, qayğısı, qorxulacaq bir şeyi olmayan; fikirsiz, qay-ğısız, derdsiz, sakit, rahat. Əndişəsiz adam.

ƏNDİŞƏSİZLİK : Azerbaijani Explanatory Dictionary

is. Fikirsizlik, qayğısız-
lıq, derdsizlik.

ƏNDUH : Azerbaijani Explanatory Dictionary

is. [fars.] köhn. Qem, qüsse, keder.

ƏNƏK : Azerbaijani Explanatory Dictionary

is.
Yük atı, qoşqu atı, minik atı.
Heyvanın qulağına vurulan nişan.
çoban ənəklərindən qoyunlarını tanıyır.
B ax ənk.

ƏNƏNƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Tarixen meydana gele-rek nesilden-nesle keçen adetler, exlaq normaları, görüşler, zövqler ve s. Pis ənə-nələri ortadan qaldırmaq. Azərbaycan xal-qının gözəl ənənələri var. Teatrımızın özünə məxsus ənənələri vardır. // Cemiyyetde, heyatda, meişetde ve s.-de müeyyenleşib sabitleşmiş qayda, üsul, norma, deb. Ənənə halını almaq.
[Nüşabe:] Bilər öz həddini, artıq anlar; Hər elin ənənəsi, mənliyi var. A.Şaiq. Ənənə uzun müddət ərzində bir neçə nəslin bədii dühası, coşqun yaradıcı əməyi nəticəsində yaranır.

ƏNƏNƏÇİ : Azerbaijani Explanatory Dictionary

ax ənənəpərəst.

ƏNƏNƏÇİLİK : Azerbaijani Explanatory Dictionary

ax ənənəpərəstlik.

ƏNƏNƏPƏRƏST : Azerbaijani Explanatory Dictionary

sif. [ər. enene ve fars.
..perest] Adeten vaxtı keçmiş enenelere sadiq olan, enene saxlayan, enenelere riayet eden; mühafizekar. Ənənəpərəst adam.
[Xosrov:] Iran xalqı olduqca mütəəssib, ənənəpərəst, mövhumatpərəst bir xalqdır. A.Şaiq.

ƏNƏNƏPƏRƏSTLİK : Azerbaijani Explanatory Dictionary

is. Adeten vaxtı
keçmiş enenelere sedaqet, enenelere riayet etme; mühafizekarlıq.

ƏNƏNƏVİ : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] Ənene şekli almış, enene mahiyyetinde olan. Ənənəvi adət. Ənənəvi şeir. // Ənene üzre keçirilen, ke-çen. Ənənəvi görüş. Ənənəvi yarış. Ənənəvi müsamirə. Ənənəvi qonaqlıq. // Əneneye esaslanan, enene üzre gelen; ata-babadan, neslen. Ənənəvi paltar.
Əlbəttə, bu ənənəvi bir matros ailəsi üçün son dərəcə böyük bir dərddi. Ə.Əbülhesen.

ƏNƏNƏVİLİK : Azerbaijani Explanatory Dictionary

is. Ənene mahiyyetinde
olma, enene kimi nesilden-nesle keçme. Adətlərin ənənəviliyi.

ƏNFİYƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Burunotu.

ƏNFİYƏDAN : Azerbaijani Explanatory Dictionary

is. [ər. enfiye ve fars.
..dan] köhn. Burunotu qabı. Qızıl Arslan ənfiyə-danı götürüb baxdığı zaman rəngi ağardı, çünki ənfiyədan onun qardaşı Atabəy Mə-həmmədin ənfiyədanı idi. M.S.Ordubadi.

ƏNFÜSİ : Azerbaijani Explanatory Dictionary

sif [ər.] köhn. kit. Şexsen düşü-nene, onun düşüncesine, nefsine aid olan; subyektiv.

ƏNG : Azerbaijani Explanatory Dictionary

is. Alt çene. Əng sümükləri.
Nə qoyarsan ənginə; Rəngi çıxar rənginə. (Ata. sözü). [Usta Hesen:] Ay Hacı, dəllək nədir? çağıracaqsan, gəlib bir at kəlbətinini sala-caq dişinə, dartıb əngini də dişinin üstündə çəkəcək. Ə.Haqverdiyev. Kazım isə qoz ləpəsini o əngindən o biri ənginə aparıb, onu əzməyə çalışırdı. çemenzeminli.
◊ Əngi qızışmaq
çox danışmaq, uzun-çuluq elemek, çerenlemek. Ənginə ver-mək əngini yormaq
bax əngi qızış-maq. Boşla, xala, cəfəngini; Müftəcə yorma əngini. Ə.Nezmi.

ƏNGALTI : Azerbaijani Explanatory Dictionary

is. Əngin alt terefi.

ƏNGƏBƏNGƏ : Azerbaijani Explanatory Dictionary

is. dan. Bütün keçmiş ve indiki nesil. Mən onun əngəbəngəsini tanı-yıram.

ƏNGƏBU : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Bal qoxuyan bir ot bitkisi. Əngəbu ilə arı beçələrini səbətə yığ-maq olur.

ƏNGƏC : Azerbaijani Explanatory Dictionary

is. Su hövzesinden suyu axıtmaq üçün nov, boru.

ƏNGƏDUŞ : Azerbaijani Explanatory Dictionary

is. köhn. Ucu toppuzlu uzun demir. Dəmirçilər əngəduşla kürəni qarış-dırırlar.

ƏNGƏL : Azerbaijani Explanatory Dictionary

is.
Bir şeyin başa yetmeme-sine, ya texirine sebeb olan şey; manee, çetinlik. [İblis:] Get, get, daha durma, artar əngəl. H.Cavid. Bu qüvvənin qarşısında heç bir əngəl dayana bilməz. S.Rehman. □ Ən-gəl çıxarmaq (törətmək)
çetinlik töret-mek, lengitmek, mane olmaq. Məmləkət işinə əngəl törətmək üçün düşünən başları vurmaq lazımdır. M.S.Ordubadi. Əngəl çıxmaq
1) manee töremek; 2) cencel çıxmaq. [Leyla:] Qorxuram, axırda çıxa bir əngəl; Deyəsən, başını girləyib əcəl. S.Rüstem. Əngəl olmaq
bir şeyin başa yetmesine, heyata keçmesine mane olmaq, başa çatmağa, heyata keçmeye qoymamaq, çetinlik töretmek. Əngələ düşmək
çetin veziyyete düşmek; pis, xoşagelmez bir işe dolaşmaq.
.çünki özümüzün əngələ düşmə-məyimiz üçün amerikalı qızı müdafiə etmək qərarına gəlmişdim. M.S.Ordubadi. Əngələ salmaq
çetin veziyyete salmaq, pis, xo-şagelmez bir işe dolaşdırmaq. Başına əngəl açmaq
çetin veziyyete salmaq, cencel açmaq. [Əsger:] Biçarə Gülçöhrənin başına əngəllər açdım. U.Hacıbeyov. [Selim bey:] Ah, Mahmud bəy, qoyma, qoyma qaçsınlar; Qaçıb başımıza əngəl açsınlar. S.Rüstem.
dan. Azar, xestelik, yaxud nöqsan, ça-tışmazlıq menasında. Malda əngəl var.
Xanım, sizdən təvəqqe eləyirəm, oğlunuzun sözünə çox da qulaq asmayasınız, çünki onun əqlində bir az əngəl var. N.Vezirov.