Azerbaijani Explanatory Dictionary
ƏSGİNAS : Azerbaijani Explanatory Dictionary
[fr. "assignation"-dan] köhn. Kağız pul. Bir cibimdə əsginasım, bir ci-bimdə ağ manat; Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat. M.Ə.Sabir. [Salamov:] Ala, hələlik bu əsginası verim,
. çıxanda yenə verərəm. C.Cabbarlı. Bir qədər gənc-lərlə oynadıqdan sonra əliaçıq tamaşaçılar [Altıaylığa] üçlük, beşlik, onluq əsginas ba-ğışlardılar. H.Sarabski.
ƏSGİ-PÜSGÜ : Azerbaijani Explanatory Dictionary
ƏSGİ-üSGü is. Köhne, cındır parça(lar). [Hacı Murad:] Di gəl bax, gör burada əsgi-üsgüdən başqa nə var? S.S.Axundov. [Firidun bey:] Əlacım kəsildi, getdim, oradan bir neçə əsgi-üsgüdən alıb məni yüklədi. Ə.Haqverdiyev. [Əlemdar]
. gizlətdiyi qızıl dür-düyünçələrini dartışdı-rıb dəyirmi stolun üstünə tökdü, əsgi-üsgüdən azad etdi. S.Rehimov.
ƏSHAB : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn.
Sahibkar.
Terefdarlıq.
Hemsöhbetler, müsahibler.
ƏSHABƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər. "sahib" söz. cemi]
din.
Mehemmed peyğemberin ve imamların yaxın adamları.
zar. Terefdar, daim birinin yanında olan adam, yoldaş. Bütün bunları Həmzə danış-maqdan, əshabələri isə dinləməkdən yorul-murdu. Ə.Əbülhesen.
ƏSİL : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Əsas, temel, özül, bü-növre. Əsli çürükdür. // Mahiyyet, kök. Işin əsli budur.
sif. Əsilli, necabetli, esil-necabet sa-hibi, necib. Əsil adam.
Əsil al, çirkin ol-sun; Bədəsil gözəl alma. (Ata. sözü). Ovlad nəcib, əsil (z.) çıxsa; Xoşbəxt olar həm ata-lar. N.Refibeyli.
Menbe, çıxış, başlanğıc. Bu işin əsli 20 il qabaqdan hesab edilməlidir // məc. He-qiqet, gerçeklik, doğruluq. Bu xəbərin əsli yoxdur.
[Müellim:] Sizin barənizdə yeni bir söz eşitmişəm. Amma bilmirəm, əsli var, ya yox. Ə.Veliyev.
Suret, yaxud tercüme olmayan, ilk ha-lında olan yazı; orijinal. Surəti əslinə uyğun-dur. Məqalənin əsli. Məktubun əsli. // Sif. menasında. Əsil məktubu isə yenə də Toğ-rula göndərmək lazımdır. M.S.Ordubadi.
sif. Heqiqi, doğru, düzgün. Əsil adın nədir? Əsil gözəl buna deyərlər. Əsil mə-rəkə başlandı. □ Əslinə baxsan (baxdıq-da qalanda)
eslinde, heqiqetde, heqi-qete geldikde. Əslinə baxsan, günah onda-dır. // Heqiqeten, ne cür lazımsa, o cür, bir şeyin en yaxşı nümunesini, idealını temsil
eden, heqiqi. Əsil sənətkar. Əsil insan. Əsil şair.
[Nadir bey:] Lakin yenə təkrar edirəm, məncə; Əsil qəhrəmanlıq yara bağ-lamaqdadır, abad etməkdədir. H.Cavid. // Başlıca, esas, en mühüm. Əsil məsələ bu-dur. Əsil mətləbə keç. Onun əsil sənəti müəllimlikdir.
Tahir nə qədər fikirləşirdisə də, əsil mətləbini demək üçün münasib bir ifadə tapa bilmirdi. M.Hüseyn. // Heqiqe-ten, gerçekden. Əsil iş görən kənarda qalıb.
