Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
ƏTLİLİK : Azerbaijani Explanatory Dictionary

is. Ətli heyvanın hal ve key-fiyyeti.

ƏTMƏK : Azerbaijani Explanatory Dictionary

is. köhn. çörek. Yanmış ətmək yeməz idin əsla. M.Ə.Sabir. [Birinci işçi:] Bunu gördükdə hər insan utanır? Bu qabar-lar sizə ətmək qazanır! H.Cavid.

ƏTMƏTƏN : Azerbaijani Explanatory Dictionary

is. məh. Tüklenmemiş quş balası; etcebala.

ƏTRAF : Azerbaijani Explanatory Dictionary

is. [ər. "teref" söz. cemi]
Ce-hetler, terefler.
Dörd teref, yan-yöre; her teref. Ətra-fına göz gəzdirmək. Ətrafda heç kəsi gör-mədik.
[Seltenet:] Ətrafı gözdən keçir-dikcə insanın könlü açılır. H.Cavid. Ətraf kölgəli bir səhər qədər işıqlı idi. H.Nezerli. Eldar ətrafa yaxşı bələd olduğundan yaxın-da iri, sərin kölgəli bir söyüd ağacını gös-tərərək:
Gedək, bir az dincələk,
dedi. M.Rzaquluzade. □ Ətrafını almaq (tutmaq sarımaq əhatə etmək)
ehate etmek, dövrelemek, mühasire etmek; çulğalamaq.
Yanlar. Təkərin ətrafı dəmirlə qurşan-mışdır. Yolun ətrafı.
Yaxında olan yerler. Ətrafa qar düş-müşdür. Ətrafda taxıllar göyərib. Bu ətraf-da (bu yerlerde).
O ətrafda bir yolkəsmə, bir oğurluq olmazdı ki, Əmiraslanın orada əli olmamış olaydı. S.S.Axundov. Ətrafı kəsif bir duman bürüdü. H.Nezerli. Qərənfil xala balkonda durub bir müddət kəndə, onun ətrafındakı dağlara, meşələrə baxdı. Ə.Veliyev.
Sif. mənasında. Yaxın, bir şeyin yaxı-nında olan. Ətraf kəndlər. Ətraf evlər. Ətraf yerlər.
Orada ətraf şəhərlərdən az-maz yeni xəbərlər eşitmək mümkün olurdu. H.Nezerli.
Ətrafında şeklinde
.
xüsusunda,
...dair. Məsələ ətrafında xeyli mübahisə
getdi. Mövzu ətrafında müzakirələr oldu.

ƏTRAFLI : Azerbaijani Explanatory Dictionary

sif. Müfessel, herterefli, tefsi-latlı, geniş. Ətraflı məktub. Ətraflı izahat. // Zerf menasında. Ətraflı məlumat vermək. Ətraflı şərh etmək.
Müdir klinikanın mə-sələlərindən ətraflı danışdı. Ə.Veliyev.

ƏTRAFLICA : Azerbaijani Explanatory Dictionary

ƏTRAFLICA zərf çox etraflı. Lakin bu
xüsusda ətraflıca düşünmək lazım idi. T.Ş.Simurq. Hər kəs ətraflıca mülahizə olunmuş müəyyən bir fikir ilə gəlsin. ü.Hacıbeyov.

ƏTRAK : Azerbaijani Explanatory Dictionary

is. [ər. "türk" söz. cemi] klas. Türk elleri, türk tayfaları, türk ölkeleri. "Leyli-Məcnun" əcəmdə çoxdur; Ətrakdə ol fəsanə yoxdur. Füzuli.

ƏTRƏNGİ : Azerbaijani Explanatory Dictionary

sif. Ət renginde olan. Ətrəngi corab.

ƏTRİYYAT : Azerbaijani Explanatory Dictionary

is. [ər. "etr" söz. cemi] Ətirli maddeler, etirler. Ətriyyat mallarına ətirlər, odekolonlar, xoşiyli sular və qeyriləri daxil-dir. Ətriyyat istehsalı.
Sona ətriyyat ma-ğazasına keçib iki balaca şüşə ətir aldı. Mir
Celal.

ƏTSİZ : Azerbaijani Explanatory Dictionary

sif
Arıq, eti az. Ətsiz qoyun.
Ətde bişmemiş, eti olmayan. Ətsiz xin-gal. Ətsiz xəmiraşı. Ətsiz şorba. Ətsiz xörək.

ƏTSİZLƏMƏ : Azerbaijani Explanatory Dictionary

"Ətsizlemek"den f.is.

