Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
ƏTCƏ : Azerbaijani Explanatory Dictionary

is.
çılpaq uşaq bedeni.
B a x ətcəbala. Yuvada yumurtadan ye-nicə çıxmış ətcə kəklik balaları vardı.

ƏTCƏBALA : Azerbaijani Explanatory Dictionary

is. Yumurtadan leleksiz ve gözleri açılmamış halda çıxan quş balası.
.Əlimi yuvaya soxdum və tüksüz ətcəbala-ların üstündən ana alacəhrəni tutub
. ağac-dan endim. S.S.Axundov.
.Orada bala-bala cücələr var, bax belə-belə, cıb-cıbılı, ətcə-bala. S.Rehimov. Ətcəbala bir dolaşa; Dili dolaşa-dolaşa; çaldı uzun bir fışqırıq. M.Dilbazi. // Lüt körpe uşaq haqqında.

ƏTÇƏKƏN : Azerbaijani Explanatory Dictionary

is. Əti xırda-xırda doğramaq üçün maşın.

ƏTÇİ : Azerbaijani Explanatory Dictionary

is. Ətsatan.

ƏTÇİLİK : Azerbaijani Explanatory Dictionary

is. Ətlik heyvan yetişdirme işi. Ətçilik təsərrüfatı.

ƏTDOĞRAYAN : Azerbaijani Explanatory Dictionary

is.
Ət döymek, doğra-
maq üçün kiçik keserti; qiymekeş. Qonşu-dan ətdoğrayanı gətir.
Kesilmiş heyvanın etini doğrayan adam;
qessab.
B ax ətçəkən.

ƏTDÖYƏN : Azerbaijani Explanatory Dictionary

ax ətdoğrayan 1 ve
cü menalarda.

ƏTƏC : Azerbaijani Explanatory Dictionary

is. məh. Yun temizleyen alet.