Nesil, soy, neseb, menşe. Əslin qara-bağlıdır; Sinəm çarpaz dağlıdır; Nə gedən var, nə gələn; Deyən, yollar bağlıdır? (Bayatı). Mən də öyrəndim ki, [qızın] əsli mərdəkanlıdır. S.Hüseyn. Bir gün dedim:
Gözəlim; Sənin əslin haralı? Ə.Cavad.
sif Ən birinci, en köhne, ilk. Onun əsil vətəni Qarabağdır. Əsil yurduna dönmək.
sif Xalis, saf, temiz, qatışıqsız. Əsil kərə. Əsil motal pendiri. Əsil qızıl. Əsil şal parça.
Xonçada olar.. üçpudqənd, birpud şirni və bir ədəd əsil tirmə şal. R.Əfendiyev.
Mehz, hemin, lap. [Qasım:] Əsil bu pal-tarda oynamaq lazımdır. S.Rehman.
Əslində şeklinde
1) kökünde,
bünövresinde; 2) ibtidada, başlanğıcda, lap
evvelinde. Əslində o, dərzi olmuşdur. Əs-
lində o, xanəndə idi; 3) heqiqetde, esline ba-
xılarsa. Əslində o da bu fikirdə idi.
Əslində
anası onlara çox az-az görünər. S.Rüstem.
Əslində isə rəisin hirsi soyumadı. Mir Celal.
ƏSİLLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
ax əsilləşmək.
ƏSİLLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary
"Əsilleşmek"den f.is.
ƏSİLLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary
f. dan.
Yurd-yuva sal-
maq, yerleşmek, kökleşmek, yerli adet ve eneneleri qebul etmek. Onlar başqa yer-lərdən gəlib Azərbaycanda əsilləşmişlər.
Xalisleşmek, saflaşmaq.
ƏSİLLİ : Azerbaijani Explanatory Dictionary
sif.
Əsil-necebi olan, neca-betli, esil. Əsilli adam.
Xotkar qızı, şah nəsilli; Ağır elli, xan əsilli. "Koroğlu".
Əsli olan, saxta olmayan, inanılacaq, doğru, gerçek.
ƏSİL(Lİ)LİK : Azerbaijani Explanatory Dictionary
is.
Xalislik, saflıq. Bu qızı-
lın əsilliyi məhəkdə məlum oldu.
Temizlik, neciblik, alicenablıq, co-merdlik.
ƏSİL-NƏSƏB : Azerbaijani Explanatory Dictionary
ax əsil
ci menada. Bir
gün bazar tacirlərinin birisi Mahmudun gö¬zünə çox şirin gəldi. Mahmud bu tacirnən yaxın olub, onun əsil-nəsəbini öyrənəndən sonra, həmin tacir Ilyası çəkdi dükanına. (Nağıl). Pinəçi
. evində əsil-nəsəbi məlum olmayan adamları saxlaya bilməyəcəyini bildirdi və ev kirayəsi tələb etdi. M.İbrahi-mov. [Şeyx Amiri:] Sən ki əsil-nəsəbimə yaxşı bələdsən, sərvətimdən, xəzinəmdən də xəbərin var. Ə.Memmedxanlı.
ƏSİLSİZ : Azerbaijani Explanatory Dictionary
sif.
Əsli, esası olmayan; doğ-ru, gerçek olmayan; yalan, uydurma. Əsilsiz xəbər. Əsilsiz şayiələr.
Əsilsiz söz sahi-binə üz qarası gətirər. (Ata. sözü). // Heç bir şeyle esaslandırılmayan. Əsilsiz tələb. Əsilsiz iddialar.
.Biz onun verdiyi xəbər-ləri bir də Mirzə Ələkbər xan vasitəsilə yoxlayır və əsilsiz olduğunu təyin edirdik.
M.S.Ordubadi.
Əsli, necabeti olmayan.
ƏSİLSİZLİK : Azerbaijani Explanatory Dictionary
is.
Əsassızlıq, heqiqetden uzaqlıq. Xəbərin əsilsizliyi.
Əsli-nesebi olmama, naneciblik.
ƏSİLZADƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər. esil ve fars.
..zade] köhn.
Zadegan, kübar (xan, bey). Bir adam ki
. Müqim bəy Cavanşir kimi bir əsilzadə-nin mühafizi ola, daha nə üçün vəziyyə-tindən razı olmasın? S.Rehimov.
Necib, necabetli, alicenab.