ƏTSİZLƏMƏK : Azerbaijani Explanatory Dictionary

f.
Arıqlamaq, etini tök-
mek. Qışda qoyunlar ətsizləşir.
dan. üreyi et, etli xörek istemek. Axır vaxtlar lap ətsizləmişəm.

ƏTSİZLİK : Azerbaijani Explanatory Dictionary

is.
Arıqlıq.
Ət olmaması, et qıtlığı.
Xörekde et olmaması.

ƏTSUYU : Azerbaijani Explanatory Dictionary

is. aşp.
Əti qaynadıqdan sonra
hasil olan yağlı ve qidalı su; bulyon.
Bozbaş.

ƏTTAR : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn.
Ətirli şeyler, ede-vat ve s. satan adam. Elm və maarif
. hamı-nın arasında yayılmalıdır, çoban da, əkinçi də, tacir də, əttar da nazirlərin əlində olan iqtidara malik olmalıdırlar. M.F.Axundzade. □ Əttar dükanı
bu cür şeylerin satıldığı dükan. Sinəm əttar dükanı; Hər nə desən, var məndə. (Bayatı). Molla Qasımın dükanına universal adı versək səhv etmərik, çünki bu dükanda əttar, baqqal, bəzzaz, davacat və qeyri ticarət şeyləri var idi. S.S.Axundov.
Keçmişde bitkilerden ve s.-den der-man hazırlayıb satan adam. Gülün gülabını axır gün çəkər əttar; Qalır sənə bu əvəz ahü zar, ey bülbül! S.Ə.Şirvani. Birdən Kərbə-layı Rzanın yadına düşdü ki, əttar Məşədi Hüseyn gərək çox dərs oxumuş adam ola. C. Memmedquluzade.

ƏTTARLIQ : Azerbaijani Explanatory Dictionary

is. köhn. Əttarın işi, seneti, peşesi. Əttarlıq etmək.
[Mirze Turab:]
.Amma [Ismayıl beyin] nə həkimlikdən başı çıxır, nə də əttarlıqdan. B.Talıblı.

ƏTTÖVBƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Etdiyi emelinden peş-man olub tövbe etme, bir daha etmeyece-yine söz verme. Tövbə, əttövbə, xəta rahinə getdiklərimə; Bilib etdiklərimə, bilməyib etdiklərimə. M.Ə.Sabir.

ƏTÜRPƏRDƏN : Azerbaijani Explanatory Dictionary

sif. çox ağır tesir eden, insanda dehşet oyadan. Hanı o buzlu Sibirə doğru uzanan boz geyimli dustaqların ətür-pərdən qandal səsləri? M.Hüseyn. Leyla-dan ətürpərdən bir səs çıxdı:
Bu ola bil-məz! Müalicə zamanı həkimin qəlbində özgə hiss baş qaldıra bilməz! B.Bayramov.

ƏTÜRPƏRDİCİ : Azerbaijani Explanatory Dictionary

ax ətürpərdən.

ƏTVAR : Azerbaijani Explanatory Dictionary

is. [ər. "tövr" söz. cemi] Davra-nış, adamlarla münasibet. Cəhd eylə, sən ancaq nəzəri-xalqda pak ol; Məxluqu inan-dır; Xasiyyətin od olsa da, ətvarda xak ol; Sök, aləmi yandır. M.Ə.Sabir. Bahadırın gözəl əxlaq və ətvarına görə yoldaşları onu çox sevirdilər. N.Nerimanov. [çadırçı usta:] Buna bax, halına, ətvarına bax; Sanki zən-cirini qırmış dustaq. H.Cavid.

ƏT-YAG : Azerbaijani Explanatory Dictionary

top. dan. Ət ve yağ. Qara çın-qılın köbəsində qalanmış ocaqlardan gur tüstü qalxır,
. ət-yağ ətri ətrafı bürüyürdü. Ə.Veliyev. □ Ət-yağ içində böyümək
gen-bolluqla, rifah içerisinde böyümek, her cehetden temin olunmaq.

ƏTYEMƏZ : Azerbaijani Explanatory Dictionary

sif. Ət yemeyen, kesilmiş heyvan etini yemeyen.

ƏTYEYƏN : Azerbaijani Explanatory Dictionary

sif. Ətle qidalanan.

ƏVAXİR : Azerbaijani Explanatory Dictionary

is. [ər. "axir" söz. cemi] klas. Axır, son vaxtlar.

ƏVAXİRDƏ : Azerbaijani Explanatory Dictionary

zərf klas. Axırda. Münəc-cimbaşıya əvaxirdə bu bəhsi varid edirdilər, cavab verirdi. M.F.Axundzade.