ƏTƏK : Azerbaijani Explanatory Dictionary

is.
Paltarın belden aşağı terefe uzanan hissesi. Paltonun ətəyi uzundur. Pen-cəyin ətəyini bir qədər qısaltmaq lazımdır.
Sancıb belə nazənin ətəklər; Cəm eyləyəlim gözəl çiçəklər. Füzuli. Dəli Səməd ətəklərini çırpıb, durub getdi və dala baxa-baxa gü-lümsünüb deyirdi.. çemenzeminli. Bacı və qardaş ətəklərinə yığdıqları qulancarları yerə töküb oturdular.. S.S.Axundov. // Pal-tar eteyine oxşayan her şey. Şeyxin anası çadırın ətəyini qaldırıb hara isə baxır, sonra oğluna tərəf dönür. Ə.Memmedxanlı.
Dağın, yamacın ve ümumiyyetle, hün-dür yerin aşağı terefleri. Dağ ətəyi.
Qara-bağda dağın ətəyində,
. çəməndə atlı dəstəsi sərkərdəsi Qəhrəman yüzbaşı
. fikirli otu-rubdur. C.Memmedquluzade. Uzaqda bir təpə ətəyində beş-on alaçıqdan ibarət bir oba görünürdü. A.Şaiq. Getdikcə ağacların sayı artır və dağların çılpaq ətək və zirvələri də yaşıl dona bürünür. M.İbrahimov. // Bir yerin yaxını, yaxın terefi. Meşənin ətəyi.
Hər il bu zaman yolun ətəklərinə qədər çadırlar, obalar düşərmiş. Mir Celal.
Ağac budaqlarının, qalxandan sonra aşağı eyilen yerleri, alçaq hissesi. Ağacın ətəyini qırmaq. Tut ağacının ətəklərindəki tutları uşaqlar yeyib qurtarmışlar.
Adeten "bir" sözü ile
qeyri-müey-yen çoxluq bildirir. [Meşedi İbad:] Zarafat deyildir, bir ətək pul verirəm, bir baxım gö-rüm, mal nə cür maldır, verdiyim pula də-yərmi? ü.Hacıbeyov. [Seyid Əhmed:] Mən iki dəfə bu şəhərə gəlib, hər dəfəsində bir ətək pul aparmışam. Ə.Haqverdiyev. [Gileygü-zarov:] Bir görün nadan yenə bir ətək pul qazandı. Mənimsə sandıqda xoruz səsi eşitməmiş gül kimi əsərlərim çap olunmamış yatıb qalır. S.Rüstem.
0 Ətək altdan ötürmək
1) xelveti, gizli vermek; 2) yaddan çıxarmaq, unutmaq. Bəzən böyük kitablardan nümunələr gətirir; Lakin vicdan kitabını ətək altdan ötürür. S.Vurğun. Ətəyin tutmaq
bax ətəyin-dən tutmaq (yapışmaq). Əğyar ətəgin tutma və əğyarə yapışma. Nesimi. Ətəyindən tutmaq (yapışmaq)
yalvarmaq, himaye, kömek istemek, penah getirmek. Sığın Allahına, tut ətəyindən; Olmuş qulaqların yoxsa kar sənin. Aşıq Mehemmed. [Mercan:] Tapmısan, tut ətəyindən, bərk tut; Başqa dilbərləri artıq sən unut. A.Şaiq. Balama sən kömək ol; Ətəyindən tutmuşam; Qadan alım, tək sənin. B.Vahabzade. Ətəyini buraxmaq
el çekmek, boşlamaq. [Serdar Reşid:] Qoy mənim bacım Mahrunun ətə-yini buraxsın, onun üçün haradan istəyirsə, mən qız tapıb evləndirim. M.S.Ordubadi. Ətəyini çəkmək
qarşısını almaq, müba-rize aparmaq, yol vermemek. Qanun pozan-ların ətəyini çək; Şəhər nəfəs alsın körpələr kimi! S.Rüstem. Abrını ətəyinə bükmək
bax abır. [Hafize xanım:] Vallah, bu saat abrını ətəyinə bükərəm. Ə.Haqverdiyev. [Mürşüd:] Sadıq! Sənin arvadın mənim ab-rımı bükdü ətəyimə, saldı yola. S.Rehman. Daşı ətəyindən tökmək
bax daş. Can-lar alan cəlladbaşı; Ətəyindən tökdü daşı. Aşıq Hesen. Əl mənim ətək sənin
bax əl. [Fatmanise:] Molla Əlyar, atam-anam sənə qurban, qələminə mənim canım qurban olsun, əl mənim, ətək sənin. Ya ətəyini kəs, ya mənim əlimi. Ə.Haqverdiyev.

ƏTƏKALTI : Azerbaijani Explanatory Dictionary

is. Gizlice toplanılıb sax-lanılan ehtiyat
pul ve başqa şey. O, köhnə adamdır, onun çox ətəkaltısı olar.
zərf. Gizlice, xelveti.

ƏTƏKDOLUSU : Azerbaijani Explanatory Dictionary

sif. Lap çox, hedden ar-tıq çox.

ƏTƏK-ƏTƏK : Azerbaijani Explanatory Dictionary

zərf. çoxlu, çoxlu miqdar-da; bol, bolluca, etekdolusu. Ətək-ətək pul.
Bağlarında, bax, gül-gülü çağırır; Ətək-ətək noğul səpər hər ağac. A.Şaiq. [Nebi:] Yığırdıq meşədən biz ətək-ətək; Yanağın, dodağın rəngdə çiyələk. S.Rüstem. Meşədə dadlı çiyələk; Yığılırdı ətək-ətək. M.Dilbazi.

ƏTƏKLƏMƏ : Azerbaijani Explanatory Dictionary

"Əteklemek"den f.is.