ƏSİM-ƏSİM : Azerbaijani Explanatory Dictionary
əsim-əsim əsmək
berk titremek. Əynində paltarı əsim-əsim əsir. Hirsindən əsim-əsim əsmək.
[Telli:] Bədənim əsim-əsim əsir.. Heç əqlimə gəl-məyən işə düşmüşəm. N.Vezirov. Körpünün tiri o tərəf-bu tərəfdən görsənir. Hər dəfə yeni dalğalar ona toxunduqda əsim-əsim əsirdi. Ə.Veliyev. Əsim-əsim əsirdi. Katibə tapşırdı ki, Vahidin dediyini bir yerə yazıb saxlasın. Mir Celal.
ƏSİR : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Müharibede ele keçirilen düşmen esgeri, zabiti ve s. Hərbi əsir. Əsir düşmək. Əsir olmaq. Əsir tutmaq. Əsirlərin azad edilməsi. Hərbi əsirlər vətənlərinə döndülər.
[Selim bey:] Bax, yenə əlimdə əsirsən, əsir; Duyuram, qorxudan ürəyin əsir. S.Rüstem.
Köle, qul, mehkum. Dedim:
Ey gül, niyə etdin məni zülfündə əsir? Dedi:
Di-vanə olan şəxsə gərəkdir zəncir. S.Ə.Şirvani. Ozünü insan əlində əsir görən kəklik qurtul¬maq üçün
. əllərimizi dimdikləyirdi. A.Şaiq. Ey dilsiz gözlərin qara röyası; Ardınca qarğadı qullar, əsirlər. S.Vurğun.
məc. Dustaq, azadlıqdan, serbestlikden mehrum edilmiş. □ Əsir olmaq
1) azad-lıqdan mehrum olmaq; 2) tamamile tabe olmaq. Qız qayın-qudanın, qayınatanın, bal-dızın, qayınananın hökmünə əsir olar, onla-rın dedi-qodusuna düşərdi. H.Sarabski.
məc. Vurğun, meftun, mübtela. Eşq əsiri. Gözəllik əsiri.
Görməmişəm belə zülfü dəhəntək; Yüz min əsiri var, əlbəttə, mən tək. Aşıq Mehemmed. Bir ahu baxışlı gözələ çoxdan əsirəm; Ahimlə şikar olsan, mən neyləyə billəm. Ə.Vahid. □
..əsiri ol-maq
..vurğunu olmaq,
..düşkünü olmaq,
..mübtela olmaq. [Behram:] Belə də insaf olar ki, biçarə Saranın illərlə divam edən məhəbbətin sındırıb da, əhdimi buraxıb da, bir başqasına əsir oldum? C.Cabbarlı.
ƏSİRGƏMƏ : Azerbaijani Explanatory Dictionary
"Əsirgemek"den f.is.
ƏSİRGƏMƏK : Azerbaijani Explanatory Dictionary
f.
Rehmi gelib qoru-
maq, saxlamaq, hifz etmek, himaye etmek. [Selim qızı:] Ulu tanrım, sən bu yetim yav-rucuğu əsirgə!.. C.Cabbarlı. [Orxan:] İsmət! Allah əsirgəsin, nədir bu halət? H.Cavid.
Qıymamaq, qıyıb vermemek, heyfi gel-mek, xesislik etmek, qızırqamaq. Şeylərini çox əsirgəyir.
Dağlar sənin ilə həmdəm olmaya; Əsirgərsən indi qarı da məndən. Qurbani. [Xudayar bey:] Bax, ey qazı ağa,
. mən məlun adamam əgər başımı da sənin yolunda əsirgəyim. C. Memmedquluzade. Camaatdan ötrü, doğrudan, Qurbanqulu heç bir şeyin əsirgəmədiyi kimi, canından belə keçməyə hazır idi. T.Ş.Simurq. // Qenaet etmek, qenaetle işletmek.
ƏSİRGƏNMƏ : Azerbaijani Explanatory Dictionary
"Əsirgenmek"den f.is.
ƏSİRGƏNMƏK : Azerbaijani Explanatory Dictionary
məch.
Qorunmaq, sax-
lanmaq, himaye edilmek, hifz edilmek. Pə-riyəm, durmuşam mərdü mərdanə; Əsir-gənmə bu meydandan, ey Qədir! Aşıq Peri.
Qıyılmamaq, qıyılıb verilmemek. Əsir-gənəcək şey deyil. // Qenaet edilmek.
ƏSİRLİK : Azerbaijani Explanatory Dictionary
is.
Əsir düşmüş adamın hal ve veziyyeti, bu veziyyetde keçirilen heyat. Əsirlikdən qayıtmaq. Əsirlikdə olmaq. Əsir-lik həyatı.
[Şofer:] Qardaşımdan əlimi üz-müşdüm.
.Sən demə, partizan olubmuş.
Əsirlikdən qaçıb, düz iki il vuruşub.. M.Hüseyn.
."Əsir" sözünün özü, "əsirlik" məfhumunun özü dəhşətlərin ən böyüyü idi. Ə.Əbülhesen.
Kölelik, qulluq, mehkumluq, dustaqlıq, esaret. Əsirlik həyatı. Əsirlikdən qurtar-maq.
[Bedel:] Bircə qeydim bacımın əsirlikdən qurtarmasıdır. Ə.Haqverdiyev. O, heç bir vaxt əcnəbi himayəsində qaza-nılan istiqlalın əsirlikdən ibarət olduğunu anlamır. M.S.Ordubadi. [Elxan:] Lakin kim bilir, yazıq Solmaz indi əsirlikdə nələr çəkir. C.Cabbarlı.
ƏSİR-YESİR : Azerbaijani Explanatory Dictionary
top. dan. Yoxsul, hüquqsuz, yazıq, aciz, kimsesiz adamlar. □ Əsir-yesir eləmək dan.
esir etmek, meftun etmek. [Münevverin] təsəllisi bircə bu idi ki, gözəl idi! Oz dediyi kimi, şəkli-şəmayılı ilə Hacını əvvəl gündən əsir-yesir eləmişdi. Mir Celal.
ƏSKEŞ : Azerbaijani Explanatory Dictionary
is. [fars.] məh. Arabanın at qo-şulan iki uzun tirlerinden her biri. Arabanın əskeşi sınmışdır.
ƏSKİ : Azerbaijani Explanatory Dictionary
sif
Keçmiş, köhne. Əski adət-lər. Əski qayda və ənənələr. Əski moda. Əski üsullarla işləmək olmaz.
Zeynal əski bir şkafı köndələn qoymaqla şüşəbəndi ikiyə bölmüş, açıq qalan yerinə də bir pərdə as-maqla Səlimi öz ailəsindən ayırmışdı. S.Hüseyn. Hər əski ənənə, hər əski adət; Məhəbbət, iztirab, gülüş, qiyafət: Məncə, bıqdırırdı bəşəri hər an. S.Vurğun. // Köh-nelmiş, yıpranmış, xarab olmuş. Əski şeylər. Əski paltar. Əski bir bina.
Qedim, keçmiş dövrlere aid. Bu yer-lərin əski əhalisi. Olmüş əski dillər. Əski dinlərin qalıqları. Əski abidələr.
Bu əski əfsanə gülünc olsa da; Qalmış əsrlərcə qoca yadigar. S.Vurğun.
çoxdankı, köhne. Əski dost.
[Nadir] bir cəhətdən də [Mecidin] gəlməsinə və əski yoldaşı ilə görüşməyinə şad idi. B.Talıblı. Bu gün mən başqa bir dünyaya çıxdım; O əski, lap əski qərargahımdan. S.Vurğun.
Tecrübeli, qocaman. Əski müəllim. Əski usta. Əski həkim.
[Möhsünzade] yenə Zey-nalın vəziyyətinə girmək, ona bir az yardım etmək istəyirdi. Hər necə olsa o, əski bir işçi idi. S.Hüseyn. // Yaşlı. Əski adamdır, cavan görünməsinə baxma.
0 Əski hamam əski tas
heç bir şey
deyişmeyib, köhne halında qalmışdır. Əski hamamdır, əski tas, bəs yeni rənginiz hanı? Dinmə, danışma, yat, balam, sən deyən olmayıb hələ! M.Ə.Sabir. [Surxay Aydına:] Sənin isə düşündüyün fədəm-dəmə, istək-lərin damdan-dama, etdiklərinə gəlincə, əski tas, əski hamam. C.Cabbarlı. [Azer:] Artdıqca bilgilər, artır ehtiras; Heç fərqi yox
əski hamam, əski tas. H. Cavid. Əski qapı əski daban
bax əski hamam əski tas. Qəzetçi, molla yazığın ağzını lap ovuşdurub; İndi yazır əski qapı, əski dabanı birbəbir. C. Cabbarlı. ƏSKİ2 bax əsgi.