ƏTƏKLƏMƏK : Azerbaijani Explanatory Dictionary

f.
Əteyinden tutmaq,
tutub saxlamaq. [Zerbeli:] Usta, getdim, yolda ətəklədim, bir qapaz vurdu, yıxıldım.. Ə.Haqverdiyev. Pası mollanı ətəkləyib da-yandırdı. S.Rehimov. Sazandalar şuluqluq düşdüyünü, toyun pozulduğunu yəqin etdilər, Məşədi Cahangiri ətəklədilər. Mir Celal.
Əteyine yığmaq.
məc. Yaxalayaraq el çekmemek, yal-varıb xahiş etmek.
məc. Yarısını keçmek, getmek (yol haq-qında). Düzəldi mənzilə yenə dəstəmiz; Ətəkləyib yolu, vardıq birbaşa. S.Vurğun. Əynimdə boz şinel, belimdə yaraq; Gedi-rəm, yolları ətəkləyərək. M.Rahim.
Ətekle yellemek. Manqalı, ocağı ətək-ləmək.
Cəm olubdur tamam əqli seyrəklər; Kimi odun qalar, kimi ətəklər. Q.Zakir. Birisi sacın altını gah piləyir, gah ətəkləyir. Ə.Veliyev.

ƏTƏKLƏNMƏ : Azerbaijani Explanatory Dictionary

"Əteklenmek"den f.is.

ƏTƏKLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

məch. Əteyinden tutul-
maq, tutulub saxlanmaq.

ƏTƏKLİ : Azerbaijani Explanatory Dictionary

sif.
Əteyi geniş ve uzun. Ətək-li paltar.
Əteyi, etekleri olan. Yaşıl ətəkli təpə-lər.
[Hecerin] gözləri qabağından yaşıl ətəkli, təpəsi qarlı dağlar, ara-sıra "üç təpə"-lərdə düşən alaçıqlar gəlib keçdi. S.Rehimov.

ƏTƏKLİK : Azerbaijani Explanatory Dictionary

is. köhn. Zinet üçün qadın paltarının eteyine düzülen pul ve s. Ətəkliyi altun, qəsabəsi zər; çəhrayı çarqatı qəddə bərabər. M.P.Vaqif. Düzülüb yaxasına qızıl yaxalıq kəsilib; Qolda qolbağı, ətəgində ətəklik asılıb. Aşıq Zakir.

ƏTƏNƏ : Azerbaijani Explanatory Dictionary

is. Memelilerde: ana betninde balanı bürüyen ve bala onun içinden çıx-dıqdan sonra cırılıb düşen et perdesi; son. Son (ətənə) əsas etibarı ilə inəklərdə
6 saatdan, camışlarda isə
4 saatdan sonra düşür.

ƏTƏNƏLİ : Azerbaijani Explanatory Dictionary

sif. Ətenesi olan (memeliler haqqında).

ƏTƏNƏSİZ : Azerbaijani Explanatory Dictionary

sif. Ətenesi olmayan (meme-liler haqqında).

ƏTƏR : Azerbaijani Explanatory Dictionary

is. dan. İz, eser, elamet, xeber. Ondan heç bir ətər yoxdur.
Ancaq Arzu-nun nəbzi çox zəif vururdu, çünki onda qan ətəri qalmamışdı. S.Rehimov.

ƏTƏŞ : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Susuzluq, berk susama. Suyun səsi [Geldiyevde] ətəş oyatdı. Mir Celal. □ Ətəşini söndürmək
su içmekle susuzluğunu ref etmek.

ƏTF : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn. Əyme, çevirme, meyil etdirme, yöneltme.

ƏTFAL : Azerbaijani Explanatory Dictionary

is. [ər. "tifl" söz. cemi] klas. Uşaqlar, tifiller. Bunlar bizim zükur və ünas ətfalımıza mürəbbi olurlarmı? M.F.Axund-zade. Olsun, olsun səninlə xoşhal; Yetsin, yetsin kəmalə ətfal. M.Ə.Sabir. Hər dəqiqə düşər bir əhvalə; Oxşayır tərbiyəsiz ətfalə.
A.Sehhet.