ƏSKİK : Azerbaijani Explanatory Dictionary
sif
Bütün olmayan, naqis, na-tamam, çatışmayan. Uç manatdan otuz qəpik əskik. Parça 3 santimetr əskikdir. □ Əskik çəkmək
düzgün çekiden az çekmek, çe-kide aldatmaq. Əskik çəkən satıcı cəzala-nar. Əskik çıxarmaq
müeyyen olan miqdardan az hesab etmek. Əskik çıxmaq
müeyyen miqdardan, yaxud texmin edildi-yinden eskik olduğu meydana çıxmaq. Əskik deyil
daim vardır, hemişe möv-cuddur. çünki tən durduqca məndən dərdü qəm əskik deyil. Füzuli. Gəhi hicrin, gəhi vəslin vurar od qəlbi-suzanə; Heç əskik deyil bu guşeyi-viranədən atəş. S.Ə.Şirvani. Əskik etmək (eləmək)
1) azaltmaq; 2) kesmek, fasile vermek, davam etdirme-mek, arasını kesmek. Məktubunu əskik etmə. Əskik gəlmək
bax əskik çıxmaq. Əskik olma əskik olmayasan (olmaya-sınız ve s.)
sağlıq, salamatlıq arzusu bildiren ifade. [Şeyx Senan:] Cümlə ikramü lütfünüz məlum; Sağ olun, əskik olmayın, oğlum! H.Cavid. [Vidadi:] Yaxşı, nə tap-mısan o saraylarda? Sağ ol, əskik olma, sən yaşa barı. S.Vurğun. [Kazım:] Dostluqdan əskik olmayasınız. Mir Celal. Əskik olma-maq
hemişe var olmaq, mövcud olmaq, daim olmaq. Hindistanda Qanq çayı bizim Kür çayından çox böyükdür,
. amma bu çaydan vəba zəhəri heç əskik olmur.. C.Memmedquluzade. çeşmələr başından heç əskik olmaz; Zurna-balabanı bizim dağların. S.Vurğun. Əskiyini doldurmaq (tamamlamaq)
çatışmayan ceheti, his-seni elave edib tamamlamaq. Başından əs-kik olmamaq
bax əskik olmamaq. Heç əskik olmasın
hemişe olsun, yox olma-sın. Köməyiniz heç əskik olmasın!
Vəsfini söylərəm həddən ziyadə; Heç əskik olmasın mülkü mal sənə. Aşıq Peri.
Nöqsanlı, qüsurlu, eyibli, çatmayan, yarımçıq. Onun ağlı bir qədər əskikdir. // Alçaq, pis, eskiklik getiren. Əskik söh-bətlər.
Gül dilləndi:
Salmayın səs; Danışmayın əbəs-əbəs; Qəlbə dəymək əskik işdir. M.Dilbazi.
Başqasından az, kiçik, alçaq, aşağı. Sə-nin boyun onunkundan bir az əskikdir. Onun pulu mənimkindən əskikdir.
[Mazanda-ranski:] Əlbəttə, mən heç özümü səndən əs-kik adam bilmirəm. C.Cabbarlı. Xanın həyə-tində qaravaşlar, nökərlər çox idi. Hamı-sından kiçiyi və vəzifəcə əskiyi Budaq idi. Ə.Veliyev.
Qiymetsiz, deyersiz. Demin əskik məni; tədric ilə yaqut olan daşlar; Boyandıqca ciyər qanilə qədrü qiymətim artar. Füzuli.
İs. mənasında. Əskik gelen miqdar, çatışmayan miqdar, tam olmaq üçün elave edilmeli olan miqdar. Əskiyi doldurmaq. Əs-kiyi çoxdur. Onun da beş manat əskiyi var. // çatışmayan şey, gerekliyi duyulan şey, eger-eskik. Evin əskiyi qurtarmır.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani